Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-882/2024 06.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, iddianın predmetinə aid olmayan tələb üzrə şikayətin verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ə mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3368/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlük məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına, Cavabdeh2 Şəxsi Firmasına və Cavabdeh3 MMC-yə qarşı əmək kitabçasının surətində qeyd edilmiş Cavabdeh2 Şəxsi Firmasının xx.xx.200 1-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan müddətin və Cavabdeh3 MMC-nin xx.xx.2000-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrün sosial sığorta stajına daxil edilməsi və bununla da, onun pensiya məbləğinin 398 manat 78 qəpik müəyyən edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
2. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, digər cavabdehlər Cavabdeh2 Şəxsi Firmasını və Cavabdeh3 MMC-ni cavabdehlər sırasından çıxarmış, əmək kitabçasında qeyd edilmiş Cavabdeh3 MMC-nin xx.xx.2004-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsi və bununla da, onun pensiya məbləğinin yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiq ləşmiş ərizə icraata qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8308/2023 saylı, 22 iyun 2023-cü il tarixli qərarı ilə (hakim X1) iddia təmin edilmiş, İddiaçı Cavabdeh3ndə xx.xx.2004-cü il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.
4. Cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın 2-1(103)-3368/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X3 (məruzəçi), X5 və X2) verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8308/2023 saylı, 22 iyun 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
6. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. TƏRƏFLƏRİN DƏLİLLƏRİ, KASSASİYANİN MÜMKÜNLÜYÜ:
7. Kassator “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2, 21.1-ci maddələrinə, eləcə də “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsaslanaq qeyd etmişdir ki, inzibati icraat materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Bakı şəhəri üzrə Hüq uqi şəxslərlə iş departamentinin xx.xx.2015-ci il tarixli arayışında Cavabdeh3 MMC tərəfindən xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək “Məcburi dövlət sosail sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumat” təqdim edilmədiyi göstərilmişdir. Həmçinin İddiaçı münasibətdə X7 xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci il tarixədək pensiya kapitalı aşkar edilməmişdir. Lakin bu hal apelyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alınmamışdır.
8. Daha sonra qeyd edilmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən sonra Cavabdeh3 MMC-də əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçısında qeyd edilsə də, iddiaçının sığortaolunan kimi qeydiyyata alınmaması və sığorta hesabına işlədiyi dövrlərə görə adına məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi məhkəmə tərəfindən ara şdırılmamış, düzgün qiymət verilmədən qərar çıxarılmışdır.
9. İş kassasiya instansiyasına daxil olduqdan sonra cavabdehin şikayəti üzrə kassasiyanın mümkünlüyü yoxlanılmış və məlum olmuşdur ki, şikayət iddianın təmin olunan hissəsindən verilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. 90.2. Apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. 9 0.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərard adı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə
96. Ali Məhkəmədə icraat 96.1. Ali Məhkəmə daxil olmuş şikayətin surətini inzibati məhkəmə icraatının digər iştirakçılarına göndərir, inzibati məhkəmə icraatının iştirakçılarına şikayətin mahiyyəti ilə bağlı öz mülahizələrini bildirmək üçün imkan yaradır. 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl inzibati məhkəmə icraatı iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
11. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin kassasiya şikayəti mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir.
12. Azərbaycan Respublikası İPM-in tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
13. Apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətində cavabdeh bildirmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən sonra Cavabdeh3 MMC-də əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçasında qeyd olunsa da, iddiaçının sığortaolunan kimi qeydiyyata alınmaması və sığorta hesabında işlədiyi dövrlərə görə adına məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsi məhkəmə tərəfindən araşdırılmamış, düzgün qiymət verilmədən qərar çıxarılmışdır.
14. Məhkəmə kollegiyası vurğulayır ki, birinci instansiya məhkəməsində iddiaçı dəyişdirilmiş tələbində əmək kitabçasında qeyd edilmiş Cavabdeh3 MMC-nin xx.xx.2004cü il tarixindən xx.xx.2006-cı il tarixinədək olan dövrün sığorta stajına daxil edilməsi və bununla da, onun pensiya məbləğinin yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, birinci instansiya məhkəməsi həmin tələb üzrə iddianı təmin etmiş, apelyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qərarı dəyişdirilmədən saxlamışdır. Cavabdeh isə kassasiya şikayətində iddianın təmin olunan hissəsi ilə bağlı mübahisə açmamış, bu his sədə maddi və prosessual hüquq normalarının pozuntusunun nədən ibarət olması barədə heç nə qeyd etməmişdir.
15. Yuxarıda vurğulandığı kimi, cavabdeh kassasiya şikayətində xx.xx.2006-cı il tarixdən sonra iddiaçının sığortaolunan kimi qeydiyyata alınmaması və sığorta hesabında işlədiyi dövrlərə görə adına məcburi dövlət sosial sığorta haqlarının ödənilməməsinin məhkəmə tərəfindən araşdırılmaması, düzgün qiymət verilmədən qərar çıxarılması qeyd edilmiş, lakin şikayətdə qeyd edilənlər həm birinci instansiya, həm də apelyasiya instansiyası məhkəməsinin mübahisə və baxış predmeti olmamışdır. Yəni cavabdeh kassasiya şikayətində dəyişdirilmiş iddianın və məhkəmələr tərəfindən iddianın təmin edilən hissəsinin predmeti olmayan halla bağlı mübahisə açmışdır.
16. Bundan əlavə, məhkəmə kollegiyası bild irir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qəbul etdiyi qərarla birlikdə tərəflərə məlumat, izah göndərilmişdir. Bu məlumat, izah kassasiya şikayəti vermək istəyən şəxsə hüquqi yardım məqsədi ilə hazırlanmışdır. Belə məlumat, izahı göndərməkdə kassasiya şikayəti verən şəxslərdən gözlənti ondan ibarətdir ki, Ali Məhkəməyə şikayət vermək hüququ həyata keçirilərkən bu hüquqdan səmərəli şəkildə istifadə olunsun, müvafiq olaraq şikayətin tərtibi zamanı kassasiya məhkəməsinin icraatının xüsusiyyətləri və səlahiyyətləri nəzərə alınsın. Bu, ədalət mühakiməsinin maraqları baxımından olduqca zəruridir.
17. Həmin məlumat-izahın ikinci bəndində qeyd edilmişdir ki, şikayət verən şəxs özünün tələblərini aydın göstərməli, yəni məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə, eləcə də iş üzrə yeni qərar çıxarılmasına və ya işin təkrar apellyasiya baxışına göndərilməsinə dair tələblərini dəqiq bildirməlidir.
18. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verildiyi güman olunan maddi və prosessual hüquq normalarının pozuntusunun nədən ibarət olduğu işin halları ilə əlaqəli şəkildə aydın təsvir edilməli, məhkəmə aktı çıxarılarkən gəlinən nəticənin konkret hansı qanunvericilik normalarına zidd olması göstərilməlidir.
19. Göstərilən tələblərə əməl edilməməsi kassasiya şikayətinin mümkün sayılmaması və onun icraata qəbulundan imtina olunması üçün əsasdır.
20. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, kassasiya şikayətinin mümkünlük meyarlarından biri olan “əsaslandırma” müəyyən qabaqcadan öngörülə bilən ağlabatan şərtləri ehtiva etməli və dar mənada təf sir olunmamalıdır. Sözügedən məsələyə münasibətdə hüquqi yanaşmanın müəyyənləşdirilməsi üçün İPM-in 91 və 94.2-ci maddələrinin müddəaları nəzərdən keçirilməlidir. İPM-nin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 94.2-ci maddəsində isə həmçinin təsbit edilmişdir ki, “...şikayət əsaslandırılmalıdır”. Qeyd edilən müddəaların birgə təhlili onu deməyə əsas verir ki, kassasiya şikayətində apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusunun nədən ibarət olduğu işin halları ilə əlaqəli şəkildə ətraflı təsvir edilməli, başqa sözlə, normaların yalnız sadalanması ilə kifayə tlənilməməli, apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin konkret hansı normaya və nəyə görə zidd olması lazımi qaydada əsaslandırılmalıdır. Belə şikayətlər əsaslandırma tələbinə riayət edilmədən verilmiş şikayət hesab edilməklə mümkün sayılmamalıdır.
21. Yuxarıda göstərilən hüquqi mövqeni nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qeyd olunan tələblərə uyğun əsaslandırılmadığından, yəni apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticənin konkret hansı normaya və nəyə görə zidd olmasını cavabdeh şikayətində, ümumiyyətlə, əsaslandırmadığından şikayətin qəbulundan imtina edilməklə kassasiya mümkün sayılmamalıdır.
22. Bəhs olunanlara əsasən kassasiya şikayəti mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalı, şikayəti n qəbulundan imtina edilməlidir.
23. Yuxarıdakılara əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3368/2023 nömrəli, 02 noyabr 2023-cü il tarixli qərarından verdiyi şikayət üzrə kassasiya mümkün sayılmasın və şikayətin qəbulundan imtina edilsin. Qərardad qətidir.