Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-882/2022 05.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Təhsildə X3rşı iş üzrə Açar sözlər: bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentlik (nostrifikasiya) haqqında şəhadətnamənin verilməsi. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1983-cü il təvəllüdlü; FİN 4PVYN0C) cavabdeh Təhsildə X3rşı “diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apelly asiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-649/2022 saylı, 4 fevral 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Rusiya Dövlət Sosial Universiteti tərəfindən verilmiş BCГ № ******* saylı, xx.xx.2005-ci il tarixli qeydiyyat nömrəsi 84063 xx.xx.2011-ci il tarixli diploma əsasən, iddiaçıya xx.xx.2005-ci ildə həmin Universitetin Dövlət Attestasiya Komissiyasının qərarı ilə hüquqşunaslıq ixtisası verilmişdir.
2. BCГ № ******* saylı xx.xx.2005-ci il tarixli diploma əlavəyə əsasən, iddiaçı Moskva Dövlət Sosial Universitetinə (qiyabi forma) 1999-cu ildə daxil olmuş, 2005-ci ildə təhsilini başa vurmuşdur. Təhsil müəssisəsində əyani forma üzrə normativ təhsil müddəti 5 ildir.
3. İddiaçı həmin diplomun Azərbaycan Respublikasının ərazisində tanınması barədə müxtəlif vaxtlarda cavabdehə müraciət etmişdir.
4. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2009-cu il tarixli M-9468/03-24 saylı məktubda bildirmişdir ki, təqdim edilən sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən olunmuş və müvafiq şəhadətnamənin verilməsinin məqsədəuyğun olmaması haqqında qərar qəbul edilmişdir.
5. Cavabdeh iddiaçının xx.xx.2014-cü il tarixli ərizəsinə cavab olaraq ünvanlandığı məktubda qeyd edilir: “Rusiya Federasiyasının Rusiya Dövlət So sial Universiteti tərəfindən verilmiş BCB № ******* nömrəli, xx.xx.2005-ci il tarixli ali təhsil haqqında sənədlərin (diplom və ona əlavə) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 saylı Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliliyinin müəyyən edilməsi (nostrifıkasiya) Qaydaları”na uyğun gəlmədiyi Ekspert Qrupu tərəfindən müəyyən olunmuş və Nazirliyin xx.xx.2009-cü il tarixli, 17 saylı protokoluna əsasən, müvafiq şəhadətnamənin verilməsinin məqsədəmüvafıq hesab edilməməsi barədə qərar qəbul edilmişdir. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Rusiya Dövlət Sosial Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında (1999-2005-ci illər) Siz həmin ölkədə olmamısınız. Həmçinin, yekun dövlət attestasiya komissiyasının imtahanı tarixində (xx.xx.2005-ci il tarixi) Rusiya Federasiyası ərazisində olmamısınız. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması va ekvivalentliyinin müəyyən edilməsi (nostrifıkasiya) Qaydaları”nın 3.6-cı bəndinə əsasən, ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Göründüyü kimi, Rusiya Federasiyasının qeyd edilən ali təhsil müəssisəsinin diploma əlavəsində göstərilən normativ müddətin tələbinə faktiki riayət edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.20 03-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”nın 3.7-ci bəndini rəhbər tutaraq, Rusiya Dövlət Sosial Universiteti tərəfindən verilmiş BCB № ******* nömrəli xx.xx.2005-ci tarixli diplomun ölkə ərazisində tanınması mümkün hesab edilmir”.
6. Cavabdeh iddiaçıya ünvanlandığı xx.xx.2020-ci il tarixli M-217/03-TKTA saylı məktubda qeyd edilir: “Xarici ali təhsil ixtisaslarının ölkə ərazisində tanınması üçün əsas şərtlərdən biri də ali təhsil sənədini təqdim edən müəssisəsinin dövlət akkreditasiyasına və ya lisenziyaya sahib olmasıdır. Sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Rusiya Federasiyasına məxsus Rusiya Dövlət Sosial Universitetinə Azərbaycan Re spublikası ərazisində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilməmişdir. Göstərilənləri nəzərə alaraq, xarici ali təhsil ixtisasınızın ölkə ərazisində tanınmaması haqqında qərarın qüvvədə saxlanılması qərarı verilmişdir”. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)birinci instansiya məhkəməsindəki icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Rusiya Dövlət Sosial Universiteti (keçmiş adı Moskva Dövlət Sosial Universiteti) tərəfindən ona verilmiş bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentlik (nostrifikasiya) haqqında şəhadətnamənin verilməsindən cavabdeh tərəfindən imtina edilməsinin qanunsuz hesab edilməsi və həmin (nostrifikasiya) şəhadətnamənin verilməsi vəzifəsinin cavabdeh Təhsildə Key fiyyət Təminatı Agentliyinə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1999-cu ildə Moskva Dövlət Sosial Universiteti adlanan (hazırki adı Rusiya Dövlət Sosial Universiteti) ali təhsil müəssisəsinin hüquqşünaslıq fakültəsinə qiyabi əsaslarla daxil olaraq 2005-ci ildə oranı bitirmiş, hüquqşünaslıq ixtisası əldə etmiş və həmin ilin iyul ayında diplom almışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1999-cu il tarixli, xx-xx-1841/16 saylı məktubuna əsasən, Nazirlik Universitetin fəaliyyətindən məlumatlı olmuş və buna razılıq vermişdir. Artıq 18 ilə yaxın iş stajı var və bunun 16 ildən artıq hissəsini hüquqşünas ixtisası üzrə müxtəlif yerlərdə işləmişdir. Diplomun ali təhsil sahəsində ixtisasların tanınması və ekv ivalentliliyinin müəyyən edilməsi üçün ilk dəfə 2009-cu ildə Təhsil Nazirliyinə müraciət etmişdir. Təhsil Nazirliyi tərəfindən xx.xx.2009-cu il tarixli məktubla hər hansı bir konkret əsaslandırma göstərilmədən murciətinə mənfi cavab verilmişdir. Səbəbini maraqlandıqda bildirilmişdir ki, diplom apostillə təsdiq edilmədiyi üçün imtina edilmişdir. Bundan sonra aidiyyatı üzrə müraciət edərək qeyd edilən diplomu xx.xx.2011-ci ildə Rusiya Federasiyası Moskva şəhər Təhsil Departamenti tərəfindən 115564 №-li apostillə təsdiq etdirmişdir. Əlavə olaraq qeyd edir ki, diplomun təsdiq edildiyi apostil forması TKTA-nın rəsmi saytında göstərilmiş və qəbul olunmuş nümunəyə tam uyğundur. Bundan sonra, xx.xx.2014-cü il tarixdə yenidən Təhsil Nazirliyinə müraciət etmişdir. Təhsil Nazirliyi tərəfindən Univers itetin Bakı şəhərindəki səyyar təhsil məntəqəsinin olması nəzərə alınmadan, 02 aprel 2014-cü il tarixli imtina məktubunda göstərilən yeganə əsas bundan ibarət idi ki, 1999-2005-ci illərdə təhsil müddəti ərzində o, faktiki olaraq Rusiya Federasiyasında olmamış, deməli, Universitetə gedib-gəlməmişdir. Ona görə də Qaydalara əsasən nostrifikasiyadan imtina olunmalıdır. xx.xx.2020-ci il tarixdə diplomun nostrifikasiyası məqsədilə yeni yaradılmış Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (bundan sonra “Agentlik”) müraciət etmişdir. Agentlik xx.xx.2020-ci il tarixli elektron məktubla daha əvvəl xx.xx.2009-cu il tarixdə Təhsil Nazirliyi tərəfindən ixtisasının tanınmasından imtina edilməsini əsas gətirərək ərizəsinin qəbul olunmasından imtina etmişdir. Həmin məktuba cavab olaraq göndərdiyi növbəti mü raciətində 2009-cu il imtinasının və ekspert şurasının onun müraciəti ilə bağlı o vaxtkı protokolunu istəsə də, Agentlik həmin qərarı və ya protokolu verməmiş, əsas kimi də belə bir protokol və qərar mövcud olmamasını qeyd etmişdir. xx.xx.2020-ci il tarixli cavab məktubunda Agentlik yenidən Təhsil Nazirliyinin 2009-cu ildə ona göndərdiyi məktuba istinad edərək nostrifikasiyadan imtina etmişdir. Daha sonra, Agentliyə xx.xx.2020-ci il tarixdə şikayət ərizəsi yazaraq ona verilən əvvəlki bütün imtinaların əsassız olduğunu öz müraciətində əsaslandırmış və məsələnin yenidən araşdırılıb qanuni və ədalətli formada qərar qəbul olunmasını xahiş etmişdir. xx.xx.2020-ci il tarixli, M-217/03-TKTA saylı son məktubunda (məktub iddiaçıya xx.xx.2020 tarixdə çatdırılıb) isə Agentlik əvvəlki imtinaları onu n şikayətinə əsasən araşdırıb əsassız olduğunu gördükdən sonra keçmiş sənədləşmə və mövqedən fərqli olaraq yeni əsasa - Universitetə xüsusi razılıq (lisenziya) verilməməsinə istinad edərək nostrifıkasiyadan imtina etmişdir. Cavabdeh qurum 2009-cu ildən başlayaraq etdiyi müraciətlərini qanunvericiliyin və qaydaların tələblərinə uyğun olaraq araşdırmamışdır. Agentliyin də yeni əsasa görə verdiyi imtina da əvvəlki imtinalar kimi onun hüququnun pozulması ilə nəticələnən və heç bir qanuna və hüquqa söykənmədən verilmiş bir qərardır və qanunsuz hesab edilməlidir. Agentlik onun müraciəti üzrə 2009-dan sonra bir neçə yeni hal olmasına baxmayaraq heç bir araşdırma aparmadan, formal bir məktubla 11 il əvvəlki qanunsuz imtinaya əsaslanaraq ərizəsini geri qaytarmaqla “İnzibati icraat haqqında” AR Qanu nunun tələblərini pozmuşdur. Belə ki, cavabdeh onun ilk və daha sonrakı müraciətləri üzrə rəsmi inzibati akt (qərar) qəbul etməli olsa da, bunu etməmişdir. Cavabdehin cavab məktubu inzibati aktın tələblərinə cavab vermir. Cavabdeh müraciəti ilə bağlı araşdırma apararkən və qərar qəbul edərkən onun da inzibati icraatda iştirak etmək hüququnu pozmuşdur. Göründüyü kimi, Agentliyin sözügedən Qanunun 51-ci maddəsinin tələblərini və onun öz müraciəti ilə bağlı icraatda iştirak hüququnu pozmuş, öz qərarını əsaslandırmamışdır və əvvəlki imtinaları qanunsuzdur. Əslində, cavabdehin xx.xx.2020-ci il tarixli son imtina cavabında yalnız bir əsasa - lisenziya məsələsinə istinad etməsi həmin tarixədək olan imtinalarda onun (Təhsil Nazirliyi) tərəfindən bundan əvvəl gətirilmiş əsasları əhəmiyyətsiz edir. Başqa sözlə, hazırkı vəziyyətdə ixtisasının tanınmaması üçün yalnız lisenziya əsası maneədir.
9. Cavabdeh iddia ərizəsinə etirazında qeyd etmişdir ki, iddiaçının sənədləri araşdırılarkən, onun təqdim etdiyi diplomun Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 64 nömrəli Qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları”na uyğun gəlmədiyi müəyyən edilmişdir. İddiaçı həmin təhsil müəssisəsinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkədə qısa müddət ərzində olmuşdur və bu müddət ərzində diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirmək qeyri - mümkündür.
10. Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixl i, 2-1(112)-3700/2021 saylı qərarı ilə (hakim M.C.Qarayeva) iddia rədd edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xarici ölkədə aldığı təhsilin Azərbaycan Respublikası ali təhsil müəssisələrinin “bakalavr” ixtisas dərəcəsi haqqında verdiyi diplomdakı təhsilin məzmununa görə uyğun olması üçün onun tədris dövründə təhsil müəssisəsində olması zəruri şərtdir. Tələbənin xarici ölkədə tədris müddətində (sessiya dövründə) olmaması, alınan biliyin, təhsilin dövlət standartlarında nəzərdə tutulan məzmununa uyğun hesab edilməməsi üçün əsasdır. Cavabdeh iddiaçının sessiya müddətində təhsil aldığı müəssisədə olmadığına görə təhsilinin səviyyəsinin qənaətbəxş olmadığını bildirərək onun diplomunun Azərbaycan Respublikasında tanınmasından imtina etmişdir. Odur ki, məhkəmə cavabdehin imtinasını əsaslı sayır. 13 may 2003-cü il tarixli Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında” 23 sentyabr 2002-ci il tarixdə Moskva şəhərində imzalanmış Sazişdə qeyd edilir ki, Azərbaycan Tərəfi Rusiya Federasiyasında verilmiş diplomları o halda tanıyır ki, onlar Azərbaycan Respublikası ali təhsil müəssisələrinin ixtisas dərəcələri haqqında verdiyi diplomlara təhsil müddətinə və təhsilin məzmununa görə uyğun gələrsə, təhsili davam etdirməyə və ixtisas dərəcəsinə uyğun olaraq işə girməyə hüquq verir. Göründüyü kimi, Sazişdə verilən diplomda təhsilin məzmununa uyğun gəldiyi halda, diplomun müvafiq olaraq Rusiya Federasiyasında və Azərbaycan Res publikasında tanınmasından bəhs edilir. İddiaçı isə aldığı ixtisasın mənimsənilməsi üçün tələb olunan müddətdə təhsil aldığı məktəbdə olmadığından, aldığı təhsilin səviyyəsi qənaətbəxş olmadığından və bu, Azərbaycan Respublikasında olan təhsilin məzmununa uyğun gəlmədiyindən, Sazişin müddəaları iddiaçıya münasibətdə tətbiq edilə bilməz.
12. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-649/2022 saylı, 4 fevral 2022-ci tarixli qərarı ilə (hakimlər: S.İ.Bəktaşi - sədrlik edən və məruzəçi, M.N.Tağızadə və A.Ə.Hüseyn) Bakı İnzibati Məhkəməsinin 29 sentyabr 2021-ci il tarixli, 21(112)-3700/2021 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilmiş, iddia tələbi təmin edilmiş, Rusiya Dövlət Sosial Universiteti (keçmiş adı Moskva Dövlət Sosial Universiteti) tərəfindən iddiaçıya verilmiş bakalavr diplomu üzrə ixtisasın tanınması və ekvivalentlik (nostrifikasiya) haqqında şəhadətnamənin verilməsindən cavabdeh tərəfindən imtina edilməsi qanunsuz hesab edilmiş və həmin (nostrifikasiya) şəhadətnamənin verilməsi vəzifəsi cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinə həvalə edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi iş üzrə birinci instanisya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh orqan iddiaçının ixtisasının tanınmasından imtina edilməsini iddiaçının təhsil aldığı Rusiya Federasiyasına məxsus Rusiya Dövlət Sosial Unive rsitetinə Azərbaycan Respublikası ərazisində təhsil fəaliyyəti ilə məşğul olmaq üçün Təhsil Nazirliyi tərəfindən xüsusi razılıq (lisenziya) verilmədiyini əsas gətirmişdir. Halbuki, qeyd olunan Universitetin Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi dövrdə mövcud olmuş və hazırkı qanunvericilikdə Rusiya Federasiyasında qeydiyyata alınmış ali təhsil müəssisəsinin Azərbaycan Respublikasında fəaliyyət göstərməsi üçün lisenziya tələbi nəzərdə tutulmamışdır. Eyni zamanda, Universitetin Bakıdakı fəaliyyətinin qanunsuz olması barədə məhkəmə qərarı mövcud deyildir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli fərmanı ilə xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı təsdiq edilmişdir. Həmin siyahıda, həmçinin Prezidentin "Bəzi fəaliyyət növlərinə xüsu si razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" xx.xx.2002-ci il tarixli fərmanında xarici təhsil müəssisələrinin ölkəmizdə fəaliyyəti üçün lisenziya alması nəzərdə tutulmamışdır. O cümlədən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003 tarixli 64 saylı qərarı ilə təsdiq olunmuş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliliyinin müəyyən edilməsi (nostrifikasiya) qaydaları" da Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici Universitetin lisenziyasının olmamasını nostrifikasiyadan imtina edilməsinin əsası kimi nəzərdə tutmur. Bundan başqa, hətta lisenziya tələb olunsaydı belə, bu xarici təhsil müəssisəsinin filialı üçün tələb oluna bilərdi. İşin hallarından da görünür ki, Universitetin Bakıdakı fəaliyyəti filial deyil, səyyar sessiyalar formasında həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1999-cu il tarixli, xx-xx-1841/16 saylı məktubundan görünür ki, Moskva Dövlət Sosial Universitetində qiyabi təhsil alan tələbələrin, Universitetin Bakıda yerləşən tədris-məsləhət məntəqəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar səyyar sessiyalarının müvəqqəti olaraq "Bilik" Elm-Sosial Mərkəzinin (işdə olan vergi orqanının arayışına əsasən həmin Mərkəz 1998-ci ildə dövlət qeydiyyatına alınmışdır) nəzdində təşkil edilməsi barədə məlumat nəzərə alınmışdır. Səyyar sessiya isə filialdan fərqli olaraq, mahiyyətinə görə fəaliyyət göstərdiyi ölkənin tənzimləyici müdaxiləsini tələb etməyən bir təhsil formasıdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqan tərəfin dən iddiaçının təhsil aldığı Universitetin Azərbaycan Respublikasında qanunsuz fəaliyyət göstərməsini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, yuxarıda qeyd olunan məktub Nazirliyin, Universitetin Bakıdakı fəaliyyətindən xəbərdar olduğunu və həmin fəaliyyətə razı olduğunu təsdiq edir.
15. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
16. Kassasiya şikayətində qeyd edilir ki, “Xarici kvalifikasiyaların qiymətləndirilməsi meyarları və prosedurlarına dair yenidən işlənilmiş Tövsiyyələrin V hissəsinə (qiymətləndirmə meyarı), Avropa regionunda ali təhsil sahəsində ixtisas ların tanınması” haqqında Lissabon Konvensiyasının tətbiqinə dair qəbul edilmiş “Avropa regionu üzrə tanınma Təlimatı”nın 3-cü hissəsinə əsasən, tanınma proseduru zamanı xarici ali təhsil ixtisasının əldə edildiyi ali təhsil müəssisəsinin statusu məsələsinə diqqət yetirilməli, yəni həmin müəssisənin qanunvericiliyin tələblərin uyğun olaraq fəaliyyət göstərməsi, o cümlədən, akkreditasiyasının və lisenziyasının olub-olmaması nəzərə alınmalıdır. Qeyd edilən müdəalardan da göründüyü kimi, təhsil müəssisəsinin fəaliyyətinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada icazə verilməli, müəssisənin fəaliyyəti qanunvericiliklə tənzimlənməli idi. Məhkəmə araşdırması zamanı isə müəssisənin müvafiq olaraq dövlət qeydiyyatına alınması, o cümlədən qanuni fəaliyyət göstərməsi ilə bağlı hər hansı sübut, dəli l təqdim edilməmişdir. Qeyd olunanlar həmin təhsil müəssisəsinin qanunsuz fəaliyyət göstərməsini sübut edir və qanunsuz fəaliyyət göstərmiş təhsil müəssisəsinin diplomu da qanuni sayıla bilməz. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı kassasiya şikayətinə etiraz ərizəsində qeyd etmişdir ki, cavabdehin öz əsassız mövqeyinə hüquqi əsas tapmağa cəhd edərkən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmayan maddi hüquq normasına istinad etmişdir. Belə ki, cavabdehin lisenziyalaşdırmanı əsaslandırmaq üçün kassasiya şikayətində istinad etdiyi “Təhsil haqqında” və “Lisenziyalar və icazələr haqqında” qüvvədə olan qanunlar müvafiq olaraq 2009 və 2016-cı illərdə, yəni iddiaçı təhsilini başa vurduqdan sonra qəbul edilmişdir, deməli, hazırkı mübahisəyə tətbiq oluna, apellyasiya məhkəməsinin sözügedən qərarının ləğv edilməsi və ümumilikdə iddianın rədd olunması üçün hüquqi əsas kimi çıxış edə bilməz. Digər tərəfdən isə iddiaçı təhsil alarkən qüvvədə olan qanunvericilikdə Rusiya Federasiyasının ali məktəblərinin Azərbaycan Respublikasında fəaliyyəti üçün lisenziya tələbi mövcud olmamışdır. Tətbiq edilən hüquq 18. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:... 1.0.7. bakalavr - bakalavriatı bitirmiş şəxslərə verilən ali peşə-ixtisas dərəcəsi; 1.0.8. bakalavriat - müvafiq ixtisaslar üzrə geniş profilli mütəxəssis hazırlığını həyata keçirən ali təhsilin birinci səviyyəsi; Maddə 27.1. Təhsil müəssisəsində təhsilin hər hansı pilləsini və səviyyəsini bitirən şəxslə rə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq təhsil haqqında dövlət sənədi verilir. Maddə 27.4. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Maddə: 29.0.21 Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını müəyyən etmək və kvalifikasiyaların tanınmasını həyata keçirmək təhsil sahəsində dövlətin vəzifələrindən biri kimi müəyyən olunmuşdur; Maddə: 44.2 Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması qaydaları, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktlarla tənzimlənir.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” Bənd 1.1 Bu Qaydalar “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli, 346 nömrəli Sərəncamının 1-ci bəndinə əsasən hazırlanmışdır; Bənd 1.5 “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasın tanınması və ekvivalentliyinin müəyyən edilməsi bu ixtisasın alındığını təsdiq edən sənədlərin sahiblərini Azərbaycan Respublikasında isə qəbul zam anı bu respublikanın qanunvericiliyində müəyyən edilmiş ümumi tələbləri gözləməkdən azad etmir”; Bənd 1.6 “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasının ekvivalentliyinin müəyyən edilməsi haqqında Şəhadətnamə bu Qaydalarda nəzərdə tutulmuş müddəalar əsasında keçirilən ekspertizadan sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilir; Bənd 3.2 Ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Resp ublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra); Bənd 3.6 Ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Bənd 3.7 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imt ina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə.
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllə si: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Kassasiyanın mümkünlüyü, kassasiya baxışının hədləri
21. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əs aslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məz ahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Məhkəmə kollegiyası cavabdehin “təhsil aldığı təhsil müəssisəsinin fəaliyyətinə qanunvericiliklə nəzərdə tutulmuş qaydada icazə verilməli, müəssisənin fəaliyyəti qanunvericiliklə tənzimlənməli idi. Məhkəmə araşdırması zamanı isə müəssisənin müvafiq olaraq dövlət qeyd iyyatına alınması, o cümlədən qanuni fəaliyyət göstərməsi ilə bağlı hər hansı sübut, dəlil təqdim edilməməsi, bununla da təhsil müəssisəsinin qanunsuz fəaliyyət göstərməsi ilə bağlı kassasiya şikayətində təkrarlanmış dəlilə dair əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Qeyd olunmalıdr ki, iddiaçının təhsil aldığı Universitetin Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi dövrdə mövcud olmuş və hazırkı qanunvericilikdə Rusiya Federasiyasında qeydiyyata alınmış ali təhsil müəssisəsinin Azərbaycan Respublikasında fəaliyyət göstərməsi üçün lisenziya tələbi nəzərdə tutulmamışdır.
28. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli fərmanı ilə xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı təsdiq edilmişdir. Həmin siyahıda, e ləcə də, Prezidentin “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında" xx.xx.2002-ci il tarixli fərmanında xarici təhsil müəssisələrinin ölkəmizdə fəaliyyəti üçün lisenziya alması nəzərdə tutulmamışdır. O cümlədən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003 tarixli 64 saylı qərarı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliliyinin müəyyən edilməsi (nostrifikasiya) qaydaları”nda da Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici Universitetin lisenziyasının olmaması nostrifikasiyadan imtina edilməsinin əsası kimi nəzərdə tutulmamışdır.
29. Həmçinin, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları araşdırılarkən müəyyən edilmişdir ki, Universitetin Bakı dakı fəaliyyəti filial deyil, səyyar sessiyalar formasında həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.1999-cu il tarixli xx-xx-1841/16 saylı məktubundan görünür ki, Moskva Dövlət Sosial Universitetində qiyabi təhsil alan tələbələrin, Universitetin Bakıda yerləşən tədris-məsləhət məntəqəsinin fəaliyyətinin dayandırılması ilə əlaqədar səyyar sessiyalarının müvəqqəti olaraq "Bilik" Elm-Sosial Mərkəzinin (işdə olan vergi orqanının arayışına əsasən həmin Mərkəz 1998-ci ildə dövlət qeydiyyatına alınmışdır) nəzdində təşkil edilməsi barədə məlumat nəzərə alınmışdır. Səyyar sessiya isə filialdan fərqli olaraq mahiyyətinə görə fəaliyyət göstərdiyi ölkənin tənzimləyici müdaxiləsini tələb etməyən bir formadır.
30. Beləliklə, məhkəmə kollegiyası apellyasiya instans iyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, işdə olan Təhsildə Keyfiyyət Agentliyinin məhkəməyə ünvanlanmış xx.xx.2021-ci il tarixli 00-05-333/TKTA və 00-05-334/ TKTA nömrəli məktublarından görünür ki, Azərbaycan Respublikası ərazisində fəaliyyətinə icazə verilmiş ali təhsil müəssisələrinin siyahısında “Bilik” Elm-Sosial Mərkəzi yer almamışdır. Həmçinin, Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universitetinin (keçmiş adı Moskva Dövlət Sosial Universiteti) Bakıda yerləşən hüquqi əsası olmayan filialının fəaliyyətinin dayandırılması ilə əlaqədar bu filialın bazasında qiyabi təhsil alan tələbələrin səyyar sessiyalarının “Bilik” Elm-Sosial Mərkəzi nəzdində təşkil edilməsi barədə hər hansı məlumat və sənəd aşkarlanmamışdır. Rusiya Federasiyasının Rusiya Dövlət Sosial Universitet indən (keçmiş adı Moskva Dövlət Sosial Universiteti) 2006-cı ilədək məzun olmuş və əldə etdiyi xarici ali təhsil ixtisasının tanınması məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmiş 56 ərizəçinin xarici ali təhsil ixtisası ölkə ərazisində tanınmış və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul edilmişdir.
31. Bundan başqa, iş materiallarına əlavə edilmiş Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) üzrə X5 görünür ki, X1 Rusiya Federasiyasının Moskva Dövlət Sosial Universitetinin hüquqşünaslıq ixtisası üzrə şəhadətnamə verilmişdir. İddiaçı öz izahatında şəhadətnamə almış X2 ilə bir qrupda oxuduqlarını bildirmişdir.
32. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına gö rə, iddiaçıya diplom üzrə ixtisasın tanınması və ekvivalentlik haqqında şəhadətnamənin verilməsi üçün apellyasiya məhkəməsi məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
33. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apell yasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-649/2022 nömrəli, 4 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.