Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-879/2020 22.05.2020 ALİ MƏHKƏMƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə açar söz: ailə başçısın itirməyə görə pensiya; yaranmış fərqin ödənilməsi; bir neçə pensiyadan birini seçmək hüququ GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Hüseynov İlqar Kamil oğlu X1 ibarət tərkibdə, İddiaçı, cavabdehin vəkili iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “ailə başçısını itirməyə görə pensiyanın əvvəlki tarixdən təyin edilməs i və yaranmış fərqin hesablanaraq ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2815/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx.xx.2020ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin faktiki halları: **.**.1957-ci il təvəllüdlü iddiaçı mərhum həyat yoldaşı xx.xx.1992-ci il tarixində vəfat etmiş, iddiaçıya xx.xx.2014-cü il tarixində ** saylı TSEK tərəfindən İİ qrup əlillik dərəcəsi təyin edilmiş və həmin tarixdən əlilliyə görə sosial müavinət təyin edilmişdir. İddiaçı, ailə başçısını itirməyə görə pensiya almaq üçün cavabdehə ərizə ilə müraciət etmiş, ona xx.xx.2017-ci il tarixindən “Əmək pensiyaları haqqında” Qanunun 14cü maddəsinə əsasən İİ qrup əlillik dərəcəsinə görə verilən sosial müavinət dayandırılmış, cavabdeh tərəfindən xx.xx.2017-ci il tarixində ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçı, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququnun xx.xx.2014cü il tarixindən, yəni ** saylı TSEK tərəfindən 2-ci qrup əlillik dərəcəsi təyin edildikdən sonra yarandığına istinad edərək, xx.xx.2014-cü il tarixindən xx.xx.2017-ci il tarixinədək aldığı əlilliyə görə müavinət ilə xx.xx.2017-ci il tarixindən ona ailə başçısını itirməyə görə təyin olunmuş pensiya arasında fərqin göstərilən dövr üçün (xx.xx.2014-xx.xx.2017-ci il) hesablanaraq ona ödənilməsi üçün xx.xx.2019-cu il tarixində cavabdehə ərizə ilə müraciət etmiş, lakin müraciətinə xx.xx.2019-cu il tar ixli məktubla cavabdeh tərəfindən imtina cavabı verilmiş və həmin imtina belə əsaslandırılmışdır ki, əmək pensiyası ilə sosial müavinət məbləğləri arasındakı fərq məbləğinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığından ərizədə qeyd edilən keçmiş dövr üzrə fərq məbləğinin ödənilməsi mümkün deyil. Bununla razılaşmayan iddiaçı, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ailə başçısını itirməyə görə təyin olunmuş pensiyanın xx.xx.2014-cü il tarixdən təyin edilməsi, həmin tarixdən hesablanması və xx.xx.2014-ci ildən xx.xx.2017-ci ilədək yaranmış fərqin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh, iddia ərizəsinə etiraz təqdim edə rək bildirmişdir ki, ailə başçısını itirməyə görə “Əmək pensiyaları haqqında” Qanunun 20.17.2-ci maddəsinə edilmiş dəyişikliklər xx.xx.2017-ci il tarixindən qüvvədədir. İddiaçının pensiya almaq hüququ Qanunun göstərilən maddəsinin qüvvəyə mindiyi tarixdən əvvəl yarandığından, iddiaçıya həmin dövrdə qüvvədə olmuş Qanunun 20.17.2-ci maddəsi ilə ailə başçısını itirməyə görə düzgün olaraq əmək pensiyası təyin edilmişdir və adıçəkilən dəyişikliklər xx.xx.2017-ci il tarixindən qüvvəyə mindiyindən iddiaçıya tətbiq edilə bilməz. Məhkəmələrin mövqeyi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2982/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-2982/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2815/2019 saylı qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2982/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası “Əmək pensiyaları haqqında” Qanunun 14.1 və 14.2-ci maddələrinə istinad edərək hesab etmişdir ki, iddiaçı xx.xx.2014-cü il tarixindən İİ qrup əlil olduğundan, onun vəfat etmiş ailə başçısını itirməyə görə əmək pensiyası hüququ xx.xx.2014-cü il tarixindən, ona İİ qrup əlillik təyin edildiyi vaxtdan yaranmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolle giyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2815/2019 saylı qərarından cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə “Əmək pensiyaları haqqında” Qanunun 5.1-ci maddəsinə əsasən, müxtəlif pensiya hüquqlarından yalnız birindən istifadə etmək olar. İddiaçı xx.xx.2014-cü il tarixindən xx.xx.2017-ci il tarixinədək əlilliyə görə sosial müavinət hüququndan istifadə etdiyindən həmin dövr üçün iddiaçıya ailə başçısını itirməyə görə pensiya təyin edilməsi qanunverciliyin tələblərinə ziddir. Apellyasiya instansiya məhkəməsi isə bu məsələ ilə bağlı sözügedən Qanunun düzgün maddələrinə istinad etmiş, lakin düzgün olmayan nəticəyə gəlmişdir. Kassator, “Əmək pensiyaları haqqında” Qanunun 5.1, 14, 32.2, 32.3-cü və Azərbaycan Respublikası İP M-in 96-cı maddəsini rəhbər tutaraq Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2815/2019 saylı qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən izahatı dinlənilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayəti ilə eyni məzmunlu izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır (maddə 96.2), kassasiya mümkün sayıldıqda, şikayətlə bağlı qərar Ali M əhkəmə tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir (maddə 96.4). Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(103)-2815/2019 saylı qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. İşin apellyasiya instansiya məhkəməsində araşdırılan hallarından görünür ki, iddiaçıya xx.xx.2014-cü il tarixindən ikinci dərəcə əlillik təyin edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.17.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə xx.xx.2017-ci il tarixindən əmək pensiyası təyin edilmiş, pensiya təyin olunanad ək iddiaçıya xx.xx.2014-cü il tarixindən xx.xx.2017-ci il tarixinədək İİ qrup əlilliyə görə sosial müavinət təyin olunaraq ödənilmişdir. Hazırda iddiaçı ona xx.xx.2014-cü il tarixində əlillik təyin olunduğuna istinad edərək həmin tarixdən ailə başçısını itirməyə görə pensiya təyin olunmasını tələb edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1 və 14.1.2-ci maddələrinə əsasən ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud İ və ya İİ qrup əlildirsə ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. İşin araşdırılmış hallarından görünür ki, iddiaçının xx.xx.2014-cü il tarixində həm ailə başçısını itirməyə görə pensiya hüququ, həm də əlilliyə görə sosial müavinət almaq hüququ yaranmış, cavabdeh tərəfindən isə iddiaçıya ailə başçısını itirməyə görə pensiya almaq hüququnun mövcudluğu barədə məlumat verilmədən, ona əlilliyə görə sosial müavinət təyin olunmuşdur. “Əmək pensiyaları haqqında” Qanununun 32.3-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında bu Qanunun 14-cü maddəsində göstərilmiş şərtlərin mövcud olduğu müddət üçün, bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmış şəxslərə isə ömürlük təyin edilir. Yuxarıda qeyd olunan normaları işin faktiki hallarına tətbiq edən məhkəmə kollegiyası, apellyasiya instansiya məhkəməsinin mövqeyini haqlı hesab edərək qeyd edir ki, iddiaçı xx.xx.2014-cü il tarixindən İİ qrup əlildir və onun ailə başçısını itirməyə görə əmək pensiyası hüququ xx.xx.2014-cü il tarixindən, ona İİ qrup əlillik təyin edildiyi vaxtdan yarandığı üçün cavabdeh orqan iddiaçının ailə başçısının itirməyə görə pensiya almaq hüququnu ona izah etməli idi. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 23.1-ci maddəsinə əsasən, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Cavabdeh orqan isə göstərilən maddi hüquq normasının tələblərinə zidd olaraq öz vəzifələrini yerinə yetirməmiş, iddiaçıya yardım göstərməyərək ailə başçısını itirməyə görə iddiaçının pensiya hüqu qunun mövcudluğu barədə iddiaçıya məlumat verməmişdir. Göründüyü kimi, qanunvericilik, vətəndaşlara onların hüquqlarının həyata keçirilməsi ilə bağlı yardım edilməsini inziba
Məhkəmə qərarları › İş №2-1(102)-879/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-879/2020
22.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver