Məhkəmə qərarları › İş №2-1(102)-883/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-883/2021

01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-883/2021 01.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı1 və qeyriləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi və Cavabdeh1nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( iddianın mümkünsüzlüyü, preyudisiallıq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, iddiaçıların vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, cavabdehlər DƏDRX-nin 9 s aylı Ərazi İdarəsi və Cavabdeh1nə (X9, X5, X18, X10, X14 üçüncü şəxslər olmaqla) qarşı “JN-839G və JN- 839F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ləğv edilməsi öhdəliyinin cavabdeh DƏDRX-in 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-52/2021 nömrəli, 04 mart 2021-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Qəbələ (Qurtqaşen) rayon XDS İcraiyyə Komitəsinin 28.12.1989-cu il tarixli 261 nömrəli qərarı ilə X6 0.04 ha həyətyanı torpaq sahəsi verilmiş və 17.12.1990-cı il tarixli akta əsasən, şəhərin 15 nömrəli yaşayış kvartalından 20x20 ölçüdə olan 400 kv.m torpaq sahəsi rayonun baş memarı, baş yer quruluşçusu, SES-in baş həkimi, rayon dövlət yanğından mühafizə müfəttişi, “Qurtqaşen” kolxozu təftiş komissiyasının sədri və təsərrüfat briqadiri tərəfindən X6 təhkim edilmişdir. 2. 16.03.1991-ci il tarixdə X9 ilə rayon baş memarı arasında şəxsi mülkiyyət hüququ ilə müddətsiz istifadə üçün fərdi yaşayış evinin tikintisinə torpaq sahəsinin verilməsi haqqında nümunəvi müqavilə bağlanmış və 76 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. 3. 28.02.2002-ci il tarixli akta əsasən, 16.04.2002-ci il tarixdə X9 tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 Başçısının təyin etdiyi komissiyanın sədri tərəfindən istismara qəbul edilmiş, sonucunun fərdi yaşayış evi üzərində mülkiyyət hüququ 22.04.2002-ci il tar ixdə qeydiyyata alınaraq adına Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 1/99 nömrəli Qeydiyyat vəsiqəsi və 22.04.2002-ci il tarixli, 1/99 nömrəli Texniki pasport hazırlanmışdır. Texniki pasportda torpaq sahəsinin sənəd üzrə ölçüsü 400.0 kv.m, faktiki sahəsi isə 1197.52 kv.m kimi göstərilmişdir.

4. Bundan sonra, X9 24.04.2002-ci il tarixdə ünvan 3 ünvanında yerləşən, 2002-ci il tarixdə tikilmiş, ümumi sahəsi 52.91 kv.m olan fərdi yaşayış evini iddiaçı xxxx(xxxx) xxxx oğluna satmış və tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi 4-Ə-01-12 nömrəsi ilə reyestrdə qeydə alınmışdır.

5. Müqavilə bağlandıqdan sonra alıcı olan iddiaçının fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydə alınaraq Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 10.05.2002-ci il tarixli, 1/99-2 nö mrəli Qeydiyyat vəsiqəsi verilmişdir. 10.05.2002-ci il tarixdə 22.02.2002-ci il tarixli, 1/99 nömrəli Texniki pasportun üzərində “24.04.2002-ci il tarixli müqaviləyə əsasən, xxxx(xxxx) xxxx oğlunun adına keçirilmiş” qeydləri aparılaraq X4 adının üzərindən xətt çəkilərək texniki pasporta 1/99-2 reyestr nömrəsi verilmiş və qeydlər idarənin möhürü və vəzifəli şəxsin imzası ilə təsdiq edilmişdir. Texniki pasportda başqa heç bir dəyişiklik edilmədən torpaq sahəsinin sənəd üzrə ölçüsü 400.0 kv.m, faktiki sahəsi isə 1197.52 kv.m kimi göstərilmişdir.

6. Bundan başqa, Qəbələ rayon İ.B.Qurtqaşınlı adına təsərrüfatın X26 Komissiyasının 26.02.2001-ci il tarixli 02 nömrəli qərarından müəyyən olunur ki, həmin qərarla X26 komissiyası İ.B.Qurtqaşınlı adına təsərrüfatın ərazisində aparılan torpaq islahatı ilə əlaqədar əvvəllər işlənib hazırlanmış baş sxemə edilmiş qismən dəyişiklik və düzəlişləri təsdiq etmiş və həmin qərar hər hansı subyektə həyətyanı torpaq sahəsinin verilməsini tənzimləməmişdir. Belə ki, qərarla təsdiq edilmiş düzəliş və dəyişiklik 1) 4 nömrəli sahənin örüş kimi göstərilməsindən, 338 nömrəli sahənin BEF-ə verilməsindən, 343 nömrəli sahədə fərdi yaşayış evlərinin olması səbəbindən 3 hissəyə (343, 343a, 343b) bölünməsindən, 2) təsərrüfatın ərazisindən pay alacaq subyektlərin siyahısının təsdiq edilməsindən, subyekt siyahısı yenidən tərtib edildiyinə görə siyahıdan çıxarılmış subyektlərə məxsus 8, 9, 13, 14, 32 nömrəli püşklərin ləğv edilməsindən, 3) “İpəkçi” kiçik müəssisəsinin mülkiyyətçilərinə ayrılan torpaq payının birinci hissəsinin 315 nömrəli sahənin şimalından cənub a doğru verilməsindən, “Təravət” kəndli - fermer təsərrüfatının mülkiyyətçilərinə torpaq paylarının püşk və kontur ardıcıllığı əsasında verilməsindən və bölgünün 313, 304, 328, 326, 324, 323, 343, 343b, 340, 303, 361, 349, 350, 351, 190, 165, 75-ci kontur ardıcıllığı əsasında aparılmasından ibarət olmuşdur.

7. Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26.02.2001-ci il tarixli 03 nömrəli qərarı ilə Qəbələ rayon İ.B.Qurtqaşınlı adına təsərrüfatın X26 Komissiyasının 26.02.2001-ci il tarixli 02 nömrəli qərarı barədə edilmiş məruzənin nəzərə alınması və İ.B.Qurtqaşınlı adına təsərrüfatın ərazisində işlənib hazırlanmış kompleks yerquruluşu layihəsində dəyişiklik edilməsinin nəzərə alınmasının Dövlət Torpaq Komitəsindən xahiş olunması qərara alınmışdır.

8. Qəbələ rayon Aqrar İslahat Komissiyası nın 26.02.2001-ci il tarixli 03 nömrəli qərarına istinadən, 2002-ci ilin oktyabr ayında iddiaçılara satılmış və onların istifadəsində olan 0.10 ha həyətyanı torpaq sahəsinə X11, X7, X18, X2, Kərimov Elnur oğlunun adlarına 0.03 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN seriyalı 839G və 0.`07 ha həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN seriyalı 839F nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr tərtib edilmişdir.

9. İddiaçı1 cavabdehlər DT və XK-nın Qəbələ rayon şöbəsinə, X9, X5, X18, X2, Kərimov Elnur oğluna qarşı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Qəbələ rayon məhkəməsinə müraciət etmiş və Qəbələ rayon məhkəməsinin 13.11.2014-cü il tarixli 2(025)-979/2014 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamədən hazırki iş üzrə üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin 06.04.2017-ci il tarixli 2(107)-1283 nömrəli qətnaməsi ilə təmin edilərək, Qəbələ rayon məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. İddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 29.11.2017-ci il tarixli 2(102)-8278/17 nömrəli qərarı ilə təmin edilməmişdir.

10. İşə baxan Şəki Apellyasiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Qəbələ şəhəri, Nizаmi küçəsi, 35 “а” nömrəli ünvаndа yerləşən, 2002-ci ildə tikilmiş və ümumi sаhəsi 52.91 kv.m., əsаs yаşаyış sаhəsi 52.91 kv.m. оlаn iki оtаqdаn ibаrət yаşаyış evi Kərimоv Аdil Bədrədd in оğlunun xüsusi mülkiyyətində оlmuş və о, Qəbələ rаyоn DNK-dа rəsmiləşdirilmiş 24 аprel 2001-ci il tаrixli аlqı-sаtqı müqаviləsinə əsаsən həmin evi Аləmmədоv (hаzırdа Аləmmədzаdə) Nаmik Rzа оğlunа sаtmışdır. Yəni, həmin ev satılarkən mübahisələndirilən şəhadətnamələrlə cavabdehə verilmiş torpaq sahəsi cavabdehin mülkiyyətində olmamış və alqı-satqı müqaviləsinin predmeti olmamışdır. Yalnız alqı-satqı müqaviləsindən 5 ay sonra Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli qərarı əsasında 2002-ci ilin oktyabr ayında “Tоrpаğın mülkiyyətə verilməsinə dаir” şəhadətnamələr alınmışdır. Belə olan halda, birinci instansiya məhkəməsi alqı-satqı müqaviləsinin predmeti olmayan, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr əsasında cavabdehə məxsus torpaq sahəsini, satmadıqları hald a şəhadətnamələri etibarsız hesab etməklə mülki qanunvericiliyin tələblərini pozaraq düzgün olmayan nəticəyə gəlmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

11. İddiaçılar cavabdehlərə qarşı “3-cü şəxslər X4, X1, X8, X12 və mərhum X13 ümumi mülkiyyətinə 0.03 və 0.07 ha torpaq sahələrinin verilməsinə əsas olmuş Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarının onlara aid hissədə ləğv edilməsi, JN-839G və JN-839F nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, 3-cü şəxs X9 özünə məxsus ünvan 4 ünvanda yerləşən torpaq sahəsində 2002-ci ildə tikilmiş fərdi yaşayış evini İddiaçı1 satmışdır. Lakin Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarı ilə 3-cü şəxs X9 və digər ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahələrinə dair şəhadətnamələr verilmədiyi üçün torpaq sahələrinə dair sənədlər 3-cü şəxs tərəfindən iddiaçıya təqdim edilməmiş və Qəbələ rayon Dövlət Notariat Kontorunda 4Ə-01-12 nömrəli reyestrdə qeydə alınmış 24 aprel 2002-ci il tarixli alqı-satqı müqaviləsində torpağın satılmasına dair heç bir qeyd aparılmamışdır. İddiaçı ilə 3-cü şəxs X9 arasında sonuncuya məxsus ünvan 4 ünvanda yerləşən 2002-ci ildə tikilmiş, ümumi sahəsi 52.91 kv.m olan iki otaqlı fərdi yaşayış evinin alqı-satqı müqaviləsi rəsmiləşdiri lərkən həmin evin yerləşdiyi sənəd üzrə ancaq 400.0 kv.m torpaq sahəsi 3-cü şəxslərin adına və qanuni istifadəsində olmuşdur. Faktiki olaraq 3-cü şəxs X9 tərəfindən zəbt olunan 797.52 kv.m həyətyanı torpaq sahəsi 3cü şəxslərin adına və qanuni istifadəsində olmamaqla dövlət mülkiyyətinə aid olmuşdur. Həmin 400.0 kv.m ölçüsündə olan sahə 3-cü şəxs X6 Qəbələ rayon X17 İcraiyyə Komitəsinin 28 dekabr 1989-cu il tarixli 261 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış, sonuncu da həmin torpaq sahəsində İddiaçı1 satdığı yaşayış evini inşa etmişdir. Məhz buna görə yaşayış evinin alqı-satqısı zamanı həyətyanı torpaq sahəsinin də alqı-satqısından söhbət belə getməmişdir. Həmin sahə yaşayış evinə xidmət etmiş, onun ayrılmaz tərkib hissəsi olmuşdur. Bağlanmış alqı-satqı müqaviləsi 2 002-ci il mayın 10-da dövlət qeydiyyatına alınaraq, iddiaçıya bu barədə qeydiyyat vəsiqəsi verilmiş, evin texniki pasportunda isə müvafiq dəyişikliklər aparılaraq, onun adına rəsmiləşdirilmişdir. Yaşayış evinin alqı-satqısı 3-cü şəxs X4 arvadı 3-cü şəxs X1 iştirakı və razılığı ilə aparılmış, notarius tərəfindən sonuncunun alqı-satqıya razılıq verməsi barədə yazılı ərizəsi alınmışdır. Yaşayış evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsi İddiaçı1 adına qeydə alındıqdan sonra onun müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X3 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsində yaşayış evinin iddiaçının adına keçirildiyi barədə “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin” texniki pasportunda qeyd aparılmaqla iddiaçının adına qeydiyyat vəsiqəsi veri lmişdir. Bu səbəbdən də notariusda qeydə alınmış alqı-satqı müqaviləsindən sonra yaşayış evinin yerləşdiyi torpaq sahəsindən və digər tikililərdən istifadə etməklə sahiblik etmişdir. Lakin yaşayış evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsi İddiaçı1 adına qeydə alındıqdan sonra 3-cü şəxs X9 Azərbaycan Respublikası DT və XK Qəbələ rayon şöbəsi tərəfindən qeydə alınma və verilmə tarixi dəqiq göstərilməyən, mötəbərliyi şübhə doğuran, guya 2002-ci ilin oktyabr ayında qeydə alınmış JN-839 G nömrəli şəhadətnamə ilə cavabdehlərin ümumi mülkiyyətinə verilmiş, artıq iddiaçıya məxsus olan həyətyanı torpaq sahəsinin 0.03 ha, JN-839 F nömrəli şəhadətnamə ilə isə 0.07 ha hissəsini qeydə aldırmışdır. Halbuki, həmin vaxt artıq 3-cü şəxslər yaşayış evinin mülkiyyətçiləri, müvafiq olaraq, həmin evin yer ləşdiyi həyətyanı torpaq sahəsinin qanuni istifadəçiləri olmamışlar. Ona görə də torpaq sahəsinin 3-cü şəxslərin adlarına qeydə alınması, yəni “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən onların əvəzsiz mülkiyyətinə verilməsi tam əsassız və qanunsuz olmuşdur.

13. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli 2-1(84)-1048/2018 nömrəli qərardadı ilə (hakim: R.A.Məcidov) iddia tələbinin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Cavabdeh1nə qarşı “3-cü şəxslər X4, X1, X8, X12 və mərhum X13 ümumi mülkiyyətinə 0.03 və 0.07 ha torpaq sahələrinin verilməsinə əsas olmuş Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarının onlara aid hissədə ləğv edilməsi hissəsi mümkün sayılmamışdır.

14. Birinci instansiya məhkəməsi qe yd etmişdir ki, Qəbələ rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 03 nömrəli qərarı ilə üçüncü şəxslərə torpaq sahəsi verilmədiyindən həmin qərar iddiaçıların maraqlarına toxunmur.

15. Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli 2-1(84)-1048/2018 nömrəli qərarı ilə (hakim:R.A.Məcidov) iddia təmin edilmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin üzərinə JN-839G və JN-839F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin ləğv edilməsi öhdəliyi qoyulmuş, məhkəmə xərci iddiaçılara aid edilmişdir.

16. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında baş tutmuş və mülki məhkəmə icraatı qaydasında “torpağın mülkiyyətə verilməsinə dair şəhədtnamələrin etibarsız sayılması” tələbinə dair mülki iş üzrə qəbul ed ilmiş məhkəmə aktları hazırki mübahisədə preyudisial əhəmiyyətə malik deyildir.

17. Məhkəmənin qərarından üçüncü şəxslər apelyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni, ədalətli və qanuni qərar qəbul olunmasını xahiş etmişlər. b) apelyasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2018-ci il tarixli, 2-1(107)-759/2018 saylı qərarı ilə (sədrlik edən: R.R.Rəfiyev, hakimlər: G.Q.Abbasov və M.R.Hüseynov) üçüncü şəxslər tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Şəki İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli 2-1(84)1048/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

19. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razı laşmışdır.

20. Üçüncü şəxslər apelyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişlər. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 iyul 2019-cu il tarixli, 2-1(102)-1111/2029 saylı qərarı ilə (sədrlik edən: A.S.Hüseynov, hakimlər: R.S.Nəbizadə və X.S.Məmmədov) kassasiya şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2018-ci il tarixli, 21(107)-759/2018 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

22. Kassasiya instansiya məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hüquqi möv qeyi ilə razılaşmışdır.

23. Üçüncü şəxslər A.Kərimov və qeyriləri Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişlər. ç) Konstitusiya məhkəməsindəki icraat

24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 may 2020ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 iyul 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə və 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91 və 96.5.1-ci maddələrinə uyğun olmadığın dan qüvvədən düşmüş hesab edilmişdir.

25. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, A.Kərimov və qeyrilərinin kassasiya şikayəti əsasında inzibati işə baxmış Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulmasına lazımi diqqət yetirməmiş, nəticədə İnzibati Prosessual Məcəllənin 91 və 96.5.1-ci maddələrinin tələblərinə cavab verməyən 9 iyul 2019-cu il tarixli qərar qəbul etmişdir. Bu isə öz növbəsində ərizəçilərin Konstitusiyanın 29-cu maddəsində və 60-cı maddəsinin İ hissəsində təsbit olunmuş hüquqlarının pozulmasına gətirib çıxarmışdır. d) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumundakı icraat

26. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 13-1(102)-3(k)/2020 saylı q ərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 09 iyul 2019-cu il tarixli, 2-1(102)-1111/2029 saylı və bununla bağlı Şəki Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2018-ci il tarixli, 2-1(107)-759/2018 saylı qərarları ləğv edilmiş, iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. e) apelyasiya instansiyası məhkəməsindəki ikinci icraat

27. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 04 mart 2021-ci il tarixli, 21(107)-52/2021 saylı qərardadı ilə (sədrlik edən: V.İ.Məlikov, hakimlər: İ.H.Şükürov və E.Ş.Hüseynov) üçüncü şəxslərin apelyasiya şikayəti qismən təmin edilmiş, Şəki İnzibatiİqtisadi Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli 2-1(84)-1048/2018 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərard ad qəbul edilərək iddia mümkün sayılmamışdır.

28. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi ilə bağlı işə mülki qaydada baxılmış, araşdırma aparılmış və axır nəticədə yekun qərar verilmişdir. İddiaçı bu dəfə şəhadətnamənin ləğvi tələbini irəli sürməklə prosessual məhdudiyyətlərdən yayınmağa çalışmaqla yenidən eyni məsələyə məhkəmə qaydasında baxılmasına nail olmaq istəyir ki, bu da yolverilməzdir. İddianın mahiyyəti də, obyekti də bütün hallarda dəyişməzdir.

29. İddiaçılar apelyasiya instansiyası məhkəməsinin qərardadından kassasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və işin təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏ Rİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Kassasiya şikayətinin dəlilləri

30. Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi qərar qəbul edərkən maddi hüquq normalarının pozuntusuna yol vermişdir. Belə ki, mübahisəsi gedən 400.0 m2 torpaq sahəsi üçüncü şəxs A.Kərimova məhz Qəbələ şəhəri, Nizami küçəsindəki 35 “a” saylı yaşayış evinin inşası üçün ayrılmış və həmin torpaq sahəsi onun qanuni istifadəsində və sahibliyində olmuşdur. Torpaq sahəsi fərdi yaşayış evinin alqısatqısından sonra İddiaçı1 faktiki istifadəsində olmuş, sonuncu bu sahənin qanuni istifadəçisi olmuşdur. Buna baxmayaraq, Azərbaycan Respublikası DT və XK Qəbələ rayon şöbəsi tərəfindən mübahisələndirilən torpaq sahələri üzərində əsassız və qanunsuz olaraq üçüncü şəxslərin hüquqları qeydə alınm ış və sonunculara bu barədə şəhadətnamələr verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

31. Üçüncü şəxslər k assasiya şikayətinə qarşı etiraz təqdim edərək şikayətin təmin edilməməsini və apelyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. c) Məhkəmə icraatı iştirakçılarının izahatları:

32. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi.

33. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxslər və cavabdehlər məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Buna baxmayaraq, məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, üçüncü şəxslərə və cavabdehlərə təqdim edilmiş məhkəm ə bildirişində onların iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

34. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60 Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmə müdafiəsinə təminat verilir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 82.3 Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

36. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi Maddə 1.2. bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 78 Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üç ün məcburidir. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bil ər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

37. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarı. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddə sinə uyğun yoxlamalıdırlar. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

38. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

39. Apelyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün h azırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

40. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsssızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

41. Belə ki, Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikasının Konstitusiyasından, ümum i (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasını əsaslandırdığı hallarda mümkün hesab edilir.

42. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını n əzərdə tutur. Odur ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri).

43. Həmçinin, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar.

44. İddianın mümkünlük şərtlərindən biri də mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmamasıdır. Çünki qanuni qüvvəyə minmiş məhkəmə qərarı, proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

45. İşə baxmış apelyasiya instansiyası məhkəməsi də bu baxımdan işin hallarını araşdırmış və müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi ilə bağlı işə mülki qaydada baxılmış, araşdırma aparılmış və nəticədə yekun qərar qəbul edilmişdir. İddiaçı bu dəfə şəhadətnamənin ləğvi tələbini irəli sürməklə prosessual məhdudiyyətlərdən yayınmağa çalışaraq yenidən eyni məsələyə məhkəmə qaydasında baxılmasına nail olmaq istəyir ki, bu da yolverilməzdir. İddianın mahiyyəti də, obyekti də bütün hallarda dəyişməzdir. (3 -cü şəxsin mülkiyyətində olan torpaq sahəsi)

46. Eləcə də, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi 13 may 2020-ci il tarixli qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qü vvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyi n, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun “xxxx” Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı). Hazırki iş üzrə isə İddiaçı1 və qeyrilərinin Şəki İnzibati-İqtisadi Məhkəməsinə ünvanladığı iddianın predmeti ilə onların A.Kərimov və qeyrilərinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin etibarsız hesab edilməsi tələbi üzrə mülki icr aat qaydasında baxılan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə rədd edilmiş iddianın predmetinin (obyekti daxil olmaqla) faktiki olaraq eynilik təşkil etməsi işə baxan məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Bu isə mübahisənin həllinin əsassız uzadılması kimi qiymətləndirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 29 noyabr 2017-ci il tarixli qərarının hüquqi nəticələrinin inzibati məhkəmə icraatı qaydasında Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarı ilə faktiki olaraq qüvvədən salınması məhkəmələrin fəaliyyətində prosessual qanunvericiliyin tələblərinə zidd təcrübənin formalaşmasının əsasını qoyur. Belə ki, işlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında ba xılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun G.İsmayılzadənin şikayəti üzrə 2016-cı il 29 noyabr tarixli Qərarı).

47. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 18 sentyabr 2020-ci il tarixli, 13-1(102)-3(k)/2020 saylı qərarında qeyd edilmişdir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1 və 12-ci maddələrinin, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinin tələblərinə görə, daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə Azərbaycan Respublik ası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır. Beləliklə, daşınmaz əmlakın alğı-satqısı nəticəsində daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, mülki müqavilədən yarandığından təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur. Bu məsələ ilə əlaqədar olaraq Ali Məhkəmənin Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 2015-ci il 10 aprel tarixli Qərarının 6.2-ci bəndində göstərilir ki, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə s atılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Qanunverici tərəfindən müəyyən edilmiş məhkəmə aidiyyətinə riayət olunmaması ədalətli məhkəmə araşdırılmasına dair konstitusion göstərişin, bununla da məhkəmə müdafiəsi hüququnun pozulmasına səbəb olur. Hər kəsin məhkəmə müdafiəsi hüququ yalnız qanuni, müstəqil və qərəzsiz məhkəmə tərəfindən təmin edildiyindən aidiyyət qaydalarının pozulması ilə qəbul olunmuş məhkəmə qərarı qanuni hesab oluna bilməz, çünki bu qərar işə baxmağa qanun üzrə səlahiyyətli olmayan məhkəmə tərəfindən qəbul edilir ki, bu, işin həllinə təsir edən və ədalət mühakiməsinin mahiyyətini təhrif edən əsaslı pozuntu kimi qəbul edilməlidir.

48. Beləliklə, məhkə mə kollegiyası qeyd edir ki, işin bu vəziyyəti hazırki iş üzrə iddianın mümkün sayılmamasını şərtləndirir və apelyasiya instansiyası məhkəməsi iddianı mümkün saymamaqda haqlı, gəlinən nəticə İPM-nin 78-ci maddəsinin tələbinə uyğun olmuşdur. Belə ki, mübahisəli torpaqlara mülkiyyət hüququna dair şəhadətnamələr iddiaçılar tərəfindən mülki qaydada mübahisələndirilmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. (Şəki Apellyasiya Məhkəməsinin 06.04.2017-ci il tarixli 2(107)-1283 nömrəli qətnaməsi ilə Qəbələ rayon məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia tələbi rədd edilmişdir. İddiaçılar tərəfindən verilmiş kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin 29.11.2017-ci il tarixli 2(102)-8278/17 nömrəli qərarı ilə təmin edilməmişdir)

49. Belə k i, İPM-nin 78-ci maddəsində mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburiliyini müəyyən edən qayda, mənasına görə eyni tərəflər arasında olan iş üzrə qanuni qüvvəyə minmiş qərarla müəyyən edilmiş faktların həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilmədiyini ehtiva edir. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.

50. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, s abitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.

51. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir.

52. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin iddianın mümkün sayılmaması barədə gəldiyi nəticə işin hallarına və İPM-nin tələblərinə uyğundur. Apelyasiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmadığından, kassasiya şikayəti təmin edi lmədən, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

53. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-52/2021 saylı iş üzrə 04 mart 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar