Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-88/2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddiasına dair iş üzrə QƏRAR Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi GİRİŞ HİSSƏ 09.01.2020 Hakimlər: Azər Soltanhəmid oğlu Hüseynov (sədrlik edən və məruzəçi), Rahib Sahib oğlu Nəbizadə və Xəqani Səyyad oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçı və cavabdeh şöbənin vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondun un Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında iddia tələbinə dairiş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarından cavabdeh şöbətərəfindən verilmiş kassasiya şikayətinə əsasən inzibati işə Ali Məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə (hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsidir) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya hüququnun ya randığı xx.xx.2017-c il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh şöbəyə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim X.İmanov; iş No 2-1(82)-725/2019) iddianın təmin edilməsi; iddiaçıya hüququnun yarandığı xx.xx.2017-ci ildən (57 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh şöbəyə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı ilə (sədrlik edən M.Tağızadə, hakimlər Ü.Mayılov və V.Ağayev; iş № 2-1(103)1817/19) apellyasiya şikayətinin təmin edilməməsi; 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-c u il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan cavabdeh İdarə kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri Cavabdeh İdarənin kassasiya şikayətində qeyd edilənlərə görə, işə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normalarının tətbiq edilməsində səhvə yol vermiş, nəticədə isə əsassız və qanunsuz qərar qəbul edilmişdir. Kassator göstərmişdir ki, qanuna edilən və xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş dəyişikliyə əsasən, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını almaq hüququ artıq 57 yaşdan deyil, onun 60 yaşı tamam olunduğu gündən yarana caqdır. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında çıxış edən cavabdeh İdarənin vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, məhkəmə kollegiyasından kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasına gəlmiş İddiaçı Azərbaycan Respublikası İPM-nin 1.2 və Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddələrinə zidd olaraq vəkillə iştirak etmədiyindən məhkəmə kollegiyası tərəfindən ona çıxış etmək üçün söz verilməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Aşağıda göstərilənlərə əsasən isə kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan məlum olur ki, iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür. İşin materiallarında olan, iddiaçıya məxsus əmək kitabçasının surətinə əsasən, O, xx.xx.1976 - xx.xx.1978-ci illərdə Bakı şəhəri 22 saylı TPM-də təhsil almış; xx.xx.1978-cı ildə "Qafqaz Enerqoquraşdırma” Tresti – “Krasnaya Zvezda” QS İES-ə 3-cü dərəcəli elektrik qaynaçısı qəbul edilmiş; xx.xx.1980-cı ildə "Krasnaya Zvezda” QS İES və "QEQ” Trestinin ləğvi ilə əlaqədar olaraq Abşeron Quraşdırma İdarəsinə 3-cü dərəcəli elektrik qaynaqçısı keçirilmiş; xx.xx.1990-cı ildə 4-cü dərəcəli elektrik qaynaqçısı keçirilmiş; xx.xx.1992-ci ildə 5-ci dərəcəli elektrik qaynaqçısı keçirilmiş; xx.xx.1997-ci ildə İxtisasartırma Kursunu keçdikdən sonra 6-cı dərəcəli elektrik qaynaqçısı keçirilmiş; xx.xx.2001-ci ildə Abşeron Quraşdırma İdarəsinin adı dəyişdirilərək Enerjiquraşdırma KEM ATSC adlandırılmışdır; xx.xx.2002-ci ildə işdən azad ediilmişdir; xx.xx.2003-cü ildən Təmirquraşdırma üzrə 13 nömrəli Sexin Quraşdırma və Texnoloji Aparatların Təmiri Sahəsinə 6-cı dərəcəli elektrik qaynaqçısı yerinə qəbul edilmiş; xx.xx.2004-cü i l tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx xxxxx 2004-cü il tarixli 42 nömrəli əmrinə əsasən "Azərneftyanacaq” X2 "Heydər Əliyev adına Bakı Neft Emalı” Zavodu adlandırılmışdır; xx.xx.2004-cü il tarixdən təzə ştat cədvəlinə əsasən Quraşdırma və Texnoloji Aparatların Təmiri Sahəsi və Texnoloji Qurğuların Təmiri və Quraşdırma Sahəsi 1-ci Təmir Sahəsi adlandırılmışdır; xx.xx.2014-cü ildə təzə ştat cədvəlinə əsasən Təmir Quraşdırma üzrə 13 nömrəli X1 Təmiri və Quraşdırılması üzrə Xidmət Sahəsinin 1-ci Xidmət Sahəsində 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsində sayılır; xx.xx.2015-ci il tarixdən “Heydər Əliyev adına Bakı X2”nun 02.04. 2015-ci il tarixli əmrinə əsasən "Heydər Əliyev adına Bakı Neft Emalı” Zavodu "Heydər Əliyev adına Neft Emalı” Zavodu adlandırılmışdır. İşin mate riallarında olan SOCAR-ın xx.xx.2018-ci il tarixli arayışına görə, iddiaçı İddiaçı xx.xx.2003-cü il tarixdən "Heydər Əliyev adına Neft Emalı” Zavodunda işləyir. xx.xx.2003-cü il tarixdən indiyədək Təmir Quraşdırma üzrə 13 nömrəli Sexin Quraşdırma və Texnoloji Aparatların Təmiri Sahəsində, Texnoloji Qurğuların Təmiri və Quraşdırılması üzrə Xidmət Sahəsinin 1-ci Xidmət Sahəsində elektrik qaynaqçısı, elektrik qaz qaynaqçısı peşəsində işləyir. Bu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bəndi ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hü ququ verir. İşin materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi 2 nömrəli Bakı Peşə Liseyinin 32 saylı, xx xxxxxx 2019-cu il tarixli arayışına müvafiq olaraq iddiaçı xx.xx.1976-cı il tarixli əmrlə 22 nömrəli X3 Məktəbinin təhsil müddəti 2 il olan "Elektrik qaz qaynaqçısı” ixtsas qrupuna daxil olmuş, xx.xx.1976-cı il tarixli əmrlə həmin qrupu bitirərək peşə atestatını almışdır. İddiaçı, bu faktlara əsaslanaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh şöbəyə müraciət etmişdir. Lakin, həmin inzibati orqan iddiaçıya ünvanladığı xx.xx.2018-ci il tarixli cavab məktubu ilə onun müraciətinin təmin edilməsindən imtina etmiş və buna əsas kimi göstərmişdir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axır ıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışmışdırsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən Qanun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvələr qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Ərizəçinin şöbəyə təqdim etdiyi sənədlərə əsasən əvvələr qüvvədə olmuş qanunvericiliyə uyğun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan ümumi iş stajı olmadığından ərizənizi təmin etmək mümkün olmamışdır. Araşdırılan qərardan göründüyü kimi, apellyasiya instansiya məhkəməsi hazırki iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək haqlı olaraq belə hesab etmişdir ki, iddiaçının xx.xx.2017-ci il tarixədək 40 ildən artıq ümumi iş stajı vardır və onun xx.xx.2017cü ildə 57 yaşı tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan i şlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən ta m əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə edilmiş xx.xx.2017-ci il tarixli dəyişiklilərlə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün 60 yaş həddinə çatma tələb olunsa da, həmin Qanunun 9.8-ci maddəsi güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı (ümumi və güzəştli iş stajı) həmin dəyişiklik qüvvəyə minənədək tamam olan şəxslərə dəyişiklik qüvvəyə minənədək mövcud olmuş qanunvericiliyin tələblərinə uyğun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verir. Belə ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-c i maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa g örə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 35-ci "Ümumi Peşələr” Bölməsinin “elektrik qaynaqçıları, "qaz qaynaqçıları" qeyd olunmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq üçün zəruri olan 12 il 6 aydan artıq (38 il) stajına malikdir. İlkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh İdarə tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirildiyi halda, iddia edilən inzibati aktın cavabdeh İdarə tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur. Belə olan halda hazırki iş üzrə iddiaçıya əmək şəraitinə görə güzəş tli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanununvericiliyin tələblərinə uyğundur və cavabdeh inzibati orqanın imtinası iddiaçının qanunla müəyyən edilmiş hüquqlarını pozmuşdur. Ona görə də, iddiaçının iddia tələbi əsaslı və qanuni olmuş, həmin tələb 1-ci instansiya məhkəməsi tərəfindən düzgün olaraq təmin edlmişdir. Belə ki, Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi i nzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 33.1-ci maddəsinə müvafiq olaraq məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtına edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin hazırkı iş üzrə gəldiyi nəticə düzgündür, cavabdeh şöbənin kassasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qəbul edilməməlidir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qəra rın ləğvi üçün əsas ola bilən qanun pozuntularına yol verilməmişdır. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslı hesab edilmir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 69, 96 və 98-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli qə
Məhkəmə qərarları › İş №2-1(102)-88/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-88/2020
09.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver