Məhkəmə qərarları › İş №2-1(102)-880/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-880/2019

03.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-880/2019 03.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iş üzrə QƏRAR (iş № 2-1(102)-880/2019) Bakı şəhəri 03 aprel 2019-cu il GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçının vəkili Vəkil2, cavabdehin vəkili Vəkil1 oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı 1979-1998-ci illərdə Ucar rayon Qar adağlı kənd M.P.Vaqif adına kolxozda işlədiyi illərin iş stajı kimi hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(107)-632/2018 saylı, 23 noyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 03 aprel 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1958-ci ildə Ucar rayonunun Qaradağlı kəndində anadan olmuşdur, hazırda Ucar rayonunun Qaradağlı kəndində qeydiyyatdadır. (AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsi) İddiaçının 1979-1998-ci illərdə Ucar rayon Qaradağlı kənd M.P.Vaqif adına kolxozda işləməsi Ucar rayon Dövlət Ar xivi tərəfindən verilmiş 23 aprel 2018-ci il tarixli, 51 nömrəli arayışda qeyd edilmişdir. İddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə (bundan sonra - cavabdeh) müraciət edərək, 1979-1998-ci illərdə Ucar rayon Qaradağlı kənd M.P.Vaqif adına kolxozda işlədiyi dövrün sığorta stajına daxil edilməsini xahiş etmiş, cavabdehin 25 aprel 2018-ci il tarixli, 70/82 saylı məktubu ilə müraciətin təmin olunmasından imtina edilmişdir. Həmin cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1979-1998-ci illərdə Ucar rayon Qaradağlı kənd M.P.Vaqif adına kolxozda işlədiyi dövrün sığorta stajına daxil edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçının 1979-1998-ci i llərdə Ucar rayon Qaradağlı kənd M.P.Vaqif adına kolxozda işləməsi barədə əmək kitabçasında heç bir məlumat olmadığından həmin dövrün sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1089/2018 saylı iş üzrə 13 sentyabr 2018-ci il tarixli qərarı ilə (hakim: K.H.Vəliyev) iddia təmin edilmiş, iddiaçının 1979-1998-ci illərdə Ucar rayon Qaradağlı kənd M.P.Vaqif adına kolxozda işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-632/2018 saylı iş üzrə 23 noyabr 2018-ci il tarixli qərarı ilə (s ədrlik edən: R.R.Rəfiyev, hakimlər: G.Q.Abbasov və E.Ş.Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 2-1(84)-1089/2018 saylı iş üzrə 13 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apellyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərarından cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsi iddia tələbini tam, hərtərəfli və obyektiv araşdırmadan formal bir qərar qəbul etmiş, hazırki mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərin i pozmuş, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 dekabr 2017-ci il tarixli, 17 saylı Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” adından da göründüyü kimi, əmək pensiyalarının təyin edilməsini və hesablanmasını tənzimləyir. Bu Qaydaların sosial sığorta stajının hesablanması proseduru ilə bağlı olan 3-cü maddəsində 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının hansı sənədlər üzrə X1 daxil edilmiş məlumatlara əsasən müəyyən edilməsi g östərilmişdir. Həmin sənədlərin siyahısında hər hansı arxiv arayışı qeyd olunmamışdır. Qanuna əsasən öz səlahiyyətləri daxilində Qanunun icra mexanizmi ilə bağlı normativ hüquqi akt qəbul edən mərkəzi icra hakimiyyəti arxiv arayışını iş stajını təsdiq edən sənəd kimi müəyyən etməmişdir. Qaydaları qəbul edən orqan xüsusi növ sahələrdə iş stajını təsdiqləyən sənədlərdən başqa, əmək kitabçasını və əmək fəaliyyətini təsdiq edən sənədləri üzrlü səbəbdən təqdim etmək mümkün olmadıqda məhkəmə qərarını iş stajını təsdiq edən sənəd kimi müəyyən etmişdir. Daha sonra qeyd edilir ki, məhkəmənin istinad etdiyi “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnaməyə görə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqanlardan biri kimi Ucar rayon Dövlət Arxivi tərəfindən verilmiş a rayışın sosial təminat (pensiya) hüququ qanunvericiliyi çərçivəsində hər hansı bir qüvvəsi yoxdur. Qanunverici stajın necə və hansı qaydada formalaşdığını və hesablandığını müvafiq qanunvericilik aktlarında qeyd etmişdir və orada arxiv idarəsinin arayışı qeyd olunmamışdır. Bundan əlavə qeyd edilir ki, məhkəmə eləcə də, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə istinad etmişdir. Birincisi, qeyd etmək lazımdır ki, Əsasnamənin qüvvədə olduğu müddət iddiaçının işlədiyini iddia etdiyi dövrün yalnız bir hissəsini əhatə edir. İkincisi isə, adından da göründüyü kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə həmin dövr mövcud qanunvericiliyə uyğun olaraq əmək stajının müəyyən edilməsi və hesablanması qaydasını müəyyən edir və həmin dövr qüvvədə olan qanunvericilikdən kənar bu tip qaydaların hər hansı bir hüquqi əhəmiyyəti yoxdur. Bu qaydalar şəxsin hüquqi statusu ilə bağlı hər hansı bir məsələni müəyyən etmir, sadəcə bəzi prosedur qaydaları tənzimləyir. İddiaçı 01.01.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiyaya çıxdığı üçün cari qanunvericiliyə uyğun prosedur normalarını tənzimləyən Qaydaları tətbiq etmək lazımdır. Məhkəmə həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməyə istinad edərək maddi hüquq normasının tətbiqində yanlışlığa yol vermişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-632/2018 saylı iş üzrə 23 noyabr 2018-ci il tarixli qərarının ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məc əlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Bu hüquq həmçinin insan hüquqları üzrə bir sıra beynəlxalq-hüquqi sənədlərdə də öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. Cavabdehin kassasiya şikayətinin dəlili ondan ibarətdir ki, Ucar rayon Dövlət Arxivi tərəfindən verilmiş 23 aprel 2018-ci il tarixli, 51 nömrəli arayış iddiaçının sığorta stajını təsdiq edən sənəd hesab edilə bilməz. Beləliklə də cavabdehin mövqeyi ondan ibarətdir ki, həmin arayışda qeyd edilən müddətin iddiaçının sığorta stajı kimi nəzərə alınması və ona pensiya təyin edilməsi qanunvericiliyin tələbinə ziddir. Bu dəlili əsassız hesab edən məhkəmə kollegiyası “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndin ə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) istinadən qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. (həmin Qaydalar iddiaçının işlədiyi dövrdə qüvvədə olmuşdur). Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Milli Arxiv idarəsi (bundan sonra - İdarə) "Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirl ər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. İdarə ona həvalə olunmuş vəzifələri həm bilavasitə, həm də respublikanın dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının Arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsilə həyata keçirir. Qeyd olunmalıdır ki, arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Ucar rayon Dövlət Arxivinin 23 aprel 2018-ci il tarixli arxiv arayışını iddiaçının sosial sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul etməkdə məhkəmələr haqlı olmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajın ın təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndində deyilir ki, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Qeyd olunan Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlə r edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Şikayətdə qeyd edilir ki, “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin qüvvədə olduğu müddət iddiaçının işlədiyini iddia etdiyi dövrün yalnız bir hissəsini əhatə etdiyindən həmin Əsasnamənin tətbiq edilməsi düzgün yanaşma deyildir. Bu dəlili də əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi vəziyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Həmçinin, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 87.2-ci maddəsinə qeyd edilmişdir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyini əsaslı hesab edərək qeyd edir ki, iddiaçının 1979-1998-ci illərdə Ucar rayon Qaradağlı kənd M.P.Vaqif adına kolxozda işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. İnz ibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İşəgötürənin maliyyə sənədlərini qoruyub saxlamaması, maliyyə sənədlərini dövlət arxiv idarələrinə təhvil verməməsi, məcburi dövlət sosial sığorta ödənişləri ilə əlaqədar qanunvericiliyin tələblərinə əməl etməməsi işçinin əmək pensiyası hüququnun p ozulması ilə nəticələnə bilməz. Qanunvericiliklə nəzərdə tutulmuş məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə əməl edilməməsi ilə əlaqədar işəgötürənlərin qanunvericiliklə müvafiq növ məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur. Cavabdeh inzibati orqan öz səlahiyyətləri çərçivəsində sosial sığorta qanunvericiliyinin tələblərinin pozulması hallarını müəyyən etməli, qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Belə ki, inzibati orqanlar təqsirkar işəgötürənlərin qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə cəlb edilməsi üçün, həmçinin ödənilməmiş məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi üçün tədbirlər görməlidirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə i nzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir; qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəll əsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-632/18 saylı iş üzrə 23 noyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar