Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-880/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ta beliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş məbləğin birdəfəlik ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1987/2022 nömrəli, 2 dekabr 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1963-cü ildə doğulmuş, xx.xx.1978-ci ildə Bakı şəhər 2 nömrəli orta texniki peşə məktəbinə daxil olmuş və xx.xx.1981-ci ildə Elektrovozun maşinist köməkçisi peşəsi üzrə bu məktəbin tam kursunu bitirərək ümumi orta təhsil almış, xx.xx.1981xx.xx.1983-cü illərdə hərbi xidmətdə olmuşdur. İddiaçı xx.xx.1984-cü il tarixdən V.Lenin adına Bakı Metropoliteninin Qatarların hərəkət xidmətinin kompleks briqadasına elektrik avadanlıqların təmiri üzrə 3-cü dərəcəli elektrik çilingəri peşəsinə qəbul edilmiş, xx.xx.1984-cü il tarixdə istismar sahəsinə elektrik qatarlarının maşinist köməkçisi keçirilmiş, xx.xx.1988-ci ildə digər işə keçirilməsi ilə bağlı həmin işdən azad edilmişdir. Daha sonra o, xx.xx.1988-ci ildən xx.xx.1989-cu ilə kimi Azərbaycan Dəmir Yolları QSCnin Bakı Lokomotiv deposunda elektrovozların baxımı və təmiri üzrə çilingər, xx.xx.1989cu il tarixindən xx.xx.1989-cu il tarixinədək elektrovoz maşinisti köməkçisi peşəsində işləmiş, xx.xx.1989 - xx.xx.1990-cı illərdə Heydər Əliyev adına X1 15 nömrəli sexində teplovoz maşinisti, xx.xx.1990-xx.xx.1995-ci illərdə isə Bakı Baş Tikinti İdar əsində teplovoz maşınisti, xx.xx.1995-xx.xx.1996-cı illərdə “Zenit” idman cəmiyyətində məşqiçi müəllim vəzifəsində işləmişdir. İddiaçı xx.xx.1996-cı ildə yenidən Heydər Əliyev adına X4 15 nömrəli sexinə teplovoz maşinist vəzifəsinə qəbul edilmiş, xx.xx.2014-cü ilədək həmin vəzifədə işləmiş, xx.xx.2014-cü ildə dəmiryol üzrə xidmət sahəsinə teplovoz maşinisti keçirilmiş, xx.xx.2015-ci ildə isə yenidən 15 nömrəli sahəyə teplovoz maşinisti keçirilmişdir və hazırda həmin vəzifədə işləyir.
2. Azərbaycan Dəmir Yolları QSC-nin xx.xx.2021-ci il tarixli, 44030 nömrəli arayışından görünür ki, iddiaçı xx.xx.1988-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək "xxxx" QSC-nin Bakı Lokomotiv deposunda elektrovozların baxımı və təmiri üzrə çilingər, xx.xx.1989-cu il tarixindən xx.xx.1989-cu il tarixinədək ( ümumilikdə 1 il 19 gün olmaqla) elektrovoz maşinist köməkçisi peşəsində işləmişdir. Qeyd olunan peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxildir. 3. “SOCAR” Heydər Əliyev adına X1 14 sentyabr 2021-ci il tarixli güzəştli arayışında qeyd edilmişdir ki, iddiaçının xx.xx.1989-xx.xx.1990, xx.xx.1996-xx.xx.2014-cü illərdə 15 nömrəli sexdə çalışdığı teplovoz maşinisti, xx.xx.2014-cü ildə dəmiryol üzrə xidmət sahəsində teplovoz maşinisti, xx.xx.2015-ci ildən hal-hazıradək 15 nömrəli sahədə teplovoz maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda şifrə 23000000-14241, XXVİİİ bölmənin 1-ci yarımbölməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 21.4 bölməsi ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr siyahısındadır.
4. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir.
5. Cavabdeh iddiaçının ərizəsinin təmin olunmasından imtina edərək iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) müvafiq olaraq teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə SOCAR-ın “Heydər Əliyev adına X5”unda xx.xx.1989-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində teplovoz maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, “Heydər Əliyev adına X5”unda işlədiyi teplovoz maşinisti vəzifəsi yuxarıda göstərilən dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyal ı işçilər sahəsinə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 1 yanvar 2006-cı il tarixinədək 12 il 6 aydan az (1 il 19 gün (xx.xx.1988-xx.xx.1989-cu il tarixləri arasındakı dövr) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat 6.İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “57 yaşının tamam olduğu 2020-ci il 16 fevral tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir. 7.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1984-cü ildən başlay araq hazırkı vaxta kimi 37 il işləmişdir. Peşə məktəbində 3 il təhsil müddəti və 2 il hərbi xidmət müddəti nəzərə alınmaqla 42 ildən çox əmək stajı vardır. Onun zərərli iş şəraitində əmək stajı 01 yanvar 2006-cı il tarixinə 25 il 11 ay 05 gün təşkil etmişdir. Yəni, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün zəruri olan 25 illik ümumi və 12 il 6 aydan çox güzəştli olan əmək stajı yarandığına görə 57 yaşının tamam olduğu 16 fevral 2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır.
8. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı etirazın əsasını imtina məktubunda göstərilənlər təşkil edir.
9. Bakı İnzibati Məhkəməsinin (hakim S.İ.Salahova) 2-1(112)-1848/2022 nömrəli, 24 yanvar 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiy a məhkəməsinin əsaslandırması:
10. Məhkəmə hesab etmişdir ki, iddiaçının bilavasitə çalışmış olduğu “iş, peşə və vəzifə” isə dəmiryolu nəqliyyatına deyil, digər istehsalat sahəsinə aid olmuşdur. Başqa sözlə, iddiaçının icra etdiyi “iş, peşə və vəzifə” onun bilavasitə çalışdığı Bakı Baş Tikinti İdarəsində və Heydər Əliyev adına X2 istehsal prosesinin tərkib hissəsi olmuşdur. Bunun əksini təsdiq edə bilən hər hansı sübut işdə mövcud deyil. İddiaçının əsaslandığı – işlədiyi müəssisə tərəfindən verilmiş arayışlar isə onun əmək kitabçasında qeyd olunan istehsalat sahəsində və işdə/vəzifədə çalışması faktını təsdiq edir, lakin barəsində qeyd olunan iş, peşə, vəzifələr və onların icra olunduğu əmək şəraiti arasındakı uyğunluğu (eyniliyi) təsdiq etmir. Beləliklə, iddiaçıya ona 57 yaşdan güzəştli ş ərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan zəruri şərtlərdən biri, xx.xx.2006-cı il tarixədək 12 il 6 ay xüsusi stajın olması şərti hazırkı iş üzrə ödənilmir.
11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) 2-1(103)-1987/2022 nömrəli, 2 dekabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia qismən təmin edilmiş, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşın ın tamam olduğu 16 fevral 2020-ci il tarixdən təyin olunması vəzifəsi cavabdehə həvalə edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin əsaslandırması:
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçının Bakı Baş Tikinti İdarəsində və Heydər Əliyev adına X2 işlədiyi “teplovoz maşinisti” və “elektrovoz maşinist köməkçisi” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “23000000 XXVİİİ. Nəqliyyat
1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər. Kod 23001000—14241-“teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri”, kod 23001000—16885-“elektrovozlarda maşinist köməkçilər” peşələrinə uyğundur. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının xx.xx.2006-cı il tarixədək həm 25 il ümumi, həm də 12 il 6 ay güzəştli stajı tamam olduğundan ona 57 yaşının tamam olduğu 16 fevral 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
14. Məhkəmə həmçinin qeyd etmişdir ki, pensiya məbləğinin birdəfəyə ödənilməsinə dair iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, keçmiş müddət üçün alınmamış pensiya məbləğinin birdəfəyə ödənilməsi vəzifəsini müəyyən edən norma yoxdur. Əksinə, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cüml əsində deyilir ki, bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir və əlavə olaraq qeyd edilmişdir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi işin hallarını hərtərəfli araşdırmadan qərar qəbul etmişdir. b) kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edil məməsini, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
38. İ hissə. Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.Əsas anlayışlar... 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığo rta stajına daxil edilən digər dövrlərin məcmusudur.... Maddə 9.Güzəştli şərtlərlə əmək pensdiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pen siya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... 9.8. Həmin Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 21.Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.... 21.2.3. Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığorta olunanın sığorta stajına daxil edilir.... 20. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerin dən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa;... 13 iyun 1997-ci il tarixli Qanunla həmin Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Maddə
67. İş stajına daxil edilən əmək fəaliyyətinin nö vləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.... v) Hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir.... ğ) Ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir....
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: Bənd
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilmə si üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bil ər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı yalnız iddianın təmin edilən hissəsində mübahisələndirildiyi üçün kassasiya baxışının predmetini qərarın həmin hissəsi təşkil edir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habe lə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. X3 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərind ən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. Hazırkı inzibati mübahisə üzrə xx.xx.1963-cü il təvəllüdlü iddiaçı cavabdehə müraciət edərək, ona 57 yaşdan, yəni xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdeh onun işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na uyğun olmaması və bu səbəbdən də güzəştli iş stajının 1 yanvar 2006-cı il tarixədək 12 il 6 aydan az təşkil etməsi əsası ilə imtina etmişdir.
30. Nəzərə alınmalıdır ki, iddiaçının xx.xx.2006-cı il tarixədək azı 25 il ümumi və bu müddət daxilində 12 il 6 ay güzəştli iş stajı (2 nömrəli siyahı üzrə) olmalıdır ki, ona 57 yaşı tamamlananda güzəştli şərtlərlə əmək pensiyası təyin edilsin.
31. İddiaçının xx.xx.1963-cü il təvəllüdlü olmaqla, xx.xx.2020-ci il tarixdə 57 yaşına çatması işin mübahisəsiz halıdır.
32. İddiaçının xx.xx.2006-cı il tarixədək azı 25 il ümumi iş stajını toplaması da işin mübahisəsiz halıdr. Belə ki, iş materiallarına əlavə edilmiş attestatın, hərbi biletin, əmək kitabçasının məlumatlarına əsasən, 01 yanvar 2006-cı ilədək iddiaçının hərbi xidmət müddəti də nəzərə alınmaqla, 25 ildən artıq ümumi iş stajın ın olması təsdiq edilir. Cavabdeh də işin bu halını mübahisələndirmir.
33. Kassatorun əsas dəlili iddiaçının xx.xx.2006-cı il tarixədək azı 12 il 6 ay güzəştli iş stajı şərtini ödəməməsi ilə bağlıdır.
34. Məhkəmə kollegiyası kassatorun bu dəlili ilə bağlı bildirir ki, bu qərarı 1-3-cü bəndində qeyd edilənlər iddiaçının Bakı Baş Tikinti İdarəsində və Heydər Əliyev adına X2 işlədiyi “teplovoz maşinisti” və “elektrovoz maşinist köməkçisi” vəzifələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “23000000 XXVİİİ. Nəqliyyat
1. Dəmiryol nəqliyyatı. Dəmi ryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər. Kod 23001000—14241-“teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri”, kod 23001000—16885-“elektrovozlarda maşinist köməkçilər” peşələrinə uyğun olduğunu təsdiq edir.
35. Azərbaycan Dəmir Yolları QSC-nin xx.xx.2021-ci il tarixli, 44030 nömrəli Arayışından görünür ki, iddiaçı xx.xx.1988-ci il tarixindən xx.xx.1989-cu il tarixinədək "xxxx" QSC-nin Bakı Lokomotiv deposunda elektrovozların baxımı və təmiri üzrə çilingər, xx.xx.1989-cu il tarixindən xx.xx.1989-cu il tarixinədək (ümumilikdə 1 il 19 gün olmaqla) elektrovoz maşinist köməkçisi peşəsində işləmişdir. Qeyd olunan peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa g örə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxildir. 36. “SOCAR” Heydər Əliyev adına X1 14 sentyabr 2021-ci il tarixli güzəştli arayışında qeyd edilmişdir ki, iddiaçının xx.xx.1989-xx.xx.1990, xx.xx.1996- xx.xx.2014-cü illərdə 15 nömrəli sexdə çalışdığı teplovoz maşinisti, xx.xx.2014-cü ildə dəmiryol üzrə xidmət sahəsində teplovoz maşinisti,xx.xx.2015-ci ildən hal-hazıradək 15 nömrəli sahədə teplovoz maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda şifrə 23000000-14241, XXVİİİ b ölmənin 1-ci yarımbölməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarının 21.4 bölməsi ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələr siyahısındadır.
37. Qeyd edilməlidir ki, dəmiryolları iqtisadi fəaliyyət sahəsi olaraq təyinatına görə (yüklərin və sərnişinlərin) daşıma xidmətlərinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bu mənada, dəmiryolları fəaliyyət sahəsi kimi digər iqtisadi fəaliyyət sahələrindən özünün spesifik və müəyyən mənada universal xarakteri ilə fərqlənir. Daha dəqiq deyilsə, dəmiryolları konkret istehsalat sahəsinə və ya müəssisəyə (idarəyə) bağlı fəaliyyət sahəsi kimi deyil, idarə və müəssisə mənsubiyyətindən və tabeçiliyindən asılı olmayaraq funksional təyinatına uyğun ümumi anlamda qəbul edilməlidi r.
38. Dəmiryollarının və dəmiryolu nəqliyyat vasitələrinin yalnız "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryol xətləri ilə məhdudlaşdırılması ölkənin vahid dəmiryolları sisteminin vahidliyi baxımından yolverilməzdir. Bu yanaşma ona əsaslanır ki, Azərbaycan Respublikasının dəmiryolları sistemi yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryolları şəbəkəsini deyil, həm də təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ayrı-ayrı müəssisələrin həmin magistral yollara çıxışı olan və daşımaların həyata keçirildiyi dəmiryolları şəbəkələrini də ehtiva edir. Bu zaman nəzərə alınmalıdır ki, "xxxx" QSC-nin istifadəsində olan magistral dəmiryolları da Azərbaycan Respublikasının vahid dəmiryolları sisteminə tərkibinə daxildir və ümumi istifadədə olmaqla sərnişinlərin və yüklərin daşınması funksiyasını yerinə yetirir.
39. Həmçinin nəzərə almaq lazımdır ki, dəmiryolu şəbəkəsinin, eləcə də həmin şəbəkədə təyinatı üzrə istismar edilən və daşımaları həyata keçirən teplovozların fərqli iqtisadi fəaliyyət sahəsinə aid müəssisəyə mənsubiyyəti prinsip olaraq həmin dəmiryolu şəbəkəsinin və teplovozların funksional təyinatını və istismar xarakterini dəyişdirmir və dəyişdirmək imkanına da malik deyildir.
40. Bu baxımdan, güzəştli şərtlərlə pensiya təyin olunarkən nəzərə almaq lazımdır ki, Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın müvafiq bəndi yalnız "xxxx" QSC-nin idarəçiliyində olan magistral dəmiryollarında çalışan teplovoz maşinistlərinə və maşinist köməkçilərinə deyil, həm də təşkilati-hüquqi və mülkiyət formasından asılı olmayaraq istənilən müəssisəyə aid dəmiryollarında və dəmiryolu nəqliyyat vasitələrində, o cümlədən teplovozlarda çalışan və bilavasitə daşımalarla məşğul olan maşinistlərə və maşinist köməkçilərinə də şamil olunmalıdır.
41. Qeyd etmək lazımdır ki, bu kateqoriyadan olan işçilərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıqları müəssisələrin iqtisadi profilinə və ya müəssisənin tabeçiliyinə deyil, həmin şəxslərin funksional fəaliyyət sahəsinə və peşə mənsubiyyətinə bağlıdır. Bu baxımdan, ayrı-ayrı müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidində işləyən və daşımalarla məşğul olan teplovoz m aşinistləri və maşinist köməkçiləri də magistral dəmiryollarının nəqliyyat vasitələrinin, o cümlədən teplovozların maşinistləri və maşinist köməkçiləri anlamında qəbul edilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, həm magistral dəmir yollarında, həm də müəssisələrin dəmiryol nəqliyyatı struktur vahidlərində işləyən və daşımalarla məşğul olan teplovoz maşinistləri və maşinist köməkçiləri eyni peşənin daşıyıcılarıdırlar və məzmun baxımından eyni funksiya və vəzifələri yerinə yetirirlər. Bu baxımdan, həmin şəxslər hansı müəssisəyə aid dəmiryolunda və dəmiryolu nəqliyyatında teplovoz maşinisti və maşinist köməkçisi işləməsindən asılı olmayaraq, peşə ümumiliyinə görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Başqa sözlə, qeyd olunan şəxslərin güzəştli şərtlərlə pensiya hüququ çalışdıql arı müəssisənin iqtisadi fəaliyyət sahəsinə və müəssisəyə deyil, həmin müəssisənin struktur vahidində onların həyata keçirdikləri fəaliyyətin funksional təyinatına və məzmununa bağlıdır. Burada həlledici məqam onların icra etdikləri funksiyaların güzəştli pensiya hüququ verən və siyahıda nəzərdə tutulan peşəyə bağlı olmasıdır.
42. Yuxarıda ifadə olunan mövqeyə əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq fərqli müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində, o cümlədən teplovozlarda çalışan maşinistlərin və maşinist köməkçilərinin qanunla nəzərdə tutulmuş digər şərtlər daxilində imtiyazlı pensiya hüququ tanınmalıdır.
43. Hazırkı mübahisəyə münasibətdə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri peşələrinin dəmiryolu nəqliyyatı bölməsində nəzərdə tutulması həmin bölmənin müəssisələrə aid dəmiryollarında və bilavasitə daşımalarla məşğul olan dəmiryol nəqliyyatı vasitələrində, o cümlədən teplovozlarda çalışan maşinistlərə və maşinist köməkçilərinə münasibətdə iqtisadi fəaliyyət sahəsi baxımından tətbiq olunmasını istisna edən hal kimi təfsir oluna bilməz.
44. Odur ki, iddiaçının Bakı Baş Tikinti İdarəsində və Heydər Əliyev adına X2 işlədiy i “teplovoz maşinisti” və “elektrovoz maşinist köməkçisi” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “23000000 XXVİİİ. Nəqliyyat
1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər. Kod 23001000—14241-“teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri”, kod 23001000—16885-“elektrovozlarda maşinist köməkçilər” peşələrinə uyğundur.
45. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq, iddiaçının xx.xx.2006-cı il tarixdək azı 12 il 6 ay güzəştli iş stajının mövcud olmaması ilə bağlı kassasiya şikayətinin dəlilini əsassız hesab edir.
46. Beləliklə, apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
47. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1987/2022 nömrəli, 2 dekabr 2022-ci il tarixli qərarı (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.