Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-880/2022 25.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mübahisələndirmə barədə iddianın mümkünlüyü; prosessual müddət) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nəbizadə Rahib Sahib oğlu sədrlik edən və məruzəçi Quliyev Zakir Müslüm oğlu, Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “qərarların ləğv edilməs i” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2022-ci il tarixli, 2-1(103)-774/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Сережка КОРТОШКА ванилъ tokay” təsvirli əmtəə nişanı 30-cu sinif “konfetlər” və 35-ci sinif “30-cu sinifdə göstərilən əmtəələrin satışı üzrə xidmətlər” üzrə 30.10.2017-ci il tarixində Azərbaycan Respublikasında 20181140 nömrə ilə iddiaçının adına qeydiyyata alınmışdır. 2. Красавка супермолочная карамел TOKAY” təsvirli əmtəə nişanı (iddia sənədinin nömrəsi: 2017 00253, ilkinlik tarixi: 27.03.2017, dövlət reyestrində qeyd olunub: 30.10.2017, qüvvədə olma tarixi: 27.03.2027ci ilə qədər) 2017 1142 nömr əsi ilə iddiaçının adına qeydiyyata alınmışdır.
3. Cavabdehin 21.02.2020-ci il tarixli FA-04 nömrəli əmri ilə yaradılmış və 07.04.2021-ci il tarixli FA-10 nömrəli, 31.05.2021-ci il tarixli FA-13 nömrəli əmri ilə tərkibində dəyişikliklər edilmiş komissiyanın Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 25.06.2021-ci il tarixli qərarına əsasən hüquqi ünvanı AZ 1096, ünvan 1ya gələcək fəaliyyətində digər bazar subyektlərinə məxsus əmtəə nişanlarından, o cümlədən “АНТОШКА-КОРТОШКА” əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verməməsi üçün müvafiq tədbirlər görülməsi haqqında göstəriş verilmiş, gələcək fəaliyyətində digər bazar subyektlərinə məxsus əmtəə nişanlarından 19.10.2020-ci il tarixdən 15.02.2021-ci il tari xədək olan dövr ərzində qanunsuz istifadə etməklə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin ikinci və dördüncü abzaslarının tələblərini pozmaqla əldə edilmiş (ƏDV çıxılmaqla) 48.600 manat (qırx səkkiz min altı yüz) gəlirin bir misli, yəni 48.600 manat (qırx səkkiz min altı yüz) həcmində maliyyə sanksiyası tətbiq edilmişdir.
4. Habelə, cavabdehin 14.02.2020-ci il tarixli FA-03 nömrəli əmri ilə yaradılmış və 07.04.2021-ci il tarixli FA-10 nömrəli, 31.05.2021-ci il tarixli FA-13 nömrəli əmri ilə tərkibində dəyişikliklər edilmiş komissiyanın Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 25.06.2021-ci il tarixli qərarına əsasən hüquqi ünvanı iddiaçıya gələcək fəaliyyətində digər bazar subyektlərinə məx sus əmtəə nişanlarından, o cümlədən “Лакомка супермолочная” və “Лакомка суперкакао” adlı məhsulların formasından, qablaşdırılmasından və xarici tərtibatından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verməməsi üçün müvafiq tədbirlər görülməsi haqqında göstəriş verilmiş, “Лакомка супермолочная” və “Лакомка суперкакао” adlı məhsulların formasından, qablaşdırılmasından və xarici tərtibatından 30.04.2020-ci il tarixdən 02.09.2020-ci il tarixədək olan dövr ərzində qanunsuz istifadə etməklə “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin ikinci və dördüncü abzaslarının tələblərini pozmaqla əldə edilmiş (ƏDV çıxılmaqla) 3264 manat (üç min iki yüz altmış dörd) gəlirin bir misli, yəni 3264 manat (üç min iki yüz altmış dörd) həcmində maliyyə sanksiyası tətbiq edilmi şdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı MMC 16.08.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı cavabdehin 21.02.2020-ci il tarixli, FA-04 nömrəli əmri ilə yaradılmış və 07.04.2021ci il tarixli, FA-10 nömrəli, 31.05.2021-ci il tarixli, FA-13 nömrəli əmri ilə tərkibində dəyişikliklər edilmiş komissiyanın Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 48.600 manat maliyyə sanksiyasının tətbiq edilməsinə dair 25.06.2021-ci il tarixli və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 14.02.2020-ci il tari xli FA-03 nömrəli əmri ilə yaradılmış və 07.04.2021-ci il tarixli FA-10 nömrəli, 31.05.2021-ci il tarixli FA-13 nömrəli əmri ilə tərkibində dəyişikliklər edilmiş komissiyanın Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 3264 manat maliyyə sanksiyasının tətbiq edilməsinə dair 25.06.2021-ci il tarixli qərarlarının ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. Məhkəmənin 27 avqust 2021-ci il tarixli məktubu ilə iddiaçıya Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən yardım məktubu ünvanlanaraq, iddia müddətinin üzrlü səbəbdən ötürülməsini təsdiq edən sənədin təqdim edilməsi təklif olunmuşdur.
7. İddiaçının nümayəndəsi 22 noyabr 2021-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək buraxılmış proses sual müddətinin bərpa edilməsini xahiş etmişdir.
8. İddiaçı prosessual müddətin bərpa edilməsi barədə ərizəni onunla əsaslandırmışdır ki, MMC-yə daxil olan məktubların qəbul və qeydiyyatına məsul olan şəxs tərəfindən cavabdeh orqanın qərarı 06 avqust 2021-ci il tarixdə daxil olsa da, iddia ərizəsinin hazırlanması üçün qərarlar gec təqdim edilmiş, ehtiyatsızlıq üzündən itirilmiş xəbərnaməli qəbzi də tapmaq mümkün olmadığından tərəflərindən son müddət 16 avqust 2021-ci il kimi müəyyən edilmişdir. Hazırkı dövrdə ötürülmüş müddətin mövcudluğu faktı qəbul edilən olsa da, cavabdeh orqanın maliyyə cəriməsi kifayət qədər əsassız olduğundan işə mahiyyəti üzrə baxılmaması dövlət büdcəsinə xeyli miqdarda vergi ödəyicisi olan şirkətin qanunsuz sanksiyalara məruz qalmasına və bununla da, bağlanmaq təhl ükəsinə gətirib çıxara bilər. Belə bir halın olması, MMC-nin gələcək fəaliyyətini təhlükə altına atmış olar. Bu əsasla ötürülmüş müddətin üzürlü sayılaraq bərpa edilməsini xahiş etmişdir.
9. Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli, 2-1(112)-9443/2021 nömrəli qərardadı ilə iddiaçının buraxılmış iddia müddətinin bərpa edilməsi barədə ərizəsi təmin edilməmiş, iddia mümkün sayılmamışdır.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmışdır.
11. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və ərizənin təmin edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2022-ci il tarixli, 2-1(103)-774/2022 nömrəli qərardadı (hakimlər: E.Nağıyeva (sədrlik edən və məruzəçi), H.Həmidov və C.Yusifov ) ilə Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayətində qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi dəlillərə münasibət bildirərkən, İnzibati-Prosessual Məcəllənin yardım etmə və buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi mümkünlüyü kimi mühüm prinsiplərə səthi yanşmışdır. Çünki, qanunvericilik belə bir bərpanın təkcə müddət ötürülmənin üzrlü halları ilə mümkünlüyünü deyil, eyni zamanda müddət bərpanın məhkəmə tərəfindən üzrlü hal (güzəştetmə) kimi həllini mümkün hesab edir. Yəni iddiaçı iddia vermə müddətini ötürməyini etiraf etməyi məhkəmələr tərəfindən üzrlü hesab edilməsi xahiş edilmişdir və üzrlü halın sözün həqiqi mənasında şirkətin maliyyə vəziyyətinə ciddi təsiri ilə əlaqələndirmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı daxil olmuş etiraza əsasən cavabdeh Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2022-ci il tarixli, 2-1(103)774/2022 nömrəli qərardadının qüvvədə saxlanılmasını qeyd etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10.04.2015- ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9)
18. İnzibati Prosessual Məcəllə: Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia müba hisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul o lunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təq dim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə q ərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərardadının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilmişdir. Apelyasiya instansiyası məhkəməsin in qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
22. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetə rli hesab edərək, onun qəbul etdiyi qərardadın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri sayır.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.
24. Yuxarıda istinad olunan normanın da tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif iddia müddətləri müəyyən olunmuşdur.
25. Bu baxımdan, məhkəməyə iddia ilə müraciət hüququ mütləq hüquq deyildir və qanunvericiliklə müəyyən edilmiş şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Nəzərə almaq lazımdır ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.
26. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarınının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir.
27. Nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən o lunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisələndirmə haqqında iddiaya münasibətdə digər şərtlərlə yanaşı həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də ödənilmiş olmalıdır.
28. İşin hallarından görünür ki, hazırkı iddia yuxarıda istinad olunan normalar anlamında mübahisələndirmə haqqında iddiadır. Bu növ iddialar iddia müddətinə tabedir və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur.
29. Baxılan işdə iddia məhkəmələr tərəfindən iddia müddəti ötürüldüyünə görə mümkün sayılmamışdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
30. Belə ki, iş mater iallarına əsasən iddiaçının cavabdehə qarşı tələbi “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 21.02.2020-ci il tarixli FA-04 nömrəli əmri ilə yaradılmış və 07.04.2021-ci il tarixli FA-10 nömrəli, 31.05.2021-ci il tarixli FA-13 nömrəli əmri ilə tərkibində dəyişikliklər edilmiş komissiyanın Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 48.600 manat maliyyə sanksiyasının tətbiq edilməsinə dair 25.06.2021-ci il tarixli və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 14.02.2020-ci il tarixli FA-03 nömrəli əmri ilə yaradılmış və 07.04.2021-ci il tarixli FA-10 nömrəli, 31.05.2021-ci il tarixli FA-13 nömrəli əmri ilə tərkibində dəyişikliklər edilmiş komissiyanın Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında 3264 manat maliyyə sanksiyasının tətbiq edilməsinə dair 25.06.2021-ci il tarixli qərarlarının ləgvi” barədədir.
31. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş 011293 saylı xəbərnaməli poçt bildirişindən görünür ki, mübahisələndirilən qərarlar 07.07.2021-ci il tarixdə iddiaçıya təqdim olunmuşdur.
32. İddiaçı cavabdehin 25 iyun 2021-ci il tarixli qərarlarının ləğvi tələbi ilə 16 avqust 2021-ci il tarixdə inzibati məhkəməyə müraciət etmişdir.
33. Göründüyü kimi, iş üzrə iddiaçı irəli sürdüyü iddia üzrə iddia müddətini buraxmış, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində də tərəflərindən qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddətin ötürüldüyü təsdiq edilmişdir.
34. Məhkəmə kollegiyası qeyd edir ki, nəticə etibarı ilə hazırkı mübahisəyə münasibətdə iddia yuxarıda qeyd olunan səbəbdən mümkünlük şərtlərini ödəmir və bu baxımdan mümkün sayılmamalıdır.
35. Beləliklə, iş üzrə apelyasiya məhkəməsinin gəldiyi nəticə əsaslı və düzgündür. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.
36. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə və İPM-nin 96 və 98-ci maddələrinə əsasən QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 24 yanvar 2022-ci il tarixli 2-1(103)-774/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.