Məhkəmə qərarları › İş №2-1(102)-88/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-88/2022

18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-88/2022 18.01.2022 ALİ MƏHKƏMƏ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Nəsimi rayon xidmət nümayəndəliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş illərinin sosial sığorta stajına daxil edilməklə əlilliyə görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, şifahi məhkəmə baxışı keçirilmədən, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Nəsimi rayon xidmət nümayəndəliyinə qarşı iş üzrə “əlilliyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30.08.2021-ci il tarixli, 2-1(103)-1022/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında, yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1967-ci il tarixində doğulmuşdur.

2. İddiaçı 13.01.1986-cı ildən 15.07.1986-cı ilədək Dənizkənarı üzümçülük sovxozu üzrə sovxozun maldarlıq fermasında müvəqqəti olaraq sanitar, 15.07.1986-cı ildən 01.04.1988-ci ilədək Siyəzən rayon rabitə qovşağında telefonçu, 15.10.1989-cu ildən 18.10.1989-cu ilədək “X4” Trestində fəhlə, 01.04.1994-cu il dən 03.01.2000-ci ilədək “X” elmi istehsalat kiçik müəssisəsində köməkçi, 05.01.2000-ci ildən 01.09.2004-cü ilədək həmin müəssisədə ərzaq dükanında satıcı vəzifələrində işləmişdir 3. iddiaçıya 01.06.2017-ci il tarixində müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir.

4. İddiaçı ona əlilliyə görə əmək pensiyası təyin edilməsi məqsədilə cavabdeh inzibati orqana ərizə ilə müraciət etmişdir. Cavabdehin 04.02.2020-ci il tarixli **********0 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı 01.04.1994-cü il tarixdən 01.09.2004-cü il tarixədək “X" kiçik müəssisəsində işlədiyi dövr ərzində almış olduğu əmək haqqı cədvəlini təqdim etdikdən sonra həmin müəssisədə qarşılıqlı üzləşmə aparıb sosial ayırmalar ödənmiş olduğu halda əmək pensiyası hüququna baxılacaqdır İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLAR İ a. Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının 01.04.1994-cü il tarixdən 01.09.2004-cü il tarixədək olan 12 il 7 ay 25 gün sosial sığorta stajını və 01.06.2017-cı il tarixdə birinci dərəcə əlillik təyin edilməsini nəzərə alaraq 01.06.2017-ci il tarixdən ona əlilliyə görə əmək pensiyanın təyin edilməsi və yaranmış fərqin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, müxtəlif psixiatrik xəstəliklərdən əziyyət çəkir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4252/17 saylı 18.09.2017-ci il tarixli qərarı ilə onun iddia tələbi təmin olunmuş, ona birinci dərəcə əlillik təyin olunması v əzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə həvalə edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 2-1(103)-132/18 saylı, 14.02.2018-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən iddiaçıya 01.06.2017-ci il tarixdən “Dəqiqiləşdirilməmiş, kəskin və ötüb keçən psixotik pozuntu. Davranış pozulmaqla uzun müddətli (iki ildən çox) təzahür edən psixotik hallar. İntihar cəhdləri ilə. Vegetativ sinir sisteminin somatoform disfunksiyası, NSD qarışıq tipli” diaqnozu ilə müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Ona 01.06.2017-ci il tarixdən birinci dərəcə əlilliyə görə sosial müavinət ödənilir. İddiaçı hesab edir ki, ona əlilliyə görə əmək pensiyası təyin edilməlidir. İddiaçı əlilliyi ilə əlaqədar 01.06.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan onun ərizəsini təmin etməmiş, “01.04.1994-cü il tarixdən 01.09.2004-cü il tarixədək işləmiş olduğu “X” kiçik müəssisəsində işlədiyi dövr ərzində almış olduğu əmək haqqı cədvəli təqdim etdikdən sonra həmin müəssisədə qarşılıqlı üzləşmə aparmış sos ial ayırmalar ödənmiş olduğu halda əmək pensiyası hüququna baxılacaqdır" cavabı ilə iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsindən qanunsuz olaraq imtina etmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edir. Belə ki, iddiaçının adına 24.07.1986-cı il tarixdə doldurulmuş İT-İ № ******* saylı əmək kitabçasına əsasən onun 01.04.1994-cü il tarixdən 01.09.2004-cü il tarixədək 12 il 7 ay 25 gün əmək stajı vardır. İddiaçının işlədiyi dövrlər əmək kitabçasında öz təsdiqini tapmışdır. Qeyd edilən 12 il 7 ay 25 gün müddət iddiaçının sığorta stajına hesablanmalı və ona əlilliyə görə əmək pensiyası təyin edilməlidir. Əmək pensiyaları sahəsində yaranan hüquq münasibətləri 01.01.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunla müəyyən olunur. Həmin Qanunun 01.07. 2017-ci il tarixinədək qüvvədə olan redaksiyasının 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İddiaçı xx.xx.1967-ci il tarixdə anadan olduğuna və 50 yaşı olduğuna, ona 01.06.2017-cı il tarixdə 1-ci qrup əlillik təyin olunduğuna, əmək kitabçasına görə 12 il 7 ay 25 gün sığorta stajı olduğuna görə Qanunun 12.1-ci maddəsinə uyğun olaraq əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün ona 11 il 6 ay sığorta stajı lazımdır. 50 yaş - 15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 35 yaş x 4 ay = 140 ay: 12 ay = 11 il 6 ay. İddiaçının 01.06.2017-ci il tarixə 12 il 7 ay 25 gün sığorta stajı vardı r. Göstərilənlərə əsasən iddiaçı cavabdehin imtinasını əsassız hesab edir.

7. Bakı İnzibati Məhkəməsinin 19.11.2020-ci il tarixli 2-1(112)-3259/2020 nömrəli qərarı ilə (hakim Pərviz Hüseynov) iddia qismən təmin edilmiş, iddiaçıya 01.06.2017-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmiş, iddia digər hissədə təmin edilməmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçıya 01.06.2017-ci il tarixdə müddətsiz birinci dərəcəli əlillik təyin edilmiş, həmin tarixdə isə onun 50 yaşı olmuşdur. İddiaçının yaşı və əmək qabiliyyətli yaş dövrü nəzərə alınmaqla (50 yaş - 15 yaş = 35 yaş x 4 ay = 140 ay: 12 ay = 11 il 6 ay) iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 11 il 6 ay sığorta stajı tələb olunur. İddiaçının isə 01.09.2004-cü ilədək 12 il 7 ay 25 gün iş stajı vardır. Bundan başqa, əmək kitabçasında düzəlişin aparılması ilə bağlı cavabdeh tərəfindən vurğulanan qeydlər iddiaçıya əmək pensiyasının təyin edilməsi üçün zəruri olan iş yeri, vəzifə və iş stajlarının müddətinə hər hansı formada mənfi təsir göstərmir.

9. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək ləğv edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1022/2021 nömrəli 30.08.2021-ci il tarixli qərarına əsasən (sədrlik edən Vidadi Məmmədov, hakimlər Azər Hüseynov və Vüsalə Baxışova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 19.11.2020-ci il tarixli 2-1(112)-3259/202 0 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. Məhkəmə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

12. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1022/2021 nömrəli 30.08.2021-ci il tarixli qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

13. Cavabdeh hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, qərar maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçının əlilliyə görə pensiya üçün müraciət etdiyi zaman əmək kitabçasında qeyd olunan və sosial sığorta stajına daxil edilən 01.04.1994- cü ildən 01.09.2004-cü ilədək olan dövr şübhə doğurmuş və həmin dövrü qarşılıqlı yoxlamaq mümkün olmamışdır. İddiaçı iddia ərizəsində “SİZO” elmi istehsalat kiçik müəssisəsində çalışdığını qeyd etmiş olsa da, məhkəməyə təqdim etdiyi əmək kitabçasının 42,46 və 48-ci səhifələrində düzəliş aparıldığı şöbə tərəfindən şübhə doğurmuş və dəqiqləşməyə ehtiyac olduğu müəyyən edilmişdir.

14. İddiaçının “SİZO” elmi istehsalat kiçik müəssisəsindəki iddia etdiyi iş dövrü onun sosial sığorta stajı kimi hesablana bilməz və ona əmək pensiyasının təyin edilməsinə yol vermir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə tərəfindən iddiaçının nümayəndəsinə əmək kitabçasının təqdim edilməsi təklifi irəli sürülsə də, nümayəndə bəhanələr gətirərək əmək kitabçasını təqdim etməmişdir. Həmçinin, edilmiş düzəli şlər iddiaçının nümayəndəsi tərəfindən etiraf edilmiş və nümayəndə tərəfindən düzəliş edilmədiyi halda belə vətəndaşın stajının yetərli olduğu bildirilmişdir. Əmək kitabçasına edilmiş düzəlişlərin ekspertiza əsasında müəyyən edilməsi üçün cavabdeh tərəfindən məhkəməyə ekspertizanın təyin edilməsinə dair vəsatət təqdim edilsə də, təqdim edilmiş vəsatət təmin edilməmişdir. Beləliklə, məhkəmə tərəfindən İnzibati Prosessual Məcəllənin 12.1, 58.7-ci maddələrinin tələbləri pozulmuş, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunan xəstəlik və ya xəsarət nəticəsin də yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşdırılması ilə əlaqədar təyin edilir. 17. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən, əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir 18. 2006-cı il 01 yanvar tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə görə, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümum i iş stajına daxil edilir, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir.

19. Həmin Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 20. ““Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1-ci bəndlər inə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərəd alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

21. Həmin Qaydaların 3.1.1-ci bəndinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26.12.1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir 23. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

24. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəs i həmin inzibati orqanın üzərinə düşür.

25. Həmin Məcəllənin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

26. Həmin Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir.

27. Həmin Məcəllənin 96.9-cu maddəsinə əsasən Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.

28. Həmin Məcəllənin 98.1- ci maddəsinə əsasən Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisənin mahiyyəti ilə bağlı prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq mün asibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

32. Hazırkı qərarın 16-17-ci bəndlərində göstərilən normaların məzmunundan aydın olur ki, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün 11 il 6 ay sığorta stajı tələb olunur. İşin apellyasiya instansiyası məhkəməsində araşdırılan hallarından görünür ki, iddiaçının 01.09.2004-cü ilədək 12 il 7 ay 25 gün sığorta stajı vardır. Belə ki, iddiaçının iş stajı, o cümlədən 01.04.1994-cü il tarixdən 01.09.2004-cü il tarixədək “X” elmi istehsalat kiçik müəssisəsində işlədiyi dövr əmək kitabçasında öz əksini tapmışdır.

33. Əmək kitabçasının həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Oxşar işlər üzrə formalaşmış Ali Məhkəmənin hüquqi mövqeyindən görünür ki, iddiaçının 01.04.1994 -cü il tarixdən 01.09.2004-cü il tarixədək işləməsi onun əmək kitabçası ilə təsdiq olunduğundan digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (həmçinin bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 14.07.2020-ci il tarixli, 2-1(102)-1431/2020 nömrəli, 28.01.2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli qərarları).

34. Bundan başqa, hazırkı qərarın 23-cü bəndində göstərilən normanın məzmununa uyğun olaraq iddiaçının təqdim etdiyi əmək kitabçasının həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyindən mötəbər hesab olunur. İddiaçıdan əmək kitabçasının mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması isə qadağandır. Cavabdeh isə iddiaçının iş stajını təsdiq edən əlavə sübutlar tələb edərək həmin normanın tələbini pozmuşdur.

35. Cavabdeh kassasiya şikayətində ə mək kitabçasındakı qeydlərin mötəbər olmamasına, əmək kitabçasının 42,46 və 48-ci səhifələrində düzəliş edilməsinə istinad etsə də, məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız hesab edir.

36. Belə ki, cavabdeh qeyd olunan dəlilləri apellyasiya instansiyası məhkəməsində də bildirmişdir. Məhkəmə isə bu dəlillərə münasibətdə haqlı olaraq qeyd etmişdir ki, cavabdeh əmək kitabçasının 48-ci səhifəsində düzəlişin nədən ibarət olmasını göstərməmişdir. Əmək kitabçasının 42-ci səhifəsində 01 nömrəli və 46-cı səhifəsində 08 nömrəli qeydlərdə eyni tarixlər qeydin əsası olan əmrin nömrəsi və tarixi qrafasında da yazılmışdır, onlarda isə düzəliş aparılmamışdır. 46-cı səhifədə 07 nömrəli qeyddə düzəlişin aparılması bildirilən rəqəm isə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan iş stajının müddətinə təsir etmir.

37. Göründüyü kimi, əmək kitabçasında düzəlişin aparılması cavabdeh tərəfindən vurğulanan qeydlər iddiaçıya əmək pensiyasının təyin edilməsi üçün zəruri olan iş yeri, vəzifə və iş stajlarının müddətinə hər hansı formada mənfi təsir göstərmir. Ona görə də cavabdehin bu dəlilləri əsassızdır.

38. Hazırkı qərarın 24-cü bəndində göstərilən normanın məzmununa uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Odur ki, cavabdehin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1022/2021 nömrəli 30.08.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Ca vabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1022/2021 nömrəli 30.08.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar