Məhkəmə qərarları › İş №2-1(102)-879/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-879/2024

05.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-879/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh xxxnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kompensasiyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 05.04.2024 hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh xxxnə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 21(103)-449/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı “sol bazu oynağının supraspinatus əzələsinin qopması (noyabr, 2018) görə xx.xx.2019-cu il tarixə “Əzələ bərpası” əməliyyatından sonrakı bazu oynağının kəskin keçici kontrakturası, funksiyaların müvəqqəti pozulması ilə” diaqnozu ilə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərində DSX HHK tərəfindən şəhadətləndirilmiş, “Travmadır, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyən edilmişdir.

2. Azərbaycan Respublikası DSX Sərhəd Qoşunları N nömrəli hərbi hissə komandirinin Nizami hissə üzrə 036 nömrəli xx.xx.2021-ci il tarixli əmrindən çıxarışa əsasən, N nömrəli hərbi hissədə keçirilmiş attestasiya komissiyası iclasının xx.xx.2021-ci il tarixli 01 nömrəli protokolu əsasında, xidmətində buraxdığı ciddi nöqsanlara görə 1-ci sərhəd komendantlığının komendantı polkovnik-l eytenant İddiaçı vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidməti rəisinin sərəncamına götürülmüşdür.

3. İddiaçı cavabdehə müraciət edərək: 1. 2015-ci ilin növbəti məzuniyyətdən 40 gün və 2018-ci ilin növbəti məzuniyyətdən isə 18 gün istifadə etmədiyindən həmin günlərin kompensasiya əvəzini; 2. 2019-cu ilin fevral ayının 25-dən 2019-cu ilin iyun ayının 5-nə kimi, xidmət dövründə X1 Diviziyasının 2-ci Sərhəd Komendatlığının 37-ci sərhəd döyüş məntəqəsində döyüş mövqelərinə baxış keçirərkən yıxılaraq sol bazu oynağından aldığı xəsarətlə əlaqədar keçirmiş olduğu əməliyyat və əməliyyatdan sonrakı müalicə və müayinə səbəbindən məzuniyyətdə olması ilə əlaqədar əlavə (yəni, əmək haqqının ikiqat ödənilməsi) pul təminatını;

3. «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikas ı Qanununun 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailələrinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiyanın; 4. 2020-ci il üçün 13-cü əmək haqqının ödənilməsini xahiş etmişdir.

4. Cavabdeh tərəfindən iddiaçının müraciəti cavablandırılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2015-ci ilin növbəti məzuniyyətindən 40 gün və 2018-ci ilin n övbəti məzuniyyətindən 18 gün istifadə etmədiyindən həmin günlərin kompensasiya əvəzinin; 2019-cu ilin fevral ayının 25- dən 2019-cu ilin iyun ayının 5-nə kimi, xidmət dövründə X1 Diviziyasının 2-ci Sərhəd Komendantlığının 37-ci sərhəd döyüş məntəqəsində döyüş mövqelərinə baxış keçirərkən yıxılaraq sol bazu oynağından aldığı xəsarətlə əlaqədar keçirmiş olduğu əməliyyat və əməliyyatdan sonrakı müalicə və müayinə səbəbindən məzuniyyətdə olduğu dövr üzrə ödənilməli olan əlavə (yəni, əmək haqqının ikiqat ödənilməsi) pul təminatının; xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailələrinə Azərbaycan Respubl ikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə verilməli olan kompensasiyanın; Dövlət Sərhəd Xidməti rəisinin (Zəfər günü münasibəti ilə) 04 dekabr 2020-ci il tarixli əmrinə əsasən ona verilməli olan 13-cü əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində ölkənin müxtəlif bölgələrində 27 il xidmət keçərək polkovnik-leytenant rütbəsinə yiyələnmiş, 2020-ci ilin yanvar ayının 16-da səhhətində yaranmış problemlə əlaqədar yazılı müraciəti əsasında 19 may 2021-ci il tarixli əmrlə təqaüdə buraxılmışdır. O, 2015-ci ilin növbəti məzuniyyətdən 40 gün və 2018-ci ilin növbəti məzuniyyətdən isə 18 gü n istifadə etmədiyindən həmin günlərin kompensasiya əvəzi ona ödənilməli olduğu halda ödənilməmişdir. 2019-cu ilin fevral ayının 25-dən 2019-cu ilin iyun ayının 5-nə kimi, xidmət dövründə X1 Diviziyasının 2-ci Sərhəd Komendantlığının 37-ci sərhəd döyüş məntəqəsində döyüş mövqelərinə baxış keçirərkən yıxılaraq sol bazu oynağından aldığı xəsarətlə əlaqədar keçirmiş olduğu əməliyyat və əməliyyatdan sonrakı müalicə və müayinə səbəbindən məzuniyyətdə olması ilə əlaqədar əlavə (yəni, əmək haqqının ikiqat ödənilməsi) pul təminatı ödənilməmişdir. «Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 20.12-ci madddəsinə əsasən xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziy an dəymiş kəşfiyyat və əkskəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailələrinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. İddiaçı 11 oktyabr 2017-ci il tarixindən 12 oktyabr 2018-ci il tarixinədək Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hərbi hissənin 1-ci sərhəd Komendantlığının (Lerik rayonu) Komendantı vəzifəsində xidmət keçmiş, 12 oktyabr 2018ci il tarixindən - 05 aprel 2019-cu il tarixinədək N saylı hərbi hissənin 2-ci Sərhəd Komendantlığının (Qazax rayonu) Komendantı vəzifəsində xidmət keçmiş, 05 aprel 2019cu il tarixindən-19 may 2021-ci il tarixinədək isə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hərbi hissənin 1-ci sərhəd Komendantlığının (Lerik rayonu) K omendantı vəzifəsində xidmət keçmişdir. Dövlət Sərhəd Xidməti rəisinin (Zəfər günü münasibəti ilə) 04 dekabr 2020-ci il tarixli əmrinə əsasən dövlət sərhəd xidmətinin bütün hərbi qulluqçularına vəzifə və rütbə maaşlarının 2 (iki) mislinin ödənilməsinin təmin edilməsi qeyd olunmuşdur. Lakin 13-cü əmək haqqı iddiaçıya ödənilməmişdir.

7. Cavabdeh iddiaya dair yazılı etiraz verərək, iddianın rədd edilməsi və mümkün sayılmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, təqdim edilmiş müvafiq əmrlərin surətindən görünür ki, İddiaçı 2018-ci il üçün nəzərdə tutulmuş növbəti məzuniyyətdən xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 1 gün, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 4 gün, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 3 gün istifadə etmiş və 201 8-ci ildə istifadə etmədiyi məzuniyyət günlərini xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 37 gün olmaqla istifadə etmişdir. xxxnin hərbi qulluqçularının pul təminatı haqqında əsasnaməsinin 4.62-ci bəndinə əsasən pul təminatının ödənilməsinə əmsallar tətbiq olunan hərbi hissədən gedən hərbi qulluqçulara bu Əsasnamənin 4.63-cü bəndində göstərilən hallar və əmsallar tətbiq olunan hərbi hissələr istisna olmaqla bütün hallarda (məzuniyyət, ezamiyyət, müalicə, təhsil, həbs və s.) pul təminatının əmsallarla ödənilməsi getdiyi gündən dayandırılır. Həmin Əsasnamənin 4.63-cü bəndinə əsasən döyüş əməliyyatları zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən yaralanmış və ya xəsarət almış hərbi qulluqçulara pul təminatı müalicədə və müalicə ilə bağlı məzuniyyətdə olduqları bütün dövr üçün, l akin bir ildən çox olmamaqla hərbi hissəsi üçün müəyyən edilmiş əmsallar saxlanılmaq şərti ilə ödənilir. İddiaçı xəstəliklə bağlı məzuniyyətə göndərilmiş və nəzərdə tutulmuş pul təminatından tam olaraq istifadə etmiş və məhkəmə iclasında bunu təsdiqləmişdir. İddiaçı heç bir döyüş əməliyyatları zamanı habelə döyüş tapşırıqlarını yerinə yetirərkən yaralanmamış və ya xəsarət almamışdır. Sabiq hərbi qulluqçu xidmət zamanı xəsarət aldığını qeyd etsə də, hərbi hissənin tibb məntəqəsinə qeyd olunan xəsarət alması ilə bağlı müraciət etməmiş və qeyd olunan xəsarət tibb məntəqəsində qeydə alınmamışdır. Belə ki, hərbi qulluqçu 2019-cu ilin hesabına növbəti məzuniyyətdə olduğu vaxt DSX-nin hərbi hospitalına müraciət etmişdir. 2020-ci ilin yekunlarına görə hərbi qulluqçulara birdəfəlik pul mükafatı v erilərkən İddiaçı xidməti vəzifə borclarının icrasına səhlənkar yanaşdığı, hərbi və xidmət intizamını kobud şəkildə pozduğu üçün hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli, N nömrəli əmri ilə qeyd olunan pul mükafatına layiq görülməmişdir. Ümumiyyətlə iddiaçının iddia etdiyi Dövlət Sərhəd Xidməti rəisinin (zəfər günü münasibəti ilə) 04 dekabr 2020-ci il tarixli əmri mövcud deyil və iddia tələbinin bu hissəsi də mümkünsüz sayılmalıdır.

8. Bakı İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(112)-2703/2023 nömrəli qərarı ilə (hakim S.Salahova) iddia qismən təmin edilərək, iddiaçıya 2015-ci ilin üzrə 40 gün və 2018-ci il üzrə 18 gün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiyanın və 2019-cu ilin fevral ayının 25-dən 2019-cu ilin iyun ayının 5-nə kimi müalicə və xəstəl ik məzuniyyətində olduğu dövrdə ödənilməyən pul təminatının ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

9. Məhkəmə birinci tələblə bağlı qeyd etmişdir ki, iddiaçı 2015-ci il üzrə cəmi 5 gün növbəti məzuniyyətdən istifadə etdiyindən onun 40 gün istifadə edilməmiş növbəti məzuniyyət günü qalmışdır. 2018-ci ilə gəldikdə işdən görünür ki, iddiaçıya 2018-ci il üzrə növbəti məzuniyyət xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək - 1 gün, xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək - 4 gün, «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 121-ci maddəsinə uyğun olaraq 2018-ci ilin istifadə edilməmiş məzuniyyətinə görə 2019-cü ilin birinci rübündə xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək - 37 gün verilmişdir. «Hərbi xi dmətkeçmə haqqında» Əsasnamənin 127-ci maddəsinə əsasən hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) növbəti məzuniyyət ərzində xəstələnərlərsə, onlar sağaldıqdan sonra məzuniyyətin müddəti istifadə edilməmiş günlərin sayı qədər artırılır. Bu halda məzuniyyətin müddəti onu verən rəis tərəfindən uzadılır. Əsasnamənin 130-cu maddəsinə əsasən xəstəliyə görə məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir. İşdə olan 498 nömrəli xəstəlik tarixindən çıxarış epikrizindən görünür ki, iddiaçı DSX Hərbi Hospitalının Cərrahiyyə şöbəsində xx.xx.2019cu il tarixdən xx.xx.2019-cu il tarixədək müalicədə olmuşdur. Azərbaycan Respublikası DSX Sərhəd Qoşunları N nömrəli hərbi hissənin komandirinin N nömrəli xx.xx.2019-cu il tarixli əmrindən çıxarışdan görünür ki, həmin tarixdə iddiaçı Dövlət Sərhəd Xidməti rəisinin sərəncamında olmuş və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək 60 gün müddətinə xəstəlik məzuniyyəti verilmişdir. Belə olan halda aydın olur ki, iddiaçıya 2018-ci il üzrə xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək 37 gün məzuniyyət verilsə də, o, artıq xx.xx.2019-cu il tarixdən müalicədə, daha sonra isə xəstəlik məzuniyyətində olmuş, bununla da 37 gün növbəti məzuniyyətdən 22 gün istifadə etmişdir. Deməli, iddiaçı 2018-ci il üzrə cəmi 27 gün növbəti məzuniyyətdən istifadə etdiyindən onun 18 gün istifadə edilməmiş növbəti məzuniyyət günü qalmışdır. Cavabdeh iddiaçının xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək istifadə etdiyi məzuniyyəti 2018-ci il üzrə növbəti məzuniyyətə aid etsə də, işdə olan Azərbaycan Respublikası DSX Sərhəd Qoşun ları N nömrəli hərbi hissənin komandirinin N nömrəli xx.xx.2018-ci il tarixli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissədən ezamiyyətə gəlmiş polkovnik-leytenant İddiaçı 3 gün müddətinə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək ailə vəziyyətinə görə qısamüddətli məzuniyyətə buraxılmış hesab edilmişdir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 129-cu maddəsinə əsasən 10 günədək qısa müddətli məzuniyyətlər dinc və müharibə dövründə hərbi qulluqçulara həvəsləndirmə qaydasında (dinc dövrdə yalnız müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına) və ailə vəziyyətinə görə verilir. Qısa müddətli məzuniyyət növbəti məzuniyyətin hesabına daxil edilmir.

10. İkinci tələblə bağlı qeyd edilmişdir ki, iddiaçının döyüş şəraitində yerləşən hərbi hissələrdə döyüş əməliyyatlarında işt irak edən, habelə müdafiə zolaqlarında döyüş tapşırıqlarını yerinə yetirən, cəbhəboyu zonada müdafiə zolağında yerləşən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırığı almış hərbi hissələrdə xidmət edən hərbi qulluqçu kimi ikiqat pul təminatı aldığından və həmin dövrdə aldığı xəsarətin səbəb əlaqəsi barəsində “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qərarı qəbul edildiyindən məhkəmə hesab edir ki, iddiaçının 2019-cu ilin fevral ayının 25dən 2019-cu ilin iyun ayının 5-nə kimi ödənilməmiş əlavə pul təminatının ödənilməsi hissəsində əsaslı olmuşdur.

11. Üçüncü tələblə bağlı qeyd edilmişdir ki, iddiaçı qeyd edilən xəsarəti 2018-ci ilin noyabr ayında xidməti vəzifələrinin icrası zamanı almış olsa da, bu xəsarətdən sonra xidmətini davam etdirmiş, yaln ız 2021-cı il tarixdə xidmətində buraxdığı ciddi nöqsanlara görə tutduğu vəzifədən azad edilmişdir. Beləliklə, iddiaçıya müvafiq kompensasiyanın ödənilməsi üçün tələb olunan şərt - xəsarət əməkdaşın xidmətinin davam etdirilməsini istisna etməlidir - şərti iddiaçıya münasibətdə ödənilmir.

12. Dördüncü tələblə bağlı qeyd edilmişdir ki, Zəfər günü münasibəti ilə əlaqədar olaraq hərbi qulluqçulara mükafatın verilməsi barədə hər hansı bir əmr mövcud deyildir.

13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 2-1(103)-449/2023 nömrəli qərarı ilə (hakimlər: C.Yusifov - s ədrlik edən və məruzəçi, Ş.Məmmədov və P.Hüseynov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş Bakı İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaş, əlavə olaraq qeyd etmişdir ki, xx.xx.20023-cü il tarixli aralıq qərardadı ilə müddət təyin edilməklə mübahisələndirilən hissələrdə iddiaçının müraciətinə yenidən baxılması cavabdeh orqana həvalə edilmiş və sonuncu həmin qərardadın icrası ilə bağlı məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda bildirmişdir ki, iddiaçı 2018-ci ilin noyabr ayında xidməti vəzifələrinin icrası zamanı xəsarət almış, bu xəsarətdən sonra da o, xidmətini davam etdirmiş, yalnız Dövlət Sərhəd Xidməti rəisinin 19 may 202 1-ci il tarixli 862 nömrəli şəxsi heyət üzrə əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.9-cu maddəsinə əsasən ehtiyata buraxılmışdır. Həmin məktubda, iddiaçının mübahisələndirilən Dövlət Sərhəd Xidməti rəisinin (Zəfər günü münasibəti ilə) 04 dekabr 2020-ci il tarixli əmrinə əsasən ona verilməsini tələb etdiyi 13-cü əmək haqqı ilə əlaqədar isə cavabdeh bildirmişdir ki, Zəfər günü münasibəti ilə əlaqədar olaraq hərbi qulluqçulara mükafatın verilməsi barədə hər hansı bir əmr mövcud deyildir. Eləcə də qüvvədə olan qanunvericilikdə də 13-cü əmək haqqı adında təminat nəzərdə tutulmamışdır. 2020-ci ilin yekunlarına görə hərbi qulluqçulara birdəfəlik pul mükafatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 oktyabr 1992-ci il tarixli 562 nömrəli Qərarına müvafiq olaraq s abiq hərbi qulluqçu İddiaçı xidməti vəzifə borclarının icrasına səhlənkar yanaşdığı, hərbi və xidmət intizamını kobud şəkildə pozduğu üçün hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli N nömrəli əmri ilə qeyd olunan pul mükafatına layiq görülməmişdir. Qeyd olunanlar, cavabdehin işə əlavə olunmuş xx.xx.2020-ci il tarixli telefonoqramı və DSX Sərhəd Qoşunları N nömrəli hərbi hissə komandirinin N nömrəli xx.xx.2020-ci il tarixli mükafatlandırma haqqında ləğv edilməmiş qüvvədə olan əmri ilə də öz təsdiqini tapır.

16. Apellyasiya məhkəməsi "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Qanunun 20.12-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli 180-24 nömrəli Qərarı ilə təsdiq edilmiş (dərc edilmir) “Xidməti vəzifələrinin icrası zamanı həlak olmu ş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi Qaydaları”nın 1.1, 2.2, 2.3, 3.6-cı bəndlərinə istinad etmişdir.

17. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın iddia tələbinin 3-cü hissəsinə yəni, xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsinə münasibətdə ləğv edilməsini, işin həmin hissədə baxılması üçün apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri

18. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2020-ciiltarixli 668 nömrəli arayışından və işə əlavə edilmiş digər arayışlardan da göründüyü kimi iddiaçı, dövlət sərhədinin bilavasitə mühafizəsini təşkil edən əsas bölmələrdə, xüsusi təyinatlı hissələr, dəniz piyadası, havadesant, desant-hücum hərbi hissələrində cuüctü gəmilərdə, tankların, özügedən artileriya qurğularının, tank və dartıcılar üzərində qurulmuş mühəndis maşınlarının sürücüləri və ekipaj üzvləri vəzifələrində, PDM-lərin, zirehli maşınların və raket hissələrinin buraxıcı qurğularının sürücüləri və ekipaj üzvləri vəzifələrində xüsusi qurğularda hərbi xidmətə yararsız kimi qiymətləndirildiyi halda, Dövlət Sərhəd Xidməti rəhbərliyi iddiaçını xidməti vəzifəsini davam etdirməyə göndərmiş və sonradan iddiaçının xidm əti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi ilə bağlı müraciətinə imtina verərkən özünün bu qanunsuz hərəkətinə istinad etmişdir. Yəni, iddiaçını xidməti vəzifəsini icra etməyə göndərilməsi Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyasının adıçəkilən rəyi baxımından qanunsuz olduğu halda iddiaçının öz xidmətini davam etdirmiş olduğuna istinad edərək kompensasiyanın verilməsindən imtina etmişdir. Apellyasiya məhkəməsi isə bu hala qiymət verməyərək iddiaçının müvafiq rəydən sonrada xidmətini davam etdirməsinə əsaslanaraq 1-ci instansiya məhkəməsinin mövqeyi ilə razılaşdığını bildirmişdir ki, bu da tamamilə qanunsuz və əsassız yanaşmadır.

19. Kassator qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi” Qaydalarını düzgün tətbiq olunmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli 180-24 nömrəli qərarı ilə təsdiq edilmiş “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əkskəşf iyyat fəaliyyəti subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi” Qaydaları... 20.12. Xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 2004-cü il tarixli 180-24 nömrəli Qərarı ilə təsdiq edilmiş (dərc edilmir) “Xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və onların ailəsi nə kompensasiya verilməsi Qaydaları” 2.2. xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edilərsə, ona üç illik pul təminatı məbləğində kompensasiya ödənilir. 2.3. xidməti vəzifələrinin icrası ilə bağlı olmayan xəsarət və ya xəstəlik nəticəsində həlak olmuş (vəfat etmiş) və ya xidmətinin davam etdirilməsi istisna edilmiş əməkdaşa, yaxud onun ailə üzvlərinə kompensasiya ödənilmir.... 3.2. kompensasiyanı almaq hüququ olan əməkdaş və ya həlak olmuş (vəfat etmiş) əməkdaşın ailə üzvü kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti rəhbərinə ərizə ilə müraciət etməlidir.... 3.6 xidməti vəzifələrinin icrası zamanı aldığı xəsarət və ya xəstəlik nəticəsində əməkdaşın xidmətinin davam etdirilməsi istisna edildikdə aşağı dakı sənədlər kompensasiyanın təyin edilməsi üçün əsas götürülür: -kompensasiya ödənilməsi üçün əməkdaşın ərizəsi; -xidmətinin davam etdirilməsini istisna edən xəsarətin xidməti vəzifələrinin icrası ilə səbəb əlaqəsi barədə hərbi-həkim komisssiyasının qərarı (4 nömrəli əlavə); -əməkdaşın pul təminatı barədə maliyyə struktur bölməsinin arayışı.

23. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahis ə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

24. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılac aqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

28. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüq uqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.

30. İş materiallarından da göründüyü kimi, hazırkı iş üzrə iddiaçının tələbi dörd hissədən ibarətdir: 1. 2015-ci ilin növbəti məzuniyyətdən 4 0 gün və 2018-ci ilin növbəti məzuniyyətdən isə 18 gün istifadə etmədiyindən həmin günlərin kompensasiya əvəzini; 2. 2019-cu ilin fevral ayının 25-dən 2019-cu ilin iyun ayının 5-nə kimi, xidmət dövründə X1 Diviziyasının 2-ci Sərhəd Komendantlığının 37-ci sərhəd döyüş məntəqəsində döyüş mövqelərinə baxış keçirərkən yıxılaraq sol bazu oynağından aldığı xəsarətlə əlaqədar keçirmiş olduğu əməliyyat və əməliyyatdan sonrakı müalicə və müayinə səbəbindən məzuniyyətdə olması ilə əlaqədar əlavə (yəni, əmək haqqının ikiqat ödənilməsi) pul təminatını; 3. xidməti vəzifələrinin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailələrinə Azə rbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə verilməli olan kompensasiyanın;

4. Dövlət Sərhəd Xidməti rəisinin (Zəfər günü münasibəti ilə) 04 dekabr 2020-ci il tarixli əmrinə əsasən ona verilməli olan 13-cü əmək haqqının ödənilməsinə yönəlmişdir.

31. İddia tələbinin 1 və 2-ci hissələri təmin edilmiş, qalan tələbləri isə rədd edilmişdir. Hazırda iddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin qərarını iddia tələbinin 3cü hissəsinə yəni, xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsinə münasibətdə mübahisələndirir.

32. Bununla bağlı qeyd edilməlidir ki, hazırkı qərarın 21-ci bəndində göstərilən Qaydalara əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşlarına aşağıdakı hallarda kompensasiya ödənilir: -Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı travma (xəsarət) almalı; -Xəsarət əməkdaşın xidmət etdiyi dövrdə xidməti vəzifələrinin icrası ilə əlaqədar alınmalı;. -Xəsarət əməkdaşın xidmətinin davam etdirilməsini istisna etməlidir

33. Azərbaycan Respublikası DSX Sərhəd Qoşunları N nömrəli hərbi hissə komandirinin Nizami hissə üzrə 036 nömrəli xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, iddiaçı qeyd etdiyi xəsarəti 2018-ci ilin noyabr ayında xidməti vəzifələrinin icrası zamanı almış olsa da, bu xəsarətdən sonra xidmətini davam etdirmiş, yalnız 2021-ci il tarixdə ehtiyata buraxılmışdır.

34. Göründüyü kimi birinci iki şərt iddiaçıya mü nasibətdə yerinə yetirilsə də, üçüncü şərt, yəni, aldığı həmin xəsarətin onun xidmətinin davam etdirilməsini istisna etməsi sübuta yetirilməmişdir.

35. Bundan əlavə qeyd edilməlidir ki, yuxarıda qeyd olunan Qaydaların 3.2-ci bəndinə əsasən kompensasiyanı almaq hüququ olan əməkdaş və ya həlak olmuş (vəfat etmiş) əməkdaşın ailə üzvü kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti rəhbərinə ərizə ilə müraciət etməlidir. 36. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun və “xidməti vəzifələrinin icrası zamanı həlak olmuş, bədən xəsarəti almış, sağlamlığına digər zərər dəymiş kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti subyektləri əməkdaşlarına və onların ailəsinə kompensasiya verilməsi” qaydalarının təsdiq edilməsi haqqında AR NK-nin xx.xx.2004-cü il tarixli 180 -24 №-li qərarını rəhbər tutaraq DSX rəisinin xx.xx.2018-ci il tarixli 0305 №-li əmri ilə müvafiq komissiya yaradılmışdır, iddiaçı isə mübahisələndirilən kompensasiyanı almaq üçün komissiyaya müraciət etməmişdir.

37. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddianın rədd edilməsi hissəsində apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmiş və qəbul edilən qərar hazırkı qərarın 20-22a bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur. Odur ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 noyabr 2023-cü il tarixli, 21(103 )-449/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar