Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-878/2022 14.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işin hallarının hərtərəfli araşdırılmaması; kirayə haqqının ailə üzvü üçün ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1966-cı il təvəllüdlü; FİN: OV26FTL) cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı kirayə haqqının ödənilməsi tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-402/2022 nömrəli iş üzrə 11 yanvar 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 6 dekabr 1985-ci tarixdən 13 noyabr 1987-ci il tarixədək SSRİ SQ-də müddətli həqiqi hərbi xidmət, 2 dekabr 1987-ci il tarixdən avqust 1988-ci il tarixədək SSRİ SQ-də və noyabr 1992-ci il tarixdən 28 iyul 2006-cı il tarixədək AR SQ-də müddətdən artıq həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikasının müdafiə nazirinin 21 iyun 2006-cı il tarixli, 093 gm saylı əmri ilə ehtiyata buraxılmışdır.
2. Suraxanı rayon İcra Hakimiyyəti başçısının 236 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamından çıxarışa əsasən, iddiaçı 1 nəfər ailə tərkibi ilə (özü) yaşayış yeri üzrə mənzil növbəsinə götürülmüş və birinci n övbədə mənzil sahəsi ilə təmin edilmək hüququna malik olan vətəndaşların siyahısına daxil edilmişdir.
3. Eyni zamanda, iddiaçı 5 nəfər ailə tərkibi ilə birgə (özü, arvadı, oğlu, 2 qızı) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülmüş və ailə üzvlərinin hər birinə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 183 nömrəli qərarına əsasən mənzil kirayəsi haqqı ödənilmişdir.
4. Suraxanı rayon Qeydiyyat İdarəsindən Suraxanı rayon İcra Hakimiyyətinə daxil olmuş xx.xx.2020-ci il tarixli, ***-**** nömrəli məktuba əsasən, iddiaçının iki qız övladı xx.xx.2012-ci il və xx.xx.2016-cı il tarixlərdə nikaha daxil olmuşlar.
5. İddiaçının Kapital Bankdakı hesabından çıxarışa əsasən, 2020-ci ilin iyul ayınadək ona 450 manat kirayə haqqı ödənilmiş, daha sonra ödənilən məb ləğ 150 manat (2 qıza ödənilən məbləğ qədər) azaldılmışdır.
6. İddiaçı məsələnin araşdırılması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçıya ünvanlandığı 394-068 nömrəli, xx.xx.2020-ci il tarixli məktubla bildirmişdir ki, RİHB-nin 236 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamına əsasən, xx.xx.2007-ci il tarixdən ehtiyata buraxılmış hərbçi kimi iddiaçı yaşayış yeri üzrə Suraxanı rayon İcra Hakimiyyətində 1 nəfər ailə tərkibi ilə (özü) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmış və ona, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019cu il tarixli,183 nömrəli qərarına əsasən, 5 nəfər ailə tərkibi ilə mənzil kirayəsi haqqı ödənilmişdir. Suraxanı rayon Qeydiyyat İdarəsindən RİH-nə daxil olmuş xx.xx.2020-ci il tarixli, ***-**** nömrəli məktuba əsasən, iki qız övladı nikaha daxil olaraq ailə qurduğu müəyyən edildiyindən onlara şamil edilməyən mənzil kirayəsi haqqının ödənilməsi qanunvericiliyinin tələblərinə uyğun olaraq dayandırılmışdır. 7. 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin 137 saylı Mənzil Kommunal İstismar Sahəsinin 1208 nömrəli, xx.xx.2020-ci il tarixli arayışına əsasən, iddiaçı arvadı, oğlu və iki qızı ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İsmayılov küçəsi, 3 saylı evin 2 nömrəli mənzilində qeydiyyatdadır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı cavabdehə qarşı “Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən ona ünvanlanmış M-394-068 nömrəli, xx.xx.2020-ci il tarixli cavab məktubunun qanunsuz hesab edilməsi, pozulmuş hüquqlarının bərpa olunaraq S uraxanı rayon İcra Hakimiyyəti tərəfindən ona 2020-ci ilin may ayından qətnamə qüvvəyə minənədək ödənilməmiş müvəqqəti mənzil üçün kirayə haqqının hesablanaraq ödənilməsi” barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
9. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1992-ci ildən Azərbaycan ordusunda hərbi xidmət etmiş və 2006-cı ildə ehtiyata buraxılmışdır. Ehtiyata buraxılarkən evi olmadığı üçün Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən ona dörd nəfər ailə üzvü nəzərə alınmaqla, hər ay 450 manat müvəqqəti mənzil üçün kirayə haqqı təyin olunmuşdur. 2020-ci ilin may-iyun aylarında 450 manat kirayə haqqından hər ay 150 manat kəsirlə ona verilmiş, iyul, avqust, sentyabr, oktyabr ayları ona verilən kirayə haqqı tam kəsilmişdir. Cavabdeh iddiaç ının iki qızının nikaha daxil olması əsasına görə kirayə haqqının verilməsini dayandırsa da, qanunvericilikdə kirayə haqqının belə əsasla dayandırılması nəzərdə tutulmamışdır.
10. Cavabdeh iddia ərizəsinə qarşı məhkəməyə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçı cavabdeh tərəfindən xx.xx.2007-ci il tarixdən ehtiyata buraxılmış hərbçi kimi güzəştli əsaslarla yaşayış yeri üzrə Suraxanı rayon İcra Hakimiyyətində 1 nəfər ailə tərkibi ilə (özü) yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alınmışdır. Suraxanı rayon Qeydiyyat İdarəsindən RİH-nə daxil olmuş xx.xx.2020-ci il tarixli, ***-**** nömrəli məktuba əsasən, iddiaçının iki qız övladı nikaha daxil olaraq ailə qurduğu müəyyən edildiyindən, onlara şamil edilməyən mənzil kirayəsi haqqının ödənilməsi qanunvericiliyin tələb lərinə uyğun olaraq dayandırılmışdır.
11. Bakı İnzibati Məhkəməsinin 3 avqust 2021-ci il tarixli, 2-1(112)-3190/2021 nömrəli (sədrlik edən hakim Miminat Hacıbəyova) qərarı ilə iddia təmin edilmiş, cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinin iddiaçıya ünvanlanmış M-394-068 nömrəli, xx.xx.2020ci il tarixli cavab məktubu qanunsuz hesab edilməklə, İddiaçı pozulmuş hüquqlarının bərpa olunaraq 2020-ci ilin may ayından hazırkı qərar qüvvəyə minənədək ödənilməmiş müvəqqəti mənzil üçün kirayə haqqının hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur.
12. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının aid olduğu kateqoriyadan olan şəxslərə ödənilən kirayə haqqının məbləği müəyyən edilərkən əsas meyar onlarla birgə yaşayan ailə üzvlərinin siyahısıdır ki, iddiaçının təqdim etdiyi arayışa əsasən, onunla birlikdə yaşayan ailə üzvlərinin sayında dəyişiklik olmamışdır və o, hazırda 5 nəfər ailə üzvü (özü, arvadı, oğlu və iki qızı) ilə birlikdə kirayə götürdüyü Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İsmayılov küçəsi, 3 saylı evin 2 nömrəli mənzilində yaşayır. İddiaçının aid olduğu kateqoriyadan olan şəxslərə ödənilən mənzil kirayəsi pulunun onunla yaşayan ailə üzvlərinin nikaha daxil olması əsası ilə dayandırılması və ya azaldılması isə qanunvericilikdə nəzərdə tutulmamışdır.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. b.apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 yanvar 2022-ci il tarixli, 2-1(103)-402/2022 nömrəli (hakimlər: H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, E.E.Nağıyeva və C.A.Yusifov) qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia təmin edilməmişdir.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi öz qərarında Suraxanı rayon İcraHhakimiyyətinin İddiaçı ünvanlanmış 394068 nömrəli, xx.xx.2020-ci il tarixli məktubuna istinad etməsinə baxmayaraq iddianı təmin etmişdir. Halbuki, iş materiallarında olan həmin məktuba əsasən, RİHB-nin 236 nömrəli, xx.xx.2007-ci il tarixli sərəncamı ilə xx.xx.2007-ci il tarixdən ehtiyata buraxılmış hərbçi kimi iddiaçı yaşayış yeri üzrə Suraxanı rayon İcra Hakimiyyətində 1 nəfər ailə tərkibi ilə (özü) yaşayış sahəsinə ehtiyacı olan vətə ndaş qismində uçota alınmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli,183 nömrəli qərarına əsasən, ona 5 nəfər ailə tərkibi ilə mənzil kirayəsi haqqı ödənilmişdir. Suraxanı rayon Qeydiyyat İdarəsindən RİH-nə daxil olmuş xx.xx.2020-ci il tarixli, ***-**** nömrəli məktuba əsasən, iki qız övladı nikaha daxil olaraq ailə qurduğu müəyyən edildiyindən, onlara şamil edilməyən mənzil kirayəsi haqqının ödənilməsi qanunvericiliyin tələblərinə uyğun olaraq dayandırılmışdır. İddiaçının qızlarının ailə qurması halı mübahisələndirilmir. Belə olan halda, cavabdeh tərəfindən məhzil kirayə haqqının dayandırılması (150 manat məbləğində) qanunvericiliyin tələblərinə uyğundur.
16. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərarını n ləğv edilməsini və iddia tələbinin təmin edilməsi baradə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a.kassasiya şikayətinin dəlilləri
17. İddiaçı kassasiya şikayətində işin hallarını və iddia tələbindəki dəlilləri təkrarlamış, əlavə olaraq qeyd etmişdir ki, məhkəmə qərar çıxararkən "Hərbi Qulluqçuların Statusu Haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin tələblərini pozmuş, iki qız övladının ailə qurmasına istinad etməsinə baxmayaraq, onların iddiaçının yanında yaşayıb - yaşamamasını araşdırmamış və bu hala hüquqi qiymət verməmişdir. Bundan başqa, məhkəmə qətnaməsini qızlarının ailə qurması faktı ilə əsaslandırmasına baxmayaraq, ona və digər ailə üzvlərinə ödənilməli olan kirayə haqqının hansı əsaslarla dayandırılması fakt ına heç bir hüquqi qiymət verməmişdir. b.kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 saylı qərarı:
1. Yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir.
2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir.
20. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərə fli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
21. Şi kayətdə apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmadan, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları müəyyənləşdirmədən və qiymətləndirmədən yekun nəticəyə gəlmişdir.
23. İşin hallarına, iddiaçının tələbinə, məhkəmələr tər əfindən mübahisə üzrə qəbul edilmiş aktlara və kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.
24. İlk növbədə hazırkı iş üzrə iddiaçının tələbi Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən ona 2020-ci ilin may ayından ödənilməmiş müvəqqəti mənzil üçün kirayə haqqının hesablanaraq ödənilməsidir. İddiaçı iddia ərizəsində ona ödənilən mənzil kirayə haqqının 2020-ci ilin may-iyun aylarında azaldıldığını, 2020-ci ilin iyul ayından etibarən isə tamamilə kəsildiyini bildirmişdir. İşə baxan məhkəmələr isə iddiaçıya münasibətdə yalnız 150 manat məbləğində mənzil kirayə haqqının azaldılmasının qanuniliyinə qiymət vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüquqi marağı işə baxan aşağı instansiya məhkəmələri tərəfindən dəqiqləşdirilməmişdir. Bel ə ki, iddiaçının mənzil kirayə haqqının azaldılmasını, yaxud tam şəkildə kəsilməsini mübahisələndirməsi aydın deyildir və apellyasiya instansiyası məhkəməsi də bu hala qiymət verməyərək İPM-nin 13-cü maddəsinin tələbini pozmuşdur.
25. Bundan əlavə, “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 saylı qərarı ilə mənzil uçotuna götürülmüş şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir.
26. Göründüyü kimi, qanunvericilik mənzil uçotuna götürülmüş şəxslərdən əlavə onlarla birlikdə yaşayan hər bir ailə üzvünə kompensasiya ödənilməsini nəzərdə tutmuş, apellyasiya instansiyası məhkəməsi cavabdehin dəlillərini əsaslı saysa da, iddiaçının qızlarına görə əlavə kompensasiya ödənilməli olmaması ilə bağlı mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 saylı qərarının müddəaları və işin halları (iddiaçının qızlarının onunla birgə yaşaması və mənzildə qeydiyyatda olmaları) baxımından əsaslandırmamışdır. Belə ki, qanunvericilik onlarla birlikdə yaşayan hər bir ailə üzvü ifadəsindən istifadə etmiş və bu zaman hər hansı istisna hallar nəzərdə tutmamışdır. 27.Əlavə olaraq, işin tərəflər arasında mübahisələndirilməyən halları ilə də müəyyən olunur ki, iddiaçının qızları xx.xx.2012-ci il və xx.xx.2016-cı il tarixlərdə nikaha daxil olmuş, lakin buna baxmayaraq iddiaçıya uzun illər kompensasiya tam həcmdə ödənilmişdir.
28. İşin hallarının “İnzibati icraat haqqında” Qanunun tələbləri baxımından təhlili ilə bağlı olaraq da qeyd edilməlidir ki, hazırkı mübahisə üzrə iddiaçının cavabdeh inzibati orqanın davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntiləri də mövcud olmuşdur. Belə ki, iddiaçıya qızları nikahda ola-ola kompensasiya ödənildiyindən, cavabdehin buna uyğun qaydada davranacağı ilə bağlı iddiaçının haqlı olaraq qanuni gözləntiləri yaranmışdır (etimad hüququ). Etimad prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati orqanın davranışını, qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması prinsipi o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçiv əsində hərəkətləri publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin.
29. Lakin, işə baxan apellyasiya instansiya məhkəməsi kompensasiyanın kəsilməsi zamanı etimad hüququnun qorunub-qorunmadığını, eyni zamanda “İnzibati icraat haqqında” Qanunun müddəalarına uyğun inzibati icraat aparılıb-aparılmaması ilə bağlı araşdırma və qiymətləndirmə aparmamış, yalnız cavabdehin dəlillərinə isitnad etməkə iddia tələbini əsassız hesab etmiş, bununla da, İPM-nin 12.1-ci maddəsinin tələblərini pozmuşdur.
30. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni işin faktiki hallarına və iddia tələbinin hüquqi əsaslarını təşkil edən hüquq normalarına uyğun hesab etmir. Kassasiya şikayətində irəli sürülmüş dəlillər apelyasiya instansiyası məhkəməsinin hazırda mübahisələndirilən qərarının ləğv olunması üçün əsasdır. Odur ki, apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan, kassasiya şikayəti təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
31. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi məhkəmənin yuxarıda qeyd olunan mövqeyini nəzərə almaqla işə baxmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-402/2022 nömrəli iş üzrə 11 yanvar 2022-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Kassasiya şikayəti qalan hissədə tə