Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-880/2021 25.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, Cavabdehin vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Cavabdehnə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Mingəçevir şəhər filialı) qarşı “hüququnun yara ndığı 2018-ci il 05 may tarixdən yaşa görə əmək pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 12 mart tarixli, 2-1(107)-36/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona təhsil müddətinin ümumi iş stajına hesablanmasını xahiş etmişdir.
2. Cavabdeh 2020-ci il 28 fevral tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətlərinin tərkibində əyani t əhsil müddəti nəzərdə tutulmadığından 1975ci il 01 sentyabr tarixdən 1978-ci il 29 aprel tarixədək Ağdaş kənd təsərrüfatı texnikumunda əyani təhsil dövrünün sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2020-ci il 13 may tarixdə Şəki İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona 1975-ci il 01 sentyabr tarixdən 1978-ci il 04 may tarixədək əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək hüququnun yarandığı 2018-ci il 05 may tarixdən yaşa görə əmək pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzər inə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1975-ci ildə Ağdaş kənd texnikumuna daxil olaraq, 1978-ci ildə hidromeliorasiya ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçının əyani təhsil aldığı müddətin iş stajı kimi hesablanması barədə cavabdehə ərizə ilə müraciət etsə də, məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə istinadən əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi mümkün deyildir. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı münasibət təqdim etmişdir. Münasibətdə göstərilmişdir ki, iddiaçının 25 il sosial sığorta stajı olmadığı üçün ona yaşa görə əmək pensiyası təyin edilməmişdir. Onun əmək kitabçası və hərbi xidmətdə olduğu dövr ilə birlikdə 22 il 02 ay 13 gün sosial sığorta stajı vardır. Əyani təhsil illəri 1975-ci il 01 sentyabr tarixdən 1978-ci il 01 yanvar tarixədək ( 02 il 04 ay ) Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin 2020-ci 06 fevral, tarixli **********2 nömrəli məktubuna əsasən əyani təhsil illərinin sosial sığorta stajına hesablanması məqsədə uyğun hesab edilmişdir. İddiaçının (22 il 02 ay 13 gün + 02 il 04 ay əyani təhsil illəri = 24 il 06 ay 13 gün) Mingəçevir Qaz İdarəsində işlədiyi son illərdə 1997-ci il 01 oktyabr tarixdən 1998- ci il 15 dekabr tarixədək olan dövrdə şəhərdə qaz olmadığına görə ona heç bir əmək haqqı hesablanmamışdır. Ona görə də onun ümumi iş stajından 01 il 03 ay çıxılır (24 il 06 ay 13 gündən- 01 il 03 ay = 23 il 03 ay 13 gün cəmi sosial sığorta stajı vardır) birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Şəki İnzibati Məhkəməsinin 2020-ci il 24 sentyabr tarixli, 2-1(116)-993/2020 saylı qərarı ilə iddia təmin edilmiş, cavabdehin üzərinə iddiaçıya hüququ yarandığı 2018-ci il 05 may tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi qoyulmuşdur.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisəli müddət iddiaçının sosial sığorta stajına daxil edilsə, onun qanunvericiliklə nəzərdə tutulmuş minimum kapitalı tamamlanır. Mübahisəsiz sosial sığorta stajı 23 il 03 ay 13 gün, kapitala çevirdikdə 16309.35 manat pensiya kapitalı, mübahisəli sosial sığorta staj 01 il 03 ay, kapitala çevirdikdə 876.84 manat pensiya kapitalı. İddiaçının pensiya hüququ 2018-ci il 05 may tarixdə yaranmışdır və həmin vaxtı minimum pensiya 116.27 manat təşkil etmişdir və 1674 2.88 manat pensiya kapitalı tələb olunur. (16309.35+876.84=17186.19). Həmçinin hazırkı iş üzrə mübahisəli məsələ 1997-ci il 01 oktyabr tarixindən 1998-ci il 15 dekabr tarixədək əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə hesab etmişdir ki, iddiaçının işlədiyi müddətlər üzrə sığorta stajının təsdiq edilməsi üçün əmək haqqından məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi ilə bağlı cavabdehin dəlilləri əsassızdır.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbini n təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 12 mart tarixli, 2-1(107)-36/2021 nömrəli qərarı ilə Şəki İnzibati Məhkəməsinin 2020-ci il 24 sentyabr tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “Əmək pensiyaları haqqında" Qanunun 21.2-ci maddəsində sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, qanunvericinin sosial sığorta stajı kimi nəzərə aldığı digər müddətlər də qeyd edilmişdir. Lakin iddia olunan məzmunda ödənişsiz məzuniyyət dövrü sosial sığorta stajı kimi həmin siyahıda təsbit olunmamışdır. Lakin birinci instansiya məhkəməsi iddiaçının 1997-ci il 01 oktyabr tarixd ən 1998-ci il 15 dekabr tarixə kimi onun öz hesabına məzuniyyətdə olduğu dövrü onun əmək stajına daxil etməklə və eyni zamanda həmin dövr üçün pensiya kapitalı hesablamaqla səhv nəticəyə gəlmişdir.
12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçir ilməsi və ödənilməsi Qaydalarının 3.2 və 3.2 1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, “Əmək pensiyaları haqqında" Qanunun qüvvəyə mindiyi günədək iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin, iddiaçı üçün məcburi sosial sığorta haqlarının ödənilməsini təmin etmək işlədiyi müəssisənin, həmin haqların ödənilməsini tələb etməklə bu fəaliyyətə nəzarəti həyata keçirmək isə cavabdehin vəzifəsi olmuşdur. İddiaçı qanunvericiliyə görə sözügedən haqları ödəmək imkanına sahib olmamış və belə bir vəzifə daşımamışdır. Qanunvericiliyə əsasən əmək münasibətlərində olan işçilərin əmək haqqından müvafiq məcburi sosial sığorta ödənişlərin tutulm ası və cavabdehə köçürülməsi vəzifəsi hər hansı bir qaydada müəyyən olunmamışdır. Bu vəzifəni işəgötürən daşımışdır. b. məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.
15. İddiaçı məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü mad dəsi). TƏTBİQ EDİLƏN HÜQUQ
16. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzə rə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarı nı (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİY ASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Şikayət əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının 1997-ci il 01 oktyabr tarixdən 1998-ci il 15 dekabr tarixə kimi onun öz hesabına məzuniyyətdə olduğu dövrü onun əmək stajına daxil etməklə və eyni zamanda həmin dövr üçün pensiya kapitalı hesablamaqla səhv nəticəyə gəlmişdir.
21. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandırmasını və gəldiyi nəticəni İPM-in 12.1 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir. Belə ki, işin materiallarında iddiaçıya 1997-ci il 01 oktyabr tarixdən 1998-ci il 15 dekabr tarixə kimi onun öz hesabına məzuniyyət verildiyini təsdiq edən sübut yoxdur.
22. Ap ellyasiya instansiyası məhkəməsi həmin qənaəti üçün mənbə kimi cavabdehin birinci instansiya məhkəməsinə ünvanlanmış 2020-ci il 11 avqust tarixli, **********3 nömrəli məktubundakı məlumata əsaslanırsa (iş v.19), o, eyni yanaşma ilə cavabdehin birinci instansiya məhkəməsinə ünvanlanmış 2020-ci il 10 iyun tarixli, **********9 nömrəli məktubundakı məlumata əsaslana bilərdi (iş v.15). Həmin məktubda isə qeyd olunur ki, iddiaçının Mingəçevir Qaz İdarəsində işlədiyi son illərdə 1997-ci il 01 oktyabr tarixdən 1998-ci il 15 dekabr tarixədək olan dövrdə şəhərdə qaz olmadığına görə ona heç bir əmək haqqı hesablanmamışdır.
23. Belə olan halda, işin həmin müddətə aid halları həmin dövrdə qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin 103-cü maddəsinin (Boşdayanma vaxtının ödənilməsi və yeni istehsalın (məh sul buraxılışının) təşkili zamanı haqq verilməsi qaydası) tələbləri nəzərə alınmaqla araşdırılmalı və qiymətləndirilməli idi.
24. Digər tərəfdən, iddiaçıya onun təqsiri olmadan əmək haqqı hesablanmadığına baxmayaraq, onun iş yerinin (vəzifəsinin) saxlandığı mübahisə doğurmalı deyil. Əmək pensiyası hüququnun yaranmasının əsası kimi məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin nəzərə alınması şərtinin hazırkı halda təmin olunub-olunmadığına gəldikdə, iddiaçının əmək kitabçasının məlumatlarına görə onun əmək fəaliyyətinin 1998-ci ilədək davam etmiş müddətinə həmin şərtin tətbiqi, ilk növbədə həmin vaxtda qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 8-ci hissəsinə görə istisna edilir. Həmin normaya görə, Əmək (sosial sığorta) pensiyasının tə yin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.
25. Digər tərəfdən, nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” 2018-ci il 6 mart tarixli Qanunun 1-ci maddəsinə əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.
26. Göründüyü kimi, sığ ortaedənin (hazırkı halda, iddiaçının işlədiyi müəssisənin) 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcu olsaydı belə, həmin borc 2018-ci ilin 1 aprel tarixdə tam məbləğdə silinmiş olurdu.
27. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin işin faktiki halları ilə bağlı əsaslandırması və gəldiyi nəticə İPM-in 12.1 və 82-ci maddələrinin tələblərinə uyğun olmadığından, bununla da, apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.
28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 12 mart tarixli, 21(107)-36/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.