Məhkəmə qərarları › İş №2-1(102)-877/2022

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-877/2022

18.05.2022
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-877/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı işi üzrə QƏRARDADİ (iş № 2-1(102)-877/2022) Açar sözlər: (müddətin ötürülməsi ilə bağlı kassasiya şikayətinin mümkünsüzlüyü) 18 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı “vurulmuş maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2575/20 21 nömrəli, 28 sentyabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz regional ədliyyə idarəsində tutduğu vəzifəyə yenidən bərpa olunana kimi məcburi iş buraxmaya görə əmək haqqının, mükafat və məzuniyyət pullarının, səhhətinin yaxşılaşması üçün xərclədiyi və işgüzar nüfuzuna dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə cavabdehlər X1 və X2 (bundan sonra Ədliyyə Nazirliyinin) iddiaçıya vurduqları 15000 manat maddi ziyanın və 10000 manat mənəvi ziyanın, ümumilikdə 25000 manat pulun cavabdehdən tutularaq ona (iddiaçıya) ödənilmə si barədə qərar qəbul edilməsini, adları qeyd olunan vəzifəli şəxslərin əməllərində cinayət faktları olduğundan material ayrılaraq Baş Prokurorluğa göndərilməsini xahiş etmişdir.

2. Bakı İnzibati Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2-1(112)-6873/2021 nömrəli qərardadı ilə (hakim R.Kərimli) iddia mümkün sayılmamışdır.

3. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentybar 2021-ci il tarixli, 2-1(103)-2575/2021 nömrəli qərardadı ilə (hakimlər: E.Nağıyeva - sədrlik edən və məruzəçi, V.Baxışova və C.Yusifov) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.

5. Həmin qərardaddan iddiaçı kassasiya şikayəti verə rək qərardadın ləğv edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

6. İnzibati Prosessual Məcəllə: Maddə

23. Hüquqi müdafiə vasitələri ilə bağlı prosessual müddətlərin hesablanması 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. (-) Maddə

24. Prosessual müddətlərin bərpa olunması 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti b ərpa etməlidir. 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. (-) Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-) Maddə

96. Ali Məhkəmədə icraat (-) 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə ş ikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

7. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı səbəblərdən kassasiya mümkün sayılmamalıdır.

8. Belə ki, İPM-in 23.1-ci və 94.1-ci maddələrinin tələbindən göründüyü kimi, məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır və kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

9. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2021-ci il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün iddiaçıya hüquqi yardım göstərilməsi barədə vəkil orderi 21 fevral 2022-ci il tarixində tərtib edilmişdir. İddiaçının kassasiya şikayəti isə 3 mart 2022-ci il tarixdə poçt xidmətinə daxil o lmuşdur. Beləliklə də, qanunvericilikdə məhkəmə qərardadından şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət otürülmüşdür və bu barədə tərəflərə 13 aprel 2022-ci il tarixli bildiriş göndərilmişdir. Bildirişdə məhkəmə iclasının təyin olunduğu vaxtadək yuxarıda göstərilən nöqsanın aradan qaldırılması, yəni prosessual müddətin iddiaçı tərəfindən ötürülmədiyini təsdiq edən sübutları və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatəti məhkəməyə təqdim etməyi təklif olunmuş, əks halda şikayət üzrə kassasiyanın mümkün sayılmayacağı barədə xəbərdar olunmuşdur.

10. İddiaçı ərizə verərək qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadını 7.11.2021-ci il tarixdə almışdır.

11. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmək istərdi ki, işdə olan poç t şöbəsinin xəbərnaməsindən (SS754938545 AZ) müəyyən edilir ki, iddiaçı poçt xəbərnaməsinə 5.11.2021-ci il tarixdə imza edərək poçt zərfini qəbul etmişdir (iş vərəq 100). Həmin qərardaddan iddiaçının kassasiya şikayəti xx.xx.2021-ci il tarixdə apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı bu halda da qanunıa nəzərdə tutulmuş prosessual müddəti buraxmışdır.

12. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı kassasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti üzrsüz səbəbdən ötürmüşdür. Odur ki, iddiaçının kassasiya şikayəti mümkün sayılmamalı, kassasiya şikayətinin qəbulundan imtina edilməlidir.

13. Göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2021 -ci il tarixli, 2-1(103)-2575/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmasın və onun icraata qəbulundan imtina edilsin. İş Bakı Apellyasiya Məhkəməsinə geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar