Məhkəmə qərarları › İş №2-1(102)-878/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-878/2023

26.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-878/2023 26.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı işi üzrə QƏRARİ (Açar sözlər: əlilliyin bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2917/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçının sağlamlıq vəziyyəti ilkin olaraq Saatlı rayon Mərkəzi Xəstəxanasının göndərişi əsasında xx.xx.2009-cu il tarixdə qiymətləndirilmiş və ona “Sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyasından sonrakı vəziyyət, aşağı ətrafların venoz damarlarının varikoz genişlənməsi-ll st, yerişin pozulması” diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar bir il müddətinə üçüncü dərəcə əlilliyin təyini barədə qərar qəbul edilmişdir. Daha sonra Saatlı rayon Mərkəzi Xəstəxanasının göndəriş i əsasında iddiaçının sağlamlıq vəziyyəti xx.xx.2010-cu il tarixdə qiymətləndirilmiş və ona “Sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyasından sonrakı vəziyyət, aşağı ətrafların venoz damarlarının varikoz genişlənməsi-ll st, yerişin pozulması” diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar bir il müddətinə üçüncü dərəcə əlilliyin təyini barədə qərar qəbul edilmişdir. Sonradan iddiaçıya xx.xx.2014xx.xx.2015-ci il tarixlərdə eyni diaqnozla hər il bir il müddətinə, xx.xx.2016-cı il tarixdə eyni diaqnozla beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə müvafiq qərarlar qəbul olunmuşdur. Saatlı rayon Mərkəzi Xəstəxanasının 0309003AANFJ saylı, xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-cı il tarixdə iddiaçının sağlamlıq vəziyyəti yenidən qiymətləndiri lmiş və ona “Obliterasiya edən trombangit [Byurger xəstəliyi], Obliterasiyaedici trombangit, Hər iki aşağı ətrafın dizaltı baldır arteriaların stenookluziyası, sağ ayağın İİ distal falanqasının tendovaqintinə görə ekzartikulasiyadan sonrakı vəziyyət, Periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi, Sağ ayağın İİ-ci barmağının ekzartukulasiyadan sonrakı xroniki osreomieliti, Yerişin pozulması aşağı ətrafların lll-İV dərəcəli işemiyası (spazm)” diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar beş il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir.

2. Cavabdeh inzibati orqan hərbi xidmətlə bağlı əlilliyin səbəblərinin yalnız əyani müayinə yolu ilə qiymətləndirilməsinin mümkünlüyünü əsas gətirərək iddiaçıya aid 88 nömrəli Forma üzrə qiymətləndirmənin nəticəsini etibarsız hesab etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, döyüş zonasındakı hərbi hissədə hərbi xidmət dövründə sağlamlığına dəymiş zərərlə bağlı əlil olmağı səbəbindən ona xx.xx.2021-ci il tarixdən təyin olunmuş əlillik dərəcəsinin bərpası və təyinatı, həmçinin əlilliyi olmuş şəxs kimi hüquqlarının kobudcasına pozulması səbəbindən cavabdeh orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyana görə 50000 (əlli min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 1976-ci ildə Saatlı rayonunda anadan olmuşdur. Hal-hazırda Saatlı rayonunun Mustafabəyli kəndində yaşayır və həmin ünvanda qeydiyya tdadır. Saatlı rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1995-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Döyüş zonasında yerləşən N saylı hərbi hissənin tərkibində hərbi xidmət keçərkən səhhətinə zərər dəymiş və sağlamlığını itirmişdir. xx.xx.1996-cı ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 195 saylı hərbi hospitalında müayinə və müalicə olunmuşdur. Ona «Sağ ayağın İİ distal falanqasının tendovaqınıtı» kliniki diaqnozu təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, 303 saylı qərarı ilə xəstəliyin səbəbi «Xəstəlik, hərbi xidmət dövründə alınmışdır» kimi qeyd olunmuşdur. Cavabdehin Ali Ekspertiza Komissiyası tərəfindən ona xx.xx.2009-cu ildə İİ dərəcəli əlillik təyin edilmişdir. Hər il ardıcıl t ibbi müayinələrdən keçmiş və əlillik dərəcəsi öz təsdiqini tapmışdır. İİ dərəcəli hərbi statuslu əlil olmaqla xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixə kimi DSMF-nin Saatlı rayon şöbəsindən əlilliklə bağlı pensiya almışdır. 12 ildir ki, İİ dərəcəli əlildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş «Əlilliyin müəyyən olunması meyarlarına dair» Əsasnamənin 4.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Əlilliyi ilə bağlı əsas diaqnoz Əsasnamənin 2.2.12-ci bəndinə uyğundur. Əsasnamənin 6.1-ci bəndinə əsasən 2016-cı ilin aprel ayında TSERAS tərəfindən 2021-ci ili aprel ayına kimi əlillik müddəti uzadılmışdır. 05 aprel 2021-ci il tarixdə əlilli k dərəcəsinin təyinatı ilə bağlı o, Saatlı rayon Mərkəzi Xəstəxanasının Həkim-Məsləhət Komissiyasının 0309003AANFJ saylı elektron göndərişi (Forma 088) əsasında cavabdehə müraciət etmişdir. TSEK-nın xx.xx.2021-ci il tarixli məlumatına əsasən, ona xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixə kimi (5 illik müddətə) İİ dərəcəli əlillik təyin edilmişdir. Əlilliklə bağlı pensiyanın bərpası (davamı) üçün TSEK-nın müayinə aktını DSMF-nin Saatlı rayon Şöbəsinə təqdim etmişdir. DSMF-nin Saatlı rayon şöbəsindən ona bildirilmişdir ki, cavabdeh orqan qanunsuz olaraq onun hərbi əlil statusu ilə bağlı Formanın qiymətləndirilməsinə dair nəticəni əsassız səbəbdən etibarsız hesab etmişdir. Bu səbəbdən ona pensiya təyinatı apara bilmirlər. Məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Cavabdeh orqanda əyani müayinədə olmuş, lakin heç bir əsas olmadan 12 il ərzində əlil olmağına baxmayaraq, cavabdeh qanunsuz olaraq onun əlilliyini etibarsız hesab etmişdir. Bu səbəbdən də cavabdehə qarşı məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur.

5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının əlillik vəziyyəti Saatlı rayon Mərkəzi Xəstəxanasının xx.xx.2009 saylı göndərişi əsasında xx.xx.2009-cu il tarixdə qiymətləndirilmiş və ona “Sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyasından sonrakı vəziyyət, aşağı ətrafların venoz damarlarının varikoz genişlənməsi-ll st, yerişin pozulması diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar bir il müddətinə üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Daha sonra Saatlı rayon Mərkəzi Xəstəxanasının xx.xx.2010 saylı göndərişi əsasında xx.xx.2010-cu il tarixdə qiymətləndirilmiş və ona “Sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyasından sonrakı vəziyyət, aşağı ətrafların venoz damarlarının varikoz genişlənməsi-ll st, yerişin pozulması” diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar bir il müddətinə üçüncü dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Saatlı rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014 saylı göndərişi əsasında xx.xx.2014-cü il tarixdə qiymətləndirilmiş və ona sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyasından sonrakı vəziyyət, aşağı ətrafların venoz damarlarının varikoz genişlənməsi-ll st, yerişin pozulması diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar bir il müddətinə ikinci dərəcə əl illiyin təyini barədə qərar verilmişdir. İddiaçı Saatlı rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015 saylı göndərişi əsasında xx.xx.2015-ci il tarixdə qiymətləndirilmiş və ona sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyasından sonrakı vəziyyət, aşağı ətrafların venoz damarlarının varikoz genişlənməsi-ll st, yerişin pozulması diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar bir il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Daha sonra Saatlı rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016 saylı göndərişi əsasında xx.xx.2016-cı il tarixdə qiymətləndirilmiş və ona sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyasından sonrakı vəziyyət, aşağı ətrafların venoz damarlarının varikoz genişlənməsi-ll st, yerişin pozulması diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Saatlı rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021 saylı göndərişi əsasında xx.xx.2021-cı il tarixdə qiymətləndirilmiş və ona sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyasından sonrakı vəziyyət, aşağı ətrafların venoz damarlarının varikoz genişlənməsi-ll st, yerişin pozulması diaqnozu ilə hərbi xidmət dövrü ilə əlaqədar beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. Etirazda qeyd olunmuşdur ki, hərbi xidmətlə bağlı əlillik səbəbləri yalnız əyani müayinə yolu ilə qiymətləndirilə bilər. Etiraza əlavə edilmiş cədvəldən FİN nömrələri qeyd edilmiş 32 şəxsin əlillik vəziyyətinin dövlət səhiyyə müəssisəsinin göndərişi əsasında onların iştirakı olmad an qiymətləndirildiyi və əlillik dərəcələri təyin edildiyi görünür. Həmin şəxslərin sənədlərində sonradan uyğunsuzluq aşkarlandığından əlillik altsistemində onların müayinələri etibarsız edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na müvafiq olaraq vətəndaşların əlillik vəziyyəti səhiyyə müəssisəsinin göndərişi əsasında Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən şəxsin iştirakı olmadan müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutl ar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir, müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. İddiaçının əlilliyinin təyin edilməməsi ilə bağlı Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmiş, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmamışdır.

6. Bakı İnzibati Məhkəməsinin 6 iyul 2022-ci il tarixli, 2-1(112)-1272/2022 nömrəli qərarı (hakim: Həsənova Şəlalə Akif qızı) ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əyani müayinə və ekspertizalar zamanı İddiaçı “obliterasiyaedən trombangit [Byurger xəst əliyi], obliterasiyaedici trombangit, hər iki aşağı ətrafın dizaltı baldır arteriyaların stenooklyuziyası, sağ ayağın İİ distal falanqasının tendovaginitinə görə ekzartikulyasiyadan sonrakı vəziyyət, periferik damarların dəqiqləşdirilməmiş xəstəliyi, sağ ayağın İİ barmağının ekzartikulyasiyadan sonrakı xroniki osteomieliti, yerişin pozulması, aşağı ətrafların İİİ-İV dərəcəli işemiyası (spazm)” diaqnozları öz təsdiqini tapsa da, həmin diaqnozlar xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş ikinci dərəcə əlilliyin müəyyən olunması meyarlarına uyğun deyildir. İddiaçıda olan xəstəliklər xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən o lunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndində nəzərdə tutulmuş xəstəliklərin əhatə dairəsinə düşmədiyindən cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuş, iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Həmçinin, iddia tələbinin “əlillik dərəcəsinin bərpası və təyinatı” hissəsi təmin edilmədiyindən iddia tələbinin cavabdeh orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyana görə 50000 (əlli min) manat məbləğində kompensasiyanın ödənilməsi hissəsi də rədd edilməlidir.

8. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2917/2022 nömrəli qərarı (haki mlər: Bəktaşi Səadət İnayət qızı (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızı) ilə Bakı İnzibati Məhkəməsinin 6 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

11. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində və apellyasiya şikayətində göstərilənlər təşkil edir. kassasiya şikayətinə etirazın dəlilləri

13. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda və iddiaya etirazında göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”

1. Ümumi müddəalar... 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.... 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır....

2. TSEK-də ə lilliyin qiymətləndirilməsi qaydaları 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır.... 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbə blərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər....

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlə r şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır.... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir....

16. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası mə hkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

17. Kassasiya şikayəti mümkündür. Şikayuət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

18. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliy i və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.

20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüqu qi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

22. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından əlilliyin bərpa edilməsi əsaslarının mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

23. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

24. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, mübahisəyə dair iş üzrə materiallardan iddiaçının cavabdeh tərəfindən əyani müayinə cəlb olunduğu, müayinə və ekspertizalar zamanı iddiaçıya təyin olunmuş xəstəlik diaqnozlarının xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndində təsbit edilmiş ikinci dərəcə əlilliyin müəyyən edilməsi meyarlarına uyğun olmadığı görünür.

25. Nəzərə almaq lazımdır ki, hazırkı işin faktiki halları əlillik dərəcələrinin cavabdehin altsistemində etibarsız hesab edilməsi ilə bağlı digər işlərdən fərqlənir və qeyd olunan fərq baxılan iş üzrə iddiaçının şəxsi müayinəyə cəlb olunması və onun sağlamlıq vəziyyətinin həmin müayinənin nəticələrinə uyğun olaraq qiymətləndiril məsi ilə bağlıdır. Belə ki, cavabdeh hazırkı mübahisəyə münasibətdə fərqli davranmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə uyğun olaraq əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb etmiş və müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın ləğvi barədə müvafiq qərar qəbul etmişdir. İstinad olunan həmin normaya görə, əlilliyin qiymətləndirilməsi barədə TSEKin qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Hazırkı mübahisəyə münasibətdə cavabdeh TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsas qismində hərbi xidmətlə bağlı əlillik səbəbl ərinin yalnız əyani müayinə yolu ilə qiymətləndirilməsinin mümkünlüyünə, bununla bağlı iş üzrə materiallara əlavə edilmiş və FİN nömrələri qeyd edilmiş 32 nəfərin əlillik vəziyyətinin dövlət səhiyyə müəssisəsinin göndərişi əsasında onların iştirakı olmadan qiymətləndirilməsi və əlillik dərəcələrinin təyin edilməsi ilə bağlı cədvələ istinad edir.

26. Bu qərarın 17-ci bəndində istinad olunan normaya əsasən Agentlik müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Bu mənada cavabdehin əlilliyin təyin olunması barədə qərarın ləğvi ilə bağlı hərəkətləri formal baxımdan həm də “İnzibati icraat haqqında” Qanunla müəyyən olunmuş icraat qaydalarına uyğun olmuşdur.

27. Belə liklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçıya əlilliyin təyin olunmasından imtina etməkdə cavabdeh haqlı sayılmalı, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğun hesab olunmalıdır.

28. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 oktyabr 2022-ci il tarixli, 2-1(103)-2917/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar