Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-882/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Yevlax rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın katibliyi, iddiaçının vəkili Vəkil2, cavabdehin vəkili Emin İsayevin iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Döv lət Sosial Müdafiə X2 şəxsin Yevlax rayon şöbəsinə qarşı veteranlar üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-47/2021 nömrəli iş üzrə 03.02.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 05 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Yevlax rayon şöbəsinə “10.06.2016-cı il tarixdən 01.04.2019-cu il tarixinədək “Müharibə Veteranı” üçün nəzərdə tutulmuş müavinətin hesablanaraq birdəfəlik ödənilməsi “ öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 27.11.1993-cü il tarixdən 05.10.1998-ci il tarixədək Goranboy RPŞ-da xidmət etməklə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü üğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Müharibə veteranıdır. İlkin olaraq müharibə veteranı 018846 saylı vəsiqəsini 2003-cü il tarixində almışdır. O, müharibə veteranı statusu aldığı gündən 2019-cu ilin aprel ayınadək heç bir müavinət almamışdır. Aprel ayından halhazırkı müddətədək təkrar aldığı vəsiqədən sonra 4 ay hər ay 80 manat olmaqla müəyyən olunan müavinəti almışdır. O almadığı illərin pulunu tələb etsə də DSMF-nin Yevlax rayon şöbəsi ona çatacaq müavinəti bu günə kimi odəməmişdir. O təkrar olaraq 032660 saylı müharibə veteranı vəsiqəsini almışdır. Cavabdeh orqan qanunla ona veriləcək müavinəti vəsiqəni 10.06.2019-cu ildə almağı ilə əlaqədar verə bilmədiyini bildirmişdir. Vəsiqənin üzərində də qeyd edildiyi kimi o həmin vəsiqəni təkrar olaraq almalı olmuşdur.
3. İddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 10.06.2016-cı il tarixdən 01.04.2019-cu il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat
5. Şəki İnzibati Məhkəməsinin (hаkim İlqar Cabbarov) 22.01.2020- ci il tarixli, 21(116)-102/2020 nömrəli qərаrı ilə iddiaçının iddiasının təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Yevlax rayon şöbəsinin üzərinə İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş və 10.06.2016-cı il tarixindən 01.04.2019-cu il tarixədək ödənilməmiş müavinətin birdəfəyə ödənilməsi öhdəliyinin qoyulması qərara alınmışdır.
6. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 12, 165, 25-ci maddələrinə, “Sosial müavinətlər haqqında” Qanunun 4.0.1.6, 7.0, 9.1, 10.3-cü maddələrinə, “Veteranlar haqqında” Qanunun 3, 7-ci maddələrinə, İPM-nin 34.1, 52-ci maddələrinə istinad etməklə belə hesab etmişdir ki, iddiaçının iddiası qanuni və əsaslıd ır. apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 21.05.2020-ci il tarixli, 2(107)-144/2020 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Yevlax rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 22.01.2020-ci il tarixli, 2-1(116)-102/2020 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən birinci instansiya məhkəməsinin də istinad etdiyi maddi və prosessual hüquq normalarını, həmçinin “İnzibati icraat haqqında” Qanunun 19.1, 19.2-ci maddələrini tətbi q etməklə belə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır.
9. Cavabdeh kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin 21.05.2020-ci il tarixli, 2(107)-144/2020 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kasasiya instansiya məhkəməsindəki icraat
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 22 sentyabr 2020-ci il tarixli, 2-1(102)-1682/2020 nömrəli qərarı ilə cavabdehin kasasiya şikayətinin qismən təmin edilməsi, Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21.05.2020-ci il tarixli, 2(107)144/2020 nömrəli qərarının ləğv edilməsi və işin təkrar apelyasiya baxışına qaytarılması qərara alınmışdır.
11. Ali Məhkəmənin İnzibati Kollegiyası həmin nəticəyə gə lərkən Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə, “Veteranlar haqqında” Qanunun 3, 9.1-ci maddələrinə, İPM-nin 12.1, 12.2, 96.5.1-ci maddələrinə əsaslanmaqla belə hesab etmişdir ki, apelyasiya məhkəməsi işin faktiki hallarını araşdırmadan qərar qəbul etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat
12. Apelyasiya instansiyası məhkəməsinin 03.02.2021-ci il tarixli, 2-1(102)47/2021 nömrəli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Yevlax rayon şöbəsi tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsi, Şəki İnzibati Məhkəməsinin 22.01.2020-ci il tarixli, 2-1(116)-102/2020 nömrəli qərarının ləğv edilməsi, yeni qərarın qəbul edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X2 şəxsin Yevlax rayon şöbəsinə qarşı “10.06.2016-cı il tarixdən 01.04.2019-cu il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddiasının rədd edilməsi qərara alınmışdır.
13. Apelyasiya instansiyası məhkəməsi həmin nəticəyə gələrkən ”Veteranlar haqqında” Qanuna, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019cu il tarixli Fərmanına, İPM-nin 52, 68.1, 82-ci maddələrinə istinadən belə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin etməklə qanunsuz və əsassız qənaətə gəlmişdir. Kas asiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri
14. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Apelyasiya Məhkəməsi tərəfindən iş üçün əhəmiyyət kəsb edən faktiki hallar, tam və obyektiv olaraq araşdırılmamışdır. Məhkəmə mübahisənin araşdırılmalı olan hallarını araşdırmamışdır. O, 06.03.2003-cü il tarixində 538 saylı qeydlə Goranboy rayon Polis Şöbəsindən onun adına verilmiş 018846 saylı müharibə veteranı vəsiqəsini rəsmən almışdır. Həmin arayışı Goranboy rayon Polis Şöbəsinin rəisi A.Məhərrəmov cənabları ona şəxsən təqdim etmişdir. O, 06.03.2003-cü il tarixində həmin vəsiqəni rəsmən götürmüşdür. Həmin tarixdən müharibə veteranıdır. Belə olan halda ona “Sosial müavinətlər haqqında” Qanunun 9. 1-ci maddəsinin müddəaları tədbiq edilməlidir. O, təkrar vəsiqəni 01.04.2019cu il tarixində almışdır. Müharibə veteranı statusunu və vəsiqəsini o 2003-cü il tarixindən əldə etmişdir. Bu səbəbdən də ona “Sosial müavinətlər haqqında” qanunun müddəaları tədbiq edilməklə o 3 illik almadığı müavinəti almalıdır. Məhkəmə AR DİN-nin X4 İdarəsinə sorğu vermişdir. Həmin məktubda ona DİN-də fəaliyyət göstərən komissiyanın 03.02.1998-ci il tarixli 15 nömrəli protokola əsasən verilmiş müharibə veteranı vəsiqəsinin nömrəsi, verilmə tarixi və qaydası barədə heç bir qeydiyyat aparılmadığından sorğuda qeyd edilən məlumatların təqdim olunmasının mümkün olmadığı, eyni ildə həmin məktubda komissiyanın 03.02.1998-ci il tarixli 15 nömrəli protokoluna əsasən müharibə veteranı adının ona verildiyi bildirilir və t əsdiq edilir. O, müharibə veteranı statusunu almışsa artıq ona həmin statusu daşımaqla bərabər qanunla müəyyən olunmuş imtiyazlardan 1998-ci il tarixindən istifadə etmə hüququ yaranır. Sizə hazırda təqdim etdiyi arayışda adı gedən vəsiqənin 2003-cü ildə Goranboy rayon Polis Şöbəsi tərəfindən ona təqdim edildiyi bildirilir. Hətta vəsiqənin nömrəsi belə qeyd edilib. Hesab edir ki, Səki Apelyasiya Məhkəməsi bütün qeyd etdiyi halları tam və obyektiv araşdırmadan Azərbaycan Respublikasında Sosial Müavinətlər haqqında Qanunun 9.1-ci maddəsinin, həmçinin “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələblərini pozmuşdur.
15. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03.02.2021-ci il tarixli, 2- 1(107)-47/2021 nömrəli qərarının ləğv edilməsini, iş üzər yeni məhkəmə qərarı qəbul edilərək, iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kasasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil2 kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəsində qanuna uyğun olmayan qərar qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 03.02.2021-ci il tarixli qərarının ləğv edilməsini A li Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir.
18. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili E.İsayev kasasiya şikayətində qeyd edilənləri rədd edərək öz çıxışında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin 03.02.2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 03.02.2021-ci il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını Ali Məhkəmənin İnzibati Kollegiyasından xahiş etmişdir. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri
19. İddiaçının kasasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstəri lmişdir. Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
20. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:
21. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi hakimin məruzəsini iddiaçının və cavabdehin vəkillərinin çıxışlarını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 03.02.2021-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, cavabdehin üzərinə İddiaçı müharibə veteranları üçün nəzə rdə tutulmuş və 10.06.2016-cı il tarixindən 01.04.2019-cu il tarixinədək ödənilməmiş müavinətin birdəfəyə ödənilməsi öhdəliyi qoyulmalıdır.
22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
23. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olu nmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.
24. Ali Məhkəmənin İnzibati Kollegiyası hesab edir ki, kasasiya şikayətində qeyd olunan dəlillər əsaslıdır.
25. Belə ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə yuxarıda göstərilmiş qənaətə, yəni iddiaçının iddiasının təmin edilməməsi qənaətinə gələrkən 03.02.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X5 İdarəsinin 18 dekabr 2020-ci il tarixli, 024-4475-1220 nömrəli məktubunda qeyd olunmuşdur ki, İddiaçı DİN-də fəaliyyət göstərən müvafiq komissiyanın 03.02.1998-ci il tarixli, 15 nömrəli protokoluna əsasən verilmiş “Müharibə veteranı” vəsiqəsinin nömrəsi, verilmə tarixi və qaydası barədə heç bir q eydiyyat aparılmadığından sorğuda qeyd edilən məlumatların təqdim olunması mümkün deyildir.
26. DİN-in X5 İdarəsinin məktubundan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, İddiaçı DİN-də fəaliyyət göstərən müvafiq komissiyanın 03.02.1998-ci il tarixli, 15 nömrəli protokol-qərarına əsasən “Müharibə veteranı” adı verilsə də, lakin ona müvafiq vəsiqənin verilib-verilməməsi barədə məlumat yoxdur. 27. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın 01.04.2019-cu il tarixdən tətbiq edilməsi təsbit edilm işdir.
28. Göründüyü kimi, artıq 01.04.2019-cu il tarixdən etibarən müharibə veteranları üçün müavinət yox, təqaüd ödənilir və 01.04.2019-cu il tarixindən sonra veteran vəsiqəsini almış şəxslərə yalnız təqaüd ödənilir.
29. Beləliklə, 01.04.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır.
30. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki üç il üçün ödəmələrin aparılması yolverilməzdir.
31. Hazırkı iş üzrə iddiaçı 01.04.2019-cu il tarixədək DSMF-nin ərazi şöbəsinə müharibə veteranları üçün nəzərdə tutulmuş aylıq müavinəti almaqdan ötrü veteran vəsiqəsini təqdim etməklə müraciət etməmiş, həmin tarixdən isə sözügedən müavinət ləğv edilərək Prezident təqaüdü ilə əvəz olunmuş, 01.04.2019-cu il tarixindən sonra bu növ müavinətin verilməsinin və ya əvvəlki dövr üçün hesablanıb ödənilməsinin hüquqi əsası aradan qalxmışdır. İddiaçı 10.06.2019-ci il tarixdə 032660 nömrəli “Müharibə veteranı” vəsiqəsini alıb DSMF-nun ərazi şöbəsinə təqdim etdikdən sonra ona 01.04.2019-cu il tarixdən hesablanmaqla Prezidentinin təqaüdünün ödənilməsinə başlanılmışdır.
32. İddiaçıya daha əvvəllər “Müharibə veteranı” vəsiqəsinin verilməsini təsdiq edən sübutların əldə edilməsi mümkün olmamışdır. 33. “Veteranlar haqqında" Qanuna əsasən isə veteran vəsiqəsi veteranlıq statusunu təsdiq edən sənəddir.
34. Bu müddəadan göründüyü kimi, veteran vəsiqəsinin olmaması veteranlıq statusunun da olmamasını ehtiva edir”.
35. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi sözügedən qənaətə gələrkən işin hallarını tam və hərtərəfli araşdırmamış, işdəki sübutlara düzgün hüquqi qiymət verməmiş, bunun nəticəsində qəbul etdiyi qərarı əsaslandırmamış, bununlada İPM-nin 58.7-ci və 68.2-ci maddələrinin tələblərini pozmuşdur.
36. Belə ki, işin 7-ci səhifəsində olan Daxili İşlər Nazirliyi tərəfindən 10.06.2019cu il tarixdə təkrar olaraq verilmiş 032660 nömr əli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir.
37. İşin 8-ci səhifəsində olan Goranboy rayon Polis şöbəsinin 06.03.2003-cü il tarixli arayışından görünür ki, Goranboy RPŞ-nin sabiq əməkdaşı İddiaçı 018846 saylı Azərbaycan Respublikasının müharibə veteranı vəsiqəsini Goranboy RPŞ-dən almışdır.
38. İşin 10-cu səhifəsində olan Goranboy RPŞ-nin 03.03.2006-cı il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən 27.11.1993-cü il tarixdən 05.10.1998-ci il tarixədək Goranboy RPŞ-də xidmət etmiş və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikasının müharibə veteranıdır.
39. İşin 35-ci səhifəsində olan Daxili İşlər Nazirliyinin X5 İdarəsinin 14.10.2019cu il tarixli, 024-3935-1219 saylı məhkəmənin sorğusuna verdiyi cavabından görünür ki, “ İddiaçı döyüş əməliyyatlarında iştirak etdiyinə görə Daxili İşlər Nazirliyi tərəfindən 03.02.1998-ci il tarixli 15 nömrəli Protokola əsasən “müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. Lakin İddiaçı vəsiqəsini itirdiyinə görə ona 10.06.2019-cu il tarixdə 032660 nömrəli təkrar “müharibə veteranı” vəsiqəsi verilmişdir”.
40. Beləliklə işin halları ilə və işdə olan sübutlarla müəyyən edilmişdir ki, iddiaçıya Daxili İşlər Nazirliyi tərəfindən 03.02.1998-ci il tarixli 15 nömrəli Protokola əsasən “müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Vəsiqənin nömrəsi 018846-dır.
41. Lakin apelyasiya instasniyası məhkəmısi işin qeyd edilən hallarını və sübutları nəzərə almayaraq, iş üzrə yanlış nəticəyə gəlmişdir.
42. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 4.0.1.6-cı maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət.;
43. Həmin Qanunun 7.0- ci maddəsinə görə müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.6-cı maddəsinə müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda;
44. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsizlik müavinəti və vəfat etmiş Azərbaycan Respub likasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir:...
45. Həmin Qanunun 10.3-cü maddəsinə görə müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. 46. “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinə müvafiq olaraq aşağıdakılar müharibə veteranları sayılırlar:
47. İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər;
48. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; 49. 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər;
50. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlər inə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;
51. İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri; 52. 1941 — 1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular; [2]
53. İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə. [3]
54. Azərbaycan Respublikasının ər azi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
55. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsa sən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.
56. Həmin Qanunun 7-ci maddəsinin ikinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Veteran statusunu təsdiq edən sən ədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.
57. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 03.02.2021-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, cavabdehin üzərinə İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş və 10.06.2016-cı il tarixindən 01.04.2019-cu il tarixinədək ödənilməmiş müavinətin birdəfəyə ödənilməsi öhdəliyi qoyulmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kolleg iyasının 03.02.2021-ci il tarixli 21(107)-47/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. Cavabdehin üzərinə İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş və 10.06.2016-cı il tarixindən 01.04.2019-cu il tarixinədək ödənilməmiş müavinətin bir dəfəyə ödənilməsi öhdəliyi qoyulsun. Qərar qətidir.