Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-879/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1961-ci il təvəllüdlü; FİN: xxxxxxx3) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirl iyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 06 dekabr 2022-ci il tarixli, 2-1(103)2706/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1980-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstutunun Sanitartexniki fakültəsinə qəbul olunmuşdur, xx.xx.1985-ci ildə nəzəri kursu tam başa çatdırması ilə əlaqədar inistutu bitirmişdir. 2. ГЕ 130222 nömrəli hərbi biletin notarial qaydada təsdiq və tərcümə olunmuş surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1985-ci il tarixdə n xx.xx.1987-ci ilədək hərbi xidmətdə olmuşdur.
3. İddiaçı ИТ-İ ******* nömrəli, xx.xx.1979-cü il tarixli əmək kitabçasındakı qeydlərə əsasən: - xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək Salyan rayon Əhaliyə Məişət Xidməti Kombinatın Mebel Təmiri sexində usta köməkçisi vəzifəsində işləmişdir; - 03.09.1979-cu ildən xx.xx.1980-ci ilədək Azərbaycan SSR Kənd Təsərrüfatı Tikintisi Nazirliyinin 2 nömrəli “Azkəndtikinti” trestinin 23 nömrəli TTİ-də 1-ci dərəcəli fəhlə vəzifəsində işləmişdir. - 01.10.1985-ci ildən xx.xx.1985-ci ilədək “Azsantexnikiquraşdırma” tresti Bakı Quraşdırma idarəsinə 4-cü dərəcəli çilingər-ventiliyasiyaçı vəzifəsində işləmişdir; - 01.07.1987-ci ildən xx.xx.1987-ci ilədək “Azsantexnikiquraşdırma” trestinin “Sənayeventilyasiya” Bakı quraşdırma idarəsində 5-ci dərəcəli ölçü us tası vəzifəsində işləmişdir; - xx.xx.1987-ci ildə “Azsantexnikiquraşdırma” tresti 2-ci Bakı Quraşdırma İdarəsində köçürmə yolu ilə 2-ci BQİ-nə çilingər ölçü ustası vəzifəsinə qəbul edilmişdir; - 01.01.1989-cu ildə 1-ci BQİ-nə usta vəzifəsinə keçirilmişdir, xx.xx.1990-ci ildə TTİ trestinə keçirilmə ilə əlaqədar işdən azad edilmişdir; - 11.09.1990-cı ildə “Azsantexnikiquraşdırma” trestinin İQİ LKTB-nə 4-cü dərəcəli çilingər-ölçü ustası vəzifəsinə qəbul olunmuşdur; - 02.01.1991-ci ildə “Xəzərdəniznefsosialtikinti” trestinin THTİ-nə keçirilmə yolu ilə işdən azad edilmişdir; - 03.01.1991-ci ildə “KMNSS” trestinin THTİ-nə əsaslı təmir üzrə usta vəzifəsinə qəbul edilmişdir; - 02.01.1992-ci ildə xx.xx.1992-ci il tarixli 11-a saylı əmr-qətnaməyə əsasən THTİ yenidən qurularaq “Xəzərdəniznefsosialtik inti” trestinin 3 nömrəli TQİ adlandırılmış, bununla əlaqədar əsaslı təmir üzrə usta vəzifəsinə keçirilmişdir; - xx.xx.1992-ci ildə “KMNSS” trestinin 724 saylı xx.xx.1992-ci il tarixli əmri ilə əlaqədar “KMNSS” trestinə keçirilmişdir; - xx.xx.1992-ci ildə “Xəzərdəniznefsosialtikinti” trestinin mənzil-kommunal kooperativi “KMNSS” trestinin 3 nömrəli TQİ-dən köçürmə yolu ilə əsaslı təmir üzrə usta vəzifəsinə qəbul edilmişdir; - xx.xx.1997-ci ildə “KMNSS” trestinin 4 nömrəli TQİ-nə keçirilmə yolu ilə işdən azad edilmişdir; - xx.xx.1997-ci ildə “Azərdənizneftinşaaat” Tresti 4 nömrəli TQİ “Aker Rauma offşor” Finlandiya firması ilə bağlanmış müqaviləyə əsasən köçürmə yolu ilə işə qəbul edilmişdir; - xx.xx.1997-ci ildə “X10” Finlandiya firması ilə bağlanmış müqavilənin başa çatması ilə əlaqədar olaraq köçürmə yolu ilə öz əvvəlki işinə qaytarılmışdır; - 15.04.1997-ci ildə mühəndis vəzifəsinə keçirilmişdir; xx.xx.1997-ci ildə işdən azad edilmişdir; - 07.05.1997-cı ildə “XDNQİ” Tresti 4 nömrəli TQİ- yə köçürmə yolu ilə işə qəbul olunmuşdur; xx.xx.2000-ci ildə işdən azad edilmişdir; - xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək “Azərdənizneftinşaaat” Trestinin Mənzil Kommunal Kontoru “X11” Finlandiya firmasında usta vəzifəsində işləmişdir; - xx.xx.2001-ci ildən xx.xx.2002-ci ilədək Finlandiyanın “X11” şirkətinin Bakı nümayəndəliyinə qaz kəsici vəzifəsində işləmişdir; - 01.08.2002-ci ildə ARDNŞ/CAMOL Alyans Sazişinin 9.1 bəndinə və 24.07.02-ci il tarixli Alyans Protokoluna uyğun olaraq bağlanmış müvəqqəti əmək müqaviləsi ilə əlaqədar kəsici peşəsinə işə götürülmüşdür; - 20.04.2004-cü il dən xx.xx.2006-cı ilədək quraşdırıcı peşəsi üzrə işləmişdir; - xx.xx.2007-ci il tarixdə “Neftqaztikinti” trestinin 6 saylı Tikinti Quraşdırma İdarəsi ilə bağlanmış əmək müqaviləsinə əsasən müddətli olaraq 6-cı dərəcəli santexnik peşəsinə qəbul olunmuşdur; - xx.xx.2011-ci ildə 3 saylı sahəyə ƏÖD-12 olmaqla iş icraçısı vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü ildə əmək müqaviləsinə xitam verilmişdir; - xx.xx.2014-cü ildən xx.xx.2015-ci ilədək Neftqaztikinti Tresti 5 saylı Tikinti Quraşdırma idarəsi ilə bağlanmış əmək müqaviləsinin şərtlərinə uyğun olaraq 2 saylı sahədə iş icraçısı vəzifəsində işləmişdir; - xx.xx.2015-ci ildə ARDNŞ Neftaztikinti trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinə əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərə uyğun olaraq 2 saylı sahəyə iş icraçısı vəzifəsinə qəbul edil mişdir; xx.xx.2019-cu ildə Trestin 5 saylı Tikinti Quraşdırma bölümünün 3 saylı tikinti quraşdırma sahəsinə ƏÖD 12 olmaqla iş icraçısı vəzifəsinə keçirilmişdir və xx.xx.2022-ci ildən hal-hazıra qədər həmin vəzifədə işləyir. 4. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 01/61 saylı arayışdan görünür ki, iddiaçı Elxan Yaqub oğlunun işlədiyi peşə üzrə sosial sığorta (və ya iş) stajı - 06 (altı) il, 0 (sıfır) ay, ) 18 (on səkkiz) gün təşkil edir. İşlədiyi peşənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: yeni tikinti və quraşdırma işləri üzrə usta işindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının XXVİİ bölməsinə əsasən (KOD 2290000b-23419) güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir.
5. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Neftqaztikinti trestinin **********80020123X00272 saylı 12 avqust 2021-ci il tarixli arayışından görünür ki, iddiaçı xx.xx.1993-cü il tarixində “Azərdəniznetfinşaat” trestinə usta vəzifəsinə işə qəbul edilmiş və xx.xx.1997-ci il tarixində işdən azad edilmiş, xx.xx.1997-ci il tarixində “Xəzərdənizneftqazinşaat” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinə usta vəzifəsinə işə qəbul edilmiş və xx.xx.1997-ci il tarixində işdən azad edilmiş, xx.xx.2000-ci il tarixində “Azərdəniznetfinşaat” trestinin Mənzil kommunal kontoruna usta vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2001-ci il tarixində işdən azad edilmiş, xx.xx.2007-ci il tarixində “Neftqaztikinti” trestinin 6 saylı Tikinti Quraşdırma idarəsinə santexnik peşəsinə işə qəbul edilmiş və xx.xx.2011-ci il tarixinədək həmin peşədə işləmiş, xx.xx.2011-ci il tarixindən 12.11,2014-cü il tarixinədək iş icraçısı vəzifəsində işləmiş, xx.xx.2014-cü il tarixində “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma idarəsinə iş icraçısı vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2015-ci il tarixində əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2015-ci il tarixində “Neftqaztikinti" trestinin 5 saylı Tikinti Quraşdırma bölümünə iş icraçısı vəzifəsinə işə qəbul edilmişdir və halhazıradək bu vəzifədə işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu maddəsinə (bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) əsasən, zərərli şəraitdə usta və iş icraçısı vəzifələri üzrə İddiaçı iş stajı 14 il 10 ay 20 gün (ön dörd il on ay iyirmi gün) təşkil edir.
6. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.
7. Cavabdeh müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının təqdim etdiyi sənədlərdə onun xx.xx.1993-xx.xx.199-ci il və xx.xx.2000-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində “Azərdənizneftinşaat” trestində “Mənzil Kommunal Kontru”nda usta peşəsində işlədiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Q ərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) rəhbərlər və mütəxəssislər bəndində (b) tikinti və quraşdırma işləri üzrə ustalar vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının isə işlədiyi “Mənzil Kommunal Kontru” sahəsi bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (12 il 5 ay 2 gün (xx.xx.1997xx.xx.199-ci il, xx.xx.2001-xx.xx.2002-cı il, xx.xx.2011-xx.xx.2014-cü il, xx.xx.2014xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Həmçinin, onun Mərk əzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1992-xx.xx.199-ci il və xx.xx.2000-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində “Azərdənizneftinşaat” trestində “Mənzil Kommunal Kontru”nda usta vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi “Mənzil Kommunal Kontru” sahəsi yuxanda qeyd olunan bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid deyil. Bundan başqa, 16 mart 1979-cu il tarixli HT-İ ******* nömrəli əmək kitabçasında xx.xx.2015-ci il tarixindən hazırki vaxtadək SOCAR-ın “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma bölümündə iş icraçısı işlədiyi qeyd edildiyi halda, X1 Sistemində həmin dövr ərzində onun böyük iş icraçısı vəzifəsində əmək fəaliyyəti ilə məşğul olduğu göstərilmişdir. Göründüyü kimi, ona dair məlumatlarda uyğunsuzluqlar mövcuddur. Qeyd edilən səbəblərdən də, onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. Ərizəçiyə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
8. İddiaçı 11 sentyabr 2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1961-ci ildə doğulmuşdur. Əmək fəaliyyətinə xx.xx.1978-ci ildə başlamışdır və hal-hazırda əmək fəaliyyətini davam etdirir. 1980-1965-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda ali təhsil almışdır. xx.xx.1985-ci ildən xx.xx.1987-ci illədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün tələb olunan ümumi və güzəştli iş stajı, tələb olunan miqdarda pensiya kapitalı yığımı olduğu və 60 yaşı tamam olduğu üçün 2021-ci ilin avqust ayında DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Həmin idarənin xx.xx.2021-ci il tarixli **********0 saylı cavab məktubunda göstərilir ki, onun güzəştli iş stajı 12 il, 06 ay əvəzinə 12 il, 5 ay, 02 gün təşkil edir və ona görə də əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Halbuki, onun güzəşt hüququ verən vəzifə üzrə sosial sığorta stajı 12 il 10 ay 27 gün təşkil edir.
10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim e tmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir.
11. Bakı İnzibati Məhkəməsinin (hakim: X3) 8 iyun 2022-ci il tarixli, 2-1(112)3695/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına və qanunla müəyyən olunmuş məbləğdə pensiya kapitalına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq ona 60 yaşdan güzəştli ş ərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X4 (sədrlik edən və məruzəçi), X5, X2) 6 dekabr 2022-ci il tarixli, 2-1(103)-2706/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 8 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. ka ssasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı”
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı
22. İnzibati Prosessual Məcəllə: Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qət idir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilmə si üçün əsas yoxdur.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayə tinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hal larına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 1-3-cü bəndlərində qeyd olunan əmək kitabçasında, diplomunda və hərbi biletində nəzərdə tutulan hərbi xidmətini, təhsil müddətini və iş stajını nəzərə aldıqda iddiaçının tələb olunan 25 il sosial sığorta stajını toplanılması müəyyən olunur. Həmçinin, hazırkı qərarın 4 və 5-ci bəndlərində təqdim edilmiş güzəştli arayışlarda qeyd edilənlərə əsasən iddiaçının 12 il 6 aydan artıq güzəştli şərtlərlə iş stajının mövcud olması öz təsdiqini tapmışdır.
30. Beləliklə, iddiaçının 60 yaşı tamam olduğu vaxt (xx.xx.2021-ci il tarixdə), qanunla müəyyən olunmuş məbləğdə pensiya kapit alının, 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq güzəştli iş stajının mövcud olması, beləliklə də onun 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması barədə apelyasiya məhkəməsinin qiymətləndirməsi qanunauyğun və əsaslıdır.
31. Cavabdeh kassasiya şikayətində göstərmişdir ki, iddiaçının xx.xx.1993 ildən xx.xx.1997-ci ilədək və xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək dövr ərzində “Azərdənizneftinşaat” Trestinin Mənzil Kommunal Kontrunda işlədiyi usta peşəsi güzəştli iş stajı hüququ verən peşələr siyahısına aid deyil.
32. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehs alatların peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda iddiaçının işlədiyi peşələr “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsi” adlanan 29-cu bölməsinin (b) bəndində “mütəxəssislər” tikinti və quraşdırma işləri üzrə ustalar peşəsi nəzərdə tutulmuşdur. İş materiallarında olan və aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş iddiaçının əmək fəaliyyətinə dair sənədlər və təqdim edilmiş güzəştli arayışlar onun xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək və xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilədək dövr ərzində “Azərdənizneftinşaat” Trestində Mənzil Kommunal Kontrunda işlədiyi usta peşəsinin güzəştli pensiya hüququ verən peşələr siyahısına aid edildiyini, beləliklə də iddiaçının həmin müddətdə zərərli əmək şəraitində iş ləməsini müəyyən etməyə imkan verir.
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təırəfindən maddi və prosessual hüquq normaları pozulmamışdır. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 34.Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 dekabr 2022-ci il tarixli, 21(103)-2706/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.