Məhkəmə qərarları › İş №2-1(102)-881/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-881/2021

01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-881/2021 01.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, kolxozda iş stajının hesablanması, arxiv arayışı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Zaqatala rayon filialına qarşı 1970-1997-ci illərdə Zaqatala rayon “Nizami” adına kolxozda işlədiyi 24 il müddətin sosial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 02.05.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(107)-136/2021 saylı, 19 fevral 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.1955-ci ildə anadan olmuşdur.

2. Zaqatala rayon Dövlət Arxivi tərə findən verilmiş 11.03.2020-ci il tarixli 135 nömrəli arxiv arayışına əsasən, iddiaçı 1968-1997-ci illərdə Zaqatala rayon “Nizami” adına kolxozda işləmişdir.

3. İddiaçı yaşa görə əmək pensiyasının təyin olunması barədə ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh 29 iyun 2020-ci il tarixli, **********0 saylı məktubla müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, onun əmək kitabçası olmadığından yaşa görə əmək pensiyası təyin edilə bilməz. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayon Dövlət Arxivindən verilən arayışa əsasən, 1968-1997-ci illərdə qeyd olunmuş Zaqatala rayon “Nizami” adına kolxozda işlədiyi müddətin onun sığorta stajına daxil edilməsi öhdəl iyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 22.11.1955-ci il tarixdə Zaqatala rayonunda anadan olmuşdur. İş stajı nəzərə alınmaqla əmək pensiyası ilə əlaqədar pensiya təyin edilməsi üçün cavabdeh orqana müraciət edərək sənədlərini, 1968-1997-ci illərdə Zaqatala rayon “Nizami” adına kolxozda işləməsi barədə Zaqatala rayon Dövlət Arxivi tərəfindən verilmiş 11 mart 2020-ci il tarixli arxiv arayışını təqdim etmişdir. Lakin cavabdeh orqan əmək kitabçasının olmadığını əsas gətirərək ona pensiya təyin olunmasından imtina etmişdir.

6. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “1970- 1997-ci illərdə Zaqatala rayon “Nizami” adına kolxozda işlədiyi 24 il müddətin sos ial sığorta stajına daxil edilməsi və hüququnun yarandığı 02.05.2020-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. Cavabdeh iddia ərizəsinə etiraz edərək onun təmin olunmamasını xahiş etmişdir.

8. Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2-1(116)-1196/2020 saylı qərarı ilə (hakim: İ.H.Cabbarov) iddia təmin edilmiş, iddiaçının 1970- 1997-ci illərdə Zaqatala rayon “Nizami” adına kolxozda işlədiyi 24 il müddətin sosial sığorta stajına daxil edilməsi və ona hüququnun yarandığı 02 may 2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, iddiaçının 1970-1997-ci illərdə Zaqatala rayonu “Nizami” adına ko lxozda işləməsi müvafiq arxiv arayışı ilə təsdiq edildiyindən cavabdehin imtinası əsassız olmuşdur.

10. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apelyasiya instansiyası məhkəməsindəki icraat

11. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-136/2021 saylı, 19 fevral 2021-ci il tarixli qərarı ilə (sədrlik edən: V.İ.Məlikov, hakimlər: R.R.Rəfiyev və M.A.Əsədli) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati Məhkəməsinin 19 noyabr 2020-ci il tarixli, 2-1(116)-1196/2020 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

12. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış dır.

13. Cavabdeh apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iddiaçının kolxozda işlədiyi illərin cəmi 22 il 04 ay 06 gün, hərbi xidmətdə olduğu müddət 1 il 08 ay 01 gün təşkil edir. Hal-hazırda qüvvədə olan qanunvericiliyə əsasən, iddiaçının 25 il əmək stajının qarşılığında 24 il 07 ay əmək stajı vardır. 1970, 1987 və 1997-ci illərdə müəyyən olu nmuş adam günü norması tam yerinə yetirilməmişdir. Odur ki, iddiaçının yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 il sosial sığorta stajının olmaması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməməsi səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. Həmçinin, iddiaçının 1970-1975, 1978-1997-ci illərdə kolxozda işlədiyi illər barədə qeydlər onun əmək kitabçasında qeyd edilməmişdir. İddiaçının təqdim etdiyi sənədlərdən göründüyü kimi, onun əmək kitabçası yoxdur. Əmək kitabçası isə işçinin əmək fəaliyyətini təsdiq edən əsas sənəddir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

17. İddiaçı məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, məhkəmə kollegiyasına ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların ya ş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 20. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri: Mülkiyyət və təsərrüfatçılıq formalarından as ılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Maddə

69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasə n təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 21. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı: Maddə 1.1 Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd

1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (ko nsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

23. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilmə si və ödənilməsi Qaydaları” Maddə

117. Bənd q. Arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. 24. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” SSRİ Qanunu Maddə 67.1 Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.

25. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkə mə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri

26. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

27. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiya sı məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

29. Cavabdeh kassasiya şikayətində bildirir ki, iddiaçının kolxozda işlədiyi illərin cəmi 22 il 04 ay 06 gün, hərbi xidmətdə olduğu müddət 1 il 08 ay 01 gün təşkil edir. Hal-hazırda qüvvədə olan qanunvericiliyə əsasən, iddiaçının 25 il əmək stajının qarşılığında 24 il 07 ay əmək stajı vardır. Belə ki, 1970, 1987 və 1997-ci illərdə müəyyən olunmuş adam günü norması tam yerinə yetirilməmişdir.

30. Məhkəmə kollegiyası iş materiallarındakı sənədlərə və yuxarıda qeyd edilmiş normalara əsaslanmaqla hesab edir ki, cavabdehin mövqeyi əsassızdır. Belə ki, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün iki şərt tələb olunur, şəx sin: qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olması.

31. Əvvəla, cavabdeh imtinasında olduğu kimi kassasiya şikayətində də iddiaçının əmək kitabçasının olmadığını, beləliklə də iş stajının əmək kitabçasında qeyd edilmədiyini əsas gətirərək onun işlədiyi müddətin onun sığorta stajına daxil edilməsini əsassız hesab edir.

32. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası bildirir ki, iddiaçının əmək kitabçasının olmaması ona pensiya təyin olunmasından imtina edilməsi üçün əsas ola bilməz. Belə ki, “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajını n müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndində, eləcə də “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır.

33. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı, iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir.

34. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azər baycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasının Milli Arxiv idarəsi (bundan sonra - İdarə) "Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 dekabr tarixli 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. İdarə ona həvalə olunmuş vəzifələri həm bilavasitə, həm də respublikanın dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının Arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsilə həyata keçirir.

35. Beləliklə, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, ya xud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər.

36. Odur ki, iddiaçının 1970-1997-ci il tarixədək olan fəaliyyət dövrünü sosial sığorta stajına daxil etməkdə apellyasiya məhkəməsi haqlı olmuşdur.

37. Cavabdeh kassasiya şikayətində həmçinin bildirir ki, iddiaçı tərəfindən 1970, 1987 və 1997-ci illərdə müəyyən olunmuş adam günü norması tam yerinə yetirilməmişdir.

38. Cavabdeh bu dəlili də əsassızdır. Belə ki, arxiv arayışına əsasən, iddiaçının faktiki adam günü 1970-ci ildə 178 gün, 1971-ci ildə 351 gün, 1972-ci ildə 347 gün, 1973cü ildə 315 gün, 1974-cü ildə 316 gün, 1975-ci ildə 268 gün, 1978-ci ildə 230 gün, 1979-cu ildə 277 gün, 1980-ci ildə 317 gün, 1981-ci ildə 365 gün, 1982-ci ildə 344 gün, 1983-cü ildə 268 gün, 1985-ci ildə 286 gün, 1986-cı ildə 317 gün, 1987-ci ildə 208 gün, 1988-ci ildə 295 gün, 1989-cu ildə 315 gün, 1990-cı ildə 288 gün, 1991-ci ildə 303 gün, 1992-ci ildə 244 gün, 1993-cü ildə 333 gün, 1994-cü ildə 312 gün, 1995-ci ildə 300 gün, 1996-cı ildə 236 gün, 1997-ci ildə 105 gün olmuşdur.

39. İddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu, yuxarıda istinad edilən qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun və “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” Qanunun müvafiq normalarından irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır.

40. Arxiv arayışından görünür ki, iddiaçı tərəfindən 1970, 1987 və 1997-ci illərdə minimum əmək iştirakı norması ödənilməmişdir. Bütün digər illərdə o, minimum əmək iştirakı normasından artıq işləmişdir. Ona görə də, həmin illər ona tam əmək stajı kimi hesablanmalıdır. 1970, 1987 və 1997-ci illər isə iş stajına yalnız faktik müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktik müddət üzrə hesablama isə faktiki işlənmiş günlərin sayının 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır.

41. Bu qaydada hesablama ilə iddiaçının 1970-ci ildə 178 gün, 1987-ci ildə 208 gün faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir – 178+208=386x12=4632/220=21 ay. 1997-ci ildə 105 gün faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir – 105x12=1260/200=6,3 ay. Beləliklə, iddiaçının 1970, 1987 və 1997-ci ildə kolxozda işləyərkən faktik müddət nəzərə alınmaqla aparılmış hesablama nəticəsində ümumi olaraq iş stajının 2 il 03 ay 05 gün olduğu nəzərə alınmaqla kolxozda ümumi iş stajı 24 il 03 ay 05 gün təşkil edir.

42. İddiaçının hərbi xidmətdə olma müddəti (1il 10 ay 15 gün) hesablanmaqla ümumi iş stajı 25 ildən artıq təşkil edir. Bu ümumi staj isə iddiaçıya pensiya təyin edilməsi üçün kifayət edir. Belə olan halda, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin “Qeyd” hissəsinə əsasən onun yaşa görə əmək pensiya hüququ 64 yaş 6 aydan yaranır.

43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.

44. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-136/2021 nömrəli iş üzrə 19 fevral 2021-ci il tari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar