Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-878/2024 30.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qaçqınlar və məcburi köçkünlər üçün nəzərdə tutulmuş aylıq müavinətin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “2019-cu ildən ona vahid aylıq müavinətin (çörək pulunun) ödənilməsinin bərpa olunması” tələbinə dair iş üzrə Bakı Apel lyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2023-cü il tarixli, 2-1(103)-3364/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. AA seriyalı, 427241 nömrəli, xx.xx.2019-cu il tarixli məcburi köçkün vəsiqəsinə əsasən, iddiaçı 1993-cü ildən Ağdam rayonundan məcburi köçkündür.
2. İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək ünvan 1 ünvanında qeydiyyatda olmuş, xx.xx.2019-cu il tarixdə qeydiyyat ünvanı dəyişdirilərək Ağdam rayonu, Mərzili kəndində qeydiyyata alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2019-cu ildən ona vahid aylıq müavinətin (çörək pulunun) ödənilməsinin bərpa olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının vətəndaşı olmaqla, ünvan 3 ünvanda məskunlaşmışdır. 2006-cı ildə sonuncu ünvana səhvən qeydiyyata düşsə də, 2019-cu ildə həmin ünvandan qeydiyyatdan çıxmış və əvvəllər qeydiyyatda olduğu ünvana - Ağdam rayonunun Mərzili kəndinə qeydiyyata düşmüşdür. Başqa sözlə, səhvini düzəldib əvvəlki qeydiyyatda olduğu ünvana qayıtmışdır. Daha sonra, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə müraciət edərək, ona əvvəllər ödənilmiş və sonradan qeydiyyatdan çıxması ilə əlaqədar ödənişi dayandırılmış çörək pulunun bərpa olunmasını xahiş etmiş, lakin Komitədən daxil olmuş 01/2821 nömrəli xx.xx.2022-ci il tarixli məktubl a imtina cavabı almışdır. Məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş ’’Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi” Qaydalarının 2.2-ci bəndinə əsasən, Bakı şəhərində qeydiyyata düşdükdən sonra ona çörək pulu ödənişi dayandırılmışdır və hazırda bərpası mümkün deyil. Lakin nəzərə alınmamışdır ki, o, 2019-cu ildə yenidən işğal olunmuş ərazidə qeydiyyata düşmüşdür. Belə olan halda, 2019-cu ildən başlayaraq ona vahid aylıq müavinətin (çörək pulunun) ödənilməsi bərpa olunmalıdır. Nəzərə almaq lazımdır ki, adına daşınmaz əmlak da yoxdur.
5. Cavabdeh iddia tələbinə yazılı etirazını onunla əsaslandırmışdır ki, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasına əsasən həyata keçirilir. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən, vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən, əraziləri işğal olu nmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə, elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Qaydanın 3.5-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Bununla yanaşı, Komitədə yaradılmış 2007-2023-cü illəri əhatə edən məcburi köçkünlər haqqında elektron məlumat bazasına əsasən, iddiaçının xx.xx.2006-cı il tarixdə verilən şəxsiyyət vəsiqəsində ünvan 1 ünvanında, xx.xx.2019-cu il tarixdə verilən şəxsiyyət vəsiqəsində isə ünvan 6i ünvanında yaşayış yeri üzrə qeydiyyatda olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasının 2.2-ci bəndinə uyğun olaraq, iddiaçı xx.xx.2019-cu il tarixdə verilən şəxsiyyət vəsiqəsinə əsasən, işğaldan azad olunmuş əraziyə qeydiyyata düşdüyündən, ona və ailə üzvlərinə vahid aylıq müavinət verilə bilməz.
6. Bakı İnzibati Məhkəməsinin (hakim: A.Ə.Əhədova) 21 iyun 2023-cü il tarixli 21(112)-5243/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məcburi köçkün statusuna malik, respublika ərazisində müvəqqəti məskunlaşdıqdan sonra daimi qeydiyyatda olduğu işğal olunmuş rayon üzrə qeydiyyatdan çıxaraq respublika ərazisində işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyya ta düşmüş məcburi köçkünlərə vahid aylıq müavinət verilmir. Hazırkı iş üzrə iddiaçı məcburi köçkün statusuna malik olmaqla, xx.xx.2005-ci il tarixədək Ağdam rayonu, Mərzili kəndində qeydiyyatda olmuş, xx.xx.2006-cı il tarixdən xx.xx.2019-cu il tarixədək Bakı şəhəri ərazisində yaşayış yeri üzrə daimi qeydiyyata düşmüş, xx.xx.2019-cu il tarixdə yenidən Ağdam rayonu, Mərzili kəndində yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçı ərazisi işğal olunmamış şəhər üzrə daimi qeydiyyata alındığından, Qaydanın 2.2-ci bəndinin tələbinə uyğun olaraq 2006-cı ildən vahid aylıq müavinəti dayandırılmışdır. İddiaçı 2019-cu ildən vahid aylıq müavinətin dayandırılmasına əsas olan halın aradan qalxdığını, yəni yenidən ərazisi işğal olunmuş rayon üzrə qeydiyyata alındığını əsas gətirərək 2019 -cu ildən müavinətin bərpasını xahiş edir. Məhkəmə iddiaçının qeyd edilən mövqeyi ilə o əsasla razılaşmamışdır ki, yuxarıda sadalanan qanunvericilik bilavasitə ərazisi işğal olunmamış əraziyə qeydiyyata düşmüş məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsini istisna edir və Qaydanın 1.1 və 2.2-ci bəndlərinin birlikdə təhlili aylıq müavinətin verilməsini istisna edən halın aradan qalxması ilə vahid aylıq müavinətin bərpa edilə bilmə imkanını nəzərdə tutmur.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, R.Ə.Səmədov və K.H.Ək bərov) 17 noyabr 2023-cü il tarixli, 21(103)-3364/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
12. İddiaçı kassasiya şikayətini iddia ərizəsinin dəlilləri ilə əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, apelyasiya məhkəməsi mаddi hüquq normasını düzgün tətbiq etməmiş, bununla da iş üzrə səhv nəticəyə gəlmişdir. Bеlə ki, ona verilən çörək pulu 2006cı ild ə kəsilərkən Qаydаlаrın 2.2-ci bəndinə istinаd еdilmiş və qеyd еdilmişdir ki, məcburi köçkün düşdükdən sоnrа ərаzisi işğаl оlunmuş rаyоndаkı yаşаyış yеri üzrə qеydiyyаtdаn çıхаrаq, ərаzisi işğаl оlunmаmış digər rаyоn (şəhər) yаşаyış yеrinə qеydiyyаtа düşmüş məcburi köçkünlərə çörək pulu vеrilmir. Halbuki, o, 2019-cu ildə cаvаbdеh təşkilаtа mürаciət еdərək çörək pulunun vеrilməsini tələb еdərkən, həmin vахt ərаzisi işğаl оlunmuş Аğdаm rаyоnunun Mərzili kəndində qеydiyyаtda olmaqla, həmçinin, məcburi köçkün stаtusunа mаlik оlmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köç künlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydası: Bənd
2. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.1. məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən, sonradan həmin yaşayış sahəsini başqa şəxsə satan, bağışlayan məcburi köçkünlərə və onlarla birlikdə yaşayan ailə üzvlərinə (Milli qəhrəman ailələri, şəhid ailələri, İ dərəcə Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla); 2.2. məcburi köçkün düşdükdə n sonra ərazisi işğal olunmuş rayondakı (şəhərdəki) yaşayış yeri üzrə qeydiyyatdan çıxaraq ərazisi işğal olunmamış digər rayon (şəhər) üzrə yaşayış yerinə qeydiyyata düşmüş məcburi köçkünlərə və onların ailə üzvlərinə (Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı ailələri, Azərbaycanın Milli Qəhrəmanı ailələri, şəhid ailələri, Qarabağ müharibəsi ilə əlaqədar orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvləri istisna olmaqla);...
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların tə qdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edi lməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhə miyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, şika yət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, iddiaçının şikayəti üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qal dırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
20. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
21. Bununla belə, məhkəmə kollegi yası işin mübahisələndirilən hallarına və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işin hallarından göründüyü kimi, iddiaçı 1993-cü il tarixdən Ağdam rayonundan məcburi köçkün olsa da, xx.xx.2006-cı il tarixdə ünvan 1 ünvanına qeydiyyata alınmış, həmin tarixdən ona ödənilən aylıq müavinətin ödənişi dayandırılmışdır. Daha sonra iddiaçı xx.xx.2019-cu il tarixdə qeydiyyat ünvanını dəyişdirərək yenidən Ağdam rayonu, Mərzili kəndində qeydiyyata alınmışdır.
22. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 14-cü bəndində sadalanan qanunvericilik normaları bilavasitə ərazisi işğal olunmamış əraziyə qeydiyyata düşmüş məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsini istisna edir və yuxarıda istinad edilən Qaydanın 1.1 və 2.2-ci bəndlərinin birlikdə təhlili aylıq müavinət in verilməsini istisna edən halın aradan qalxması ilə vahid aylıq müavinətin bərpa edilə bilmə imkanını nəzərdə tutmur. Yalnız, Qaydanın 2.2-ci bəndi aylıq müavinətin dayandırılmasını müəyyən kateqoriya şəxslərə münasibətdə - Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı ailələri, Azərbaycanın Milli Qəhrəmanı ailələri, şəhid ailələri, Qarabağ müharibəsi ilə əlaqədar orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, xidməti işi ilə bağlı müvəqqəti yaşadığı ünvana daimi qeydiyyata düşən şəxslər və onlarla birlikdə yaşayan ailə üzvlərinə qadağan edir. İddiaçı sadalanan kateqoriya şəxslərin dairəsinə aid olmadığından, vahid aylıq müavinətin bərpa edilməsini tələb etməkdə haqlı sayıla bilməz.
23. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qə rarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 noyabr 2023-cü il tarixli, 2-1(103)-3364/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.