Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-878/2021 09.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxs X9) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müddət keçdiyinə görə iddianın mümkün sayılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçının cavabdeh Azərbaycan Respublika sı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X9) “Zaqatala rayon AİK-nın 2003-cü il 25 sentyabr tarixli 110 saylı qərarının qanuna uyğun verilməməsinə, ailəsinə aid torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və həmin qərar əsasında X6 verilmiş A seriyalı 460917 saylı torpaq sahəsinin plan və ölçü sənədinin ləğv olunması, həmin torpaq sahəsinin faktiki istifadələrində olan hissəsi üzərində mərhum anası X3 adına hüquqmüəyyənedici sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2021-ci il tarixli 2-1(107)93/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti nə əsasən işə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Zaqatala rayon AİK-nın 25.09.2003-cü il tarixli 110 nömrəli qərarı ilə X3 mülkiyyətinə 1951.36 kv.m həyətyanı torpaq sahəsi, 4715 kv.m, 2803 kv.m və 2605 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. X3 mülkiyyətinə verilmiş 1951.36 kv.m həyətyanı torpaq sahəsinə A seriyalı 116003 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi, 4715 kv.m, 2803 kv.m və 2605 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə isə müvafiq olaraq A seriyalı 460916 nömrəli, 460794 nömrəli və 462442 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi işlənmişdir. 1951 ha həyətyanı, 0,2803 ha və 0,2605 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışlarla rə simləşdirilmişdir.
2. Həmçinin 3-cü şəxs X6 və onun ailə üzvlərinə (3 nəfərə) Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli, 110 saylı qərarı ilə Zaqatala rayonun Mazıx kəndində 0,1203 ha həyətyanı, 0,4895 ha, 0,1505 ha və 0,3794 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə DTXK tərəfindən AN 116002, AN 460874, AN 460917 və AN 460918 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri tərtib edilmişdir.
3. X5 30.12.2005-ci ildə vəfat etmişdir və onun övladları X4 və İddiaçı “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dö vlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X9) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Zaqatala rayon AİKnın 2003-cü il 25 sentyabr tarixli 110 saylı qərarının qanuna uyğun verilməməsinə, ailəsinə aid torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi və həmin qərar əsasında X6 verilmiş A seriyalı 460917 saylı torpaq sahəsinin plan və ölçü sənədinin ləğv olunması, həmin torpaq sahəsinin faktiki istifadələrində olan hissəsi üzərində mərhum anası X3 adına hüquqmüəyyənedici sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq islahatı zamanı iddiaçı və onun ailəsinin mülkiyyətinə 0.20 ha həyətyanı, 1.22 ha pay torpağı, 1.02 ha bağ sahəsi verilmi şdir. 1.02 ha bağ sahəsindən 0.67 ha bağ sahəsi iddiaçının 0.20 ha həyətyanı torpaq sahəsinə bitişikdir. Həmin torpaq sahəsi 1948-1950-ci illərdə valideynləri tərəfindən əkildiyi üçün kolxozdan alınacaq əmlak hesabına əmək töhfəsi əvəzinə iddiaçının ailəsinə (mərhum anası X6) verilmişdir. 13 iyun 1995-ci il tarixli aktdan göründüyü kimi keçmiş “Şəfəq” kolxozunun YAİK-nın 17 aprel 1995-ci il tarixli 04 saylı qərarına əsasən həmişəlik iddiaçının ailə üzvlərinin istifadəsində olan torpaqdan 1.02 ha. X2 verilmiş, qonşu torpaq mülkiyyətlərinin sərhədlərinə mərz nişanələri vurulmuşdur. İddiaçı mərhum anası X6 qanuni vərəsəsi olaraq Zaqatala rayon AİK-nın 25.09.2003-cü il tarixli 110 saylı qərarı ilə DTXK-nın Zaqatala rayon şöbəsi tərəfindən X1 adına 18 iyul 2013-cü il tarixdə 221 nömrə ilə uço ta alınaraq verilmiş AN seriyalı 460916 nömrəli “Torpaq sahəsinin plan və ölçüsü sənədi”nə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarış verilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin inzibati orqan çıxarışın verilməsindən imtina etmişdir. Belə ki, iddiaçının sənəd üzrə torpaq sahəsi 0.4715 ha göstərildiyi halda, faktiki istifadəsində olan torpaq sahəsi 0.5927 ha. olmuşdur.
6. Cavabdeh iddia tələbinə qarşı etiraz edərək bildirmişdir ki, iddiaçının müraciətinin icrası ilə bağlı aparılmış texniki inventarlaşdırma işləri və kadastr ekspertizası zamanı məlum olmuşdur ki, üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması nəzərdə tutulmuş torpaq sahəsinin sənəd üzrə ölçüləri ilə faktiki ölçüləri arasında uyğunsuzluq vard ır. Belə ki, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib olunmuş AN 460916 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədində torpaq sahəsinin ölçüsü 0.4715 ha göstərilmiş, lakin faktiki istifadədə olan torpaq sahəsinin ölçüsü isə 0.5927 ha təşkil edir. Bundan başqa, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 17 may 2018-ci il tarixli, 2-1(84)-878/2018 saylı qərardadı ilə İddiaçının eyni mübahisə predmetinə aid iddia tələbi mümkün sayılmamışdır. Eyni zamanda İddiaçı cavabdeh X8 və 3-cü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi və Zaqatala Rayonu İcra Hakimiyyətinə qarşı “Zaqatala rayon Aqrar İslahat Komissiyasının 2003-cü il 25 sentyabr tarixli, 110 nömrəli qərarının qismən X6 torpaq verilməsi hissəsində ləğv edilməsi və həmin q ərar əsasında X6 verilmiş AN 460917 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi” tələbinə dair iddiası Zaqatala rayon Məhkəməsinin 01.02.2019-cu il tarixli, 2(033)-90/2019 saylı qətnaməsi ilə rədd edilmiş, Şəki Apelyasiya Məhkəməsinin 11 iyun 2020-ci il tarixli, 2(107)-1017/2020 saylı qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti qismən təmin edilmiş, Zaqatala rayon Məhkəməsinin 01.02.2019-cu il tarixli, 2(033)-90/2019 saylı qətnaməsi ləğv edilmiş və iddiaçının iddia tələbinə dair iş üzrə icraata xitam verilmişdir.
7. Üçüncü şəxs iddia tələbinə qarşı etiraz edərək bildirmişdir ki, iddiaçının ləğv olunmasını tələb etdiyi 460917 saylı torpaq sahəsinin plan və ölçüsü sənədi Zaqatala rayon AİK-nın 20 iyul 1996-cı il tarixli JN-456 saylı dövlət aktına əsasən verilmişdir. J N-456 saylı dövlət aktı isə 03.06.1995-ci il tarixli yerli islahat komissiyasının aktına əsasən verilmişdir. Həmin aktlarla iddiaçının tələb etdiyi torpaq sahəsi üçüncü şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsinin plan cizgiləri daxilindədir. İddiaçı torpaq iddiası ilə 2004-cü ildən məhkəmələrə müraciət edir. Müraciətin forması dəyişilsə də, məzmunu dəyişməmiş qalır. İddiaçı zəbt etdiyi 0,0610 kv.m. torpaq sahəsini özünün adına sənədləşdirmək üçün növbəti dəfə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir.
8. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-1173/2021 saylı, 23.11.2020-ci il tarixli qərardadı ilə (hakim İ.Cabbarov) İddiaçının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı (üç üncü şəxs X9) “Zaqatala rayon AİK-nın 2003-cü il 25 sentyabr tarixli 110 saylı qərarının qanuna uyğun verilməməsinə, ailəsinə aid torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmçinin məhkəmənin eyni tarixli qərarı ilə “X6 verilmiş A seriyalı 460917 saylı torpaq sahəsinin plan və ölçü sənədinin ləğv olunması, həmin torpaq sahəsinin faktiki istifadələrində olan hissəsi üzərində mərhum anası X3 adına hüquqmüəyyənedici sənədin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması hissəsində gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı tərəfindən iddia qaldırılması üçün müəyyən edilmiş müddət ötürülmüşdür.
10. İddiaçı h əmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2021-ci il tarixli 21(107)-93/2021 nömrəli qərardadı ilə (hakimlər R.Rəfiyev (sədrlik edən və məruzəçi), M.Əsədli və V.Məlikov) Şəki İnzibati Məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və qeyd etmişdir ki, hazırkı işdə ləğvi tələb edilən Zaqatala rayon AİK-nın qərarı 2003-cü il 25 sentyabr tarixində qəbul edilmişdir. Göründüyü kimi qərar İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl qəbul edilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqa nlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə tənzimlənir. İddiaçının öz hüququnun pozulduğunu bilməli olduğu vaxt qüvvədə olan və ümumi (publik) münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə).
13. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlilləri iddia tələbinin məzmununa və apelyasiya şikayətinə uyğundur və əlavə olaraq bildirilir ki, məhkəmənin qərardadı qanunsuz və əsassızdır. Çünki məhkəmə obyektiv həqiqəti ifadə edən halları qətiyyən nəzərə almamışdır. b. Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçının vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, qərardadın ləğv olunmasını xahiş etmişdir.
16. İşə b axılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ 17. “İnzibati icraat haqqında” Qanun: Maddə
73. İnzibati şikayətin verilməsi müddəti 73.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. 73.2. İnzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müda fiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 73.3. İnzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir.
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qor unan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə
38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində,... qaldırıla bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu g ündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 296.1. Maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər Maddə
298. Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir
20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarı. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. KASSASİYA ŞİKAY ƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Baxılan məsələ iddia müddətləri ilə bağlı olduğuna görə məhkə mə kollegiyası bildirir ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir.
25. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən ço x vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
26. Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qan unlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkün lüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri).
28. Həmçinin iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
29. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif iddia müddətləri müəyyən olunmuşdur.
30. Bu baxımdan işin halları araşdırıldıqda görünür ki, verilmiş iddia “Zaqatala rayon AİK-nın 2003-cü il 25 sentyabr tarixli 110 saylı qərarının qanuna uyğun verilməməsinə, a iləsinə aid torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi” tələbinə dair hissədə İPM-nin 2.2.1-ci və 32-cı maddələri anlamında mübahisələndirmə haqqında iddiadır. Bu növ iddialar Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsində iddia müddətlərinə tabe tutulur və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur.
31. Apelyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, nzibati orqanın mübahisələndirilən sərəncamı 2003-cü ildə verilmişdir. Həmin dövrdə inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələrə baxılması qaydaları Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin o dövrdə qüvvədə olmuş, “Müvafiq icra hakimiyy əti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzİfəlİ şəxslərİnİn qərarları və hərəkətləri (hərəkətsizliyi) İlə əlaqədar mübahisələrə dair işlər üzrə icraat” adlanan 27-ci fəslinin müddəaları əsasında həll olunurdu. MPM-nin 298-ci maddəsində bu icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət müəyyən edilərək göstərilirdi ki, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir.
32. Göründüyü kimi, mübahisələndirilən sərəncamın verildiyi dövrdə qüvvədə olmuş qanun, həmin sərəncamdan şikayət vermə müddətinin axımını, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən müəyyən etmişdir.
33. İddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
34. İnzibati Prosessual Məcəllənin 24.4-cü maddəsində nəzərdə tutulan halların (təbii fəlakət və ya digər qarşısıalınmaz hallar) mövcudluğu ilə bağlı iddiaçı tərəf hazırki məhkəmə icraatında heç bir dəlil gətirməmiş və bununla əlaqədar məhkəmə İnzibatiProsessual Məcəllənin 13-cü maddəsi baxımdan buraxılmış prosessual müddətin bərpası ilə bağlı iddiaçı tərəfə yardım göstərilməsini məqsədə uyğun hesab et məmişdir. Bundan başqa, İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə görə təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz.
35. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr iddianın “Zaqatala rayon AİK-nın 2003-cü il 25 sentyabr tarixli 110 saylı qərarının qanuna uyğun verilməməsinə, ailəsinə aid torpaq sahəsi ilə üst-üstə düşən hissədə ləğv edilməsi” tələbinə dair hissəsində mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir.
36. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ İddiaçının kassasiya şikayəti təmi n olunmasın. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22 fevral 2021-ci il tarixli 2-1(107)-93/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.