Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-879/2022 25.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, prosessual müddət Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə) “müavinətin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 2-1(103)-2893/2021 nömrəli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinin mümkünlüyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı “190 manat məbləğin hər iki ayını-aprel və may aylarını iddiaçıya təyin olunub” ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
3. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 6 dekabr 2021-ci il tarixli qərarı ilə apellyasi ya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı məhkəməyə ərizə təqdim edərək, kassasiya şikayəti verilməsi üçün dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilmə barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 13 yanvar 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.
7. İddiaçı kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin 13 yanvar 2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
8. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayəti daxil olduqdan sonra apellyasiya instansiyası məhkəməsinin hərəkətləri 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. (-). Maddə
96. Ali Məhkəmədə icraat 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini digər proses iştirakçılarına göndərir, proses iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsa slandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA MÖVQEYİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA MƏHKƏMƏSİNİN
9. Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı apellyasiya məhkəməsinin inzibati kollegiyasının 13 yanvar 2022-ci il tarixli 2-1(102)2893/21 nömrəli qərardadından verdiyi kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin sözügedən qərardadı qəbul edərkən, konkret olaraq hansı maddi və ya prosessual hüquq normalarının pozulmasını göstərməmiş yəni iddiaçı tərəfindən verilən kassasiya şik ayətində ümumiyyətlə heç bir maddi və ya prosessual hüquq normasının pozulması faktına istinad edilməmişdir.
10. Halbuki, məlum olduğu kimi, İPM-nin 91-ci maddəsinə görə Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına düzgün tətbiq edilməsini yoxlayır.
11. Lakin bunlara və iddiaçı tərəfindən apellyasiya instansiya məhkəməsinin inzibati kollegiyasının 13 yanvar 2021-ci il tarixli 2-1(102)-2893/21 nömrəli qərardadından qanunla kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş 10 gün müddətin buraxılmasına baxmayaraq, şikayətin mümkünlüyünün əsaslarının yoxlanılmasını nəzərə alan məhkəmə iddiaçıya buraxılmış 10 günlük prosessual müddətinin bərpası barədə ərizə verilməsi üçün lazımi şərait yar atmışdır.
12. Belə ki, iddiaçı sözügedən məsələ ilə bağlı Ali məhkəməyə ərizə versə də, həmin ərizədə iddiaçı biri digərini təkzib edən mövqedən çıxış etmişdir. Çünki, ərizədə iddiaçı yazır ki, “mən müddəti ötürmüşəm xahiş edirəm müddəti bərpa edəsiniz”. Eyni zamanda iddiaçı ərizədə göstərir ki, “ 26 yanvar 2022-ci il tarixdə hələ mərkəzi poçta yəni 1063-də olub sonra 1079-da bizim poçtda daha sonra qeyd etdiyim ünvana daha sonra (mətn ərizədə olduğu kimi saxlanılıb- qeyd Ali məhkəmənindir) mənim yaşadığım ünvana gəlib yəni müddəti ötürmədiyimi hesab edirəm”.
13. Qeyd edilməlidir ki, iddiaçı həmin ərizəyə əlavə etdiyi poçt zərfinin kserosurətində yazır ki, “əslində hakim özü bilərəkdən 2022-ci ilin (yazı olduğu kimi göstərilir qeyd-Ali məhkəmənindir) azərpoçt sənədini silib 2021 yazıb”.
14. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının yazdığı “2021” rəqəmini əslində hazırki işin nömrəsinin bir hissəsidir, belə ki, işin tam nömrəsi 21(103)2893/2021-dir, yəni burada hər hansı bir saxtalaşdırma yoxdur.
15. Bununla yanaşı qeyd edilməlidir ki, işin 196-cı səhifəsindəki poçt qəbzindəki məlumatlardan göründüyü kimi, iddiaçıya apellyasiya məhkəməsinin inzibati kollegiyasının 13 yanvar 2021-ci il tarixli qərardadı 26 yanvar 2022-ci il tarixində təqdim edilmiş, həmin qərardaddan kassasiya şikayəti isə 8 fevral 2022-ci il tarixdə qərardadı aldığı 14 gün sonra yəni 10 günlük prosessual müddəti buraxılandan sonra verilmiş, bu zaman prosessual müddətin buraxılmasının hansı üzürlü səbəblərdən baş verməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir.
16. Bel ə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya məhkəməsinin 13 yanvar 2022-ci il tarixli qərardadından kassasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş 10 günlük prosessual müddətinin buraxılması barədə ərizəsi rədd edilməli, bu səbəbdən də, kassasiya şikayəti mümkün sayılmamalıdır.
17. Şərh edilənləri və İPM-nin 96.3, 96.10 və 98.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizə rədd edilsin. İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2022-ci il tarixli 2-1(102)-2893/2021 nömrəli qərardadından verilən şikayət üzrə kassasiya mümkün sayılmasın. Kassasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardad qətidir.