Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-877/2021 18.05.2021 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı iş üzrə (Açar sözlər: əlilliyə görə pensiya; işin faktiki hallarının araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Rəsulova Fərəh Məmmədxan qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF publik hüquqi şəx sin Zaqatala rayon filialına qarşı iş üzrə “işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı tarixdən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.02.2021-ci il tarixli, 2-1(107)-132/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. xx.xx.1969-cu il təvəllüdlü İddiaçı 22.11.2019-cu il tarixində ikinci dərəcəli əlillik müəyyən edilmiş, əlilliyin səbəbi ümumi xəstəlik – kəllədaxili qansızmanın nəticələri, sol beyin yarımkürəsində keçirilmiş parenximatoz, geniş ölçülü hemorragik insultun davamlı qalıq əlamətləri göstərilmiş, əlillik müddəti 22.11.2024-cü ilədək müəyyən edilmişdir. İddiaçı 20.12.2019-cu il tarixində cavabdeh orqana müraciət edərək ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh orqan 07.01.2020-ci il tarixli **********8 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İmtinanı belə əsaslandırmışdır ki, iddiaçının 90 və 961 nömrəli apteklərdə işlədiyi müddətin “Əmək pensiyaları haqqında” Qanunun 21ci maddəsinə əsasən sığorta stajı kimi qəbul edilməsi mümkün deyil. ““Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 4.2.7-ci bəndinə əsasən 90 və 941 nömrəli apteklərdə iddiaçının işlədiyi iş stajının qarşılıqlı yerində yoxlanılması t ələb olunur. Həmin apteklərin mühasibat sənədləri saxlanılmadığından və rayon Arxivinə təhvil verilmədiyi səbəbindən yoxlanılması mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.05.1993-cü il tarixdən 21.08.2014-cü il tarixədək 90 və 961 saylı apteklərdə işlədiyi müddətin sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbini belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. O, cavabdeh orqana on a əlilliyə əmək pensiyasının təyin edilməsi üçün müraciət etmişdir. Lakin cavabdeh orqan iddiaçının 90 və 941 saylı apteklərdə işlədiyi müddətlərin onun sosial sığorta stajına daxil edilməsindən imtina etmişdir. Belə ki, həmin apteklərdə iddiaçının iş stajının qarşılıqlı yoxlanması tələb edilmiş, lakin apteklərin mühasibat sənədləri saxlanılmadığından və arxivə təhvil verilmədiyindən bu mümkün olmamışdır. Məhz bu səbəblə iddiaçının müraciətinin təmin edilməsindən imtina olunmuşdur.
5. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə birinci instansiya məhkəməsinə 13.05.2020-ci il tarixli ərizə təqdim edərək, “16.05.1993-cü ildən 04.01.2000-ci ilədək 90 nömrəli, 05.01.2000-ci ildən 11.10.2005-ci ilədək 961 nömrəli aptekdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 22.11.2019-cu il tarixdən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli məhkəmən iclasında protokol qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
6. Cavabdeh orqan etirazını belə əsaslandırmışdır ki, iddiaçının əlilliyə görə pensiya hüququ 22.11.2019-cu il tarixdə yaranmışdır. İddiaçıya 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin olunması üçün 11 il 8 ay sosial sığorta stajı və 21000 manat sığorta kapitalı tələb olunur. İddiaçının əmək kitabçasının surətinə əsasən 01.01.2006-cı il tarixədək 15 il 4 ay sosial sığorta stajı (həmin sığorta stajı 11070 manat sığorta kapitalına bərabərdir) toplanılır. İddiaçının mübahisələndirilməyən sosial sığorta stajı 3 il (həmin staj 2166 manat sığorta kapitalına bərabərdir), mübahisələndirilən sosial sığorta stajı 12 il 4 ay 25 gün (həmin staj 8905 manat sığorta kapitalına bərabərdir) təşkil edir. İddiaçının əmək kitabçasının surətində qeyd edilmiş 90 saylı aptekin məcburi dövlət sosial sığorta haqlarının toplanması və uçotuna dair 1993, 1994, 1995, 2000-ci illərdə aparılmış yoxlama aktlarında iddiaçının həmin aptekin mühasibi kimi adı qeyd edilməmişdir.
7. Bundan başqa, "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" 25.12.1991-ci il tarixli qərarına əsasən, Azərbaycan dilində latın qrafikasına keçid 1992-ci ildən başlamış, 30.09.2002-ci il tarixli “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununun 17-ci maddəsinə əsasən isə Azərbaycan Respublikasının dövlət hakimiyyəti və yer li özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların nümayəndəliklərinin və filiallarının, idarələrin adları Azərbaycan dilinin normalarına uyğun olaraq yazılır. Göstərilən təsisatların adını əks etdirən lövhələr, blanklar, möhürlər və kargüzarlıqla bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət dilində tərtib olunur. Lakin iddiaçının təqdim etdiyi əmək kitabçasında 1993-2000-ci illər barədə qeydlər kiril əlifbası ilə aparılmasına baxmayaraq, möhür latın qrafikalı Azərbaycan əlifbası ilə tərtib edilmişdir. 1993-2000-ci illərdə fəaliyyət göstərən müəssisələrdə latın qrafikalı möhürlərin istifadəsi mümkünsüz idi.
8. Buna əlavə olaraq bildirilir ki, iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş 90 saylı aptekdə mühasib işləməsinə dair qeydləri təsdiq edən möhürün əksi həmin dövrdə 90 saylı aptekdə istifadə olunan möhürün əksi ilə uyğun gəlmir. Göstərilənlərə əsasən, iddiaçının 90 saylı aptekdə 1993-2000-ci illərin onun sosial sığorta stajına daxil edilməsi qanunsuz və əsassızdır. Digər müəssisəyə gəldikdə isə Mərkəzləşdirilmiş informasiya sistemindən əldə olunan məlumata əsasən, Zaqatala rayonu 961 saylı aptek sığortaedən kimi 01.12.2008-ci il tarixdə qeydiyyatdan keçmiş, iddiaçının isə həmin aptekdə işlədiyini təsdiq edən əmək müqaviləsinin bağlanma tarixi 06.01.2014-cü il göstərilmişdir Odur ki, iddiaçının 961 saylı aptekdə işlədiyini iddia etdiyi 05.01.2000-ci ildən 11.10.2005-ci ilədək olan dövr onun sosial sığorta stajına daxil edilə bilməz. Nəhayət, iddiaçının təqdim etdiyi əmək kitabçasında müvafiq iş yerləri ilə bağlı qeydlər öz təsdiqini tapmadığınd an, ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalı ödənilmədiyindən iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi qanuna müvafiq deyil.
9. Şəki İnzibati Məhkəməsinin 19.11.2020-ci il tarixli, 2-1(116)-535/2020 nömrəli qərarına əsasən (hakim – İlqar Cabbarov) iddianın təmin edilməsi, cavabdehin üzərinə iddiaçının 16.05.1993-cü ildən 04.01.2000-ci ilədək 90 nömrəli, 05.01.2000-ci ildən 11.10.2005-ci ilədək 961 nömrəli aptekdə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 22.11.2019-cu il tarixindən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
10. Məhkəmə qeyd etmişdir ki, həqiqətən iddiaçının əmək kitabçasında müxtəlif iş yerlərində işləməsi qeyd olunmuş, onların bəzilərinin ü st-üstə düşməsi aşkar olunmuşdur. Qeyd olunan hallar nəzərə alınaraq iddiaçı tərəfindən iddia tələbi dəqiqləşdirilmiş və hazırkı tələb irəli sürülmüşdür. Məhkəmə iddiaçı ilə həmin dövrdə işləyən şəxslərin ərizələrini, onların məhkəməyə təqdim olunmuş əmək kitabçalarının surətlərini araşdıraraq hesab edir ki, iddiaçı həqiqətən iddia tələbində qeyd olunan müddətdə 90 və 961 nömrəli apteklərdə işləmişdir. Əmək kitabçasında olan möhürdəki yazıların latın qrafikası ilə olması iddiaçının qeyd olunan apteklərdə işləməməsi anlamına gəlmir. Ona görə ki, əmək kitabçasında aparılan qeydlərin ardıcıllığından da onların sonradan aparılmadığı qənaətinə gəlmək olur. Məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan apteklərdə işləmiş, onun əmək kitabçasında olan qeydlər sonradan möhürlə təsdiq olunmuşdur ki, bu da həmin yazıların saxta olmasına dəlalət etmir. X2 məxsus olan ******* nömrəli “Əmək kitabçası”nın surətindən görünür ki, onun da kitabçasında 1999-cu ildə işdən çıxmasına dair qeyddə 90 nömrəli aptekin möhür əksində olan yazılar latın qrafikası ilə olmuşdur. İddiaçı əvvəlki məhkəmə iclaslarında da verdiyi izahatlarında ərizələri və əmək kitabçalarının surətləri məhkəmə təqdim olunmuş şəxslərlə işlədiyini qeyd etmiş, onunla birlikdə işləyən şəxslər barədə ətraflı məlumat verə bilmişdir ki, bu da onun həmin apteklərdə işləməsinin inandırıcı olması nəticəsinə gəlməyə əsas verir.
11. Məhkəmə qərarından cavabdeh apellyasiya şikayəti vermişdir. b. Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.02.2021-ci il tarixli, 21(107)-132/20 21 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi – Vəzirxan Məlikov, hakimlər – Rövşən Rəfiyev və Mahir Əsədli) apellyasiya şikayətinin təmin edilməməsi, Şəki İnzibati Məhkəməsinin 19.11.2020-ci il tarixli, 2-1(116)-535/2020 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Məhkəmə qərarı 01.03.2021-ci il tarixində cavabdehə təqdim edilmişdir.
15. Cavabdeh 29.03.2021-ci il tarixində kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.02.2021-ci il tarixli, 2-1(107)-132/2021 nömrəli qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri
16. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 12-ci maddəsinin tələbləri nəzərə alındıqda iddiaçıya pensiya təyin olunması üçün 11 il 8 ay sosial sığorta stajı və 21000 manat sığorta kapitalı tələb olunur.
17. Lakin Zaqatala rayon 90 nömrəli mərkəzi aptekin müvafiq illərdə DSMF vəsaitləri üzrə “Haqq-hesab cədvəli”nin təsdiq edilmiş surətindən müəyyən olunur ki, sənəddə istifadə edilmiş 90 nömrəli aptekə məxsus möhürün əksi ilə, iddiaçının A3E seriyalı ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətində sözügedən aptekin işə qəbul və iş dən azad olma zamanı istifadə edilən möhürün əksi tamamilə fərqlidir.
18. İddiaçının əmək kitabçasının surətində qeyd edilmiş 90 nömrəli aptekin məcburi dövlət sosial sığorta haqlarının toplanması və uçotuna dair 1993, 1994, 1995, 2000-ci illərdə aparılmış yoxlama aktlarında baş mühasib kimi X1 və mühasib X3, 1994-1995-ci illərdə aparılan yoxlama aktlarında baş mühasib İ.Ş. göstərilmiş, yəni iddiaçının həmin aptekin mühasibi kimi adı qeyd edilməmişdir. Həmçinin, 90 və 961 nömrəli apteklərin sənədləri arxivə təhvil verilməmişdir.
19. Bundan başqa, 13 nömrəli Ərazi Vergilər İdarəsinin 12.08.2020-ci il tarixli məktubunda qeyd edilir ki, Zaqatala 90 nömrəli Mərkəzi rayon apteki 18.06.2004-cü il tarixində vergi orqanında qeydiyyata alınmış, aptekin sahibkarlıq fəaliyyətinin müvəqqəti olaraq 01. 07.2015-ci il tarixindən 01.01.2020-ci il tarixinə və 17.02.2020-ci il tarixindən 17.02.2025-ci il tarixinədək dayandırılması üçün vergi orqanına rəsmi müraciət edilmişdir. Digər müəssisəyə gəldikdə isə Mərkəzləşdirilmiş informasiya sistemindən əldə olunan məlumata əsasən Zaqatala rayonu 961 nömrəli aptek sığortaedən kimi 01.12.2008-ci il tarixində qeydiyyatdan keçmiş, iddiaçının isə həmin aptekdə işlədiyini təsdiq edən əmək müqaviləsinin bağlanma tarixi 06.01.2014-cü il göstərilmişdir.
20. Odur ki, iddiaçının 961 nömrəli aptekdə işlədiyini iddia etdiyi 05.01.2000-ci ildən 11.10.2005-ci ilədək olan dövr onun sosial sığorta stajına daxil edilə bilməz. Nəhayət, iddiaçının təqdim etdiyi əmək kitabçasında müvafiq iş yerləri ilə bağlı qeydlər öz təsdiqini tapmadığından, ona əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan pensiya kapitalı ödənilmədiyindən, iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi qanunamüvafiq deyil.
21. Eyni zamanda, iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş 90 nömrəli aptekdə mühasib işləməsinə dair qeydləri təsdiq edən möhürün əksi həmin dövrdə 90 nömrəli aptekdə istifadə olunan möhürün əksi ilə uyğun gəlmir. İkincisi, 90 nömrəli aptekdə 1993, 1994, 1995, 2000-ci illərdə aparılmış qarşılıqlı yoxlama aktlarında baş mühasib, mühasib vəzifəsində başqa şəxslərin adı göstərilmişdir. Üçüncü əsas məqam isə, 961 nömrəli aptek vergi orqanında 2004-cü ildə qeydiyyatdan keçmiş, şəxsin əmək müqaviləsi 2014-cü ildə bağlanmışdır.
22. Beləliklə, iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsində İİ və İİİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün mütləq olan iki şərtdən biri - əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının olması şərtinin ödənilməməsini təsdiq edir ki, bu şərtlərdən hər hansı birinin olmaması əlilliyə görə pensiya təyin edilməsini istisna edir.
23. Apellyasiya instansiyası məhkəməsi isə yuxarıda qeyd edilən hallara hüquqi qiymət verməmiş, qanunvericiliyin müddəalarını mübahisəyə düzgün tətbiq etməmişdir. Məhkəmənin qanunvericiliyin əsas tələbini nəzərə almadan birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlaması qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə ziddir. İPM-in 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və t əklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Hər iki instansiya məhkəməsi inzibati icraatın əsas prinsiplərindən olan bu müddəanın tələblərini pozaraq, araşdırma aparmamış və nəticədə, düzgün olmayan qərar qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilməmişdir.
26. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Nümayəndə2 kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin olunması barə də qərar qəbul edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 27. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 12.1. Əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə 13.2. Əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti ə msalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 200-ə olan nisbəti şəklində müəyyənləşdirilir. Maddə 13.3. Əlilliyə görə əmək pensiyasının sığorta hissəsinin məbləği aşağıdakı düsturla müəyyən edilir: SH = PSK/(TxK), burada: SH - əlilliyə görə əmək pensiyasının sığorta hissəsidir; PSK - sığortaolunanın fərdi hesabının sığorta hissəsində əlilliyə görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalıdır (bu Qanunun 27-ci maddəsinə uyğun olaraq sığortaolunanın fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da daxil olmaqla); T - gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır; K - sığorta davamiyyəti əmsalıdır. Maddə 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsin də qeydə alınır
28. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11.12.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.3.1. Əlilliyə görə əmək pensiyaları Qanunla müəyyən edilmiş aşağıdakı şərtlərlə təyin edilir. 4.3.2. Əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyət li yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. 4.3.3. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, 5 ildən az olmamaqla, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlana bilməz. 4.3.4. Qanunun 13.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesabla nmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı 01 iyul 2017-ci il tarixdən sonra əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir.
29. Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
30. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyər ək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzg ün tətbiq edilməsini yoxlayır. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apellyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
31. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsasland ırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
32. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmişdir.
34. Belə ki, işin mübahisəsiz hallarından məlum olduğu kimi, iddiaçı ona əlilliyə görə pensiya təyin edilməsini xahiş etmiş, cavabdeh orqan isə iddiaçının iş stajının yoxlanılmasının mümkün olmaması əsası ilə bundan imtina etmişdir. İmtina ilə razılaşmayan iddiaçı eyni tələblə məhkəməyə müraciət e tmiş, məhkəmələr onun iddiasını əsaslı hesab edərək təmin etmişdir.
35. Məhkəmələrin mövqeyini əsassız hesab edən cavabdeh kassasiya şikayəti vermişdir. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, iddiaçının təqdim etdiyi sənədlərin mötəbərliyi şübhə doğurur. Belə olan halda isə, iddiaçıya pensiya təyin edilməsi üçün tələb edilən zəruri iş stajının olması sübut olunmur.
36. Cavabdehin dəlillərini qismən əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 27-ci bəndində göstərilən normanın məzmunundan aydın olur ki, iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi üçün 11 il 8 ay sığorta stajı və 21000 manat pensiya kapitalı tələb olunur.
37. Hazırkı qərarın 28-ci bəndində göstərilən normanın məzmunundan isə görünür ki, 2006-cı il 1 yanvar tarixinədək sı ğortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
38. Odur ki, iddiaçının zəruri sığorta stajının müəyyən edilməsi üçün ilk növbədə əmək kitabçasının mötəbərliyi öz təsdiqini tapmalıdır. Apellyasiya instansiya məhkəməsi iddiaçının əmək kitabçasını mötəbər hesab edərək iddiaçının zəruri iş stajının olmasına istinad etsə də, məhkəmə kollegiyası bu mövqeyi əsaslı hesab etmir.
39. Belə ki, cavabdehin kassasiya şikayətinin dəlillərində göstərdiyi əsaslar, yəni sənədlərdəki möhürlərin üst-üstə düşməməsi, iddiaçının adının yoxlama aktlarında mühasib kimi qeyd edilməməsi, 90 və 961 nömrəli apteklərin müvafiq illərdə sığortaverən kimi qeydiyyatdan keçməməsi əmək kitabçasının mötəbərliyini şübhə altına alır.
40. Lakin apelly asiya instansiyası məhkəməsi yuxarıda göstərilən ziddiyyətləri aradan qaldırmadan əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirmişdir.
41. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi iddiaçının pensiya kapitalının məbləği barədə araşdırma aparmamışdır. Halbuki, hazırkı qərarın 27-28-ci bəndlərindən göründüyü kimi, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələri və pensiya kapitalının hesablanma qaydası “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsi və ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4-cü bəndində öz əksini tapmışdır.
42. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının pensiya kapitalını həmin norma ların tələbinə uyğun hesablayaraq iddiaçının zəruri pensiya kapitalının olubolmadığını müəyyən etməli idi.
43. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən sübutları tam, hərtərəfli və obyektiv araşdırmamış, bununla da hazırkı qərarın 30-cü bəndində göstərilən prosessual normaların tələblərini pozmuşdur.
44. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Cavabdeh qərarın ləğv edilərək iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etsə də, iş üzrə əlavə sübutların araşdırılması tələb olunduğundan kassasiya şikayəti bu hissədə təmin oluna bilməz.
45. Beləliklə, cavabdehin kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.02.2021-ci il tarixli, 2-1(107)-132/2021 nö mrəli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməli, cavabdehin kassasiya şikayəti qalan hissədə rədd edilməlidir.
46. İşə təkrar baxan məhkəmə iddiaçının əmək kitabçası ilə bağlı yuxarıda qeyd edilən ziddiyyətləri aradan qaldırmalı, əmək kitabçasındakı qeydlərin mötəbər olubolmadığını, iddiaçının həqiqətən 90 və 961 nömrəli apteklərdə işləyib-işləmədiyini müəyyən etməli, yalnız bundan sonra iddiaçının zəruri iş stajının və pensiya kapitalının olub-olmaması məsələsinə qiymət verməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19.02.2021-ci il tarixli, 21(107)-132/2021 nömrəli qərarı ləğv olunsun. İş təkrar baxılması üçün həmin m əhkəməyə göndərilsin. Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.