Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-876/2021 25.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 64.5 yaşa çatmış kişiyə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili (nümayəndəsi) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialına qarşı “iddiaçıya 2020-ci il 25 fevral tar ixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 19 fevral tarixli, 2-1(107)-108/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.
2. Cavabdeh 2020-ci il 27 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi və azı 25 il sığorta stajı əmək kitabçası ilə təsdiq olunmadığı üçün ona pensiya təyin edilməsi mümkün deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2020-ci il 16 oktyabr tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək 1974-1976-cı illərdə həqiqi hərbi xidmətdə olduğu müddətin, 19761978-ci illərdə İsmayıllı rayon Tağlabiyan kəndi keçmiş "x" və "x" kolxozunda, 1978-ci il 23 mart tarixdən 1979-cu il 18 iyul tarixədək İsmayıllı Avtobazasında, 1979-cu il 26 iyul tarixdən 2001-ci il 17 sentyabr tarixədək isə "Azərittifaq"ın Göyçay Avtobazasında sürücü işlədiyi müddətlərin tam şəkildə sosial sığorta stajına daxil edilməsi ilə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İdd iaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı 1974-1976-cı illərdə həqiqi hərbi xidmətdə olmuş, 1976-1978-ci illərdə İsmayıllı rayon Tağlabiyan kənd keçmiş “x” və “x” adına kolxozda işləmiş, 1978-ci il 23 mart tarixdən 1979-cu il 18 iyul tarixədək İsmayıllı avtobazasında, 1979-cu il 26 iyul tarixdən 2001-ci il 17 sentyabr tarixədək Azərittifaq”ın Göyçay avtobazasında sürücü işləmişdir. İddiaçı əmək pensiyasının təyini üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən əmək pensiyasının təyinatı üçün fərdi hesabında sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi və azı 25 il sığorta stajı əmək kitabçasına əsasən təsdiq olunmadığı əsas tutularaq əmək pensiyasının təyinindən imtina edilmişdir. Cavabdeh tərəfindən əmək pensiyasının təyinindən imtina üçün qeyd olunan səbəblər tamamilə əsassızdır. İddiaçının əmək kitabçası üzrə sosial sığorta stajı təqribən 21 il 05 aydır. Bundan başqa iddiaçı 2 il tam hərbi xidmətdə olmuş, 1976-cı il 08 iyul tarixdən 1977-ci il 07 yanvar tarixədək keçmiş Əli-Bayramlı sürücülük məktəbində əyani oxumuşdur. Beləliklə də iddiaçının ümumi sosial sığorta stajı faktiki vəziyyətdə 25 ildən artıqdır. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının hərbi xidmətdə olduğu və İsmayıllı Avtobazasında işlədiyi müddətlər sosial sığorta stajına daxil edilmişdir. İddiaçının adına "x" kolxozunda 19761978-ci illərdə adam/gün və əmək haqqı qeyd olunmamışdır. Bundan başqa, iddiaçı "Azəritti faq"ın Göyçay Avtobazasında işlədiyi müddətdə 1994-cü ilin yanvar, mart, aprel, avqust aylarında, 1995-ci ildə, 1996-cı ilin aprel, iyun aylarında, 1996-cı ilin iyun ayı - 2001-ci ilin sentyabr ayları üzrə əmək haqqı almamış və deməli, sosial sığorta haqqı da ödəməmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə isə, sosial sığorta haqqının ödənilməsi vacibdir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Şəki İnzibati Məhkəməsinin 2020-ci il 24 noyabr tarixli, 2-1(116)-1541/2020 saylı qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 2020-ci il 25 fevral tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əmək kitabçasında (23 il 16 gün), arxiv a rayışında (8 ay 10 gün), hərbi xidmət haqqında arayışda (2 il), təhsil haqqında şəhadətnamədə (6 ay) göstərilən müddətləri topladıqda məlum olmuşdur ki, iddiaçının 26 il 2 ay 26 gün sosial sığorta stajı vardır. Belə olan halda, cavabdeh iddiaçıya yaşa görə əmək pensiyası təyin etməməkdə əsassız olmuşdur.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 19 fevral tarixli, 2-1(107)-108/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərə k qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
12. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 12.1-ci maddəsinin tələblərini pozaraq, araşdırma aparmamış və nəticədə, düzgün olmayan qərar qəbul etmişdir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
13. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
14. İddiaçı məhkəmə ic lasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 15. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyas ı təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
16. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
20. İddiaçının 1955-ci il avqustun 25-də doğulduğu nəzərə alındıqda, onun 64 yaş 6 ayının tamam olduğu 2020-ci il 25 fevral tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır.
21. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya ka pitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır.
22. Cavabdeh iddiaçının hərbi xidmətdə olduğu 2 illik müddəti, eləcə də 1977-ci ildə "26 Bakı komissarı" kolxozunda işlədiyi 8 ay 10 gün, İsmayıllı Avtobazasında işlədiyi 1 il 3 ay 25 gün, Göyçay Avtobazasında işlədiyi müddətin 14 il 5 ay 5 gün və 6 ay, cəmi 14 il 11 ay 6 gün hissəsini, ümumilikdə 18 il 11 ay 10 gün müddəti onun sığorta stajına daxil etsə də, iddiaçının kolxozda işlədiyi 1976 və 1978-ci illərə aid stajını, eləcə də Göyçay Avtobazasında işlədiyi müddətin əmək haqqı almadığı 7 il 2 ay 16 gün müddəti sığorta stajına daxil etməkdən imtina etmişdir. 23. “Əmək pensiyaları haqqında” Qanunun qəbul edilməsindən əvvəl qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.
24. Həmin maddənin ikinci hissəsinə əsasən, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır.
25. Həmin maddənin səkkizinci hissəsinə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır.
26. Həmin Qanunun 69-cu maddəsində isə deyilir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edili r. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kita bçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
28. Sadalanan normalardan göründüyü kimi, iddiaçının "Azərittifaq"ın Göyçay Avtobazasında işlədiyi müddətdə qüvvədə olmuş pensiya qanunvericiliyinə görə, şəxsin 2002-ci il yanvarın 1-dək işləməsi barədə əmək kitabçasında olan qeyd həmin müddətin sosial sığorta stajına daxil edilməsi üçün kifayətdir. Həmin normalara görə, 2002-ci i l yanvarın 1-dən sonrakı iş müddətinin sosial sığorta stajına daxil edilməsi üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələb olunsa da, iddiaçının həmin tarixədək olan stajına münasibətdə belə bir tələb yoxdur. Belə olan halda, iddiaçının 2002-ci il yanvarın 1-dək işlədiyi iş yerində əmək haqqı alıb-almamasının, eləcə də onun işlədiyi müəssisə tərəfindən sosial sığorta haqqı ödənilibödənilməməsinin həmin müddətin işçinin sığorta stajına daxil edilməsinə heç bir təsiri yoxdur.
29. İddiaçının kolxozda işləməsi arxiv arayışı ilə təsdiq olunur. İddiaçı öz iddia ərizəsində kolxozda 1974-1976-cı illərdə işlədiyini bildirsə də, arxiv arayışına görə, arxivdə olan sənədlərdə onun adına 1976-cı və 1978-ci illərdə adam/gün və əmək haqqı qeyd olunmamış, o, yalnız 1977-ci ildə 82 adam/ gün və 139 əmək/gün işləmişdir. Eyni zamanda, 1977-ci ildə həmin kolxozda kişilər üçün müəyyən edilmiş əmək iştirakı minimumu 180 adam/gün və ya 200 əmək/gün olmuşdur. İddiaçının kolxozda müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı 8 ay 10 gün təşkil edir.
30. Bundan başqa, iddiaçı 1976-cı il 8 iyul tarixdən 1977-ci il 7 yanvar tarixədək (6 ay) keçmiş Əli Bayramlı avtomobil məktəbində təhsil almışdır.
31. İddiaçının peşəyönümlü təhsil müəssisəsində təhsil müddətinin sığorta stajına daxil edilməsi mübahisələndirilməli deyil. Belə ki, 1956-cı il 14 iyul tarixdə qəbul edilmiş, 1956-cı il 1 oktyabr tarixdən qüvvəyə minmiş və iddiaçının təhsil aldığı 1989-1990-cı illərdə qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun tətbiqi ilə bağlı SSRİ Nazirlər Sovetinin 1956-cı il 4 avqust tarixli, 1044 №-li Qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 109-cu bəndinin (i) yarımbəndinə əsasən, ali təhsil müəssisələrində, orta ixtisas təhsili müəssisələrində (texnikumlarda, pedaqoji və tibb məktəblərində və s.), partiya məktəblərində, peşəyönümlü məktəblərdə, fəhlə fakültələrində təhsil; aspiranturada, doktoranturada və kliniki ordinaturada olma ümumi staja daxil edilir. 32. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin (d) bəndinə əsasən, ali və orta ixtisas təhsil müəssisələrində, kadrların hazırlanması, ixtisaslarının artırılması və yenidən ixtisaslaşdırılması üzrə məktəblərdə və kurslar da, aspiranturada, doktoranturada və kliniki ordinaturada təhsil müddəti iş stajına daxil edilir. 33. 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə də qanunverici ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddətini, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddətini onların iş stajının tərkibi kimi tanımış və təsdiq etmişdir (Qanunun 67-ci maddəsi).
34. Beləliklə, iddiaçının əmək kitabçasında (23 il 16 gün), arxiv arayışında (8 ay 10 gün), hərbi xidmət haqqında arayışda (2 il), təhsil haqqında şəhadətnamədə (6 ay) göstərilən müddətlər nəzərə alınmaqla onun 26 il 2 ay 26 gün sosial sığor ta stajı vardır.
35. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 19 fevral tarixli, 21(107)-108/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.