Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-879/2021 19.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh DSMF-nin Yevlax rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müharibə veteranlarına müavinətin müharibə veteranı vəsiqəsinin verildiyi vaxtdan əvvəlki üç il üzrə ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızının katibliyi və cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Yevlax rayon şöbəsinə qarşı “müharibə veteranı müavinətinin hesablana raq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 yanvar 2021-ci il tarixli 2-1(107)13/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 2014-cü il 15 may tarixdə müharibə veteranı adı və vəsiqəsi verilmişdir və həmin tarixdən etibarən ona cavabdeh tərəfindən müavinətlərin ödənilməsi həyata keçirilir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, həmin müavinətin ona müharibə veteranı adının və vəsiqəsinin verildiyi tarixdən əvvəlki üç il üçün də ödənilməsini xahiş etmişdir.
3. Cavabdeh iddiaçının xahişini təmin etməkdən imtina etmiş və i ddiaçıya məktubla cavab verərək bildirmişdir ki, iddiaçıya 3 il geriyə, yəni 23.08.2013-cü ildən 23.08.2016-cı ilədək olan müddət üçün 1658.58 manat qalıq vəsait hesablanaraq ödənilmişdir. Müavinət indiyədək ödənilməkdədir. İddiaçı 23.08.2013-cü ildən 14.05.2014-cü ilədək olan müavinəti geri tutulmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı 2018-ci il 21 oktyabr tarixdə Şəki İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona 15.05.2008-ci il tarixdən 25.05.2011-ci il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1991-1994-cü illərdən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 15.05.2014-cü il tarixdən Qarabağ müharibəsi veteranıdır. O, 15.05.2008-ci il tarixdən 25.05.2011-ci il tarixədək müharibə veteranı müavinətinin hesablanaraq ödənilməsi barədə cavabdeh inzibati orqana ərizə ilə müraciət etmiş, lakin ərizəsinin təmin edilməsindən imtina edilmişdir.
7. Şəki İnzibati Məhkəməsinin 2-1(84)-214/2019 saylı, 24.04.2019-cu il tarixli qərarı ilə (hakim İ.Cabbarov) iddia tələbi təmin edilməmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 23.08.2016-cı il tarixdə ona müavinətin ödənilməsi üçün müraciət etmiş və həmin tarixdən əvvəlki 3 il üçün ona müavinət ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin ed ilməməlidir.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti vermişdir. b. Apelyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Şəki Apelyasiya Məhkəməsinin 22.08.2019-cu il tarixli qərarı ilə Şəki İnzibatiİqtisadi Məhkəməsinin 24.04.2019-cu il tarixli qərarı ləğv edilərək, inzibati iş baxılması üçün Şəki İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmışdır. Məhkəmə kollegiyası qərarını onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya iddia tələbinin dəqiqləşdirilməsi barədə yardım göstərilməli, işdə olan iddianın predmetini təşkil edən sənədlərin əsilləri və ya təsdiq olunmuş surətləri tələb edilməli, iddiaçının hansı əsasla müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsi ilə bağlı deyil, 15.05.2008-ci il tarixdən 25.05.2011-ci il tarixə kimi müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət etməsi aydınlaşdırılmalıdır. a. Birinci instansiya məhkəməsindəki ikinci icraat
10. İşə birinci instansiyasında təkrar baxılan zaman İddiaçı iddianın dəyişdirilməsi barədə ərizə verərək, 15.05.2011-ci ildən 23.08.2018-ci ilə kimi müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 11. 24.04.2020-ci ildə İddiaçı vəfat etmişdir. Bu səbəbdən də Şəki İnzibati Məhkəməsinin 02.06.2020-ci il tarixli qərardadı ilə o, hüquq varisi olan arvadı Vəkil qızı ilə əvəz edilmişdir.
12. Şəki İnzibati Məhkəməsinin 21 iyul 2020-ci il ta rixli 2-1(116)-22/2020 nömrəli qərarı ilə (hakim V.Qasımov) iddia tələbi qismən təmin edilmiş, İddiaçı 15.05.2011-ci ildən 15.05.2014-cü ilədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsinin üzərinə qoyulmuşdur. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya müharibə veteranı vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə iştirak etdiyinə görə verilmişdir. "Sosial müavinətlər haqqında" Qanun isə 01.01.2006-cı ildə qüvvəyə minmişdir. Belə olan halda, "Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsinə əsasən, iddiaçının müraciət etməzdən əvvəlki 3 il üçün ona təyin olunmuş müavinəti tələb etmək hüququ vardır. Məhkəmə həmçinin qeyd etmişdir ki, işdə olan, Dövlət Sosial Müdafiə Fondunun Yevlax şəhər şöbəsi tərəfindən verilmiş 22.06.2020-ci il tarixli **********6 nömrəli məktubdan görünür ki, İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi məqsədilə 23.08.2016-cı il tarixdə müraciət etmişdir. İddiaçıya 3 il geriyə, yəni 23.08.2013-cü ildən 23.08.2016-cı ilədək olan müddət üçün 1658.58 manat qalıq vəsait hesablanaraq ödənilmişdir. Müavinət indiyədək ödənilməkdədir. İddiaçı 23.08.2013-cü ildən 14.05.2014-cü ilədək olan müavinəti geri tutulmuşdur.
13. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b. Apelyasiya instansiyası məhkə məsindəki ikinci icraat
14. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-13/2021 nömrəli, 29.01.2021-ci il tarixli qərardadı ilə (hakimlər V.Məlikov, R.Rəfiyev, İ.Şükürov) cavabdehin apelyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 21 iyul 2020-ci il tarixli 2-1(116)-22/2020 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Yevlax şəhər filialının üzərinə 15.05.2011-cı il tarixdən 23.08.2013-cu il tarixə kimi yaranmış və ödənilməmiş müharibə veteranı üçün nəzərdə tutulan müavinətin ödənilməsi öhdəliyinin qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddiaçı müharibə veteranı vəsiqəsini 15.05.2014-cü ildə almış, 23.08.2016-cı ildə cavabdehə ərizə ilə müraciət edərək ona müavinət təyin olunmasını xahiş etmişdir. Həmin ərizə müvafiq blankın doldurulması yolu ilə yazılmış, müavinətin hansı müddət üçün təyin edilməli olması göstərilməmişdir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsi, eləcə də müavinətin təyin edilməsinin başlanğıcı şəxsin onu almaq hüququnun yarandığı gündən nəzərdə tutulduğuna görə məhkəmə bu qənaətə gəldi ki, iddiaçının cavabdehə yazdığı həmin ərizə müavinətin 15.05.2011-ci ildən başlayaraq ödənilməsi xahişini ehtiva edir. Ona görə də hazırkı iddia 15.05.2011-ci ildən 15.05.2014-cü ilədək hissədə mümkün sayılmalıdır. İddianın qalan hissəsi, yəni 15.05.2014-cü ildən 23.08.2018-ci ilədək olan müddət üçün müavinətin ödənilməsi tələbi ilə əlaqədar isə məhkəmə qeyd edir ki, həmin müddət üçün müavinət iddiaçıya ödənilmişdir və həmin müddətlə bağlı tərəflər arasında inzibati mübahisə yoxdur.
15. Cavabdeh həmin qərardan da kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. Kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətinin dəlillərinə görə, İddiaçı 15 may 2014-cü il tarixdən 031144 №-li müharibə veteranı vəsiqəsi ilə təmin edilmişdir və həmin gündən də o, veteran adını daşıyır. İddiaç ı 23 avqust 2016-cı il tarixdən şöbəyə müraciət etmiş, ona 3 il geriyə, yəni 23 avqust 2013-cü il tarixdən müavinət təyin olunaraq 23 sentyabr 2016-cı il tarixdə 1658,58 manat müavinət ödənilmişdir. Yəni iddiaçıya 15 may 2014-cü ildə vəsiqə verilsə də, həmin vaxtı deyil, bundan təxminən 2 il sonra, 23 avqust 2016-cı ildə şöbəyə müraciət etmişdir. Artıq bir dəfə şöbə tərəfindən iddiaçıya müraciət etdiyi vaxtdan əvvəlki 3 il üçün pul ödənildiyi üçün, əlavə olaraq ona yenidən vəsiqə aldığı vaxtdan əvvəlki 3 il üçün pul ödənilməsi qəbuledilməzdir. Bu səbəbdən “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi (ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün birdəfəlik sosial müavinət ödənişi onu almaq hüququ yaranan gündən təyin edilir) tətbiq edilərkən məhkəmələr tə rəfindən həmin “günün” şəxsin müharibə veteranı vəsiqəsi aldığı gün kimi şərh ediməməsi yanlışdır və qanunvericiliyin tələblərinə ziddir. b. Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdehin vəkili kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, təmin olunmasını xahiş etdi.
17. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Sosial müavinətlər haqqında” Qanun Maddə 1.0.1. Sosial müavinətlər - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. 19. “Veteranlar haqqında” Qanun Maddə
1. Veteranlar barəsində dövlət siyasətinin əsaslarından biri də sosial və hüquqi müdafiənin təmin edilməsindən ibarətdir. Maddə
2. Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Maddə 3.1.2. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Maddə
7. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.
20. İnzibati icraat haqqında qanun Maddə
11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə
16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Maddə
17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
21. Azərbaycan Respublikasl İnzibati Prosessual Məcəlləsi Maddə
91. Ali Məhkəmə mübahisə i lə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bil ər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. İş üzrə cavabdeh apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. İş materiallarına əsasən iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, bu səbəbdən də ona 2014-cü il 15 may tarixdə “Müharibə veteranı” adı və vəsiqəsi verilmişdir.
26. Məhkəmə kollegiyası “Sosial müavinətlər haqqında” Qanunun 1.0.1, 9.1-ci maddələrini, “Veteranlar haqqında” Qanunun 2-ci, 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndini, 7-ci maddəsini sistemli təhlil edərək qeyd edir ki, ilk növbədə şəxsin müharibə veteranı statusu alması ilə bu statusdan irəli gələn hüquq, güzəşt və imtiyazlardan istifadəsi imkanları fərqləndirilməlidir. Yuxarıda qeyd olunan “Veteranlar haqqında” Qanunun 2-ci maddəsindən də göründüyü kimi veteranlar haqqında qanunvericilik yalnız “Veteranlar haqqında” Qanunun özündən ibarət deyil, o, həmçinin bütün digər başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından da ibarətdir. Bu isə o deməkdir ki, veteranlar həmin statusu əldə etdikdən sonra qanunvericilikdə nəzərdə tutulmuş çoxşaxəli hüquq, güzəşt və imtiyazlardan istifadə imkanları qazanırlar. Müvafiq olaraq sözügedən hüquq, güzəşt və imtiyazlardan da məhz onların təsbit olunduğu qanunvericiliyin müəyyən etdiyi qaydaya uyğun istifadə edə bilərlər.
27. Həmin hüquqi mövqeyinə uyğun olaraq kollegiya qeyd edir ki, iddiaçının hazırkı tələbi “Sosial müavinətlər haqqında” Qanundan irəli gələn müavinətin alınması ilə bağlı olduğundan bu tələbin əsaslılığına, o cümlədən əsaslı olduğu halda, müavinətin hansı tarixdən təyin edilməli və hansı dövrlər üzrə ödənilməli olduğuna dair məsələyə “Veteranlar haqqında” Qanunun normalarına görə deyil, məhz həmin sosial müavinətin verilməsi məsələsini həll edən xüsusi qanun kimi çıxış edən “Sosial müavinətlər haqqında” Qanunun normalarına əsasən qiymət verilməlidir.
28. Kollegiya hesab edir ki, müharibə veteranı olmuş şəxsin müharibə veteranı olması faktını təsdiq edən sənədi nə zaman almasından asılı olmayaraq ona ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtında n asılı olmayaraq “Sosial müavinət haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilməlidir.
29. Belə ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi üçün “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə uyğun olaraq müharibə veteranı sayılmış və ona bu hüququ təsdiq edən müvafiq vəsiqə verilmişdir. Lakin o, müharibə veteranı kimi hüquqlarını həmin Qanunun 7-ci maddəsinə əsasən veteran vəsiqəsini əldə etdiyi vaxtdan həyata keçirməyə başlasa da, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən müavinətin ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməsini tələb edə bilər.
30. Nəzərə almaq lazımdır ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi ndə müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gətirir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir, yəni həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Beləliklə, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsasən verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır.
31. Hazırkı işin hallarından isə müəyyən olunur ki, iddiaçıya müharibə veteranı vəsiqəsi 2014-cü il 15 may tarixdə verilmiş və həmin vəsiqəni aldıqdan sonra, yəni 23.08.2016-cı il tarixdə cavabdehə müraciət etmişdir. Cavabdeh tərəfindən ona müavinət təyin olunmuş, müavinət müharibə veteranı vəsiqəsini təqdim etdiyi gündən əvvəlki 23.08.2013-cü il tarixdən etibarən ödənilmişdir. Lakin vəsiqənin alındığı gündən əvvəlki üç il tam, yəni 15.05.2011-cı il tarixdən 23.08.2013-cu ilədək ödənilməmişdir. Buna görə də, iddiaçıya 15.05.2011-cı il tarixdən 23.08.2013-cu ilədək müavinətin ödənilməsi öhdəliyini cavabdehə həvalə etməkdə apelyasiya məhkəməsi haqlı olmuşdur.
32. Beləliklə, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apelyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmişdir.
34. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 yanvar 2020-ci il tarixli 21(107)-13/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.