Məhkəmə qərarları › İş №2-1(102)-880/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-880/2024

14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-880/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: 20 təqvim ili qüsursuz xidmət etmiş hərbi qulluqçunun dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) iddiaçının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı qulluqçuların siyahısı na daxil edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-2722/2023 nömrəli iş üzrə 17 oktyabr 2023-cü il tarixli qərarından iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli məktubuna görə, istefada olan polkovnik İddiaçı xx.xx.1980-xx.xx.1984-cü il tarixlərdə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbində kursant, xx.xx.1984-xx.xx.1992-ci il tarixlərdə Sovet Ordusunda zabit qismində, xx.xx.1992-xx.xx.2012-ci il tarixlərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyində zabit qismində, xx.xx.2012-xx.xx.2012-ci il və xx.xx.2016-xx.xx.2019-cu il tari xlərdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində zabit qismində həqiqi hərbi xidmət keçmiş, xx.xx.2019-cu il tarixdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 42.0.2-ci maddəsinə (xəstəliyə görə) əsasən həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin 5931 nömrəli xx.xx.2022-ci il tarixli arayışına əsasən, istefada olan polkovnik İddiaçı SSRİ Müdafiə Nazirliyi tərəfindən ünvan 1 ünvanda xx.xx.1990-cı il tarixli 034497 nömrəli order əsasında yaşayış sahəsi ilə təmin olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dövlət vəsaiti hesabın a mənzillə təmin olunmalı qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1105/2023 nömrəli iş üzrə 28 mart 2023-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmiş, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli xx.xx.2011-ci il tarixli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilmişdir.

5. Birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə, “İşin faktiki hallarına əsasən, xx.xx.1963-cü il təvəllüdlü İddia çı Azərbaycan Respublikasının vətəndaşıdır, o, xx.xx.1984-cü ildən xx.xx.1991-ci il tarixədək Sovet Ordusunda, xx.xx.1992-ci il tarixdən xx.xx.2019-cu il tarixədək isə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmət dövrü ərzində iddiaçı müvafiq medallar, “Azərbaycan Respublikası Silahlı Qüvvələrin Veteranı” medalı, iddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrin 10 illiyi” yubiley medalı ilə təltif olunmuşdur. İddiaçı qeyd olunan əsasları sübut edən sənədlərlə cavabdehə müraciət edərək 20 təqvim ili və daha çox qüsursuz xidmətinə görə dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi üçün tərtib edilmiş siyahıya onun adının daxil edilməsini xahiş etsə də müraciəti təmin edilməmiş, imtinanın əsası kimi göstərilmişdir ki, iddiaçı artıq ünvan 2 ünvanında 2 otaqlı (29,07 kv.m) məzillə təmin olunmuşdur. Məhkəmə cavabdehin imtinasının və etirazının əsası kimi qeyd etdiyi halı əsassız hesab edir. Belə ki, məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, etirazda göstərilən Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi, 9 saylı ev, 99 saylı mənzil xx.xx.1990-cı il tarixli 034497 saylı order əsasında SSRİ Müdafiə Nazirliyi tərəfindən iddiaçının istifadəsinə verilmişdir. Lakin qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 №li, xx.xx.2011-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. Göründüyü kimi, SSRİ ordusundakı hərbi xidmətinə görə iddiaçının təmin olunduğunu mənzil “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 №li xx.xx.2011-ci il tarixli fərmanı əsasında verilə bilməzdi. Eyni zamanda, cavabdeh iddiaçının adının dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısına almaqdan imtina edərkən, iddiaçının xx.xx.1992-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, yəni 26 il 08 aydan artıq müddət ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçməsi, iddiaçının qüsursuz xidmətə görə medallarla təltif olunması kimi halları nəzərə almamışdır. Odur ki, cavabdehin imtina məktibunda və iddiya dair etirazında göstərilən əsaslarla iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etdiyinə görə dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsindən imtina edilməsi “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 №li xx.xx.2011-ci il tarixli Fərmanının tələblərinə ziddir.” b) Apellyasiya instansiyası məhkəməsində icraat

6. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apellyasiya şikayəti vermişdir.

7. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-2722/2023 nömrəli iş üzrə 17 oktyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər R.Səmədov (sədrlik edən və məruzəçi), X.Cəmilova və A.Oruczadə) apelyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 28 mart 2023-cü il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

8. Apellyasiya instansiyası məhkəməsinin qərarının əsaslarına görə, “İşin hallarından da göründüyü kimi iddiaçı ünvan 2 ünvanında 2 otaqlı (29,07 m2) məzillə təmin edilmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin rəisi E.Əliyevə ünvanlanan 11 may 2023-cü il tarixli məktubdan görünür ki, ehtiyata buraxılmış hərbi qull uqçu (polkovnik) İddiaçı Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 425 №-li Sərəncamı ilə ailə tərkibi 5 nəfər (özü, arvadı, 2 oğlu və qızı) olmaqla mənzil növbəsinə götürülmüş və 2022-ci ilin dekabr ayından ona (5 nəfərdən ibarət ailəsinə) dövlət büdcəsindən 450 manat müvəqqəti mənzil kirayəsi xərcləri ödənilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, müvafiq kateqoriyadan olan şəxslərin mənzillə təmin edilməsi zamanı onlarla yanaşı dövlətin maraq və imkanları da nəzərə alınmalıdır. Bu şəxslərin dövlət tərəfindən təmənnasız şəkildə harada yerləşməsindən asılı olmayaraq, mənzillə təmin edilməsi dövlətin sosial yönümlü olmasının, həmin şəxslərin insan və vətəndaş hüquq və azadlıqlarının yüks ək səviyyədə təmin edilməsinin göstəricisidir. Ona görə də müvafiq kateqoriyadan olan şəxslərin dövlət tərəfindən mənzillə təmin edilməsində əsas məhz onların heç bir maneəsiz dövlətin iqtisadi imkanları çərçivəsində yaşayış sahəsi ilə təmin edilməsidir ki, bu da iddiaçıya münasibətdə öz müsbət həllini tapmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq imtiyazından yalnız bir dəfə istifadə edə bilərlər.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ

9. Apellyasiya instansiyası məhkəməsinin qərarı ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. a) Kassasiya şikayətinin dəlillər i

10. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1991ci il tarixədək keçmiş sovet ordusunda xidmətinə görə SSRİ Müdafiə Nazirliyi tərəfindən həmin dövrdə qüvvədə olmuş qanunun tələblərinə əsasən mənzillə təmin edilmişdir. Bundan sonra iddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyi sistemində hərb qulluqçu kimi xidmət etmiş və hazırda qeyd edilən qüsursuz xidmət illəri nəzərə alaraq, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli xx.xx.2011-c il tarixli Fərmanının 1-ci bəndinin tələblərinə uyğun hüququ yarandığından bu tələblə məhkəməyə müraciət etmişdir. Həmin Fərmanda Azərbay can Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi imtiyazı nəzərdə tutulmuşdur. Göründüyü kimi, dövlət vəsaiti hesabına mənzil almaq imtiyazı yalnız Azərbaycan Respublikasının Silahlı Qüvvələrində (hazırda Azərbaycan Ordusunda) 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara verilmişdir, iddiaçıya münasibətdə də bu şərt yerinə yetirildiyindən, cavabdeh iddiaçının adının mənzillə təmin edilməli olan hərbi qulluqçuların siyahısına daxil etməkdən imtina etməkdə haqlı olmamışdır. Ona görə də, iddiaçı Azərbaycan ordusunda 20 il 08 ay 04 gün təqvim hesabı ilə zabit kimi qüsursuz həqiqi hərbi xidmət keçdiyindən, o, AR Müdafiə Nazirliyi tərəfindən mənzillə təmin edilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ

12. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə

129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. 13. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmı ş müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 14. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır; Maddə

17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və ə hatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır; Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.

15. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqa n tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; Maddə 14.2. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür; Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaç ı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər; Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imka nına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir; Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır; Maddə 94.4. Şikayətin əsasland ırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir; Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır; Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir; Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir; Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmi n qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər; Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ VƏ İŞƏ BAXİLMASL QAYDASİ a) Kassasiyanın mümkünlüyü

17. Kassasiya şikayəti vaxtında verildiyi, şikayət formal baxımdan lazımi qaydada əsaslandırıldığı və şikayətçinin tələbləri göstərildiyi üçün mümkün hesab edilmişdir. b) Kassasiya baxışının hədləri

18. Kassasiya şikayətində qərarın ləğvi xahiş edildiyi instansiyasının yekun məhkəmə aktı şikayət həddində tam yoxlanılır. üçün, apellyasiya c) İşə baxılması qaydası

19. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icra at qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qərar qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qərarının tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. İlk olaraq, şikayətdə fundamental vacib hüquqi məsələlər qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvaf iq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” iş üzrə qərarı).

22. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətinin dəlilləri üzrə qanunvericiliyin tələblərinə uyğun qaydada lazımi araşdırma aparılmış, məhkəmə istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur və həmin məhkəmənin qərarında şərh olunmuş məsələləri yenidən müzakirə etməyə lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tə tbiq etmişdir, ona görə də, məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

23. Kassasiya şikayətinə gəldikdə, şikayətin əsas dəlili ondan ibarətdir ki, iddiaçı keçmiş sovet ordusunda xidmətinə görə SSRİ Müdafiə Nazirliyi tərəfindən mənzillə təmin edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 təqvim ilindən çox qüsursuz xidmətinə görə isə ona mənzil verilməmişdir.

24. Məhkəmə kollegiyası kassasiya şikayəti ilə razılaşmır və onun dəlillərini əsassız sayır. Belə ki, Konstitusiyanın 12 və 16-cı maddələrinin İ hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın v ə hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Bu müddəalar onu ifadə edir ki, dövlət hər şeydən əvvəl insanlar üçün mövcud olur və onların tələbatlarının real olaraq təmin edilməsi sahəsində müvafiq öhdəliklər daşıyır. Sosial dövlət prinsipi ədalətli sosial quruluşun təmin edilməsini dövlətin hüquqi vəzifəsi kimi təsdiq edir. Bu prinsip ədalətli, iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsinin təmin edilməsini bəyan edən Konstitusiyanın preambulasından irəli gəlir. Məhz dövlətin effektli sosial siyasəti cəmiyyətdə əminamanlığın və firavanlığın bərqərar edilməsini təmin edir. Konstitusiya sosial dövlətin təsvirini verməsə də, dövlətin məqsədi kimi iqtisadiyyatın inkişafının müxtəlif mülkiyyət növ lərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət etməsini nəzərdə tutur. Konstitusiyanın müddəalarına görə, dövlət sosial-iqtisadi hüquqlar sahəsində həyata keçirilən siyasətlə vətəndaş cəmiyyətinin yaradılmasına, bazar iqtisadiyyatında insanın dövlət tərəfindən sosial müdafiə olunmasına və sosial ədalət prinsipinə xidmət etməyi öz üzərinə götürmüşdür. Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imk anları ilə bağlıdır. Bu mənada nəzərə alınmalıdır ki, sosial hüquqların müəyyən edilməsi zamanı dövlətin iqtisadi vəziyyəti, cəmiyyətin, yaxud onun müəyyən bir hissəsinin dövlət yardımına və dəstəyinə ehtiyacının olub-olmaması kimi məsələlər vacib rol oynayır. Belə ki, sosial hüquqların ümumi əsaslarının və qaydalarının tənzimlənməsi, habelə bu sahədə mövcud qanunvericiliyə dəyişikliklərin edilməsi Konstitusiyanın müddəaları baxımından qanunvericinin diskresion səlahiyyətlərinə aiddir. Bu sahədə o, geniş mülahizə sərbəstliyinə malikdir. Bununla belə, qanunvericinin qeyd edilən mülahizə sərbəstliyi hədsiz deyil və Konstitusiyada təsbit olunmuş tələblərə, o cümlədən bərabərlik hüququna, normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanması və Kon stitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Bu isə qanunvericinin hər hansı hüquq münasibətlərinin, o cümlədən sosial təminat hüquq münasibətlərinin tənzimlənməsində hüquqi müəyyənlik prinsipinə əməl etməsini tələb edir. Bərabərlik prinsipinin məzmununa dair qeyd edilməlidir ki, mübahisələndirilən bu və ya digər normanın Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə uyğun olub-olmaması məsələsinə qiymət vermək üçün hansı şəxslərin bərabər və ya müəyyən meyarlara görə oxşar vəziyyətdə olmalarını, mübahisələndirilən normanın bu cür şəxslərə aid bərabər və ya fərqli rəftarı nəzərdə tutub-tutmadığını və belə rəftar üçün obyektiv və ağlabatan əsasın mövcudluğunu aydınlaşdırmaq vacibdir. Sosial hüquqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda bu sahədə qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.

25. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında göstərmişdir ki, iqtisadi və sosial strategiyaların ümumi tədbirlərinə gəldikdə, adətən, Üzv Dövlətə mülahizə sərbəstliyi verilir. Dövlət hakimiyyəti orqanları cəmiyyət və onun ehtiyacla rı barədə bilavasitə biliyə malik olduqlarından, onlar sosial və ya iqtisadi sahədə ictimai maraqların qiymətləndirilməsində beynəlxalq hakimə nisbətən daha çox imkanlara malikdirlər və Məhkəmə “açıq-aydın ağlabatan əsaslandırma olmayan” hallardan başqa, adətən qanunverici orqanın siyasi seçiminə hörmət edir (“Karson və digərləri Birləşmiş Krallığa qarşı” iş üzrə Böyük Palatanın 16 mart 2010-cu il tarixli Qərarı, §61).

26. Avropa Məhkəməsi, həmçinin, bu qənaətə gəlmişdir ki, Konvensiyanın müddəaları dövlətlərə qanunvericilik tədbirləri vasitəsilə müəyyən kateqoriya şəxslərə münasibətdə digər kateqoriyalara nisbətən fərqli davranış nümayiş etdirən dövlət siyasəti sxemlərini tətbiq etməyə mane olmur, bu şərtlə ki, qanunvericilikdə göstərilmiş şəxslər kateqoriyasına və ya qrupuna aid olan hüq uqların realizəsinə olan müdaxilə Konvensiyanın tələbləri nöqteyi-nəzərindən əsaslı olsun (“Zdanoka Latviyaya qarşı iş” üzrə Böyük Palatanın 16 mart 2006-cı il tarixli Qərarı, §112).

27. Lakin işdən məlum olur ki, hərbi qulluqçu kimi ordu sıralarında xidmət etdiyinə görə artıq bir dəfə mənzillə təmin edilən iddiaçı həmin hüquqdan təkrar istifadə etmək qərarına gəlmişdir.

28. Bu kontekstdə, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin “... müvafiq kateqoriyadan olan şəxslərin mənzillə təmin edilməsi zamanı onlarla yanaşı dövlətin maraq və imkanları da nəzərə alınmalıdır. Bu şəxslərin dövlət tərəfindən təmənnasız şəkildə harada yerləşməsindən asılı olmayaraq, mənzillə təmin edilməsi dövlətin sosial yönümlü olmasının, həmin şəxslərin insan və vətəndaş hüquq və azadlıqlarının yüks ək səviyyədə təmin edilməsinin göstəricisidir. Ona görə də müvafiq kateqoriyadan olan şəxslərin dövlət tərəfindən mənzillə təmin edilməsində əsas məhz onların heç bir maneəsiz dövlətin iqtisadi imkanları çərçivəsində yaşayış sahəsi ilə təmin edilməsidir ki, bu da iddiaçıya münasibətdə öz müsbət həllini tapmışdır.” məzmunda qənaətini əsaslı sayır. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır.

29. Bütün bunlar da cavabdeh inzibati orqanın imtinasının qanunsuz olmadığına dəlalət edir. Başqa sözlə, cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiy a şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunur, cavabdehin imtinası qanunazidd olmamaqla, iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya da uyğun və cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Qanunun 13.2 və 17-ci maddələri).

30. Beləliklə, inzibati işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

31. Göstərilənlərə əsasən və İPM-in 96 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəm əsi İnzibati Kollegiyasının 2-1(103)-2722/2023 nömrəli iş üzrə 17 oktyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar