Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-876/2024 06.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Babək rayon Naxışnərgiz bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: bələdiyyəyə məxsus torpaq sahəsinin icarəyə verilməsi, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Babək rayon Naxışnərgiz bələdiyyəsinə qarşı “mülkiyyətində olan yaşayış evinə bitişik tövlənin yerləşdiyi 198 kvadrat metr ərazinin 15 il müddətinə onun icarəsinə verilməsi” tələbinə dair inzibat i iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 2-1(108)-39/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının Babək rayonunun Naxışnərgiz kəndində yerləşən, mülkiyyətində olan yaşayış evinə bitişik tövlənin yerləşdiyi 198 kv.m ərazinin 15 il müddətinə onun icarəsinə verilməsinə dair müraciətinə cavab olaraq cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli, 01 nömrəli məktubdan görünür ki, iddiaçının islahatdan sonra zəbt etdiyi, qanunsuz tikililər apardığı 198 kv.m bələdiyyəyə aid torpaq sahəsinin ümumi istifadəyə qaytarılması barədə cavabdeh tərəfindən Babək rayon Məhkəməsində id dia qaldırılmışdır.
2. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, 04/139 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi 198 kv.m torpaq sahəsi Qahab kəndində torpaq islahatı aparılan zaman onun faktiki istifadəsində uçota alınmadığından, əvəzləşdirilməsi mümkün olmayan torpaq sahəsi kimi Naxışnərgiz bələdiyyəsinin mülkiyyətinə aid edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət edərək, Babək rayonunun Naxışnərgiz kəndində yerləşən, mülkiyyətində olan yaşayış evinə bitişik tövlənin yerləşdiyi 198 kvadrat metr ərazinin 15 il müddətinə onun icarəsinə verilməs i öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində Babək rayonunun Naxışnərgiz kəndində yaşayış evi vardır. O, 1982-ci ildə həmin evin arxasında yerləşən 198 kv.m ərazidə tövlə inşa etmişdir və həmin tövlədən qırx ildir ki, istifadə edir. İddiaçı tövlənin yerləşdiyi ərazinin icarəsinə verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin olunmamışdır. Qeyd olunanlara əsasən, məhkəmədən iddianın təmin olunmasını xahiş edir.
5. Cavabdehin iddiaya qarşı etirazında qeyd edilmişdir ki, iddiaçının iddia ərizəsində göstərdiyi fikirlər tamamilə yalan və saxtadır. Belə ki, 36 ildən artıqdır bu şəxs savadsız olduğunu, bilmədiyini deyərək dövlətin məhkəmə stru kturunun hakimlərinə yalan danışır. İddia ərizəsində göstərilən 198 kv.m torpaq sahəsi iddiaçı tərəfindən qanunsuz zəbt olunaraq istifadə edilir. Qanunsuz zəbt olunmuş həmin torpaq sahəsi Babək rayon Naxışnərgiz bələdiyyəsinin ümumi istifadəsinə qaytarılmalıdır. Bununla əlaqədar, cavabdeh tərəfindən Babək rayon Məhkəməsində iddia qaldırılmışdır. Sözügedən ərazi Babək rayon Naxışnərgiz kənd orta məktəbinin 30-40 metrliyində yerləşir. Tövlənin məktəbin yaxınında olması ekoloji və gigiyena qaydaları baxımından tamamilə qanunsuzdur. Həmçinin, həmin ərazi məktəbə yaxın olduğundan və struktur baxımından ətrafında olan torpaqlarla birlikdə ümumi istifadəyə qaytarılmalı və yaşıllıq zolağı salınmalıdır. İddiaçı sonrakı illərdə 182 kvadrat metr və iddia etdiyi 198 kvadrat metr bələdiyyə torpaq sah əsini qanunsuz olaraq zəbt etmişdir. Torpaq islahatından əvvəl iddiaçı torpaq zəbtinə yol verdiyi üçün Babək rayon prokurorluğunda həmin zəbt olunan torpaq sahəsi ilə bağlı araşdırma aparılmış və onun üzərinə torpağı geri qaytarmaq öhdəliyi qoyulmuşdur. İddiaçı öz izahatında bir daha torpaq zəbt etməyəcəyini yazdığı üçün cinayət işinə xitam verilmişdir. İslahatdan sonrakı illərdə zəbt etdiyi 182 kvadrat metr və 2014-cü ildə qanunsuz zəbt edərək istifadə etdiyi 198 kvadrat metr torpaq sahəsinin bir hissəsində islahatdan sonrakı dövrdə, bir hissəsində isə 2018-ci ildən sonrakı dövrdə tikinti aparmışdır. Cavabdeh həmçinin Naxçıvan MR İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(122)-6/2021 nömrəli qərarını, Babək rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(078)-59/2022 nömrəli qərar dadını, torpaq islahatından əvvəl mövcud olan iddiaçının həyətyanı torpaq sahəsinin sxem və layihəsini, iddiaçının bir daha torpaq zəbtinə yol verməyəcəyi barədə izahatını, Babək rayon prokurorluğunun xx.xx.1987-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarını, iddiaçının torpaqdan çıxarılması barədə əmri, Naxışnərgiz kəndində elektron taxometr vasitəsilə ölçülmüş həyətyanı torpaq sahələrinin planının surətini etiraz məktubuna əlavə etmişdir.
6. Birinci instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli sərəncamına əsasən, iddiaçının Babək rayonunun Naxışnərgiz kəndində yerləşən, mülkiyyətində olan yaşayış evinə bitişik tövlənin yerləşdiyi 198 kv.m ərazinin 15 il müddətinə icarəsinə verilməsi ilə bağlı cavabdehə etdiyi müraciətlə əlaqədar bütün bələdiyyə üzvlərini n iştirakı ilə keçiriləcək iclasda Babək rayon Naxışnərgiz bələdiyyəsi tərəfindən qəbul ediləcək inzibati aktın (bələdiyyə iclas protokolunun və qərarının) məhkəməyə təqdim edilməsi üçün cavabdehə 10 gün müddət təyin edilmişdir.
7. Birinci instansiyası məhkəməsinin həmin sərəncamının icrası ilə əlaqədar cavabdeh tərəfindən mahiyyəti üzrə qərar qəbul edilməmiş, məhkəməyə müxtəlif tarixlərdə keçirilmiş bələdiyyə iclaslarının protokolları və protokollardan çıxarışlar təqdim edilmişdir.
8. İş üzrə birinci instansiyası məhkəməsinin iclasında Babək rayon Naxışnərgiz kənd inzibati ərazi dairəsi üzrə nümayəndə X12 məhkəməyə verdiyi ifadəsində iddiaçının inşa etdiyi tövlənin qonşulara maneçilik yaratmadığını, tövlə ilə bağlı valideynlər tərəfindən Naxışnərgiz kənd inzibati ərazi dairəsi üzrə nümayə ndəliyə şikayət daxil olmadığını bildirmişdir.
9. İş üzrə birinci instansiyası məhkəməsinin iclasında Babək rayon Naxışnərgiz bələdiyyəsinin üzvü X13 məhkəməyə verdiyi ifadəsində tövlənin yerləşdiyi 198 kv.m ərazinin iddiaçının icarəsinə verilməsinə bələdiyyə üzvü kimi etiraz etmədiyini, tövlənin təqribən 30 il əvvəl iddiaçı tərəfindən inşa edildiyini bildirmişdir.
10. Babək rayon Naxışnərgiz bələdiyyəsinin üzvü X9 birinci instansiya məhkəməsinə göndərdiyi notarial qaydada təsdiq edilmiş ərizəsində bildirmişdir ki, tövlə otuz ildən artıqdır ki, iddiaçının istifadəsindədir və bələdiyyələr yaranmamışdan əvvəl tikilmişdir. Naxışnərgiz bələdiyyəsinin üzvü olaraq mübahisələndirilən tövlənin yerləşdiyi ərazinin iddiaçının icarəsinə verilməsinə heç bir etirazı yoxdur.
11. X1, X14 və X5 eyni məzmu nlu notarial qaydada təsdiq edilmiş ərizələrini birinci instansiya məhkəməsinə göndərmişlər.
12. Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin (hakim: Elnur Hüseynov) 11 iyul 2023-cü il tarixli, 2-1(122)-3/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, Babək rayonunun Naxışnərgiz kəndində yerləşən, iddiaçının mülkiyyətində olan yaşayış evinə bitişik tövlənin yerləşdiyi 198 kvadrat metr ərazinin 15 (on beş) il müddətinə iddiaçının icarəsinə verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən ərazi səlahiyyətli orqanın – bələdiyyənin qərarı olmasa da, uzun illərdir ki, (1982-83) iddiaçının faktiki istifadəsindədir. Bu hal istər hazırkı işin materiallarından, istərsə də Naxçıvan MR İnzibati M əhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(122)-6/2021 nömrəli qərarından öz təsdiqini tapır. Həmin iş üzrə keçirilmiş məhkəmə ekspertizasının xx.xx.2021-ci il tarixli, 45 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan Babək rayon Naxışnərgiz kəndində yerləşən 198 kv.m torpaq sahəsi üzərindəki tövlə təyinatlı tikili öz xüsusiyyətlərinə, konstruksiyalarına, eləcə də “Google Earth Pro” proqramının ortofoto görüntülərinə əsasən, xx.xx.2008-ci il tarixlərə dair görüntülərdə öz əksini tapmış, həmin tikili köhnə tikili olmaqla uzun müddət öncə inşa olunmuşdur.
14. Qeyd olunmalıdır ki, torpaq istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsini və torpaq üzərində hüquqlarının müdafiəsini nizama salan qanunvericilikdə torpaq sahəsi və onun üzər indəki tikiliyə hüquqların müəyyən edilməsi məsələsi iki müxtəlif yanaşmaya əsasən nizamlanır. Birinci yanaşmaya uyğun olaraq, istənilən tikili yerləşdiyi torpaq sahəsinin mühüm tərkib hissəsi sayılır və onlar birlikdə vahid daşınmaz əşyanı təşkil edirlər. Bununla da, “superficies solo cedit” prinsipinə əsasən onlar vahid mülkiyyət hüququ obyekti olaraq nəzərdən keçirilir. İkinci yanaşma isə ümumi qayda olaraq, torpaq sahəsini və onun üzərindəki tikilini müstəqil daşınmaz əmlak kimi tanıyır və bundan irəli gələrək hesab edir ki, onlardan hər biri mülkiyyət hüququnun müstəqil obyekti kimi ayrı-ayrı subyektlərə məxsus ola bilərlər. İddiaçı hazırda özünə münasibətdə əlverişli xarakter daşıyan vəziyyətə etimad göstərək həmin torpaq sahəsini və üzərindəki tikilini təyinatına uyğun istifadə etmi şdir. Bununla da onun inzibati orqanın inzibati praktikasına etimadı yaranmışdır. Yəni iddiaçının torpaq sahəsinə faktiki sahiblik edərək onun üzərində təyinatlı obyekt inşa etməsi, həmin torpaq sahəsi üzərində icarə hüquqlarının qeydiyyata alınacağına dair etimadı mövcud olmuşdur. Bu prinsipin ümumi mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir.
15. Hazırkı mübahisəyə münasibətdə torpaq sahəsinin iddiaçıya icarəyə verilməsinin ekoloji və gigiyena qaydaları baxımından tamamilə qanunsuz olması barədə cavabdehin gətirdiyi arqumentlər iş üzrə materiallarla təsdiq olunmur. Belə ki, cavabdeh tərəfindən bu faktı təsdiq edən hər hansı s ənəd təqdim edilməmiş, bununla bağlı hər hansı mötəbər sübuta istinad edilməmişdir. Məhkəmə xüsusilə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh inzibati orqanı təmsil edən iş üzrə nümayəndə olan bələdiyyə sədrinin və iddiaçının faktiki qonşuluq münasibətlərində ixtilafda olmaları hazırkı mübahisə üzrə bələdiyyənin qanunla müəyyən edilmiş qaydada inzibati akt qəbul etmək fəaliyyətinə təsir etməməlidir. Məhkəmə hesab edir ki, torpaq sahəsi üzərində iddiaçının icarə hüququnun reallaşdırılmasını istisna edən hallar müəyyən edilmir. Buna görə də, torpaq sahəsi üzərində sonuncunun bu hüququnun təmin edilməsi üçün həmin ərazinin uzun illərdir iddiaçının faktiki istifadəsində olması yetərli əsas sayılmalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə şəxsin daşınmaz əmlaka i carə hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alacaqdır. Məhkəmə qeyd olunanları, o cümlədən hazırkı iş üzrə mübahisələndirilən əraziyə dair icarə müqaviləsinin bağlanılmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, iddia təmin edilməlidir.
16. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
17. Apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətində qeyd edilən dəlillərə münasibətdə işin daha obyektiv araşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Babək rayon İcra Hakimiyyətinə, Naxçıvan Muxtar Respublikası Gigiyena və X4 rayon şöbəsinə, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvə tlər Nazirliyinə müvafiq sorğular göndərilmişdir.
18. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2023-cü il tarixli cavab məktubunda iddiaçının həyətyanı sahəsinə xx.xx.2023-cü il tarixdə keçirilən baxış zamanı ona məxsus yaşayış evindən 7,60 m məsafədə 198 kv.m sahədə yerləşən tövlənin Babək rayon Naxışnərgiz bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 20 nömrəli arayışına əsasən bələdiyyə mülkiyyətində yerləşdiyi, tövləyə keçirilən baxış zamanı iki baş iribuynuzlu və altı baş xırdabuynuzlu mal-qaranın saxlanıldığı, tövlənin ətrafında yaş və quru halda üzvi tullantıların atılmadığı, ətraf mühitə və insan sağlamlığına hər hansı zərərli təsirin olmadığının müşahidə olunduğu qeyd edilmişdir.
19. Babək rayon Gigiyena və Epidemiologiya şöbəsinin xx.xx.2023-cü i l tarixli məktubunda əraziyə baxış zamanı həmin tövlədə 200 baş xırdabuynuzlu heyvan saxlanılmasının deyilməsinə baxmayaraq, heyvan izlərinin aşkar edilmədiyi, əraziyə baxış zamanı tövlədən kənar yol ərazisində və ətraf hissədə heyvanların quru və ya yaş halda olan bioloji tullantılarına rast gəlinmədiyi, tövlə və ətrafının təmizləndiyinin hiss olunduğu, baxış zamanı tövlədə heyvan saxlanılmadığı, əgər həmin tövlədə heyvan saxlanılarsa ətraf qonşular, ümumi yol məktəbə yaxın olduğu üçün yolverilməzliyi, əgər heyvanlarda hər hansı bir zoonoz xəstəlik olarsa əhali və məktəblilər üçün təhlükə mənbəyi ola biləcəyi qeyd olunmuşdur.
20. Naxçıvan Muxtar Respublikası Babək rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubunda Babək rayon Gigiyena və Epidemiologiya şöbəsinin xx.xx.2023-cü i l tarixli məktubuna istinad edilməklə yanaşı, Babək rayon İcra Hakimiyyəti başçısının Naxışnərgiz kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən iddiaçının mülkiyyətinə bitişik olan tövlə haqqında nümayəndəliyə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək heç bir şifahi və yazılı şikayətin daxil olmadığı bildirilmişdir.
21. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Sənan Qarayev /sədrlik edən və məruzəçi/, Əli Allahverdiyev və Mehman Allahverdiyev) 22 noyabr 2023-cü il tarixli, 2-1(108)-39/2023 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, işin müəyyən edilmiş hallarından və məhkəməyə təqdim edilmiş Babək rayon Naxışnərgiz bələdiyyəsinin ümumi yığıncağın xx.xx.2022-ci il tarixli 05 nömrəli (İ cild, i.v. 159), xx.xx.2022-ci il tarixli 09 nömrəli (İİ cild. i.v. 33), xx.xx.2022-ci il tarixli 12 nömrəli (İİ cild, i.v. 91) protokollarından aydın olur ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının mülkiyyətində olan yaşayış evinə bitişik tövlənin yerləşdiyi 198 kv.m ərazinin onun icarəsinə verilməsi barədə müraciəti üzrə “İnzibati icraat haqqında” Qanunun tələblərinə müvafiq olaraq inzibati icraat aparılmamış və bununla əlaqədar olaraq inzibati akt qəbul edilməmişdir. Dəfələrlə iddiaçı tərəfindən müraciət olunduğuna, hətta birinci instansiya məhkəməsi tərəfindən sə rəncamlar qəbul olunaraq məsələnin bələdiyyə üzvlərinin iştirakı ilə müzakirə olunması və qanunvericiliyə müvafiq qərar qəbul edilməsi məqsədilə ayrı-ayrı vaxtlarda dəfələrlə bələdiyyəyə müraciət edilməsinə və müddət təyin edilməsinə (İ cild i.v. 116, İİ cild i.v. 26, İİ cild i.v. 41) baxmayaraq, heç bir nəticəsi olmamış, məsələnin mahiyyəti ilə əlaqəsi olmayan, qanunvericiliyin tələblərinin pozulması ilə müşayiət olunun qeyri-müəyyən qərarlar qəbul edilmişdir. Yəni torpaq məsələləri ilə əlaqədar müraciətlərin qanunvericiliyə uyğun olaraq bələdiyyənin ümumi yığıncağında üzvlərin iştirakı ilə müzakirə olunaraq həll edilməli olmasına baxmayaraq ümumi izahedici, qeyri-müəyyən, iş materialları ilə təsdiq edilmiş hallara görə bələdiyyə üzvlərinin iştirakı təmin edilmədən qərarlar qəbul edilməsi hallarına yol verilmişdir. Belə ki, kənd sakinləri olan bələdiyyə üzvləri X9, X3, X14, X5, X13, X10 birinci instansiya baxışı zamanı məhkəmə iclasında verdikləri izahatlarında və eləcə də təqdim etdikləri notarial qaydada təsdiq edilmiş ərizələrində iddiaçının həmin torpaq sahəsinin ona icarəyə verilməsi barədə bələdiyyəyə müraciət etdiyindən və bələdiyyənin imtina cavabından xəbərlərinin olmadığını, kənd sakinləri kimi iddiaçının həmin tövlədən 30 ildən artıqdır istifadə etdiyinin şahidi olduqlarını qeyd etməklə yanaşı, bələdiyyə üzvləri kimi həmin torpağın ona icarəyə verilməsinə etirazlarının olmadığını bildirmişlər.
23. Apellyasiya şikayətində həmin tövlənin son dövrdə tikilməsi dəlilinə münasibətdə qeyd edilməlidir ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli, 2-1(122)-6/2021 nömrəli qərarı ilə mübahisə obyekti tövlənin 2008-ci ildən daha əvvəl orada mövcudluğu və iddiaçının sahiblik və istifadəsində olması təsdiq edilir. Eyni hal yuxarıda da qeyd olunduğu kimi, kənd sakinləri olan bələdiyyə üzvləri tərəfindən də həmin tövlənin otuz il əvvəl iddiaçı tərəfindən inşa olunaraq istifadə olunması barədə ifadələri ilə də təsdiq edilmişdir. Eyni zamanda, məhkəmə prosesinə mütəxəssis kimi cəlb olunmuş, Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti "xxxx" MMC-nin Yerquruluşu şöbəsinin rəisi X2 məhkəməyə təqdim etdiyi 2001-ci ilə aid peyk görüntülərindən də iddiaçının inşa etdiyi tövlənin, qismən kiçik ölçülərdə həmin yerdə 2001-ci ildən əvvəl tikilmiş olduğu təsdiq edilir. Qeyd olunanlar dan belə nəticə çıxır ki, həmin tövlə 20 ildən artıqdır ki, iddiaçı tərəfindən tikilib istifadə olunmasına baxmayaraq, aidiyyəti inzibati orqan tərəfindən buna susmaqla reaksiya verilməsi öz növbəsində vətəndaşda qanuni gözlənti yaranmasına səbəb olmuşdur.
24. Apellyasiya instansiyası məhkəməsi Babək rayon Gigiyena və Epidemiologiya şöbəsinin 05.10. 2023-cü il tarixli məktubunda qeyd olunanlara münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, xx.xx.2023-cü il tarixdə mübahisə obyekti olan torpaq sahəsinə və üzərində inşa olunmuş tövlə binasına mütəxəssisin iştirakı ilə yerində baxış keçirilmişdir. Yerində baxışın nəticəsində mütəxəssis tərəfindən verilmiş rəyə əsasən müəyyən olunur ki, Babək rayon Naxışnərgiz kəndində yerləşən, iddiaçının mülkiyyətində və istifadəsində olan torpaq sahəsin də ölçmə-dəqiqləşdirmə işləri aparılmış, ölçmə-dəqiqləşdirmə zamanı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş 2754 kv.m torpaq sahəsinə bitişik, bələdiyyə mülkiyyətinə aid 235 kv.m torpaq sahəsində iddiaçının istifadəsində olan yardımçı tikililər olduğu müəyyən edilmişdir. Həmin ərazinin 179 kv.m hissəsində tövlə, 25 kv.m hissəsində yardımçı tikili, 31 kv.m hissəsinin boş ərazi olduğu aşkar edilmişdir. Torpaq islahatı aparılan zaman həmin ərazi bələdiyyə mülkiyyəti kimi uçota alınmışdır. Yerində baxış zamanı aparılan müşahidələrlə həmçinin müəyyən olunmuşdur ki, dolanışığını aqrar sahədən, əsasən heyvandarlıqdan təmin edən ərazi olaraq həmin ətrafda, hətta mübahisə obyekti olan tövlə ilə eyni sırada, hər kəsin, hətta bitişik qonşuların yola yaxın ərazidə və çıxışı yola olan tövlələri mövcuddur. Eyni zamanda həmin tövlələrdən bəziləri isə məktəb binasına iddiaçının mülkiyyətinə bitişik olan tövlə binasından daha yaxın ərazidə yerləşir və hər hansı bir xəstəliyin baş verəcəyi halda məktəb üçün daha yaxın təhlükə törədə biləcəyi aşkardır. Bu nöqteyi- nəzərdən Babək rayon Gigiyena və Epidemiologiya şöbəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunanlar, yəni məhz həmin tövlədə heyvan saxlanılmasının ətraf qonşular, ümumi yol məktəbə yaxın olduğu üçün yolverilməzliyi, əgər heyvanlarda hər hansı bir zoonoz xəstəlik olarsa əhali və məktəblilər üçün təhlükə mənbəyi ola biləcəyinin qeyd edilməsi tam olaraq başa düşülən deyildir.
25. Eyni zamanda, cavabdehin nümayəndəsinin apellyasiya şikayətində qeyd etdi yi bələdiyyənin qanunvericiliyin tələbinə əsasən diskresion səlahiyyətə malik olması dəlilinə münasibətdə qeyd edilməlidir ki, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Bu halda aydınlaşdırılmalı məsələ ondan ibarətdir ki, cavabdeh iddiaçının müraciətinə bələdiyyə üzvlərinin iştirakı ilə müzakirə aparmadan, inzibati icraat aparmadan rədd cavabı verməklə özünün diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və diskresion hüququnu həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdirmi? Yuxarıda göstərilən müddəaların tələbləri baxımından kollegiya hesab edir ki, işin faktiki halları nəzərə alındığında hazırkı iş üzrə diskresion səlahiyyətlər qanu nla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilməmişdir. Belə ki, iş materialları ilə, iddiaçı və cavabdehin nümayəndəsinin həm birinci instansiya məhkəməsi, həm də apellyasiya baxışı zamanı verdikləri izahatları ilə müəyyən olunur ki, mövcud mübahisənin yaranmasının səbəbi, iddiaçının öz torpaq ərazisindən bələdiyyə sədrinin qardaşına avtomobil yolunu verməməsi ilə əlaqədar baş vermiş məhkəmə çəkişmələri ilə əlaqədar olmuşdur. Yəni vəzifə səlahiyyətlərindən şəxsi məqsədlər üçün sui-istifadə halları ilə əlaqədardır. Tərəflər arasında çoxlu sayda məhkəmə çəkişməsi olması bu halın publik maraqlar çərçivəsindən çıxaraq şəxsi mənafelərin toqquşmasının təzahürü olmasını açıq şəkildə sübut edir.
26. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv ed ilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
27. Cavabdehin kassasiya şikayətinin əsasını mahiyyətcə onun iddiaya qarşı etirazının və apellyasiya şikayətinin dəlilləri təşkil edir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz təqdim edilərək cavabdehin kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 29. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. Maddə 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Maddə 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxs lərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların isti fadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. Maddə 11.3. Bələdiyyə mülkiyyətində olan bütün torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Maddə 11.13. Torpaq icarəsinə dair münasibətlər Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyi ilə tənzimlənir. Maddə 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Maddə 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir.
30. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 47.1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Maddə 47.2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Maddə 47.3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlar ının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Maddə 47.6. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Maddə 56.6. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. 31. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 04 avqust tarixli, 176 nömrəli Fərmanı
2. Müəyyən edilsin ki: 2.3-1. həmin Məcəllənin 56-cı maddəsinin 6-cı hissəsinin üçüncü abzasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsə dinə uyğun olaraq), Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair), Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (tikinti məqsədləri üçün ayrılan torpaq sahələrinə (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər;
32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materi allarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
33. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış v ə şikayətçinin tələbləri göstərilmişdir.
34. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Məhkəmə kollegiyası iş üzrə məhkəmə icraatının materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti məhkəmə qərarının ləğvinin tələb olunduğu hissədə əsaslıdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamış, sübutlar məhkəmə tərəfindən əlaqəli şəkildə qiymətləndirilməmişdir. Bu baxımdan kassasiya şikayəti qismən təmin edilmə li, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
36. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.
37. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bununla yanaşı, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu onun xidməti vəzifəsindən irəli gəlir.
38. Obyektiv araşdırma prinsipinin mahiyyəti nə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçıya aid faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən və iş üzrə mövcud mübahisəli məqamların aradan qaldırılmasını təmin edən həcmdə araşdırılma aparılmamışdır.
39. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı və məqsədi Babək rayonunun Naxışnərgiz kəndin də yerləşən, mülkiyyətində olan yaşayış evinə bitişik tövlənin yerləşdiyi 198 kvadrat metr ərazinin 15 il müddətinə onun icarəsinə verilməsinə nail olmaqdan ibarətdir. İddiaçı tələbinin əsası kimi, həmin ərazidə 1982-ci ildə tövlə inşa etməsinə və 40 ildir həmin tövlənin istifadəsində olmasına istinad edir.
40. Cavabdehin imtinasının dəlillərinə görə, həmin ərazi ümumi istifadədə olan torpaq sahəsidir, iddiaçı tərəfindən qanunsuz zəbt olunmuşdur və həmin ərazinin ümumi istifadəyə qaytarılması barədə cavabdeh tərəfindən Babək rayon Məhkəməsində iddia qaldırılmışdır. Bundan əlavə, həmçinin sözügedən ərazinin Babək rayon Naxışnərgiz kənd orta məktəbinin 30-40 metrliyində yerləşdiyi, bunun ekoloji və gigiyena qaydaları baxımından tamamilə qanunsuz olduğu bildirilir.
41. Bu qərarın 30-cu bəndin də istinad edilən normalara görə, bələdiyyə mülkiyyətindəki ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrin, meydanların, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.
42. Bu qərarın 29-cu bəndində istinad edilən normalara əsasən, qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda, artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir.
43. Nəzərə alınmalıdır ki, istinad olunan normalarda qanunverici bələdiyyə mülkiyyətindəki ümumi istifadədə olan torpaqların xüsusi mülkiyyətə verilməsinin qadağan olunduğunu imperativ qaydada müəyyən etməsinə rəğmən, ümumi istifadədə olan torpaq sahəsinin geri alınmasının mümkün olmadığı hallarda qeyri-qanuni istifadə edilən torpaq sahəsinin icarə hüququ əsasında şəxsin adına rəsmiləşdirilməsinin mümkünlüyünü də nəzərdə tutmuş və şəxsə müəyyən şərtlər daxilində belə bir imkan tanımışdır.
44. Bununla belə, hazırkı qərarın 29-cu bəndində istinad edilən normalara əsasən, bələdiyyə mülkiyyətində olan bütün torpaqlar yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada icarəyə verilə bilər. Başqa sözlə, qanunverici bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsinin mümkünlüyünü, lakin bunun yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilməsinin zəruri olduğunu müəyyən etmişdir. Bu baxımdan bələdiyyə mülkiyyətində olan torpaqlar Torpaq Məcəlləsi ilə, bələdiyyələr və bələdiyyə torpaqları haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada icarəyə verilə bilər.
45. Torpaq Məcəlləsinin 56-cı maddəsinin 6-cı hissəsinə görə, torpaq sahəsinin hüquqi və fiziki şəx slərin icarəsinə verilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir.
46. İstinad edilən normada nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini hazırkı mübahisənin predmeti olan torpaq sahəsinə münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri həyata keçirirlər (Bu qərarın 31-ci bəndi).
47. İşə baxan birinci və apellyasiya instansiyası məhkəmələri mübahisəli torpaq sahəsinin iddiaçının icarəsinə verilməli olması qənaətinə gəlsələr də, bunun sahənin xüsusiyyə tinə və ayrılma məqsədinə, habelə həmin bələdiyyə üzrə ərazi-planlaşdırılması sənədlərinə, şəhərsalma və tikinti hüquq normalarının tələblərinə uyğun olub-olmadığının araşdırılması məqsədilə qeyd edilən icra hakimiyyəti orqanlarının münasibəti öyrənilməmişdir. Halbuki, yaşayış məntəqələrinin məkan baxımından təşkili, insanların sağlam və təhlükəsiz yaşayışı, iş və istirahət şəraiti ilə təmin edilməsi, habelə ətraf mühitin mühafizəsi və bərpası ilə əlaqədar tələblər hazırkı mübahisənin həlli zamanı mütləq nəzərə alınmalıdır. Bu zaman həmçinin şəhərsalma və tikinti hüquq normalarının ərazilərin funksional təyinatı, eləcə də onların landşaft təşkili və tikintisi ilə bağlı tələblər, habelə torpaqdan istifadə növünün və şərtlərinin, tikinti miqyasının, eləcə də torpaqdan istifadə ilə bağlı məhd udiyyətlərin müəyyən edildiyi ərazi planlaşdırılması sənədlərinin tələbləri də nəzərə alınmalıdır.
48. Bundan başqa, cavabdeh tərəfindən ekoloji və gigiyena qaydaları baxımından sözügedən torpaq sahəsinin iddiaçının icarəsinə verilməsinin mümkün olmadığı bildirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bununla bağlı müvafiq sorğularına cavab olaraq Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Naxçıvan Muxtar Respublikası Gigiyena və X4 rayon şöbəsi tərəfindən verilmiş rəylərin bir-biri ilə ziddiyyət təşkil etməsinə rəğmən, həmin ziddiyyətlər məhkəmə tərəfindən lazımi qaydada araşdırılmamış və aradan qaldırılmamışdır.
49. Bu qərarın 29-cu bəndində istinad edilən norma bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsini bələdiyyənin diskresion səlahiyy ətinə aid etmişdir. Yəni bələdiyyənin torpaq sahəsinin konkret şəxsin icarəsinə verilməsi ilə bağlı mütləq öhdəliyi yoxdur. Bununla belə, inzibati orqan, yəni bələdiyyə diskresion səlahiyyətini yuxarıda istinad olunan qanunların məqsədləri və həmin səlahiyyətin hüdudları çərçivəsində həyata keçirməyə borcludur. Bu baxımdan iddiaçı bələdiyyədən yalnız diskresion səlahiyyətin düzgün və səhvsiz həyata keçirilməsini tələb etmək hüququna malikdir.
50. Qeyd edilənlər baxımından məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna imkan verən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar m üəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz.
51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əbilovun şikayəti üzrə” 13 iyun 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusion məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalara yol verilməməlidir.
52. Məhkəmə, özü tərəfi ndən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (həmçinin bax: “S.Əliyevanın şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).
53. Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə görə, məhkəmə aktlarına münasibətdə irəli sürülən əsaslılıq tələbinə məhkəmələr tərəfindən əməl olunmaması, ədalətli məhkəmə araşdırması hüququnun pozulması kimi qəbul ed ilməlidir (Avropa İnsan Hüquqları Məhkəməsinin “Kuznetsov və digərləri Rusiya Federasiyasına qarşı” iş üzrə 21 yanvar 2007-ci il tarixli qərarı).
54. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.
55. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan, şikayət iddianın rəd d edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
56. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 noyabr 2023-cü il tarixli, 2-1(108)-39/2023 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Kassasiya şikayəti qalan hissədə təmin edilmir. Qərar qətidir.