Məhkəmə qərarları › İş №2-1(102)-881/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-881/2022

22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-881/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-cü ildə anadan olub; FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyin də Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-520/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər, Xətai rayon İdarəsi tərəfindən verilmiş 5 oktyabr 2018-ci il tarixli, 480 nömrəli arayışa əsasən, iddiaçı 22 oktyabr 1978-ci il tarixdən 1 noyabr 1980-ci ilədək keçmiş SSRİ Silahlı Qüvvələri ndə həqiqi hərbi xidmət keçmişdir.

2. İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı 31 yanvar 1977-ci il tarixdən hal-hazıradək əmək fəaliyyəti ilə məşğul olur.

3. Azərbaycan Respublikası "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 18 fevral 2021-ci il tarixli, A/46 nömrəli arayışdan görünür ki, İddiaçı 26 sentyabr 1978-ci il tarixindən 17 oktyabr 1978-ci il tarixədək Bakı Metropoliteninin “N. Nərimanov” adına elektrik deposunun istismar sahəsində qatar maşinistinin köməkçisi peşəsində işləmişdir (həftədə 36 saat, 16 % xüsusi zərərli iş şəraiti ilə). 28 noyabr 1980-ci il tarixindən 1 may 1996-cı il tarixədək “N. Nərimanov” adına elektrik deposunun istismar sahəsində qatar maşinistinin köməkçisi və qatar maşinisti peşələrində çalışmışdır (həftədə 36 saat, 16 % xü susi zərərli iş şəraiti ilə). 1 may 1996-cı il tarixindən 10 aprel 1999-cu il tarixədək istismar sahəsində depo üzrə növbətçi vəzifəsində işləmişdir. 10 aprel 1999-cu il tarixindən xx.xx.1999-cu il tarixinədək istismar sahəsində qatar maşinisti peşəsində çalışmışdır (həftədə 36 saat, 16 % xüsusi zərərli iş şəraiti ilə). 18 may 1999-cu il tarixindən 18 iyul 2014-cü il tarixədək istismar sahəsində 11-ci dərəcəli təlimatçı-maşinist vəzifəsində işləmişdir (həftədə 36 saat, 16 % xüsusi zərərli şəraiti ilə). 18 iyul 2014-cü il tarixindən 19 oktyabr 2015-ci il tarixədək "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Depolar üzrə iş Departamentinin istismar sahəsində qatar maşinisti peşəsində işləmişdir (həftədə 36 saat, 16% xüsusi zərərli iş şəraiti ilə). 19 oktyabr 2015-ci il tarixindən 1 noyabr 2017-ci il tarixədək Depolar üzrə iş Departamentində 10-cu dərəcəli qatar maşinisti peşəsində çalışmışdır. 1 noyabr 2017-ci il tarixindən X1 üzrə iş Departamentində 10-cu dərəcəli qatar maşinisti peşəsində işləyir (həftədə 36 saat, 16 % xüsusi zərərli iş şəraiti ilə).Yeraltı, həftədə 36 saat, 16 % xüsusi zərərli iş şəraitində əmək stajı 29 il, 01 ay, 02 gün (iyirmi doqquz il bir ay iki gün) təşkil edir və işçinin zərərli işinə görə əmək məzuniyyətinə 6 təqvim günü əlavə olunur.

4. Cavabdehin işə əlavə olunmuş 1948 nömrəli, 29 noyabr 2018-ci il tarixli qərarından görünür ki, iddiaçıya 57 yaşının tamam olduğu 27 iyul 1916-cı il tarixindən ömürlük pensiya təyin edilmişdir. İddiaçı 27 iyul 2016-cı il tarixindən 31 dekabr 2020-ci il tarixə qədər həmin əmək pensiyasını almaqda davam etmişdir. Lakin 2021-ci ilin əvvəlində DSMF-nin Daxili Nəzarət Departamenti tərəfindən iddiaçıya təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasına göstəriş verilmiş və cavabdeh orqan tərəfindən həmin göstəriş icra edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının pensiyasının dayandırılması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, 1 yanvar 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi, eyni zamanda yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 1959-cu ildə doğulmuş, 1 sentya br 1974-25 iyul 1977-ci illərdə 2 nömrəli Peşə Texnikumunda təhsil almış, bundan sonra 31 yanvar 1977- 6 fevral 1978-ci illərdə "xxxx"nin hərəkətdə olan hərəkət qatarlarına xidmət sahəsində çilingər, çilingər-elektrik, 6 fevral 1978-26 sentyabr 1978-ci ildə lokomotivlərin təmiri və baxışı üzrə çilingər, 26 sentyabr 1978-ci ildən 17 oktyabr 1978-ci ilə qədər "xxxx"nin N. Nərimanov adına elektrik deposunun istismar sahəsində qatar maşinistinin köməkçisi işləmiş, 22 oktyabr 1978-ci ildən 4 noyabr 1980-ci ilə qədər Sovet Ordu sıralarında hərbi xidmətdə olmuş, qayıtdıqdan sonra 28 noyabr 1980-ci ildən 1 may 1996-cı ilə qədər N.Nərimanov adına Elektrik deposunun istismar sahəsində qatar maşinistinin köməkçisi, qatar maşinisti, 1 may 1996-cı ildən 10 aprel 1999-cu ilə qədər istismar sahəsində dep o üzrə növbətçi, 10 aprel 1999-cu ildən 18 may 1999-cu ilə qədər istismar sahəsində qatar maşinisti, 18 may 1999-cu ildən 18 iyul 2014-cü ilə qədər istismar sahəsində 11-ci dərəcəli təlimatçı-maşinist, 18 iyul 2014-cü ildən 19 oktyabr 2015-ci ilə qədər "xxxx" QSC-nin depolar üzrə iş departamentinin istismar sahəsində qatar maşinisti, 19 oktyabr 2015-ci ildən 1 noyabr 2017-ci ilə qədər depolar üzrə departamentdə 10-cu dərəcəli qatar maşinisti vəzifəsində işləmişdir. 1 noyabr 2017-ci il tarixdən hazırkı vaxta qədər isə X1 üzrə iş Departamentində qatar maşinisti vəzifəsində işləyir. Ona 27 iyul 2016cı il tarixdən, yəni 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, 31 dekabr 2020-ci il tarixə qədər həmin əmək pensiyasını almaqda davam etmişdir. Lakin ona əmək pensiyası nın ödənilməsi 2021-ci ilin əvvəlindən etibarən DSMF-nin Daxili Nəzarət Departamenti tərəfindən verilmiş göstərişə əsasən dayandırılmış və həmin göstəriş hazırkı iş üzrə cavabdeh tərəfindən icra edilmişdir. Bundan əlavə, cavabdeh tərəfindən 27 iyul 2006-cı ildən 31 dekabr 2020-ci ilə qədər iddiaçıya ödənilmiş ümumilikdə 14731 manat 70 qəpik pul vəsaiti geri tələb edilir. Bütün bu proseslərdən yalnız cavabdeh inzibati orqana etdiyi müraciətə cavab verilən zaman məlumat almışdır.

7. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı 26 yanvar 2021-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirilir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəs i Nazirliyi tərəfindən mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə, təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. İddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən araşdırılmışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, 1 yanvar 2006-cı il tarixi nədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıya görə 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə görə, yeraltı işlər, incəsənət in xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sının nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində (21.5) müvafiq olaraq yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr müvafiq olaraq: hidroqaldırıcıların maşinistləri, zumif aqreqatlarının maşinistləri, daxiliyanma mühərriki olan səyyar kompressorların maşinistləri vəzifələri nəzərdə tutulmuşdur. Araşdırma zamanı vaxtilə iddiaçıya pensiya təyin olun arkən təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, 28 noyabr 1980-18 iyul 2014-cü il tarixləri arasındakı dövr ərzində onun "xxxx" QSC-nin Depolar üzrə iş Departamentinin istismar sahəsində qatar maşinisti və təlimatçımaşinist vəzifələrində işlədiyi müəyyən edilmişdir. Göründüyü kimi, onun işlədiyi vəzifələr yuxarıda qeyd edilən müvafiq qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulmuş vəzifələrə uyğun deyil. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluqlara baxmayaraq, İddiaçı 27 iyul 2016-cı il tarixindən Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd olunanlara əsasən, iddiaçıya 27 iyul 2016-31 dekabr 2020-ci il tarixləri arasındakı dövr ər zində ümumilikdə 14731,70 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Bununla əlaqədar olaraq, 12 mart 2021-ci il tarixli, **********7 nömrəli məktubla iddiaçıdan artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarması xahiş edilmiş, əks halda ona artıq ödənilmiş vəsaitin büdcəyə qaytarılması məqsədi ilə qanunvericiliyin tələblərinə uyğun qaydada tədbirlər görüləcəyi bildirilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-6147/2021 saylı, 29 sentyabr 2021-ci il tarixli qərarı ilə (hakim A.P.Oruczadə) iddia rədd edilmişdir.

9. Birinci instansiya mə hkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi vəzifələrin güzəştli pensiya hüququ verən vəzifələrə aid olması təsdiq olunmur. Həmin vəzifələrin pensiya hüququ verən vəzifələrə aid olması üçün onlar müvafiq siyahıda nəzərdə tutulmalı və ya müvafiq güzəştli arayış ilə təsdiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahı”sının “Nəqliyyat” bölməsi “21.4.Dəmiryolu nəqliyyatı”, 21.5-ci bölməsi isə “Metropolitenlər” adlanır. Siyahıda “Dəmiryolu nəqliyyatı” və “Metropoliten” bir-birindən ayrı qeyd edilmiş, elektrik qatarlarının maşinisti vəzifəsi 21.4-cü bölmədə nəzərdə tutulsa da, 21.5-ci bölmədə nəzərdə tutulmamışdır. İddiaçının işlədiyi maşinist vəzifəsi Siyahıda nəzərdə tutulan metropoliten yarımbölməsində əksini tapmadığından, onun güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ olmamışdır.

10. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-520/2022 nömrəli iş üzrə 27 yanvar 2022-ci il tarixli qərarı ilə (hakimlər: C.A.Yusifov /sədrlik edən/ və məruzəçi/, H.Ü.Həmidov və E.E.Nağıyeva) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçının pensiy asının dayandırılması ilə bağlı hərəkətləri qanunsuz hesab edilmiş, 1 yanvar 2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi və yaranmış fərqin iddiaçıya ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1193-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilənədək olan dövrdə iddiaçının "xxxx"nin “N. Nərimanov” adına elektrik deposunun istismar sahəsində elektrik qatarı maşinistinin köməkçisi və qatar maşinisti kimi xüsusi iş sta jı 12 il 8 ay 8 gün təşkil edir. Deməli, iddiaçının «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 13-cü maddəsinin 1-ci hissəsinin «b» bəndinə müvafiq olaraq, 1 yanvar 2006-cı ilədək tarixədək 25 il ümumi iş stajı topladığı nəzərə alınmaqla, iddiaçının «Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələbi qaydasında, 57 yaşının tamam olduğu 27 iyul 2016-cı il tarixindən güzəştli şərtlərlə pensiya hüququ yaranmış olur.

13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə tə sdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndində müvafiq olaraq yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr müvafiq olaraq: Hidroqaldırıcıların maşinistləri, Zumif aqreqatlarının maşinistləri, Daxiliyanma mühərriki olan səyyar kompressorların maşinistləri vəzifələri nəzərdə tutulmuşdur.

15. İş materiallarına əsasən iddiaçının təqdim etdiyi sənədlərdə onun 28 noyabr 1980 -18 iyul 2014-cü illər arasındakı dövrdə "xxxx" QSC-nin Depolar üzrə iş Departamentinin istismar sahəsində qatar maşinisti və təlimatçı-maşinist vəzifələrində işləməsi müəyyən edilmişdir. Lakin, bu vəzifələr Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş Siyahıda qeyd olunan vəzifələrə uyğun deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda v ə bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 18. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə 13. a bəndi. yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 3 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; Maddə 13. b bəndi. əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi... 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onla rın təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 9 8.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

21. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən ma ddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Məhkəmə kollegiyası Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə uyğun olaraq, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bu qənaətə gələrkən, məhkəmə koll egiyası, həmçinin aşağıdakıları nəzərə almışdır.

25. Mübahisəyə dair işin apelyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, daha əvvəl qərar əsasında iddiaçıya (inzibati aktla) təyin edilmiş əmək pensiyası üzrə ödəniş cavabdeh tərəfindən dayandırılmışdır. Lakin cavabdeh bu zaman inzibati icraat haqqında qanunvericiliklə tələb olunan qaydada lazımi inzibati icraat aparmamış və iddiaçıya pensiya ödənişinin dayandırılması barədə hər hansı əsaslandırılmış qərar (inzibati akt) qəbul etməmişdir. Cavabdeh tərəfindən pensiya ödənişinin dayandırılmasının səbəbi isə ondan ibarət olmuşdur ki, apardığı araşdırma nəticəsində pensiya təyin edilərkən iddiaçının təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun 28 noyabr 1980-18 iyul 2014-cü il tarixləri arasındakı dövr də "xxxx" QSC-nin Depolar üzrə iş Departamentinin İstismar sahəsində işlədiyi qatar maşinisti və təlimatçı-maşinist vəzifələri Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Nəqliyyat bölməsinin (21) Metropolitenlər bəndində (21.5) nəzərdə tutulmamışdır və buna görə də onun güzəştli stajı yoxdur.

26. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, cavabdeh pensiya ödənişinin dayandırılması məsələsini həll edərkən, eyni zamanda həm “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilərlə bağlı normalarının, həm “Əmək pensiyaları haqqında” Qanunun pensiya ödəni şinin dayandırılması ilə bağlı normalarının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Qeyd etmək lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların mü əyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir.

27. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqla rına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

28. Bu baxımdan inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 37.8-c i maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz.

29. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəy yən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.

30. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır.

31. Apellyasiya məhkəməsi tərəfindən araşdırma zamanı, eləcə də kassasiya icraatı zamanı iddiaçıya pensiyanın ödənişi dayandırılarkən, yuxarıda qeyd olunan qaydalara və tələblərə cavabdeh tərəfindən əməl olunmadığı müəyyən edilmişdir. Cavabdeh tərəfindən də məhkəməyə yuxarıda qeyd olunan qaydalara və tələblərə əməl edildiyi barədə hər hansı dəlil və sübut təqdim edilməmişdir. Halbuki, İPM-in 14.1-ci maddəsinin tələbinə görə, belə hallarda inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək öhdəliyi daşıyır.

32. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından pensiyanın ödənişinin dayandırılması ilə bağlı məsələ apelyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. M əhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

33. Apellyasiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

34. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin mübahisəyə dair iş üzrə gəldiyi nəticə əsaslı və qanunauyğundur. Odur ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-520/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar