Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-878/2025 07.05.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı QƏRARİ (Açar sözlər: ezamiyyə xərclərinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “ezamiyyə xərclərinin ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1738/2024 nömrəli, 2 oktyabr 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə müraciət edərək, ezamiyyə xərclərinin, eyni zamanda məzuniyyət günlərinə görə kompensasiyanın hesablanaraq ona ödənilməsini xahiş etmişdir.
2. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirmişdir ki, Dövlət Sərhəd Xidmətinin rəisi X1 xüsusi mürəkkəb xidmət şəraiti olan və yüksək dağlıq bölgələrdə yerləşən sərhəd məntəqələrində xidmət edən zabit və gizirlərə əlavə güzəştlərin müəyyən edilməsi barədə müvafiq əmrində qeyd olunan güzəştlər xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd məntəqələrində müəyyən edilmiş müddətdə xidmət etmiş zabit və gizirlərə şamil edilmişdir. 2014-2 017-ci illərdə ştat üzrə N nömrəli hərbi hissənin DSMB-nin baş zabiti vəzifəsində olduğu üçün əlavə məzuniyyət günlərinin ona şamil olunması imkan xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ezamiyyə xərclərinin ödənilməsi və s” barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşməyə dair ərizələr verərək, sonunda 2014-2017-ci illərdə N nömrəli hərbi hissəni sərhəd məntəqələrində uzunmüddətli ezamiyyətlərdə olduğu günlərə görə ezamiyyə xərclərinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə 13 oktyabr 2023-cü il tarixli ərizənin icraata qəbul edilməsi qərara alınmışdır.
5. İ ddia tələbi onunla əsaslandırılmışdır ki, o, 18 yanvar 2018-ci il tarixdən Dövlət Sərhəd Xidmətindən ehtiyata buraxılmışdır. 2014-2017-ci il tarixlərdə sərhəd zastavalarında uzunmüddətli ezamiyyətdə olmuşdur. Lakin, ona ezamiyyətdə olduğuna görə ezamiyyə xərcləri ödənilməmişdir. İddiaçı hesab edir ki, həmin xərclər ona ödənilməlidir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9346/2023 saylı 30 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia qismən təmin edilərək, İddiaçı hazırkı qərarın təsviri-əsaslandırıcı hissəsində istinad edilən 2015-2016-cı il tarixli iddiaçı barəsində qəbul edilmiş ezamiyyətə getmiş hesab edilmə və geri qayıtmış hesab edilmə barədə əmrləri nəzərə alınmaqla sərhəd məntəqələrində uzunmüddətli ezamiyyətlərdə olduğu günlərə görə ezamiyyə xərclərinin hesablana raq ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi və iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır.
7. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
8. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1738/2024 nömrəli, 2 oktyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: X.Cəmilova - sədrlik edən və məruzəçi, E.Əliyev və R.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçıya ezamiyyətdə olduğu müddət ərzində ezamiyyə xərclərinin ödənilməsi vəzifəsini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti daşıyır. İş materiallarında iddiaçının müəyyən dövrlərdə (2015-2016cı illərdə) ezamiyyətə göndərilmə və ezamiyyətdən geri qayıtmış hesab edilmə barədə əmrləri mövcuddur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya ezamiyyətlə bağlı ödənişlər hazırda qüvvədə olan redaksiyada deyil, onun ezamiyyətə göndərildiyi 2015 və 2016-cı il tarixdə qüvvədə olan “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008ci il 25 yanvar tarixli 14 nömrəli qərarının redaksiyası əsasında həmin tarixdə göstərilən məbləğlər nəzərə alınmaqla həyata keçirilməlidir.
10. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edi lməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
11. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ərazisində ezamiyyə xərclərinə dair müddəalara əsasən Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir. Göründüyü kimi, sözügedən Qərarda Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil etdiyi bildirilmişdir. İddiaçı qeyd olunan dövrlərdə xidməti zərurət ilə əlaqədar Sərhəd Dəstəsinin müxtəlif sərhəd zastavalarına xidməti ezamiyyətə gedərkən sərhəd dəstəsi tərəfindən xidməti nəqliyyat vasitəsilə, sərhəd zastavasında yataqla və ərzaqla tam təmin olunmuşdur.
12. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2018-ci il tarixli 0251 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatı haqqında” Əsasnamə ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının pul təminatının norma və ödəniş qaydaları müəyyən edilir. DSX-nın hərbi qulluqçularının pul təminatı aşağıdakılardan ibarətdir: 1.1.1.hərbi rütbə və vəzifə maaşlarından; 1.1. 2.Pul təminatının əlavə növlərindən və yol təminatından. 1.9. Hərbi qulluqçulara verilməli olan və vaxtında ona ödənilməmiş və ya lazımi miqdardan az ödənilməmiş pul təminatı hərbi qulluqçuların (ehtiyatda olan hərbi vəzifəlilər də daxil olmaqla) pul təminatı almaq hüququna malik olduqları bütün dövr ərzində, lakin pul təminatı almaq üçün edilən müraciətdən üç il əvvəldən çox olmayan müddətdə ödənilir. Birdəfəlik pul müavinəti bu müavinətə hüququn yarandığı gündən üç il müddət ərzində müraciət olunubsa, ödənilir. Göründüyü kimi, qanunverici hərbi qulluqçuların, o cümlədən ehtiyatda olan hərbi vəzifəlilərin almadığı pul təminatının sonradan tələb edilməsi hüququnu tanımış, lakin bu hüququ müddətlə məhdudlaşdırmışdır. İddiaçı 2014-2017-ci illərdə verilməli olan pul təminatını almadığını bild irsə də, bununla bağlı 6 il sonra, 2023-cü il tarixdə cavabdehə müraciət etmiş, bununla da yuxarıda istinad edilən normativ sənədə əsasən müəyyən edilmiş müddəti ötürmüşdür. Apellyasiya məhkəməsi işin hallarının araşdırılması prinsipinə düzgün riayət etməyərək əsassız qərar qəbul etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 13. “X2”: Bənd 1. dövlət orqanının, müəssisə, idarə və təşkilatın (bundan sonratəşkilatın) rəhbərinin sərəncamı (əmri) ilə işçinin daimi iş yerindən müəyyən olunmuş müddətə başqa yerə xidməti tapşırığı yerinə yetirmək üçün getməsi xidməti ezamiyyət sayılır. Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə, digər dövlət orqanlarında ezamiyyələrin həyat a keçirilməsi dövlət büdcəsi xərclərinin səmərəliliyinin artırılması və maliyyə vəsaitinin qənaətlə istifadə edilməsinin vacibliyi nəzərə alınmaqla təmin edilir. Bənd
2. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən müəyyən edilir.
14. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli, 14 nömrəli “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarı:
1. Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat müəyyən edilsin.
7. Müəyyən edilsin ki: büdcədən maliyyələşdir ilən müəssisə, idarə və təşkilatlarda ezamiyyə xərcləri onlara bu məqsəd üçün büdcədə nəzərdə tutulan vəsaitlər dairəsində, digər təşkilatlarda isə onların öz vəsaitləri hesabına ödənilir; büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlar istisna olmaqla digər təşkilatlar ezamiyyə xərclərinin ödənilməsi üçün öz sərəncamlarında qalan mənfəət hesabına bu qərarla müəyyən edilmiş normalardan əlavə vəsait ayıra bilərlər; 15. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 iyun 2018-ci il tarixli 269 nömrəli Qərarı: 1. “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanva r tarixli 14 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 1, maddə 44, № 6, maddə 589, № 12, maddə 1118; 2011, № 1, maddə 66, № 9 maddə 854; 2013, № 2, maddə 197, № 10, maddə 1222; 2015, № 8, maddə 962; 2018, № 3, maddə 592) aşağıdakı dəyişikliklər edilsin: 1.1. 1-ci hissədə “65,0” rəqəmləri “90,0” rəqəmləri ilə, “50,0” rəqəmləri “70,0” rəqəmləri ilə və “45,0” rəqəmləri “65,0” rəqəmləri ilə əvəz edilsin; 1.2. 6-cı hissədə “10,0” rəqəmləri “15,0” rəqəmləri ilə əvəz edilsin.
2. Bu qərar 2018-ci il iyulun 1-dən qüvvəyə minir.
16. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 9
4. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəy işdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
20. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqb ul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
21. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
22. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
23. Hazırkı işdə iddiaçının hüquqi marağı ezamiyyə xərclərinin ödənilməsinə yönəlmişd ir.
24. Bununla bağlı cavabdeh bildirmişdir ki, Dövlət Sərhəd Xidmətinin rəisi X1 xüsusi mürəkkəb xidmət şəraiti olan və yüksək dağlıq bölgələrdə yerləşən sərhəd məntəqələrində xidmət edən zabit və gizirlərə əlavə güzəştlərin müəyyən edilməsi barədə müvafiq əmrində qeyd olunan güzəştlər xüsusi mürəkkəb xidmət şəraiti olan sərhəd məntəqələrində müəyyən edilmiş müddətdə xidmət etmiş zabit və gizirlərə şamil edilmişdir. 2014-2017-ci illərdə ştat üzrə N nömrəli hərbi hissənin DSMB-nin baş zabiti vəzifəsində olduğu üçün əlavə məzuniyyət günlərinin ona şamil olunması imkan xaricindədir.
25. İşin faktiki hallarına əsasən qeyd edilməlidir ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları N saylı hərbi hissə komandirinin nizami hissə üzrə əmrlərindən görünür ki, dövlət sərhədinin m ühafizə bölməsinin baş zabiti mayor İddiaçı müxtəlif tarixlərdə (2015 və 2016-cı illərdə) müxtəlif sərhəd zastavalarına ezamiyyətə getmiş hesab edilmiş, müxtəlif tarixlərdə isə həmin zastavalardan ezamiyyətdən qayıtmış hesab edilmişdir.
26. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 15-ci bəndində istinad edilən normalardan göründüyü kimi, iddiaçıya ezamiyyətdə olduğu müddət ərzində ezamiyyə xərclərinin ödənilməsi vəzifəsini Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti daşıyır. İş materiallarında iddiaçının müəyyən dövrlərdə (2015-2016-cı illərdə) ezamiyyətə göndərilmə və ezamiyyətdən geri qayıtmış hesab edilmə barədə əmrləri mövcuddur. Bu baxımdan iddiaçıya ezamiyyətlə bağlı ödənişlər hazırda qüvvədə olan redaksiyada deyil, onun ezamiyyətə göndərildiyi 2015 və 2016-cı il tarixdə qüvvədə olan “Ezamiyyə xərclərinin normaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 25 yanvar tarixli 14 nömrəli qərarının redaksiyası əsasında həmin tarixdə göstərilən məbləğlər nəzərə alınmaqla həyata keçirilməlidir.
27. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçıya ezamiyyə xərclərinin ödənilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tə tbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Nəticə etibarı ilə, məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, cavabdehin kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1738/2024 nömrəli, 2 oktyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.