Məhkəmə qərarları › İş №2-1(102)-881/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-881/2023

16.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-881/2023 16.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx xxxxx 1965-ci il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Fili alına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 dekabr 2022-ci il tarixli, 2-1(103)1864/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasında olan məlumata əsasən, o, xx.xx.1985-ci il tarixdə Kürdəmir rayon X5 Birliyinə mühasib köməkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1991-ci il tarixdən Kürdəmir rayon Aqrar X1n öz ərizəsinə əsasında mühasib köməkçisi vəzifəsindən azad edilmişdir.

2. İddiaçıya məxsus İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasında olan məlumata əsasən, o,xx.xx.1991-ci il tarixdən “Kirov neft” Qazçıxarma İdarəsi Neft və qaz hasilatı sexinə (2 saylı Neft sənayesi) neft və qaz hasilatı üzrə dispetçer pultunun 3-cü dərəcəli operatoru qəbul edilmiş, xx.xx.1991-ci il tarixdə 4-cü dərəcə verilmiş, xx.xx.1992-ci il tarixdə Nazirlər Kabinetinin 177 saylı qərarına əsasən “Kirovneft” Qazçıxarma İdarəsinin adı “Binəqədineft” Neftqazçıxarma İdarəsinə dəyişdirilib, xx.xx.1992-ci il tarixdə tədqiqat üzrə 4-cü dərəcəli operator keçirilmiş, xx.xx.2005-ci il tarixdə Ləğvetmə komissiyasının xx.xx.2005-ci il tarixli, 1 №-li Protokoluna əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə (müəssisənin ləğv olunması ilə əlaqədar) uyğun olaraq əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2005-ci il tarixdə “X7” X3 və Hasilatın Ölçülməsi sexinə quyuların tədqiqi üzrə operator vəzifəsinə qəbul edilmiş, xx.xx.2006-cı il tarixdə əməliyyat şöbəsi 2-ci mədənə quyuların tədqiqi üzrə operator vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci il tarixdə (HRİ 03/07 saylı, xx.xx.2007-ci il tarixli əmr) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatın ixtisarı ilə əlaqədar) işdən azad edilmişdir.

3. İddiaçı 8.12.2020-ci il tarixdə cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2021-ci il tarixli imtina məktubu ilə bildirmişdir ki, Mərkəzi Filiala təqdim edilən sənədlərdə xx.xx.1985-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində Kürdəmir rayon “Aqrar” X1 işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filial tərəfindən yuxarıda qeyd olunan əmək stajına dair məlumatların dəqiqləşdiri lməsi ilə bağlı tərəflərindən aidiyyəti üzrə sorğu verilmişdir. Sorğulara daxil olmuş müvafiq cavabda Kürdəmir rayon “Aqrar” X2 arxiv sənədlərinin Dövlət Arxivinə təhvil verilmədiyi və həmin müəssisənin hüquqi ünvanını müəyyən etmək mümkün olmadığı bildirilmişdir. Buna görə də, xx.xx.1985-xx.xx.1991-ci il tarixləri arasındakı dövrü əmək stajına daxil etmək mümkün olmadığından onun ümumi iş stajı 20 ildən az (15 il 10 ay 15 gün) təşkil edir. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə u yğun olaraq ona münasibətdə 44400,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 13665.44 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı 8.4.2021-c il tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, “ona 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması:

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, əmək fəaliyyətinə 1985-ci ildə başlamışdır. Belə ki, Kürdəmir rayon aqra r istehsalat birliyinə mühasib köməkçi vəzifəsinə daxil olmuş, 02 fevral 1991-ci ildə öz ərizəsi ilə işdən azad olmuşdur. Sonradan əmək fəaliyyətini 2007-ci ilə qədər Bakı şəhərində davam etdirmişdir. Ona 52 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli, **********4 saylı məktub ilə müraciətinin təmin edilməsindən imtina etmişdir. 7. 17 oktyabr 1985-ci il tarixdən 02 fevral 1991-ci il tarixə qədər Kürdəmir rayonunda Kürdəmir rayon X4 mühasib köməkçisi vəzifəsində işlədiyi barədə ona məxsus əmək kitabçasında müvafiq qaydada qeydlər aparılaraq müəssisənin rəhbəri tərəfindən imza olunaraq möhürlə təsdiq edilmişdir. Əmək kitabçası ilə xx.xx.1985 xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində Kürdəmir rayon “Aqrar” X1 işlədiyi öz təsdiqini tapdığından, cavabdeh tərəfindən həmin dövrün nəzərə alınmamasını əsassız hesab edərək, pensiya hüququnun pozulması kimi qiymətləndirir. 8. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinin xx.xx.2017-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınla r - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

9. Beləliklə, 52 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixədək 25 ildən çox ümumi iş stajının olması, həmin 25 il ümumi stajın 12 il 06 aydan çox hissəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına aid olması nəzərə alınmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin etirazları:

10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını iddiaçının müraciətinə verilən imtinada göstərilənlər təşkil etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

11. Bakı İnzibati Məhkəməsinin (hakim A.A.Abdullayeva) 14 dekabr 2021-ci il tarixli, 2-1(112)-5584/2021 nömrəli qərarı ilə iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının əmək kitabçasında olan qeydlərin düzgünlüyü və dəqiqliyi sübuta yetirilmədiyindən, bununla da, xx.xx.1985-ci ildən xx.xx.1991-ci ilədək olan dövr iddiaçının sığorta stajına daxil edilə bilmədiyindən, iddiaçıya münasibətdə 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə (axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır) əsasən 52 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun həmin tarixədək 20 ildən az ümumi iş stajı olduğundan, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.

13. İddiaçı apellyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (h akimlər: M.N. Tağızadə -sədrlik edən və məruzəçi, X.A. Cəmilova və V.N.Sadıqov) 9 dekabr 2022-ci il tarixli, 2-1(103)-1864/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)5584/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərlərlə əmək pensiyasının təyin olunması vəzifəsi cavabdehə həvalə olunmuşdur.

15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus ******* nömrəli və ******* nömrəli əmək kitabçalarına və digər iş materiallarına əsasən müəyyən edilir ki, xx.xx.2017-ci il tarixə İddiaçı 21 il 02 ay 26 gün ümumi iş stajı toplanmışdır.

16. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iddiaçının işlədiyi “quyuların tədqiqi üzrə operator” peşəsi Azərbaycan Respublikasının Nazirlər Ka binetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2 “Neft, qaz və qaz kondensatının hasilatı” yarımbölməsində nəzərdə tutulan “quyuların tədqiqatı üzrə operatorlar” peşəsi ilə uyğunluq təşkil etməsi iş materialları ilə öz təsdiqini tapır.

17. Cavabdeh kassasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

18. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri

19. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

20. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansi yası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq a pellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

22. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və həmin hissədə təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

24. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin d üzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

25. Cavabdeh iddiaçının müraciətinin təmin olunmasından imtina edərək bildirir ki, onun Kürdəmir rayon “Aqrar” X1 işlədiyi xx.xx.1985-xx.xx.1991-ci il tarixləri arasındakı dövrü əmək stajına daxil etmək mümkün olmadığından onun ümumi iş stajı 20 ildən az (15 il 10 ay 15 gün) təşkil edir. Bundan başqa, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir.

26. Apelyasiya instansiyası məhkəməsi iddianın əsaslılığı ilə bağlı nəticəyə gələrkən iddiaçının təqdim etdiyi İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasında olan qeydləri mötəbər sübut kimi qəbul etmişdir.

27. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin qənaətini və bununla bağlı əsaslandırmasını İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələbələrinə uyğun hesab etmir.

28. İş materiallarında iddiaçıya məxsus iki ədəd əmək kitabçası mövcuddur. xx.xx.1985-ci ildə doldurulduğu qeyd olunan İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasında olan məlumatlara əsasən, İddiaçı xx.xx.1985-ci il tarixdə Kürdəmir rayon X5 Birliyinə ərizəsi əsasında mühasib köməkçisi vəzifəsinə qəbul edilmiş, xx.xx.1991ci il tarixdən Kürdəmir rayon Aqrar X1n öz ərizəsi ilə mühasib köməkçisi vəzifəsindən azad edilmişdir (cavabdeh məhz həmin əmək kitabçasının məlumatlarını mötəbər hesab etmir). 30. xx.xx.1991-ci il tarixdə doldurulduğu qeyd olunan İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasında olan məlumatlara əsasən iddiaçı xx.xx.1991-ci il tarixdə 260 k saylı əmrlə “Kirovneft” Qazçıxarma İdarəsi Neft və qaz hasilatı sexinə işə daxil olmuşdur (həmin əmək kitabçasındakı məlumatlar mübahisələndirilmir).

31. Mötəbərliyi cavabdeh tərəfindən də mübahisələndirilməyən İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasındakı qeyddə xx.xx.1991-ci il tarixli 260 k saylı əmrlə “Kirovneft” Qazçıxarma İdarəsinə işə qəbul edilənədək iddiaçının əmək stajına malik olmadığı göstərilmişdir. 32. xx.xx.1985-ci ildə doldurulduğu qeyd olunan İT-İ seriyalı, ******* nömrəli əmək kitabçasında olan qeydlər (bu qeydlər xx.xx.1985-ci il tarixdən xx.xx.1991-ci il tarixədək olan dövrü əhatə edir) kiril qrafikalı əlifba ilə yazılsa da, həmi n qeydlər latın qrafikalı möhürlə təsdiq edilmişdir. Həmin qeydlərdə işə daxil olma və işdən çıxma əmrlərinin tarixləri göstərilməyib.

33. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin də istinad etdiyi, “Azərittifaq”ın X6 tərəfindən apellyasiya instansiyası məhkəməsinə göndərilmiş 22.6.2022-ci il tarixli AAŞ-37/39 №-li məktubda da qeyd olunur ki, Kürdəmir rayon X5 Birliyi “Azərittifaq”ın arxivinə heç bir sənəd təhvil vermədiyindən, İddiaçı haqqında məlumat verə bilmir.

34. Məhkəmə kollegiyası qeyd edir ki, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanma sı nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özüözlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir.

35. Hazırkı halda, bilavasitə iddiaçı tərəfindən təqdim olunmuş və ya məhkəmələrin öz təşəbbüsü ilə əldə etdikləri məlumatlar iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən müddətlərdə işləməsi faktını özü-özlüyündə, qeydşərtsiz təsdiq etmir.

36. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisəli əmək stajı ilə bağlı ziddiyyətlərin məhz hansı sübutlarla aradan qaldırıldığını və ya cavabdehin dəlillərinin hansı mötəbər sübutlarla tə kzib olunduğunu qərarında göstərməli və gəldiyi nəticəni həmin sübutlarla əsaslandırmalı idi. Belə ki, məhkəmə təqdim olunmuş sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalı, cavabdehin də əsaslandığı şübhələri aradan qaldıran, iş stajına dair qeydlərin mötəbərliyini təsdiq edən sübutlara əsaslanmalıdır. Hazırkı işdə bu, baş vermədiyindən, apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslı hesab oluna bilməz.

37. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyas ı məhkəməsinə göndərilməlidir.

38. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın rədd edilməsi tələbinə dair hissədə təmin oluna bilməz

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 9 dekabr 2022-ci il tarixli, 2-1(103)-1864/2022 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar