Məhkəmə qərarları › İş №2-1(102)-88/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-88/2024

01.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-88/2024 01.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı X4 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Məmmədov Xəqani Səyyad oğlu (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı X4 cavabdeh Azərbaycan Res publikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə İdarəsinə (üçüncü şəxslər Əliyev Həsən Cabbar oğlu, X10, Xaçmaz rayonu Xudat Bələdiyyəsi, AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı “Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsinin mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kv.metr, ticarət sahəsi 16,1 kv.metr olan univermağın anbar binasının altında olan 999,0 kv.metr torpaq sahəsinin iddiaçının əvəzsiz mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-6/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qərarından cavabdeh və üçüncü şəxs Əliyev Həsən Cabbar oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Xaçmaz rayonu Nəsimi adına sovxozun Aqrar İslahatı Komissiyasının 10 yanvar 1998-ci il tarixli, 01 saylı protokol qərarı ilə “Univermaq-sklad” binasının həyətyanı ərazisi ilə birlikdə X2 qərara alınmış, 15 yanvar 1998-ci il tarixli akt və 12 fevral 1998-ci il tarixli, 08 saylı əmlakdan pay haqqının verilməsi barədə aktlar əsasında Xaçmaz rayon Nəsimi adına sovxozun Aqrar İslahat Komissiyası tərəfindən univermağın anbar binası X11 mülkiyyətinə verilmişdir. “Univermaq-sklad” binası üzərində X11 mülkiyyət hüququ qeydə alınaraq ona qeydiyyat vəsiqəsi verilmişd ir.

2. X13 və İddiaçı X8 arasında bağlanmış 09 fevral 2004-cü il tarixli müqaviləyə əsasən, Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsində 999 kv.m torpaq sahəsində yerləşən mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kv.m, ticarət sahəsi 16,1 kv.m olan univermağın anbar binası İddiaçı İKB-nə satılmışdır. Həmin bina xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınaraq 29 mart 2005-ci il tarixli 86A saylı qeydiyyat vəsiqəsi verilmişdir.

3. İddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək 09 fevral 2004-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən tikilinin (univermağın anbar binasının) onun mülkiyyətində olduğunu, tikilinin yerləşdiyi 999 kv.m torpaq sahəsindən istifadə etdiyini, torpaq sahəsindən istif adəyə görə torpaq vergisi ödədiyini, torpaq islahatı zamanı həmin torpaq sahəsinin hüquqi statusunun dəyişdirilmədiyini əsas gətirərək həmin torpaq sahəsini özəlləşdirmək istədiyini bildirmiş, sabiq “Nəsimi” adına sovxozun univermağının anbar binasının altında olan 999 kv.m torpaq sahəsinin iddiaçının adına özəlləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçının müraciətinə cavab olaraq cavabdeh bildirmişdir ki, qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmamışdır. Mövcud qanunvericiliyə əsasən dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçiri lir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəmə müraciət edərək Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsinin mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kv.m, ticarət sahəsi 16,1 kv.m olan univermağın anbar binasının altında olan 999 kv.m torpaq sahəsinin iddiaçının əvəzsiz mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsinin 999 kv.metr torpaq sahəsində yerləşən mişar d aşından inşa edilmiş, 5 otaqdan ibarət, ümumi sahəsi 121,1 kv.m, ticarət sahəsi 16,1 kv.m olan univermağın anbar binası mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Tikilinin yerləşdiyi 999 kv.m torpaq sahəsindən iddiaçı istifadə edir və torpaq sahəsindən istifadəyə görə torpaq vergisi ödənilir. Torpaq islahatı zamanı həmin torpaq sahəsinin hüquqi statusu dəyişdirilməmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu rəsmiləşdirmək istəyir. Bu barədə cavabdehə ərizə ilə müraciət etmiş, lakin hər hansı rəsmi cavab verilməmişdir.

6. Cavabdeh iddia ərizəsinə etirazını onunla əsaslandırmışdır ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində islahat zamanı əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilən torpaqların siyahısı müəyyən edilmişdir. Bu nlar vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəciliyindəki bağların altında olan torpaqlardır. Qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsi Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmamışdır. Mövcud qanunvericiliyə əsasən dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir.

7. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-434/2019 nömrəli, 16 aprel 2019-cu il tarixli qərarı ilə (hakim Z.R.Pirverdiyev) iddia təmin edilmiş, Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “ Nəsimi” adına sovxozun malikanəsinin mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kv.m, ticarət sahəsi 16,1 kv.m olan univermağın anbar binasının altında olan 999 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və onun adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi “Univermaq-sklad” binası ilə birlikdə X3, sonuncu da tikilini alqı-satqı qaydasında iddiaçıya satmaqla həmin torpaq sahəsində yerləşən “Univermaq-sklad” binası üzərində mülkiyyət hüququ iddiaçıya keçmişdir ki, bu halda həmin torpaq sahəsinə mülkiyyət hüququ da iddiaçıya keçmişdir. Buna görə də mübahisə predmet i olan torpaq sahəsi üzərində mülkiyyət hüququ, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin 1-ci bəndinə əsasən “Univermaq-sklad” binası ilə yanaşı iddiaçıya keçdiyindən, həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır.

9. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-434/2019 nömrəli, 16 aprel 2019-cu il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

10. Sumqayıt Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 17 sentyabr 2019-cu il tarixli, 2-1(105)-451/2019 saylı qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

11. Sumqay ıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)451/2019 nömrəli, 8 noyabr 2019-cu il tarixli qərardadı ilə (hakimlər H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, N.M.Nəsibov və Z.İ.Məmmədov) apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-434/2019 nömrəli, 16 aprel 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

12. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisələndirilən torpaq sahəsi H.Məmmədov tərəfindən nə alınmış, nə də ona əvəzsiz olaraq verilmişdir. Başqa sözlə, sonuncunun həmin torpaq sahəsinə dair yaranması ehtimal olunan, eləcə də qeydə alınmış hər hansı bir hüququ olmamışdır. Bu isə öz növbəsində ona gətirib çıxarır ki, X11 mübahisəli torpaq sahəsinə dair ehtimal oluna n mülkiyyət hüquqları mövcud olmadığından, “Univermaq-sklad” binasının alqı-satqı qaydasında iddiaçıya satılarkən həmin torpaq sahəsinə mülkiyyət hüququnun da Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin 1-ci bəndinə əsasən iddiaçıya keçdiyinə istinad etmək üçün əsaslar yaranmamışdır. İddiaçı sonradan tələbini dəqiqləşdirsə də, o, dövlət mülkiyyətində olan əmlakın onun mülkiyyətinə verilməsini istəməklə, əslində həmin torpaq sahəsinin özəlləşməsini istəmişdir. Daha sonra, iddiaçı mübahisələndirilən torpaq sahəsinin onun mülkiyyətinə verilməsi, başqa sözlə özəlləşməsi ilə bağlı tələbini iddiasına cavab verməli olan orqana qarşı deyil, əsl olmayan cavabdehə qarşı irəli sürmüşdür. Belə ki, yuxarıda istinad olunan normalardan görünür ki, iddiaçı hazırkı iddia ilə Azərbaycan R espublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etməli olduğu halda bunu etməmiş, o, cavabdeh kimi tələbini DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə yönəltmişdir. Həmçinin iddiaçı torpaq sahəsinin özəlləşməsi və mülkiyyətinə verilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etmədiyindən, məhkəmə kollegiyası iddiaçıya hüquqi yardım edilməsinə zərurət görməmişdir. Belə ki, cavabdehin əsl cavabdehlə əvəz edilməsi ilə bağlı iddiaçıya hüquqi yardım edilməsi nəticə etibarilə yenə də, iddianın mümkünsüzlüyünə səbəb olacaqdır. Çünki hazırkı iddia, növünə görə öhdəliyin icrası haqqında iddiadır və “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddia üzrə xüsusi mümkünlük şərtlərindən biri iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsidir.

13. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 25 fevral 2020-ci il tarixli, 2-1(102)-740/2020 nömrəli qərarı ilə (hakimlər Z.M.Quliyev /sədrlik edən və məruzəçi/, N.İ.Rəsulbəyova, İ.A.Dadaşov) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 8 noyabr 201 9-cu il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının mübahisə predmetinə çevrilmiş obyektə 29 mart 2005-ci il tarixli qeydiyyat vəsiqəsi var, iddiaçı bu obyekti dövlət notariusunun təsdiqi ilə alqı-satqı müqaviləsi əsasında almışdır, obyektin texniki pasportu da mövcuddur. Bundan başqa, cavabdehin bu məsələlərlə bağlı rəyi var ki, bu da cavabdeh inzibati orqanın rəsmi mövqeyi və cavabı kimi qiymətləndirilməlidir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsinin İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə istinad etməklə iddiaçının iddiasının mümkün sayılmaması yanlış olmaqla qanuna uyğun deyildir. ç. apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

16. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli, 2-1(105)-280/2020 nömrəli qərardadı ilə (hakimlər S.İ.Bəktaşi /sədrlik edən və məruzəçi/, T.O.Quliyev və G.F.Tağızadə) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-434/2019 nömrəli, 16 aprel 2019-cu il tarixli qərarı ləğv edilmiş və iddia tələbi mümkün sayılmamışdır.

17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə (Ali Məhkəmənin 2(102)-8127/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi) müəyyən edilmişdir ki, iddiaçı univermaq-anbar binasını alsa da, onun altındakı torpağı almamışdır, həmin torpaq bələdiyyə mülkiyyətindədir. Belə olan halda, iddiaçının, ümumiyyətlə, 999 kv.m torpaq sahəsinə hüququ məhkəmə tərəfindən müəyy ən edilmədiyindən, iddiaçının irəli sürdüyü iddia tələbi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin tətbiqi baxımından yoxlanılarkən, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsasların mövcud olmadığı, yəni iddiaçının qanunla qorunan hər hansı bir hüquqlarının pozulması halının baş vermədiyi müəyyən olunmuşdur.

18. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. d. kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 09 iyun 2021-ci il tarixli, 2-1(102)-669/2021 nömrəli qərarı ilə (hakimlər İ.Ə.Şəfiyev /sədrlik edən və məruzəçi/, R.S.Nəbizadə, S.Ə.Kərimov) iddiaçının kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 29 oktyabr 2020-ci il tarixli, 21(105)-280/2020 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. 26.Kassasiya instansiyası məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi, İddiaçı İKB-nin cavabdeh Əliyev Həsən Cabbar oğluna qarşı “torpaq sahəsindən çıxarılma, qanunsuz tikilmiş hasarın və digər tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, çıxarışın ləğv edilməsi” tələbinə dair ilkin iddia və Əliyev Həsən Cabbar oğlunun İddiaçı İKB-nə qarşı “texniki pasportda tikililərin 999 kvadrat metr torpaq sahəsində yerləşməsinə dair qeydin etibarsız hesab edilməsi” t ələbinə dair qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə yekun məhkəmə aktı (Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-8127/2019 saylı 30 dekabr 2019-cu il tarixli qərarı) ilə müəyyən olunan halları hazırda baxılan iddia üçün preyudisial hal kimi tətbiq etmişdir. Lakin Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-8127/2019 saylı, 30 dekabr 2019cu il tarixli qərarı İddiaçı X4 şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 05 aprel 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş və bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərar alınmışdır. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin iddianın mümkün sayılmamasını şərtləndirən hal kimi istinad etdiyi məhkəmə aktı hüquqi qüvvəsini itirmişdir. Bu halın baxılan işə bilavasitə təsiri vardır və apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvi kimi hüquqi nəticə törədir. Çünki apellyasiya instansiyası məhkəməsinin qərardadının əsasını, yalnız sözügedən mülki iş üzrə yekun məhkəmə aktı ilə müəyyən olunmuş hallara görə iddiaçının subyektiv hüququnun olmaması təşkil edir və artıq həmin akt qüvvədən düşdüyünə görə hazırda baxılan işə preyudusial təsirini itirmişdir. Xaçmaz Rayon Məhkəməsinin 18 may 2004-cü il tarixli qətnaməsində "Seymur” KİBnin tərəf və ya üçüncü şəxs kimi işdə iş tirakını müəyyən etmək mümkün deyildir. Eyni zamanda, işə təkrar baxan məhkəmə, iddia olunan torpaq sahəsinin hüquqi statusunu (bələdiyyənin və ya dövlətin mülkiyyətində olmasını) müəyyən etməli və bundan asılı olaraq maddi hüquq normasını tətbiq etməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, iddia olunan torpaq sahəsinə dair aqrar islahat komissiyasının qərarı vardır. Bu qərar “Univermaqsklad binasının həyətyanı ərazisi ilə birlikdə satılsın” məzmunundadır. Yəni, mübahisəli torpaq sahəsi Azərbaycan Respublikasının aqrar-sənaye kompleksinin (aqrar bölmənin) islahatı (həmin islahatın tərkib hissəsi olan torpaq islahatı) əsasında verilmişdir. Mübahisəyə baxan məhkəmələr, Həmid Məmmədov tərəfindən Univermaq-anbar binasının dəyərinin ödənildiyinə, lakin torpaq sahəsini almadığına istinad edirlər. Lakin Azərbaycan Respublikasının aqrar-sənaye kompleksinin (aqrar bölmənin) islahatının əsas istiqamətlərini və onların hüquqi təminatını müəyyən edən “Aqrar islahatın əsasları haqqında” Qanunda, nə də torpaq islahatının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən edən “Torpaq islahatı haqqında” Qanunda, sovxoz və kolxozların istifadəsində olan torpaq sahələrinin pulla satılmasını (əvəzli verilməsini) nəzərdə tutan norma yoxdur. Əksinə, “Aqrar islahatın əsasları haqqında” Qanunun 5-ci maddəsində qeyd olunur ki, islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait y aradılmasını nəzərdə tutur. e. apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat

20. Cavabdeh orqan tərəfindən məhkəmə sorğusuna cavab olaraq ünvanlanmış 17 sentyabr 2021-ci il tarixli, **********13 nömrəli məktubla Xaçmaz rayonu, Xudat şəhərində yerləşən 0,02 ha yaşayış məntəqələrinin torpaq sahəsinə dair Əliyev Həsən Cabbar oğlunun adına verilmiş xx.xx.2015-ci il tarixli, **********15 reyestr nömrəli, RX ******* seriyalı çıxarışın və həmin çıxarışın verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətləri təqdim olunmuş, əlavə olaraq isə göstərilmişdir ki, qeyd olunan torpaq sahəsi Xaçmaz rayonu 1 saylı notariat kontorunun xx.xx.2021-ci il tarixli, 4Ə-1647 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X6 adına özgəninkiləşdirilmiş və dövlət reyestrindən X6 adına xx.xx.2021-ci il t arixli, ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir.

21. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2-1(105)-531/2021 nömrəli qərardadı ilə Əliyev Həsən Cabbar oğlu və X10 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər.

22. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 14 fevral 2022-ci il tarixli, 2-1(105)-44/2022 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir.

23. Məhkəmə sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən 17 oktyabr 2022ci il tarixli, **********43 nömrəli məktubla təqdim edilmiş mütəxəssis rəyində göstərilmişdir: “İddiaçı İKB-nin faktiki istifadəsində olan 446 kv metr torpaq sahəsinin koordinatları naturadan alındı və həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid old uğu müəyyən olundu; Xaçmaz rayonunun Xudat şəhəri, Nəsimi adına sovxozun mərkəzi malikanəsində yerləşən Əliyev Həsən Cabbar oğlunun faktiki yaşadığı yaşayış evi İddiaçı İKB-nin faktiki istifadə etdiyi 446 kv metr torpaq sahəsindən 17,70 metr məsafədə cənub istiqamətində yerləşir, sxem tərtib olundu; 12 dekabr 2015-ci il tarixli ******* saylı çıxarışla H.C.Əliyevin şəxsi mülkiyyətinə verilmiş 0,02 ha torpaq sahəsi (hazırda həmin sahə xx.xx.2021-ci il tarixli ********** nömrəli çıxarışla X6 adındadır) İddiaçı İKB-nin faktiki istifadə etdiyi 446 kv metr torpaq sahəsinin cənub tərəfindən yerləşməklə qonşu torpaq sahəsidir. Həmçinin həmin 200.0 kv metr torpaq sahəsi Xaçmaz rayonunun Xudat şəhəri, Nəsimi adına sovxozun mərkəzi malikanəsində yerləşən Əliyev Həsən Cabbar oğlunun faktiki yaşadığı y aşayış evindən 5.80 metr məsafəsində şimal istiqamətində yerləşir; məhkəmənin iş materiallarına əlavə olunmuş Xaçmaz RİH Başçısının xx.xx.1995-ci il tarixli 229 saylı sərəncamı nəzərə alınmaqla Xaçmaz rayon XDS Reyasət Heyətinin xx.xx.1995-ci il tarixli qərarı ilə X17 sovxozunun malikanəsində fərdi mağaza tikintisi üçün ayrılmış 24 kv metr torpaq sahəsinin sənədlərində həmin torpaq sahəsinin koordinatları, coğrafi mövqeyi olmadığından torpaq sahəsinin İddiaçı İKB-nin faktiki istifadə etdiyi 446 kv metr torpaq sahəsinin ərazisində yerləşib-yerləşmədiyini müəyyən etmək olmadı.

24. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim olunmuş 10/7284 saylı, 23 dekabr 2022-ci il tarixli ekspert rəyi hazırkı qərarın 23-cü bəndində göstərilən mütəxəssis rəyi i lə eyni məzmundadır.

25. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 10 fevral 2023-cü il tarixli, 2-1(105)-6/2023 nömrəli qərardadı ilə Xaçmaz rayon Xudat Bələdiyyəsi zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

26. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh orqan tərəfindən 03 may 2023cü il tarixli, 3-21-3-34/2-5395/2023 nörməli məktubla təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsinin mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kv.metr, ticarət sahəsi 16,1 kv.metr olan univermağın anbar binasının altında olan 999,0 kv.metr torpaq sahəsinin döngə nöqtələrinin koordinatları 29 mart 2005-ci il tarixli, 95 nömrəli texniki pasportda torpaq sahəsinin döngə nöqtələrinin koordinatları olmadığından, texniki pasportda qeyd olunan sxematik planında qonşu ərazilərə əsasən araşdırılmış və üstüstə düşməsi müəyyən edilmişdir. Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsinin mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kv.m, ticarət sahəsi 16,1 kv.m olan univermağın anbar binasının altında olan 999,0 kv.metr torpaq sahəsindən, 31 avqust 2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli X6 adına 0,02 ha torpaq sahəsinə çıxarış verilmişdir. Yüklülüyün koordinatları müəyyən edildi və hüquqi sahibi X7 məxsusdur.

27. Rəyə əlavə edilmiş torpaq sahəsinin ölçü planından müəyyən olunur ki, 12 dekabr 2015-ci il tarixli, RX seriy alı ******* saylı çıxarışla Əliyev Həsən Cabbar oğlunun mülkiyyətinə verilmiş sahə hazırda 31 avqust 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla X6 adındadır. Həmçinin İddiaçı İKB-nin faktiki istifadəsində olan torpaq sahəsi 991,0 kv metr təşkil edir.

28. Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 16 iyun 2023-cü il tarixli, 2-1(105)-6/2023 nömrəli qərarı ilə (hakimlər R.Ə.Ağayev /sədrlik edən və məruzəçi/, F.Ə.Məmmədov və Z.T.Məmmədov) apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 16 aprel 2019-cu il tarixli, 2-1(85)- 434/2019 nömrəli qərarı dəyişdirilmiş, iddia qismən təmin edilməklə, Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsinin mişar daşından inşa edilmiş 5 otaqdan ib arət ümumi sahəsi 121,1 kv.m, ticarət sahəsi 16,1 kv.m olan univermağın anbar binasının altında olan 991,0 kv.m torpaq sahəsi üzərində İddiaçı X4 mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və onun adına dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

29. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvədə olan məhkəmə qərarları ilə müəyyən edildiyi kimi İddiaçı İKB-yə məxsus 999,0 kv.metr torpaq sahəsinin bir hissəsinə dair 3-cü şəxs Həsən Əliyevə bələdiyyə qərarına əsasən verilmiş torpaq sahəsilə birlikdə sonuncu tərəfindən əlavə də zəbt edilmiş torpaq sahəsindən Həsən Əliyevin çıxarılması ilə yanaşı, həmin sahədə tikilmiş tikililərin sökülməklə sonuncunun adına verilmiş çıxarışın da ləğv edilməsi hazırkı iş üzrə İddiaçı İKB -nin torpağın qanuni əsaslarla ona məxsus olmasını bir daha təsdiq edir. İddia olunan torpaq sahəsinə dair aqrar islahat komissiyasının qərarı vardır. Bu qərar “Univermaq-sklad binasının həyətyanı ərazisi ilə birlikdə satılsın” məzmunundadır. Yəni mübahisəli torpaq sahəsi Azərbaycan Respublikasının aqrar-sənaye kompleksinin (aqrar bölmənin) islahatı (həmin islahatın tərkib hissəsi olan torpaq islahatı) əsasında verilmiş və mübahisəli torpaq sahəsində yerləşən "Univermaq-anbar” binasının dəyəri ödənilməklə ilkin olaraq Həmid Məmmədova satılmış, sonradan isə həmin əmlak İddiaçı İKB-yə satılmışdır. Cavabdeh İdarənin apellyasiya şikayətində mübahisələndirilən torpaq sahəsinin əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tut ulmamasına və mövcud qanunvericiliyə əsasən dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilməsinə istinad edilməsinə dair dəlillərini məhkəmə əsassız hesab etmişdir, ona görə ki, Azərbaycan Respublikasının aqrarsənaye kompleksinin (aqrar bölmənin) islahatının əsas istiqamətlərini və onların hüquqi təminatını müəyyən edən “Aqrar islahatın əsasları haqqında” Qanunda, nə də torpaq islahatının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən edən “Torpaq islahatı haqqında” Qanunda, sovxoz və kolxozların istifadəsində olan torpaq sahələrinin pulla satılmasını (əvəzli verilməsini) nəzərdə tutan norma yoxdur. Əksinə, “Aqrar islahatın əsasları haqqında” Qanunun 5-ci maddəsində qeyd olu nur ki, islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur.

30. Üçüncü şəxs Əliyev Həsən Cabbar oğlu və cavabdeh ayrı-ayrılıqda kassasiya şikayətləri verərək qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Üçüncü şəxs Əliyev Həsən Cabbar oğlunun kassasiya şikayətinin dəlilləri

31. Məhkəmənin tətbiq etdiyi hüquq normaları İPM-nin, AR Konstitusiyasının mülkiyyətə dair normasının, “Aqrar islahatı əsasları haqqında” Qanunun, “Torpaq islahatı haqqında” Qanunun, Torpaq Məcəlləsinin və Mülki Məcəllənin, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun heç bir norması – “anbar binası həyətyanı ərazi ilə birlikdə satılsın” - sözünə əsaslanıb iddiaçının tələbini təmin etməyə əsas yaratmır. Torpaq Məcəlləsinin 4-cü maddəsinə görə torpaq sahəsinin, dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüq tusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsi olması kimi göstəricilər olmalıdır. AR Prezidentinin 19 dekabr 1997-ci il Fərmanı ilə “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnaməyə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri dedikdə, onların özəlləşdirilməsi za manı texniki pasportlarında göstərilmiş hüdud daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Lakin məhkəmə, iddiaçının texniki pasportunun həqiqi olmaması, orada 999 rəqəminə dair düzəlişlər olması kimi halları nəzərə almamışdır. Bundan əlavə, həmin Fərmanin 10-cu maddəsinin normasına görə özəlləşdirilən dövlət müəssisəsinin (obyektin) qiyməti və onun altında yerləşən torpaq sahəsinin qiyməti ayrılıqda müəyyənləşdirməlidir. Fərmanın 11-ci maddəsinin normasına görə isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Anbarı alan H.Məmmədov isə heç anbarın altındakı torpaq sahəsini almaq barədə müraciət belə etməmişdir. Bundan əlavə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4-cü və 6-cı maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatının hüquqi qüvvəsini saxlaması və həmin vaxtadək icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktların, şəhadətnamə və qeydiyyat vəsiqələrinin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olduğu halda məhkəmə üçüncü şəxsə münasibətdə onu nəzərə almamışdır. b. Cavabdehin kassasiya şikayətinin dəlilləri

32. Məhkəmə kollegiyası nəzərə almamışdır ki, “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsində qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsi nəzərdə tutulmamışdır. Bununla yanaşı, qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyində, o cümlədən torpaq qanunvericiliyində, ümumiyyətlə, qeyri-yaşayış binalarının yerləşdiyi torpaq sahələrinin əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsi nəzərdə tutulmamışdır. Dövlət mülkiyyətində olan əmlakın, o cümlədən torpaq sahələrinin özəlləşdirilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. Məhkəmə kollegiyası göstərilən Torpaq Məcəlləsinin 88-ci maddəsinin pozulmasına yol verərək nəzərə almamışdır ki, İddiaçı İKF09 fevral 2004-cu il tarixli muqaviləyə əsasən Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsinin mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121.1 kv.m, ticarət sahəsi 16.1 kv.m ola n univermağın anbar binasını X15İundan almış, həmin bina xüsusi mülkiyyət hüququ əsasında iddiacının adına qeydə alınaraq 29 mart 2005-ci il tarixli 86A sayli Qeydiyyat vəsiqəsi verilmişdir. Alqı-satqı müqaviləsi bağlanarkən 991 kv.m. torpaq sahəsi X11 da mülkiyyətində olmamışdır. Torpaq sahəsi sabiq “Nəsimi” adına sovxozun istifadəsində olmaqla dövlət mülkiyyətində olmuşdur. Deməli, göstərilən maddi hüquq normasının tələblərinə əsasən mübahisəli torpaq sahəsinə ancaq istifadədə olmaqla dövlət mülkiyyətində olmuşdur. Belə olan halda isə dövlət mülkiyyətində olan torpaq sahəsinə mülkiyyət hüququ əldə etmək üçün iddiaçı onu qanunvericliyin tələbləri əsasında ancaq əvəzli qaydada özəlləşdirə bilər. Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun mali kanəsinin mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121.1 kv.metr,ticarət sahəsi 16.1 kv.metr olan univermağın anbar binasının altında olan 991,0 kv.metr torpaq sahəsinə daxil olan 0.02 ha torpaq sahəsinə X6 adına xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli Çıxarış verilmiş, hal-hazırda həmin Çıxarış qüvvədədir, ləğv edilməmişdir. ç. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

33. Kassasiya şikayətlərinə qarşı etiraz təqdim olunmamışdır.

34. Üçüncü şəxs X10 məhkəmə kollegiyasına ərizələr təqdim edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir.

35. Xudat Bələdiyyəsi məhkəmə ünvanlandığı 06 oktyabr 2023-cü il tarixli məktubda mübahisəli torpaq sahəsinin Xudat Bələdiyyəsinin balansında olmadığını bildirmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 36. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar;... Maddə

15. Hüquqların dövlət qeydiyyatından imtina 15.

1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. b u qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

37. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə

88. Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri

1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir.... 38. “Aqrar islahatın əsasları haqqında” Qanun Maddə

5. Torpaq islahatı İslahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilm iş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır....

39. İnzibati Prosessual Məcəllə Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qər arının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdiril ə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

40. Kassasiya şikayətləri vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də şikayətlər üzrə kassasiya mümkün hesab edilmişdir.

41. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

42. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayətləri qismən əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının yekun qərar qəbul etməyə imkan verən həcmdə müəyyən edilməsinə baxmayaraq, işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə tam riayət olunmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir. Ona görə də, şikayətlər qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qərarı qismən ləğv edilərək həmin hissədə iddia rədd edilməlidir. Buna dair mövqeyini məhkəmə kollegiyası aşağıdaklarla əsaslandırır.

43. Apellyasiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinin tələblərinin pozulmasından ibarət olmuşdur. Həmin normaya görə məhkəmə iş üzrə əhəmiyyətli halları müəyyən edərkən sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirməklə müvafiq nəticəyə gəlməlidir.

44. Hazırkı mübahi sə baxımından iş üzrə əhəmiyyətli olan hal, iddiaçının hüququnu qeydiyyata aldırmaq istədiyi 991,0 kv.metr torpaq sahəsinə daxil olan xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında 200 kv.metrə münasibətdə X6 mülkiyyət hüququnun qeydə alınması ilə bağlıdır.

45. Məhkəmə kollegiyası ilkin olaraq işin faktiki hallarına münasibətdə qeyd edir ki, Xaçmaz rayon Nəsimi adına sovxozun Aqrar İslahatı Komissiyasının 10 yanvar 1998-ci il tarixli 01 saylı protokol qərarı ilə “Univermaq-sklad” binası həyətyanı ərazisi ilə birlikdə X1. Xaçmaz rayon Nəsimi adına sovxozun Aqrar İslahatı Komissiyası tərəfindən univermağın anbar binası X11 mülkiyyətinə verilərək 15 yanvar 1998-ci i l tarixli və 12 fevral 1998-ci il tarixli 08 saylı əmlakdan pay haqqının verilməsi barədə aktlar tərtib edilmişdir. “Univermaq-sklad” binası üzərində X11 mülkiyyət hüququ qeydə alınaraq ona qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı 09 fevral 2004-cü il tarixli müqaviləyə əsasən Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsində 999,0 kv.metr torpaq sahəsində yerləşən mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kv.metr, ticarət sahəsi 16,1 kv.metr olan univermağın anbar binasını X9 almışdır. Həmin bina xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınaraq 29 mart 2005-ci il tarixli 86A saylı qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq "Nəsimi” adına s ovxozun malikanəsinin mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kv.metr, ticarət sahəsi 16,1 kv.metr olan univermağın anbar binasının altında olan 999,0 kv.metr torpaq sahəsinin iddiaçının əvəzsiz mülkiyyətinə verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, iddiaçının müraciəti təmin olunmamışdır.

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin haqlı mövqeyinə əsasən iddia olunan torpaq sahəsinə dair Xaçmaz rayonu Nəsimi adına sovxozun Aqrar İslahatı Komissiyasının 10 yanvar 1998-ci il tarixli, 01 saylı protokol qərarı vardır. Bu qərar “Univermaq-sklad binasının həyətyanı ərazisi ilə birlikdə satılsın” məzmunundadır. Həmin qərar torpaq sahəsinə münasibətdə hüququn qeydə alınmasının qanuni əsasını təşkil edir. Yəni, mübahisəli torpaq sahəsi A zərbaycan Respublikasının aqrarsənaye kompleksinin (aqrar bölmənin) islahatı (həmin islahatın tərkib hissəsi olan torpaq islahatı) əsasında verilmiş və mübahisəli torpaq sahəsində yerləşən “Univermaq-anbar” binasının dəyəri ödənilməklə ilkin olaraq Həmid Məmmədova satılmış, sonradan isə həmin əmlak İddiaçı İKB-yə satılmışdır.

47. Hazırkı mübahisəyə dair verilmiş kassasiya şikayətləri əsasında qəbul olunmuş Ali Məhkəmənin qərarlarında göstərilmişdir ki, iş materiallarına əlavə edilmiş Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-8127/2019 saylı, 30 dekabr 2019-cu il tarixli qərarına əsasən İddiaçı İKB-nin cavabdeh Əliyev Həsən Cabbar oğluna qarşı “torpaq sahəsindən çıxarılma, qanunsuz tikilmiş hasarın və digər tikililərin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması, çıxarışın ləğv edil məsi” barədə ilkin və Əliyev Həsən Cabbar oğlunun İddiaçı İKB-yə qarşı “texniki pasportda tikililərin 999,0 kvadrat metr torpaq sahəsində yerləşməsinə dair qeydin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 avqust 2019-cu il tarixli 2(105)2603/2018 nömrəli qətnaməsindən İddiaçı İKB-nin kassasiya şikayəti təmin edilməyərək apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış olsa da, Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-8127/2019 saylı 30 dekabr 2019-cu il tarixli qərarı, İddiaçı X4 şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 05 aprel 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmiş və bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır.

48. Həmin qərarlarla müəyyən olunmuşdur ki, Xaçmaz Rayon Məhkəməsinin 18 may 2004-cü il tarixli qətnaməsi ilə Xaçmaz rayonu, Xudat Bələdiyyəsi tərəfindən iddiaçıya (Əliyev Həsən Cabbar oğluna) satılması qərarlaşdırılmış Xaçmaz rayonu, Xudat şəhərində yerləşən 200 kv.metr torpaq sahəsinin iddiaçının mülkiyyətinə verilməsi ilə əlaqədar sənədlərin hazırlanaraq Xudat Bələdiyyəsinə təqdim edilməsi bir vəzifə kimi, cavabdeh təşkilat olan Azərbaycan Respublikası Dövlət XK-nin Xaçmaz rayon Şöbəs inə tapşırılmışdır. Qətnamə ilə müəyyən edilmiş hallardan görünür ki, həmin torpaq sahəsi Xudat Bələdiyyəsinin mülkiyyətində olmuş və alqı-satqı müqaviləsi ilə iddiaçı Əliyev Həsən Cabbar oğluna satılmışdır. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 16 fevral 2004-cü il tarixli qətnaməsinə əsasən maraqlı şəxs X11 apellyasiya şikayəti təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 18 may 2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

49. Qətnamə ilə o da müəyyən edilmişdir ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyası tərəfindən X12 yalnız univermaq-anbar satılmışdır. Həmin tikilinin yerləşdiyi həyətyanı torpaq sahəsi bələdiyyə mülkiyyətindədir və yalnız bələdiyyə tərəfindən özgəninkiləşdirilə bilər. İşdə olan 07 avqust 2017-ci il tarixli məhkəmə mühəndis-texniki ekspertizasın ın rəyinə əsasən Xaçmaz rayon X5 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 29 mart 2005-ci il tarixdə verilmiş texniki pasportda qeyd edilmiş 999,0 kv.metr torpaq sahəsi və Əliyev Həsən Cabbar oğluna verilmiş çıxarışda qeyd edilmiş 0,02 ha torpaq sahələri üst-üstə düşür. İddiaçı KİB-ə məxsus 999,0 kv.metr torpaq sahəsinin 387,3 kv.metr hissəsindən Əliyev Həsən Cabbar oğlu istifadə edir. İddiaçı İKB mülkiyyətində olan “Univermaq-sklad” binasını X9 almışdır. Həmin “Univermaq-sklad” binasının yerləşdiyi 999,0 kv.metr torpaq sahəsinin həmin bina ilə birlikdə satılıb-satılmaması, Həmid Xələfovun həmin torpaq sahəsinə hər hansı hüququnun olub-olmaması və həmin torpaq sahəsinin 0,02 ha hissəsinin fərdi ticarət obyektinin tikintisi məqsədilə Xudat Bələdiyyəsinin 08 noyabr 2002ci il t arixli qərarı ilə Əliyev Həsən Cabbar oğluna ayrılması həmin şəxslərin iştirakı ilə baxılmış mülki iş üzrə məhkəmə baxışının predmeti olmuş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə X11 “Univermaq-sklad” binasının yerləşdiyi 999,0 kv.metr torpaq sahəsinə hər hansı hüququnun olması müəyyən edilməmişdir. Belə olan halda, həmin şəxsdən “Univermaq-sklad” binasını 2004-cü ildə alqı-satqı yolu ilə əldə edən iddiaçının eyni əsaslarla həmin binanın yerləşdiyi torpaq sahəsinə hüquqlarının olmasına istinad edərək həmin sahədən cavabdehin çıxarılmasını tələb etmək hüququ yoxdur.

50. Lakin onu da qeyd etmək zəruridir ki, istinad olunan məhkəmə aktları Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 05 aprel 2021-ci il tarixli qərarı ilə qüvvədən düşməklə hüquqi qüvvəsini itirmişdir.

51. Cavabdeh orqanın kassasiya şikayətinin dəlili - torpaq sahəsinin əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmamasına və mövcud qanunvericiliyə əsasən dövlət mülkiyyətində olan əmlakın özəlləşdirilməsi qanunvericiliklə müəyyən olunmuş qaydada Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilməsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının aqrar-sənaye kompleksinin (aqrar bölmənin) islahatının əsas istiqamətlərini və onların hüquqi təminatını müəyyən edən “Aqrar islahatın əsasları haqqında” Qanunda, nə də torpaq islahatının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən edən “Torpaq islahatı haqqında” Qanunda, sovxoz və kolxozların istifadəsində olan torpaq s ahələrinin pulla satılmasını (əvəzli verilməsini) nəzərdə tutan norma yoxdur. Əksinə, “Aqrar islahatın əsasları haqqında” Qanunun 5-ci maddəsində qeyd olunur ki, islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur.

52. Eyni zamanda iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2820/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunduğu kimi, İddiaçı İKB-nin cavabdeh Əliyev Həsən Cabbar oğluna qarşı “torpaq sahəsindən çıxarılma, qanunsuz tikilmiş hasarın və digər tikililərin cavabdehin hesabına sök ülərək ərazidən çıxarılması, çıxarışın ləğv edilməsi” barədə ilkin və Əliyev Həsən Cabbar oğlunun İddiaçı İKB-yə qarşı “texniki pasportda tikililərin 999,0 kvadrat metr torpaq sahəsində yerləşməsinə dair qeydin etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-405/2022 nömrəli qətnaməsi ilə İddiaçı İKB-nin apellyasiya şikayəti təmin edilərək Xaçmaz rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(067)-25/2017 nömrəli qətnaməsi ilk iddianın rədd edilməsi hissəsində ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməklə İddiaçı İKB-nin iddiası təmin edilməklə Əliyev Həsən Cabbar oğlunun İddiaçı İKB-yə məxsus 999,0 kv.metr torpaq sahəsinin 387,3 kv.metr hissəsindən çıxarılması və cavabdeh Əliyev Həsən Cabbar oğlu tərəfindən iddiaçıya məxsus torpaq sahəsində inşa edilmiş hasar və tikililərin cavabdeh tərəfindən sökülərək ərazinin boşaldılması, cavabdeh Əliyev Həsən Cabbar oğluna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 12 dekabr 2015-ci il tarixli, RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)405/2022 nömrəli qətnaməsindən cavabdeh Əliyev Həsən Cabbar oğlu və 3-cü şəxs Əmlak Məsələləri Dövlət Xidməti tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən ayrı-ayrılıqda verilmiş ka ssasiya şikayətləri təmin edilməyərək Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(105)-405/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

53. İstinad edilən məhkəmə qərarları ilə müəyyən edildiyi kimi İddiaçı İKB-yə məxsus 999,0 kv.metr torpaq sahəsinin bir hissəsinə dair 3-cü şəxs Həsən Əliyevə bələdiyyə qərarına əsasən verilmiş torpaq sahəsilə birlikdə sonuncu tərəfindən əlavə də zəbt edilmiş torpaq sahəsindən Həsən Əliyevin çıxarılması ilə yanaşı həmin sahədə tikilmiş tikililərin sökülməklə sonuncunun adına verilmiş çıxarışın da ləğv edilməsi hazırkı iş üzrə iddiaçı "Seymur” İKB-nin torpağın qanuni əsaslarla ona məxsus olmasını bir daha təsdiq edir.

54. Lakin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi göstərilən hala istinad etməklə iddi a tələbini tam təmin etməkdə haqlı olmamışdır. X18 Cabbar oğluna verilmiş 12 dekabr 2015-ci il tarixli, RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi, Qənimət Əliyevanın adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış mülkiyyət hüququna dair qeydin avtomatik öz hüquqi qüvvəsini itirməsi nəticəsini doğurmur. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər üzrə müəyyən edilir ki, qeyd olunan torpaq sahəsi notarial qaydada bağlanılmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X6 adına özgəninkiləşdirilmiş və dövlət reyestrindən X6 adına xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli mülkiyyət hüququna dair çıxarış verilmişdir. Eləcə də, göstərilən alqı-satqı müqaviləsi və Qənimət Əliyevayanın adına mülkiyyət hüququna dair reyestrdə aparılmış qeydiyyat hazırda q üvvədədir. Yalnız həmin qeydiyyat və onun əsasını təşkil edən alqı-satqı müqaviləsi ləğv edildikdən sonra iddiaçının 991,0 kv metr torpaq sahəsinə hüquqları bütövlükdə qeydə alına bilər. Belə ki, iş üzrə təqdim olunmuş mütəxəssis rəylərindən də müəyyən olunduğu kimi, əvvəlcə Əliyev Həsən Cabbar oğlunun, daha sonra isə X6 mülkiyyət hüquqlarının qeydə alındığı 200 kv metr torpaq sahəsi məhz iddiaçının hüquqlarını qeydə aldırmaq istədiyi 991,0 kv metr torpaq sahəsinin tərkibinə daxildir.

55. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh və üçüncü şəxs Əliyev Həsən Cabbar oğlu tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı qismən - 991,0 kv.metr torpaq sahəsinə daxil olan xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında X6 mülkiyyət hüququnun qeydə alındığı 200 kv.metr torpaq sahəsinə münasibətdə ləğv edilərək həmin hissədə iddia rədd olunmalı, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi və üçüncü şəxs Əliyev Həsən Cabbar oğlu tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Xaçmaz rayonu, Xudat şəhəri, Q.Mirzəyev küçəsində yerləşən sabiq “Nəsimi” adına sovxozun malikanəsinin mişar daşından inşa edilmiş 5 otaqdan ibarət ümumi sahəsi 121,1 kv.metr, ticarət sahəsi 16,1 kv.metr olan univermağın anbar binasının altında olan 991,0 kv.metr torpaq sahəsinin iddiaçının əvəzsiz mülkiyyətinə verilməsi tələbinin təmin olunmasına dair Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2023-cü il tarixli, 2-1(105)-6/2023 saylı qərarı, 991,0 kv.metr torpaq sahəsinə daxil olan xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********15 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında X6 mülkiyyət hüququnun qeydə alındığı 200 kv.metr torpaq sahəsinə münasibətdə ləğv edilsin, həmin hissədə iddia tələbi rədd edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2023-cü il tarixli, 2-1(105)-6/2023 saylı qər arı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayətləri qalan hissədə təmin olunmasın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar