Məhkəmə qərarları › İş №2-1(102)-876/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-876/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-876/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əlilliyin təyin edilməsindən imtina; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1969-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Ba kı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022ci il tarixli, 2-1(103)-2474/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya xx.xx.2016-cı ildə səbəbi “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik”, TSEK diaqnozu “Obliterasiya edilən trombangit. Xroniki işemiya İİ dərəcə. Arteriyaların daralması”, əlilliyin müəyyən olunmuş meyarı “2.1 İkinci dərəcə əlillik => ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcəli çatışmazlığı (İ01-İ09, L11.0, İ13.2, İ20-İ25, İ30-İ31.1, İ33)” qeyd olunmaqla xx.xx.2021-ci il tarixədək qüvvədə olan ilkin ikinci dərəcəli əlil lik təyin edilmişdir.

2. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə xx.xx.2017-ci il tarixli çıxarışa əsasən, İddiaçı xx.xx.2016-cı ildə səbəbi “hərbi xidmət dövrü ilə əlaqədar əlillik”, diaqnozu “Obliterasiya edilən trombangit. Xroniki işemiya İİ dərəcə. Arteriyaların daralması” göstərilməklə xx.xx.2021-ci il tarixədək qüvvədə olan üçüncü dərəcəli əlillik təyin edilmişdir.

3. Bakı şəhəri, 32 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli, 278803AAB55 №-li “Tibbi-sosial ekspert komissiyasına” göndərişə əsasən, İddiaçı TSEK-ə göndərilən zaman vəziyyəti- status localis: Aşağı ətrafların dəri örtüyü avazıyıb, ayaqların iç səthi barmaqlar, sianotikdir, yerli hiperemiya qeyd olunur. Sağ pəncənin İİİ barmağı hissiyyatı azalıb və qaralma qeyd olunur. Sol pəncənin V barmağında hissiyyat azalıb. Bud arteriyalarında zəif pulsasiya qeyd olunur. Sol dirsək oynağının hərəkət məhduddur, hərəkət həcmi açma 150 dərəcə, bükmə 80 dərəcə. Xəstə müalicələr almışdır, 3 saylı ŞKX-da xx.xx.2021-xx.xx.2021-ci ildə, MHTİ-da xx.xx.2021-ci il, Topçubaşov ad. ECM-də xx.xx.2021-ci il tarixlərdə. Xəstənin əlillik müddəti bitdiyindən HMK-da müayinə olunmuşdur. Əlillik əlamətləri davam etdiyindən forma 88 yazılır və TSEK-in reyestrinə daxil edilir. Əsas diaqnoz: İ73.1 Obliterasiya edilən trombangit (Byuger xəstəliyi), aşağı ətrafların obliterasiyaedici trombangiti, İİİ dərəcəli xroniki işemiya. Ağırlaşma: İ77.1 Arteriyaların daralması, aşağı ətraf arteriyalarının abliterasiyaedici tromboangiti İİ dərəcəli işemiya, aşağı ətrafların barmaq arteriya larının angiovegetodostaniyası, spastik vəziyyət, sağ ayağın İİİ barmaq arteriyalarının trombozundan sonrakı vəziyyət. Enən torasik aortada fokal məsafədə divaryanı parsial dolma defekti, axsama. Yanaşı xəstəliklər: İ11.0 (Durğunluq) ürək çatışmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik (yi), stabil gərginlik stenokardiyası İİ f.s., essensial hipertrofiya İİ f.s. D47.3 Essensial (hemorragik) trombositopeniya. ÜİX-yu, stabil gərginlik stenokardiyası İİ f.s., essensial hipertrofiya İİ f.s, OU xroniki blefarokonyuktivit, qararaciyər hemangioması, sol dirsək oynağının posttravmatik kontrakturası, hər iki çənənin tam adentiyası olmuşdur.

4. Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, xxxxxxx0005 №-li aktdan görünür ki, İddiaçı əlilliyin təyinindən imtina edilmişdir. İmtina səbəbi kimi “diaqnoz əlillik əlaməti təyin etmir” kimi qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 31 avqust 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona ikinci dərəcəli əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddia ərizəsinə əlavə etdiyi sənədlərdən də göründüyü kimi xx.xx.2016-cı il tarixində ona İİ qrup əlillik dərəcəsi verilmişdir. Əlilliklə bağlı xəsarəti İ Qarabağ Müharibəsi zamanı Zəngilanın müdafiəsi uğrunda aparılan döyüşlərdə aldığı üçün səbəbli əlaqə kimi Dövlət Tibbi-Sosial Eksp ertiza və Reabilitasiya Xidmətinin yekun rəyində göstərilmişdir ki, əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar alınmışdır. Əlillik 5 il müddətinə verildiyi üçün xx.xx.2021-ci il tarixində yenidən komissiyadan keçməyi tövsiyə olunmuşdur. Ona görə də o, 2021-ci ilin mart ayının əvvəllərində 3 saylı Xəstəxanaya müraciət etmişdir. 10 gün orada qalıb müvafiq müalicə və müayinələri aldıqdan sonra sənədləri yenidən həkim komissiyasına göndərilmişdir. Lakin əvvəlkinə nisbətən səhhətində yaxşılığa doğru heç bir əlamətlər olmadığı halda, ona imtina cavabı verilmişdir. xx.xx.2021-ci il tarixində onun üçün yazılan imtina cavabı 2021-ci ilin avqust ayının əvvəllərində ona təqdim olunmuşdur. O da təbii ki, həmin imtina cavabı ilə razılaşmır. Çünki Azərbaycan Respublikas ının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar aldığı xəsarətlər nəticəsində səhhətində həqiqətən yaranan ciddi problemlər daha da kəskinləşməkdə davam etdiyi və daha da ağırlaşdığı halda, onun əlilliyinin müddətinin uzadılmasından imtina etmək əsassızıdır. Cavabdeh onun barəsində əlilliyin təyin olunması barəsində xx.xx.2021-ci il tarixində imtina cavabı verərkən onun xəstəliklərini nəzərə almadan şəxsi mülahizələri əsasında imtina qərarı verilmişdir. Bununla da 3-4 aydır ki, onun hüquqları kobud surətdə pozulur.

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 4 may 2022-ci il tarixli, 2-1(112)-2216/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçıda olan xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2 və 2.3-cü bəndlərində səciyyələnmiş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir

10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 noyabr 2022-ci il tarixli, 2-1(103)-2474/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 4 may 2022ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, iddiaçı barəsində tərtib edilən sonuncu göndərişdə qoyulmuş diaqnoz ikinci dərəcə əlillik təyin olunması üçün Əsasnamədə sadalanan hallarda əksini tapmamışdır. Belə olan halda, iddiaçının iddiası sübuta yetirilmiş hesab oluna bilməz.

13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, məhkəmə iş üzrə məhkəmə Tibbi Ekspertizası təyin etmişdir. Ekspertizanın keçirilməsinə və ekspert qarşısında qoyulan sualların tərtib edilməsində, həmçinin ekspertə etiraz etmək və yaxud yenidən ekspertiza keçirilməsi tələb etmək hüququ İddiaçı məhkəmə prosesində bu hüquqlarının həyata keçirmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti onun barəsində əlilliyin təyin olunması barəsində xx.xx.2021-ci il tarixində imtina cavabı verərkən onun xəstəliklərini nəzərə almadan şəxsi mülahizələr əsasında imtina qərarı verilmişdir. Məhkəmə heç bir araşdırma aparmadan verilən imtina cavabını qanuni və əsaslı saymışdır. b. kassasiya şikayətinə etirazın dəlilləri

15. Cavabdeh kassasiya şikay ətinə qarşı yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin olunmamasını və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. İnzibati Prosessual Məcəllə: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası m əhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları əmtetubüs) vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin göstərilməlidir. əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi Maddə

96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələr ə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Şikayət aşağıdakı səbəblərə görə təmin edilməlidir.

20. İş materiallarında olan ikinci dərəcəli əlilliyə dair xx.xx.2016-cı il tarixli müayinə aktının sistemə həmin tarixdə daxil edildiyi qeyd edilmişdir (iş v. 83). Lakin eyni tarixli mü ayinə aktının xx.xx.2017-ci il tarixdə çap olunmuş nüsxəsində iddiaçıya üçüncü dərəcəli əlilliyin təyin edildiyi göstərilmişdir (iş v. 61).

21. Məhkəmə qərarlarında (o cümlədən, birinci instansiya məhkəməsinin “məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə” xx.xx.2021-ci il tarixli qərardadında) iddiaçının əlilliyi ilə bağlı iki müxtəlif qərarların olduğu qeyd olunduğuna baxmayaraq, həmin ziddiyyətlərin səbəbləri müəyyən edilməmişdir.

22. İddiaçı ona üçüncü dərəcəli deyil, ikinci dərəcəli əlilliyin təyin edildiyini bildirsə də, cavabdehin nümayəndəsi iddiaya qarşı etirazda göstərilənləri müdafiə etmişdir (birinci instansiya məhkəməsi “məhkəmə-tibbi ekspertizasının təyin edilməsi barədə” xx.xx.2021-ci il tarixli qərardadı - iş v. 95). Etirazda isə, cavabdeh iddiaçıya üçüncü dərəcəli ə lilliyin təyin edildiyini təsdiq etmişdir (iş v. 25).

23. Məhkəmə kollegiyası nəzərə alır ki, hazırkı işdə əlilliyin təyin edilməsi barədə xx.xx.2016-cı il tarixli aktlar mübahisələndirilmir.

24. Bununla yanaşı, işin materiallarına görə, iddiaçı ilkin olaraq fərqli məzmunda tələb irəli sürmüş, yalnız sonradan, icraatın gedişində ona ikinci dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. Sonrakı məzmunda tələbin əsasları ərizədə göstərilməsə də, iddiaçı ilkin ərizəsində və sonrakı izahatlarında, habelə apellyasiya şikayətində 2016-cı ildə ona ikinci dərəcəli əlilliyinə təyin edildiyinə, həmçinin əlilliyin səbəbləri kimi qeyd olunmuş xəstəliklərə (təyin edilmiş diaqnoza) istinad edir. Başqa sözlə, iddiaçı hazırkı məzmunda tələbinin faktiki əsası k imi, digər hallarla yanaşı, cavabdehin xx.xx.2016-cı il tarixli aktında əks olunmuş hallara da əsaslanır. Məhz bu mənada, məzmunca fərqli olan əvvəlki qərarlar istinad mənbəyi kimi məhkəmə araşdırmasının predmeti olmalı, işdəki digər sübutlarla birlikdə qiymətləndirilməlidirlər.

25. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən 1 dekabr 2021-ci il tarixli qərardadla məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında xx.xx.1969-ci il təvəllüdlü İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəliyin və qüsurların aşkar olunmasının, bu xəstəlik və qüsurların ona hər hansı qrup əlillik dərəcəsinin verilməsinə əsas olmasının müəyyən edilməsi ilə bağlı suallar qoyulmuşdur. Azərbaycan R espublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X1-Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli, T38/2022 nömrəli saylı ekspert rəyindən görünür ki, vətəndaş İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün Bakı 32 nömrəli Birləşmiş şəhər xəstəxanasının xx.xx.2021-ci il tarixli, 2788003AAB55 saylı göndərişlə rəsmiləşdirilmiş Forma 88 saylı arayışda göstərilmiş diaqnozlar aparılmış kliniki və instrumental müayinələr əsasında müəyyən edilmişdir. Həmin diaqnozlar nəzərə alınmaqla vətəndaşın əyani müayinəsi zamanı aşkar olunan patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyin edilməsinə əsas vermədiyi üçün, ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəl i qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün deyil. Göründüyü kimi, iddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olan hal mövcud olmamışdır.

26. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaətini və bununla bağlı əsaslandırmasını İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.

27. Apellyasiya instansiyası məhkəməsinin də əsaslandığı ekspert rəyində ekspertlər mənbə (ədəbiyyat) kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə istinad etmişlər.

28. Azərbaycan Respublikası Nazi rlər Kabinetinin 13 may 2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə həmin Əsasnamə ləğv edilmiş, yeni məzmunda “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş, Qərar 1 iyul 2022-ci il tarixdən qüvvəyə minmişdir.

29. Bu baxımdan, iş apellyasiya instansiyası məhkəməsinin icraatında olduğu vaxtda, iş üzrə yekun qərar qəbul edənədək əlilliyin müəyyən edilməsinin meyarlarına dair qaydalar artıq dəyişdiyindən, məhkəmə iddia tələbi üzrə işin hallarını qüvvədə olan normativ aktın tələblərinə uyğun araşdırmalı və qiymətləndirməli idi. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən əvvəl, ilk növbədə iddiaçının mövcud hüquqi vəziyyət in dəyişdirilməsini (arzuladığı inzibati aktın qəbul edilməsini, öhdəliyin icrasını) tələb etməkdə nə dərəcədə haqlı olduğunu müəyyən etməlidir. Bu halda, bir qayda olaraq, qərarın qəbul edildiyi vaxtda qüvvədə olan qanun rəhbər tutulmalıdır.

30. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2022-ci il 30 noyabr tarixli, 2-1(103)-2474/2022 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar