Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-877/2024 15.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin reyestrdə qeydə alınmaqla çıxarışın və texniki pasportun verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Səyyad Kərimovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3265/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin verdiyi Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 166 nömrəli qərarından çıxarışdan görünür ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1989-cu il tarixli, 250 №li qərarı ilə İddiaçı boş qa lmış 0.12 ha torpaq sahəsi verilməsi haqqında sovxozun əmək kollektivi şurasının həmkarlar komitəsinin 8 dekabr 1989-cu il tarixli, 31 №li qərarının və sovxozun xx.xx.1989-cu il tarixli, 129 №li və xx.xx.1990-cı il tarixli 52 №li əmrlərinin nəzərə alınması qərara alınmış, vətəndaşa torpaq sahəsində 60 kv metr ölçüyədək fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. 2. 1990-cı ildə tərtib edilmiş həyətyanı torpaq sahəsinin verilməsinə dair akta əsasən Abşeron rayon meyvə-tingliyi sovxozunun sakini İddiaçı RİK-nin xx.xx.1989-cu il tarixli, 250 №li qərarına əsasən fərdi yaşayış evi tikməsi üçün 0,12 hektar torpaq sahəsi yer üzərində ara nişanlar ayrılaraq daim istifadə üçün təhkim edilmişdir. Həmin akt RİK-in sədri və katibi tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir. Əsas kimi s ovxozun əmək kollektivi şurasının və həmkarlar komitəsinin 8 dekabr 1989-cu il tarixli, 129 №-li və 22 may 1990-cı il tarixli, 52 №-li əmrləri göstərilmişdir. 3. "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsi faktiki və sənəd üzrə üst-üstə düşür. Torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilmişdir, İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinin bütün sərhədləri hal-hazırda mişar daşı ilə hasarlanmışdır. Torpaq sahəsinin naturadakı vəziyyəti həyətyanı sahənin ayrılmasına dair verilmiş aktda göstərilən cizgi ilə uyğunluq təşkil edir. İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsi naturada “yaşayış məntəqələrinin torpaqları” kateqoriyalarına aiddir, sözügedən 0,12 ha torpaq sahəsinin hazırkı yerləşməsi, qonşu torpaq sahələrinin mülkiyyətçilərinin hüquqlarını poz mur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 166 №li RİK qərarından çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha torpaq sahəsi iddiaçının adına ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi hasara alınaraq iddiaçını n istifadəsindədir. Bununla əlaqədar iddiaçı həmin torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınaraq adına çıxarışın verilməsi və texniki pasportun verilməsi haqqında cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir.
6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək qeyd edilmişdir ki, iddiaçı tərəfindən göstərilən torpaq sahəsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 439 nömrəli fərmanı ilə təsdiq edilmiş siyahının 2.5-ci bəndinə uyğun olaraq Abşeron meyvə-tingliyi sovxoz rəhbərinin əmri, habelə Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2015-ci il tarixli, 664 nömrəli Fərmanının 2-ci bəndinə uyğun olaraq müvafiq əmrin həmin sovxozun (kənd təsərrüfatı müəssisəsinin) tabe olduğu orqanda, həmin bənddə nəzərdə tutulan dig ər hallarda isə “Milli arxiv fondu haqqında” AR Qanununa uyğun olaraq dövlət arxivində saxlanılan arxiv sənədlərinin məlumatları ilə eynilik təşkil etdiyi və torpaq sahəsinin yerini müəyyən etməyə imkan verən sənədlər (müvafiq sxem, plan və onlardan çıxarış, torpaq sahəsinin təhkim aktı, yaxud müvafiq torpaq sahəsinin yerləşdiyi yeri müəyyən etməyə imkan verən həmin torpaq sahəsində inşa edilmiş tikintiyə dair sənədlər) təqdim olunmamışdır. Bundan başqa təqdim edilmiş yerləşmə cizgisi torpaq sahəsi ayrılan zaman deyil, sonradan Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Təsərrüfat Şöbəsi tərəfindən tərtib edilmişdir. Habelə idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir. Bu səbəblər dən ərizənin icrası mümkün olmamışdır.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5116/2023 nömrəli, 25 may 2023-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0,12 ha olan torpaq sahəsinin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya 0,12 ha torpaq sahəsinin ayrılması faktı Abşeron rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 16 6 nömrəli qərarında göstərilənlərlə təsdiqlənir, belə ki, həmin qərardan çıxarışdan müəyyən edilir ki, Abşeron rayon meyvə-tingliyi sovxozunun əmək kollektivi şurasının həmkarlar komitəsinin 8 dekabr 1989-cu il tarixli, 31 №li qərarı və sovxozun xx.xx.1989-cu il tarixli, 129 №li və xx.xx.1990cı il tarixli 52 №li əmrləri ilə iddiaçıya sovxoz ərazisində fərdi yaşayış evinin inşa edilməsi üçün 0,12 ha torpaq sahəsi ayrılmışdır və qeyd edilən sənədlər nəzərə alınaraq iddiaçıya həmin torpaq sahəsində 60 kv metr ölçüyə qədər fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Torpaq sahəsi yerində ayrılaraq iddiaçıya təhvil verilmiş, habelə torpaq sahəsinin sxemi rayon icra hakimiyyəti tərəfindən tərtib edilmişdir. Belə olan halda iddiaçının hazırda istifadəsində olan torpaq sahəsi üzərində mülk iyyət hüququnun qeydə alınması üçün tələb olunan sənədləri mövcuddur.
9. Cavabdeh inzibati orqan iddiaçının təqdim etdiyi XDS qərarında istinad edilən sənədlərlə bağlı halları araşdırmamış, öz təşəbbüsü ilə həmin sənədlərin toplanması üçün təşəbbüs göstərməmiş, bununla onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının müraciətini təmin etməkdən əsassız imtina etməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunun tələblərini pozmuşdur.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3265/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlə r: K.Əkbərov /sədrlik edən və məruzəçi/, Z.Şirinov və M.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən təqdim edilmiş Abşeron Rayon XDS İcraiyyə Komitəsinin 250 nömrəli, xx.xx.1989-cu il tarixli qərarının arxiv arayışında istinad edilən X1 sovxoz direktorunun 18 dekabr 1989-cu il tarixli, 129 nöm rəli və 22 may 1990-cı il tarixli 52 nömrəli əmrləri və müvafiq əmrin arxiv arayışları təqdim edilməmişdir. Həmçinin iddia olunan torpaq sahəsinə yerləşmə cizgisi qeyd olunan sovxoz tərəfindən deyil, Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən verilmişdir.
15. Bundan əlavə, idarənin mütəxəssisləri tərəfindən ünvana keçirilən texniki baxış zamanı göstərilən torpaq sahəsinin ümumi hasar daxilində yerləşdiyi müəyyən edilmişdir. Qeyd olunanlarla yanaşı sahə daxilində çox saylı zeytun ağacları vardır.
16. Apellyasiya instansiyası məhkəməsi tərəfindən 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi apellyasiya şikayətində qeyd olunan hallar ətraflı araşdırmamış, ekspertiza keçirilməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ E DİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mül kiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnam ələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müə yyən edilən sənədlər. Maddə 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyə tinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
20. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin” Siyahısı:
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış. 21. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 24.1. İnzi bati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə müba hisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırs a, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
26. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddiaçının müraciətindən imtinanın və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Hazırkı işin hallarına görə iddiaçının hüquqi marağı torpaq sahəsinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi ilə bağlıdır.
30. Məhkəmə kollegiyası işin mübahisələndirilən hallarına münasibətdə qeyd edir ki, iddiaçıya 0,12 ha torpaq sahəsinin ayrılması faktı Abşeron rayon XDS İc raiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 166 nömrəli qərarında göstərilənlərlə təsdiqlənir, belə ki, həmin qərarın çıxarışından müəyyən edilir ki, Abşeron rayon meyvə-tingliyi sovxozunun əmək kollektivi şurasının həmkarlar komitəsinin 8 dekabr 1989-cu il tarixli, 31 №li qərarı və sovxozun xx.xx.1989- cu il tarixli, 129 №li və xx.xx.1990-cı il tarixli 52 №li əmrləri ilə iddiaçıya sovxoz ərazisində fərdi yaşayış evinin inşa edilməsi üçün 0,12 ha torpaq sahəsi ayrılmışdır və qeyd edilən sənədlər nəzərə alınaraq iddiaçıya həmin torpaq sahəsində 60 kv metr ölçüyə qədər fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Torpaq sahəsi yerində ayrılaraq iddiaçıya təhvil verilmiş, habelə torpaq sahəsinin sxemi rayon icra hakimiyyəti tərəfindən tərtib edilmişdir.
31. Məhkəmə kollegiyası həmçini n qeyd edir ki, apellyasiya məhkəməsinin qərarında qeyd edilmiş mütəxəssis rəyinə əsasən, İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsi faktiki və sənəd üzrə üst-üstə düşür. Torpaq sahəsinin sərhədləri və koordinatları müəyyən edilmişdir, İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsinin bütün sərhədləri hal-hazırda mişar daşı ilə hasarlanmışdır. Torpaq sahəsinin naturadakı vəziyyəti həyətyanı sahənin ayrılmasına dair verilmiş aktda göstərilən cizgi ilə uyğunluq təşkil edir. İddiaçı ayrılmış 0,12 ha torpaq sahəsi naturada “yaşayış məntəqələrinin torpaqları” kateqoriyalarına aiddir, sözügedən 0,12 ha torpaq sahəsinin hazırkı yerləşməsi, qonşu torpaq sahələrinin mülkiyyətçilərinin hüquqlarını pozmur.
32. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının təqdim etdiyi XDS qərarında istinad edilən sənədlərlə bağlı halları araşdırmamış, öz təşəbbüsü ilə həmin sənədlərin toplanması üçün təşəbbüs göstərməmiş, bununla onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının müraciətini təmin etməkdən əsassız imtina etməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının qanunun tələblərini pozmuşdur.
33. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun sayılmalıdır. Mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şik ayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3265/2023 nömrəli, 16 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.