Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-879/2019 27.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı5 xxx, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Cavabdehnə (üçüncü şəxs X1 iştirakı ilə )qarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı5 xxx, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Cavabdehnə (üçüncü şəxs X1 iştirakı ilə ) qarşı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsin in İnzibati-İqtisadi kollegiyasının 28 noyabr 2018-ci il tarixli, 2-1(107)-564/2018 saylı qərarından iddiaçılar tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 27 fevral 2019-cu il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar iddia tələbini onunla əsaslandırmışdırlar ki, A serialı, xx nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə rəsmiləşdirilmiş 0,0816 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün cavabdeh inzibati orqana müraciət etmişlər. Cavabdeh onların müraciətindən 18.04.2018-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, həmin torpaq sahəsi üzərindəki hüquqlar Şəki Apelyasiya Məhkəməsinin 13.07.2017-ci il tarixli qərarına əsasən ləğv edilmişdi r. İddiaçılar İddiaçı1, İddiaçı5 xxx, İddiaçı2, İddiaçı4 və İddiaçı3 Cavabdehnə qarşı A serialı, xx nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə rəsmiləşdirilmiş 0,0816 ha torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasıbarədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsi X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb etmişdir. Üçüncü şəxs X3 17.07.2018-ci il tarixdə qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə iddiaçının plan-ölçü sənədinə əsasən öhdəliyinin icra edilməsi haqqında tələbinin mülkiyyəti ilə üst-üstə düşən hissədə ləğv edilməsi və həmin hissədə adına torpağa hüquq müəyyənedici sənədin verilməsi barədə qərardadın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 03.08.2018-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsinin mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin 03.08.2018-ci il tarixli iş № 2-1(84)-865/2018, (sədrlik edən hakim K.Vəliyev) qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan iddiaçılarapelyasiya şikayəti verərək 03.08.2018-ci il tarixli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərarın qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə Apelyasiya instansiyası məhkəməsi) 28.11.2018-ci il tarixli iş № 2-1(107)-564/2018 (hakimlər G.Abbasov - sədrlik edən və məruzəçi, R.Rəfiyev və M.Hüseynov) qərarı ilə iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 03.08.2018-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasıqərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçılar kasasiya şikayətini onunla əsaslandırmışdırlar ki,Şəki Apelyasiya Məhkəməsinin 13 iyul 2017-ci il tarixli, 2(107)·1378/2017 iş nömrəli qətnaməsi ilə Balakən rayonu, Tülü kəndində yerləşən 0,0816 ha torpaq sahəsinə dair RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ləğv etməsinin əsasını, həmin çıxarışın verilməsi zamanı bələdiyyənin sxeminə istinad edilmiş olması və həmin sxemin də texniki səhv nəticəsində tərtib olunması təşkil etmişdir. Yəni, Şəki Apelyasiya Məhkəməsinin 13 iyul 2017-ci il tarixli, 2(107)-1378/2017 nömrəli qətnaməsi yalnız, həmin dövlət reyestrindən çıxarışa və torpaq sahəsinin sxeminə aid hissədə preyudisial ola bilər. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası nəzərə almamışdır ki, Balakən rayonu, Tülü kəndində yerləşən 0,0816 hektar torpaq sahəsi Azərbaycan Respublikası Balakən Rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli, 37 saylı qərarına əsasən iddiaçıların ümumi birgə mülkiyyətinə verilmiş və A seriyalı xx nömrəli, 28 yanvar 2009-cu il tarixdə 1319 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə rəsmiləşdirilmişdir. Həm Balakən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli, 3 7 saylı qərarı, həm də A seriyalı xx nömrəli, 28 yanvar 2009-cu il tarixdə 1319 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədi hazırda qüvvədədir və heç kim tərəfindən mübahisələndirilməmişdir. Yəni, hazırkı işdə üçüncü şəxs xxxun mülkiyyət hüququ məhkəmənin dili ilə desək “gözlənilən” olduğu halda, iddiaçıların bu hüququ artıq “mövcuddur”. Şəki Apelyasiya Məhkəməsinin 13 iyul 2017-ci il tarixli, 2(107)-1378/2017 iş nömrəli qətnaməsi Balakən Rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 saylı qərarının və A seriyalı xx nömrəli 28 yanvar 2009-cu il tarixdə 1319 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin qüvvədə olması gərçəyini dəyişdirmir. Əksi, iddiaçıların Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddəsi il ə qorunan mülkiyyət hüququnun pozulması ilə nəticələnə bilər. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçılar kasasiya şikayətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 noyabr 2018-ci il tarixli, 2-1(107)-564/2018 saylı qərarını ləğv edərək, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdilər. Tərəflərin izahatı: İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçılar və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu y oxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçıların kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 28 noyabr 2018-ci il tarixli, 2-1(107)-564/2018 saylı qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi 28 noyabr 2018-ci il tarixli, 21(107)-564/2018 saylı qərarla, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03 avqust 2018-ci il tarixli, 21(84)-865/2018 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması, iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2, İddiaçı4 və İddiaçı3 tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi qənaətinə gələrkən, “Torpaq islahatı haqqında” Q anunun 9-cu maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.4-cü maddələrinə, İnzibati Prosessual Məcəllənin 1.1, 2.1, 2.2.3, 3.1, 8.1-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli qərarına, “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli qərarına əsaslanmaqla belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi baxılan mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası iddiaçıların kasasiya şika yətləri ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı işdə iddiaçıların irəli sürdüyü iddia tələbinin və onun əsasının diqqətli və düzgün araşdırılması son dərəcə böyük əhəmiyyət kəsb edir. Belə ki, məlum olduğu kimi, İddiaçı1, X4, İddiaçı2, İddiaçı4 və İddiaçı3 (bundan sonra iddiaçı və ya İddiaçı1, xx, İddiaçı2, İddiaçı4 İddiaçı3) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə qarşı “A seriyalı, xx nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ilə rəsmiləşdirilmiş 0,0816 hektar torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbindən ibarətdir. Apelyasiya instansiyası məhkəməsi hazır kı iş üzrə sözügedən nəticəyə gələrkən, yuxarıda göstərilmiş maddi və prosessual hüquq normalarına istinad etməklə belə hesab etmişdir ki, Şəki Apelyasiya Məhkəməsinin 13 iyul 2017-ci il tarixli 2(107)-1378/2017 nömrəli qətnaməsi ilə Balakən rayon Tülü Bələdiyyəsinin iyul 2016-cı il tarixli cavabdehə vermiş olduğu torpağa dair plan-sxemin etibarsız hesab edilməsi, onun əsasında DƏDRX-in 18 saylı Ərazi İdarəsi tərəfindən xxxndə yerləşən 0,0816 hektar torpaq sahəsinə İddiaçı1, xx, İddiaçı2, İddiaçı4, İddiaçı3 adina verilmiş 27 iyul 2016-cı il tarixli ******* saylı “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın ləğv edilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı1 kasasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 13 dekabr 2017-cı i l tarixli 2(102)-8643/17 nömrəli qərarı ilə şikayət təmin olunmamışdır. Həmçinin apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, A seriyalı xx nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən 816 kvadrat metr torpaq sahəsi Şəki Apelyasiya Məhkəməsinin 13 iyul 2017-ci il tarixli 2(107)-1378/2017 nömrəli qətnaməsi ilə ləğv edilmiş RX seriyalı ******* nömrəli çıxarışda göstərilən 0,0816 hektar torpaq sahəsi ilə eynidir. Göründüyü kimi, mübahisəli 816 kvadrat metr torpaq sahəsinə dair iddiaçıların mülkiyyət hüquqları cavabdeh orqan tərəfindən RX seriyalı ******* nömrəli çıxarışla rəsmiləşdirilmiş, Şəki Apelyasiya Məhkəməsinin yuxarıda qeyd edilən qətnaməsi ilə həmin çıxarış ləğv edilmişdir. Eyni torpaq sahəsinə, eyni şəxslərin adına verilmiş çıxarışın əsassız sayılaraq ləğv edilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qərarı mövcuddur. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, qanuni qüvvəyə minmiş Şəki Apelyasiya Məhkəməsinin 13 iyul 2017-ci il tarixli, 2(107)-1378/2017 nömrəli qətnaməsi ilə Balakən rayon Tülü Bələdiyyəsinin İddiaçı1 verdiyi iyul 2016-cı il tarixli torpağa dair plan-sxem etibarsız hesab olunduğu halda, hazırkı iddiada iddiaçılar Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin onlara verdiyi 28 yanvar 2009-cu il tarixli, A № xx nömrəli torpaq sahəsinin planı və ölçüsünü istinad edirlər. Lakin hazırkı işi həll etmiş apelyasiya instansiyası məhkəməsi işin həmin halını İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinin tələbləri baxımından tam və hərtərəfli araşdırmamış, halbuki tor paq sahəsinə dair sözügedən torpaq sahəsinin planı və ölçüsü fərqli təşkilatlar tərəfindən verilməsi işin bariz və mübahisəsiz halını təşkil edir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin 28 noyabr 2018-ci il tarixli qərarı düzgün deyildir. Belə ki, Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2(107)-1378/2017 saylı inzibati işi tələb edilməklə, Balakən rayonu Tülü Bələdiyyəsi tərəfindən iyul 2016-cı il tarixdə İddiaçı1 verilmiş torpaq sahəsinə dair adıçəkilən plan-sxemin tərtib edilərək verilməsinin əsasları araşdırılmalı və bunun nəticəsində işdə olan digər sübutlarla yanaşı onlara düzgün qiymət verilməklə, iş üzrə qanuni və əsaslı qərar qəbul edilməlidir. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 28 noyabr 2018-ci il tarixli, 2-1(107)564/2018 saylı qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, kasasiya şikayəti qalan hissədə təmin edilməməli, belə ki, İnzibati Prosessual Məcəllənin 96.5.1-ci maddəsinə görə iş üzrə geniş həcmdə sübutların araşdırılması tələb olunur. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı5 xxx, İddiaçı2, İddiaçı4 və İddiaçı3 kasasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyanın 28 noyabr 2018-ci il tarixli, 21(107)-564/2018 saylı qərarı ləğv edilsin. İş təkrar baxı lması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin edilməsin. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-879/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-879/2019
27.02.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver