Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-88/2021 26.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 61 yaşına çatmış qadına yaşa görə əmək pensiyasının təyin edilməsi; əmək kitabçasındakı qeydlərin mötəbərliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), X3 və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi X1, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə (sonrakı adı Dövlət Sosial Müdafiə Fondu p ublik hüquqi şəxsinin Bakı şəhəri Suraxanı rayon Xidmət Nümayəndəliyi) qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 26 avqust tarixli 2-1(103)-1309/2020 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh xx xxxxx 2019-cu il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə uyğun olaraq 61 yaşa çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alı nmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan verdikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının isə tələb olunan sosial sığorta stajı olmadığından yaşa görə pensiya almaq hüququ yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı xx xxxx 2019-cu il tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona xx.xx.2015-ci ildən başlayaraq yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1976-cı ildən əmək fəaliyyətinə başlamış və müxtəlif vəzifələrdə çalışmışdır. Əmək kitabçasındakı qeydlərdən də görünür ki, iddiaçı xx.xx.1976-cı ildən əmək fəaliyyətinə başlamış, müxtəlif peşələrdə çalışmaqla xx.xx.2005-ci ilədək işləmişdir. Yəni onun əmək kitabçasında adı qeyd edilən müəssisələrdə işləməyi mötəbər sübutla - əmək kitabçası ilə təsdiqlənir. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını cavabdehin iddiaçıya ünvanladığı imtina məktubunda göstərilənlər təşkil edir. 6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2-1(82)2639/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçıya xx xxxxxx 2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin o lunmamışdır.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əmək kitabçası ilə iddiaçının 25 ildən çox iş stajının olması öz təsdiqini tapır.
8. İddiaçı həmin qərarı mübahisələndirməmişdir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2-1(103)-126/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “x” Təsərrüfatı adlı kommersiya qurumunun dövlət qeydiyyatından keçməsi öz təsdiqini tapmadığından iddiaçıya məxsus əmək kitabçasında onun xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək “x” Təsərrüfatında çalışmasına dair edilmiş qeydlər şübhə altına düşdür. Odur ki, iddiaçıya məxsus əmək kitabçasında aparılmış qeydlər sübut qismində qəbul edilə bilməz.
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxxx 2020-ci il tarixli 2-1(102)-1009/2020 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
14. Kassasiya instansiyası məhkəməsi hesab etmişdir ki, idd iaçının xx.xx.2002-ci ildən xx.xx.2005-ci ilədək “x” kəndli fermer təsərrüfatında işləməsi qeyd olunsa da, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X4 Qeydiyyat İdarəsinə ünvanladığı sorğuda “x” Təsərrüfatının hüquqi şəxs kimi qeydiyyatdan keçib-keçməməsi barədə məlumat verilməsini xahiş etmiş, lakin sözügedən sorğu həmin sorğuya cavab verməli olmayan orqana ünvanlanmışdır. Belə ki, iş materiallarına əsasən “x” X2 hüquqi ünvanının Şəmkir rayonu ərazisində olduğunu nəzərə alan məhkəmə kollegiyası qeyd edir ki, sözügedən sorğu da Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X4 Qeydiyyat İdarəsinə yox, 14 saylı Ərazi Vergilər İdarəsinə verilməli idi. ç. apellyasiya instansiyası məhkə məsindəki ikinci icraat
15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 26 avqust tarixli 2-1(103)-1309/2020 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
18. İddiaçının işlədiyi iş illəri üzrə əmək haqlarından məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi araşdırılarkən həmin dövrləri təsdiq edən s ənədlər aşkar edilməmişdir. İddiaçının pensiya təyin edilməsi üçün cavabdehə təqdim etməli olduğu zəruri sənədin həqiqiliyi şübhə yaratmışdır. Bu da “Əmək pensiyaları haqqında” Qanunun 12.1, 21.1, 21.2, 25-ci maddələrinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2010-cu il tarixdə 4027 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış Qaydaların 4.1.8-ci bəndinə zidd olmuşdur.
19. Bundan əvvəlki məhkəmə qərarı Ali Məhkəmə tərəfindən həmin müəssisənin adının düzgün qeyd olunmaması səbəbindən verilmiş sorğuya natamam cavabın göndərilməsini əsas gətirməklə ləğv edilmiş, inzibati iş həmin hissədə yenidən araşdırmaya göndərilmişdir. Lakin göründüyü kimi, hüquqi şəxsin qeydiyyat ünvanı eyni yer olsa da eyni sorğuya müxtəlif cavablar verilmişdir. Bir cavabda hüquqi şəxsin 2 004-cü, digərində 1999-cu il tarixdə dövlət qeydiyyatına alındığı qeyd edilmişdir. Həmçinin, məhkəmənin nəzərindən Bakı şəhəri, Suraxanı rayonunda qeydiyyatı olan və yaşayan Bakı şəhəri, Nəsimi rayonunda əmək fəaliyyəti göstərmiş şəxsin Şəmkir və Gədəbəy rayonunda əmək fəaliyyəti göstərməsinin həqiqətə uyğun olub-olmaması, bu sübutun şübhə yaradıb-yaratmaması da yayınmışdır. Eləcə də “x” fermer təsərrüfatından əvvəl “Günəş” adlı müəssisədə işləməsi lakin hər iki qeydin eyni xətlə əmək kitabçasına qeyd edilməsi (hətta yanlışlıqla “x” əvəzinə yenidən “Günəş” yazılması) həmin sübutların əsaslı şübhə yaratması nəzərə alınmamışdır. 20. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən tə sdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. 21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərini rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci bəndinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
22. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1.1). Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların, qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Fərdi qaydada sahibkarlıq, əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, mülkiyyətindəki təsərrüfatına yararlı torpaqlardan istifadə edən şəxslərin iş stajı məcburi dövlət sosial sığorta haqları ödənildiyi dövr barədə arayışa əsasən müəyyən olunur (3.1.2). Qanunun qüvvəyə mindiyi tarixdən əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatla rı əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur. Göründüyü kimi, həm əvvəlki, həm də qüvvədə olan qanunvericiliyə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununu qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən olunur. Lakin iş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, həmin əmək kitabçasının səhifələri ardıcıl sıralanmamaqla, son iki müxtəlif qeydin eyni xətlə yazılması, sonuncu qeyddə müəssisənin adının ondan əvvəlki müəssisə ilə dəyişik salınması və sonradan düzəlişin olduğu vizual baxışla görünür.
23. Həmçinin Bakı şəhərində qeydiyyatda olan, yaşayan və əmək fəaliyyəti göstərən qadın iddiaçının Bakıdan kilometlərlə uzaqda yerləşən Gədəbəy və Şəmkir rayonlarında əmə k fəaliyyəti göstərməsi əsaslı şübhələr yaradır.
24. Beləliklə, müəyyən edilir ki, iddiaçının ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb edilən nə stajı, nə də pensiya kapitalı vardır. b. kassasiya şikayətinə etirazın dəlilləri
25. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, onun yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 25 ildən çox iş stajına malik olması əmək kitabçası ilə öz təsdiqini tapır.
26. Bundan əlavə, iddiaçının Bakı şəhərində qeydiyyatda olması, onu Bakı şəhərindən kənarda əmək fəaliyyəti ilə məşğul olma imkanından məhrum etmir. Əgər on minlərlə rayon qeydiyyatında olan şəxs Bakı şəhərində əmək fəaliyyəti ilə məşğul olursa, Bakı şəhərində qeydiyyatda olan şəxsin də rayonda işləməsi normaldır. O, göstərilənlərə əsas ən, şikayətin təmin olunmamasını və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. c. məhkəmə icraatı iştirakçılarının izahatları
27. Cavabdehin vəkili (nümayəndəsi) kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
28. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, nümayəndəsi çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ
29. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təş əbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəm əsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. İş üzrə cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
33. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial M üdafiəsi Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə görə, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə, bu Qanu nun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir.
34. Hazırkı işdə də iddiaçı öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanır. Cavabdeh isə, öz növbəsində əmək kitabçasında iddiaçının xx xxxx 2002-ci il tarixdən xx xxxxxx 2004-cü il tarixədək “x” fermer təsərrüfatında işləməsi barədə qeydi mübahisələndirir.
35. Cavabdeh hesab edir ki, “x” fermer təsərrüfatından əvvəl “Günəş” adlı müəssisədə işləməsi, lakin hər iki qeydin eyni xətlə əmək kitabçasına qeyd edilməsinin (hətta yanlışlıqla “x” əvəzinə yenidən “Günəş” yazılmasınin) həmin qeydə dair əsaslı şübhələr yaratmasını məhkəmə nəzərə almamışdır.
36. Məh kəmə kollegiyası qeyd edir ki, xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özüözlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir.
37. Apellyasiya instansiyası məhkəməsi “x” fermer təsərrüfatının qeydə alınması barədə məlumatları əldə etsə də, bu məlumatlar (hüquqi şəxsin reyestrdə və vergi orqanınd a qeydə alınması) iddiaçının mübahisələndirilən müddətdə həmin müəssisədə işləməsi faktını özü-özlüyündə, qeyd-şərtsiz təsdiq etmir.
38. Bu qənaət, dövlət sosial müdafiə orqanında qeydə alınma faktına da aiddir.
39. Cavabdeh həmin hüquqi şəxsin dövlət sosial müdafiə orqanında 2004-cü ildə qeydə alındığına istinad etsə də, hazırkı halda müəyyən edilməli olan mübahisələndirilən illər üzrə məcburi sosial sığorta haqlarının ödənilib-ödənilmədiyi deyil (həmin illərin sığorta stajına aid edilməsi məqsədi ilə), iddiaçının 2002-2004-cü illərdə “x” fermer təsərrüfatında işləməsi faktının özüdür. Hərçənd, mübahisələndirilən illər üzrə məcburi sosial sığorta haqlarının iddiaçıya münasibətdə ödənilməsi faktı özüözlüyündə onun həmin illərdə “x” fermer təsərrüfatında işləməsinin, buradan, əmək kitabçası nda 2002-2004-cü illərə dair qeydin mötəbərliyinin təsdiqidir. Lakin hazırkı işdə belə fakt mövcud deyil.
40. Eyni ilə, 2002-2004-cü illərə dair qeydin mötəbərliyini (iddiaçının müəssisədə işləməsi faktını) təsdiq edən digər sübutlar da yoxdur. Deməli, məhkəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, cavabdehin də əsaslandığı şübhələri aradan qaldıran, iş stajına dair qeydlərin mötəbərliyini təsdiq edən sübutlara əsaslanmalıdır.
41. Beləliklə, İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmamışdır.
42. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərini n pozulması ilə qəbul edildiyindən iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 26 avqust tarixli 21(103)-1309/2020 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlqar Hüseynov imza imza imza İ.K.Hüseynov B.F.Qəribov K.N.Bədəlov