Məhkəmə qərarları › İş №2-1(102)-877/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-877/2020

17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-877/2020 17.03.2020 ALİ MƏHKƏMƏ Iddiaçı X cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iş üzrə (açar söz: sənədlərin təqdim edilməsi) GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, İddiaçı X, cavabdehin nümayəndəsi iştirakı ilə, İddiаçı X cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı “sənədlərin verilməsindən imtinanın qanunsuz hesab edilməsi, cavabdehin üzərinə sənədlərin təqdim edilməsi vəzifəsinin qoyulması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(102)-877/2020 saylı, 11.12.2019-cu il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 17.03.2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı x, iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin sənədləri verməkdən imtinasının qanunsuz hesab edilməsi, cavabdehin üzərinə 2015-ci ildə Palata tərəfindən “X” ASC-nin ayrılma yolu ilə yenidən təşkil edilməsi və səhmlərinin dövriyyədən çıxarılması ilə bağlı tərtib edilmiş inzibati aktın, 2015-ci ildə “X” ASC-nin təsis sənədlərində edilmiş dəyişikliklər və qeydə alınmış faktlarla bağlı tərtib edilmiş sənədlərin, “X” ASC-nin 20142017-ci illər üzrə illik hesabatlarının, habelə “X” ASC-nin nizamnamə kapitalı, hazırki hüquqi ünvanı və ya olduğu yer, di rektorlar şurası (müşahidə şurası), icra orqanı və onların üzvlərinin adı, soyadı, atasının adı barədə məlumatlar haqqında sənədlərin təsdiq edilmiş surətlərinin iddiaçıya verilməsi vəzifəsinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.06.2018-ci il tarixli, 2-1(81)1975/2018 nömrəli qərarına əsasən, iddia qismən təmin edilmiş, cavabdehin sənədlərin verilməsindən imtinasının qanunsuz hesab edilməsi, iddiaçıya 2015-ci ildə “X” ASC-nin təsis sənədlərində edilmiş dəyişikliklər və bununla bağlı tərtib edilmiş sənədlər, “X” ASCnin 2014-2017-ci illər üzrə emitentin illik idarə hesabatlarının, Cəmiyyətin nizamnamə kapitalı, hüquqi ünvanı və ya olduğu yer, Cəmiyyətin direktorlar şurası (müşahidə şurası), icra orqanı və onların üzvləri bar ədə məlumatları özündə əks etdirən sənədləri təqdim etmək vəzifəsinin Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qərara alınmışdır. Həmin qərar, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16.10.2018-ci il tarixli, 2-1(103)-2213/2018 nömrəli, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 05.02.2019-cu il tarixli, 2-1(102)-429/2019 nömrəli qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 22.04.2019-cu il tarixində həmin iş üzrə icra vərəqəsi verilərək icra olunması üçün Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsinə göndərilmiş, sonuncu tərəfindən 02.05.2019-cu il tarixində icraata başlamaq barədə qərar qəbul edilmiş, 12.07.2019-cu il tarixində isə icrası mümkün olmayan icra sənədinin məhkəməyə qaytarılması barədə qərar qəbul edilərək həmin icra vərəqəsi icra olunmadan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmış, qərar belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən mövcud olan bütün sənədlər tələbkara təqdim olunmuş, geri qalan sənədlər Palatada mövcud olmadığından icra sənədinin həmin hissədə icrası mümkün olmamışdır. İcra və probasiya şöbəsinin bu qərarını əsassız və qanunsuz hesab edən iddiaçı şikayətlə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsinin icra məmuru X1 “icra sənədinin qaytarılması haqqında” qəbul etdiyi 09.07.2019-cu il tarixli qərarın ləğv edil məsini, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1975/2018 nömrəli, 22.04.2019-cu il tarixli icra vərəqəsinin yenidən Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsinə icraya yönəldilməsini xahiş etmişdir. İddia ərizəsini belə əsaslandırmışdır ki, icra məmuru “İcra haqqında” Qanunun 9-cu maddəsinin tələblərini pozaraq icra sənədinin icrası üçün davamlı tədbirlər görməmiş, qərarın icrasını mümkünsüz edən halların mövcudluğunu araşdırmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə verilmiş icra sənədinin icrasını yalnız borclunun göstərdiyi əsasla təmin etmədən, “İcra haqqında” Qanunun 70.4-cü maddəsinə istinad edərək icrası mümkün olmayan sənəd kimi məhkəməyə geri qaytarmışdır. Məhkəmələrin mövqeyi 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.08.2019-cu il tarixli, 2-1(81) 1975/2018 nömrəli qərardadına əsasən, Bakı şəhər Nəsimi rayon icra və probasiya şöbəsinin “icrası mümkün olmayan icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” 09.07.2019-cu il tarixli qərarının ləğv edilməsi, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1975/2018 nömrəli iş üzrə verilmiş 22.04.2018-ci il tarixli icra vərəqəsi icra hərəkətlərinin davam etdirilməsi üçün Bakı şəhər Nəsimi rayon icra və probasiya şöbəsinə qaytarılması qərara alınmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.08.2019-cu il tarixli, 2-1(81)1975/2018 nömrəli qərardadından cavabdeh və Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsi apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin 11.12.2019-cu il tarixli, 2-1(103)-2713/2019 nömrəli qərardadına əsasən, cavabdeh və Nəsimi rayon icra və probasiya şöbəsinin apellyasiya şikayətləri təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.08.2019-cu il tarixli, 2-1(81)-1975/2018 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sistemi nin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.11.2019-cu il tarixli, 1616 nömrəli Sərəncamına əsasən Palatanın maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarətin, investorların və maliyyə xidmətləri istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları Mərkəzi Banka verilmiş, Azərbaycan Respublikas Mərkəzi Bankı da Bakı Apellyasiya Məhkəməsinin 11.12.2019-cu il tarixli, 21(103)-2713/2019 nömrəli qərardadından kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddiaçının rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə apellyasiya instansiya məhkəməsi işin faktiki hallarını hərtərəfli araşdırmamışdır. Belə ki, hesabatların Palata tərəfindən qanunvericiliklə müəyyən edilən qaydada əldə edilməsi mümkün olmadığından, nəticə etibarilə onun və tərkibindəki məlumatların təqdim edilməsi və məhkəmə qərarının icrası qeyri-mümkün olmuş, apellyasiya instansiya məhkəməsi isə sözügedən halları qiymətləndirməmişdir. Kassator, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 87.8, 90.1, 90.2, 91, 92.0.6, 96.9-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin 11.12.2019-cu il tarixli, 2-1(103)-2713/2019 nömrəli qərardadının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onların izahatı dinlənilməmişdir. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin 11.12.2019-cu il tarixli, 2-1(103)-2713/2019 nömrəli qərardadı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan hallarına görə Bakı şəhəri Nəsimi rayon icra və probasiya şöbəsi “İcra haqqında” Qanunun 70.4-cü maddəsinə əsasən 09.07.2019-cu il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1975/2018 nömrəli iş üzrə verilmiş 22.04.2018-ci il tarixli icra vərəqəsini məhkəməyə qaytarmış, “X” ASC tərəfindən 2014-2017-ci illər üzrə illik hesabatlar ilə bağlı məlumatlar Palataya təqdim edilmədiyindən sonuncu barəsində inzibati tənbeh tədbirləri tətbiq edilmiş, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən mövcud olan bütün sənədlər tələbkara təqd im olunmuşdur və qalan sənədlər Palatada mövcud olmadığından icra sənədinin həmin hissədə icrası mümkün olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi göstərilən halların mövcudluğunu bildirsə də, yekun qərar qəbul edərkən qanunvericilikdə nəzərdə tutulmuş prosessual hüquq normalarını pozmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Həmi n Məcəllənin 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilən normaların tələblərindən görünür ki, işə apellyasiya instansiya məhkəməsində baxılarkən məhkəmə öz qərarını əsaslandırmalı, hər bir halda qərarda apellyasiya şikayətinin dəlillərinə münasibət bildirməlidir. Hazırki iş üzrə apellyasiya şikayətinin dəlillərində icra sənədinin icrasının mümkünsüzlüyünün səbəbləri bildirilsə də, apellyasiya instansiya məhkəməsi tərəfindən bu halların heç biri təhlil edilməmi və məhkəmə öz nəticəsini əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, apellyasiya instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmadan qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessua Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəsinə əsasən, məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 69.4-cü maddəsinə əsasən, məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamalı, qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutları göstərməli olsa da düzgün araşdırma aparmamış, sözügedən normaların tələblərini pozaraq qərarını əsaslandırmamışdır. Azərbaycan Respublikası İPM-nin 92.0.6-cı maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq əsaslandırılması zəruri olan qərar əsaslandırılmadıqda məhkəmə qərarı (qərardadı) kassasiya qaydasında mütləq ləğv olunmalıdır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 92.0.6-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçının kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 11.12.2019-cu il tarixli, 2-1(103)-2713/2019 nömrəli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar