Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-883/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fond unun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hazırki vaxta kimi yaranmış fərqin hesablanaraq ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2022-ci il tarixli, 2-1(103)-2807/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 01-649 saylı 02 iyun 2021-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı 1985-ci ildə Qaz-neft mədən fakültəsinin “Neft və qaz yataqlarının işlənməsi və iqtisadiyyatı” ixtisası üzrə əyani şöbəsinin İ kursuna qəbul olunmuşdur.1986-cı ildə əyani şöbənin İ kursundan həqiqi hərbi xidmətə çağırılmış və 1988-ci ildə həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra əyani şöbəsinin İ kursuna bərpa edilmiş, təhsilini 1993-cü ildə bitirmişdir.
2. ZE seriyalı ******* saylı 06 fevral 2003-cü il tarixli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1985-cil ildən xx.xx.1986-cı ilədək hərbi xidmətdə olmuşdur.
3. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı 1993-cü il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixədək Azərbaycan Neft Akademiyasında təhsil almış, xx.xx.1993-cü ildə Neft və qaz quyularının istismar və kəşfiyyat qazması üzrə 4-cü dərəcəli qazmaçı köməkçisi qismində “Şelf-5” yarımdalma üzən qazma qurğusuna qəbul edilmiş, xx.xx.1995-ci ildə həmin qurğuda neft və qaz quyularının istismar və kəşfiyyat qazması üzrə 5-ci dərə cəli qazmaçı köməkçisi keçirilmiş, xx.xx.1998-ci ildə işdən azad edilmiş, xx.xx.1998-ci il tarixdə Xəzər Qazma Şirkətinə portalda fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.2003-cü il tarixdə balast üzrə operatorköməkçisi vəzifəsinə keçirilmiş, xx.xx.2006-cı il tarixdə balast üzrə operator vəzifəsinə keçirilmiş, xx.xx.2007-ci il tarixdə X2 keçirilmiş, xx.xx.2011-ci il tarixdən hal- hazıradək balast üzrə operator vəzifəsində işləyir. 4. “X6” LTD-nin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Ucəddin Qasımov şirkətdə Yarım Dalma üzrə İstiqlal Qurğusunda dənizdə tam iş günü ilə istehsalat proseslərində bilavasitə iştirak edən Balast üzrə Operator vəzifəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı xx.xx.1993-cü il tarixli Qərarına əsasən 1 saylı Siyahının X bölmə Neft in qazılması və hasilatı (dəniz neftçiləri üçün) güzəştli şərtlərlə pensiya hüququ verən iş stajı 22 il 02 ay 09 gün təşkil edir. Onun xx.xx.1998-xx.xx.2003(4 il 08 ay 19 gün) portalda fəhlə, xx.xx.2003-xx.xx.2006 (02 il 11 ay 05 gün) Balast üzrə operatorun köməkçisi, xx.xx.2006-xx.xx.2007 (01 il 05 ay 08 gün) Balast üzrə Operator, xx.xx.2007-xx.xx.2011 (04 il 03 ay 00 gün) X2. xx.xx.2011-ci ildən hazıradək (09 il 06 ay 26 gün) Balast üzrə Operator vəzifəsinə işlədiyi vəzifələr Qazma Qurğularının maşinisti təsnifatına uyğundur. 5. “X6” LTD-nin CDC/EG/09-22 saylı, xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı 9 iyul 1998-ci il tarixindən X7 Ltd MMC-də portalda fəhlə peşəsinə işə qəbul edilmiş və 28 mart 2003-cü ildə İstiqlal qazma qurğusunda ballast üzrə operatorun köməkçi si peşəsinə keçirilmiş və 23 mart 2006-cı ildə ballast üzrə operator vəzifəsinə keçirilmişdir. Portalda fəhlə peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş, Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın (sonradan Siyahı) X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində 1100000a— 11297 şifrəsi ilə neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları peşəsinə, ballast üzrə operatorun köməkçisi peşəsi isə həmin bölmədə 1100000a—13590 şifr əsi ilə qeyd edilmiş qazma qurğularının maşinistləri peşəsinə tam identik olmaqla güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verir. Portalda fəhlə və ballast üzrə operator köməkçisi peşələrinin qeyd edilən Siyahının yuxarıda qeyd edilən bölməsində göstərilmiş peşələrlə zahiri oxşarlığının olmamasına baxmayaraq, vəzifə öhdəliklərinə görə həmin peşələrə tam identikdir. Portal fəhləsinin peşə öhdəliklərinə Qazmaçının rəhbərliyi altında dərin qazıma qurğusu ilə quyuların qazılması texnoloji prosesinki ayrı-ayrı növlərinin aparılması, Qazıma avadanlığın işə salınmağa hazırlanması və endirmə-qaldırma əməliyyat zamanı (Portalda) yuxarıdakı işlərin aparılması, Qazıma məhlulunun hazırlanması, ağırlaşdırılması və kimyəvi işlənməsi. Qazıma avadanlığının, alətlərin təmizlənməsi, yağlanması və məhlu lum dövr etməsinə nəzarət. İşləri aiddir ki, bu da VTİSK-da Dənizdə üzən qazma aqreqatının qazmaçı köməkçisi peşəsinə identikdir və Siyahıda 1100000a—11297 şifrəsi ilə qeyd edilmişdir. Ballast üzrə operator peşəsinin öhdəliklərinə qazıma üçün qurğularında, transmissiyalar və pnevmatik sistemə xidmət edilməsi. Qazma avadanlığı və avtomatika cihazlarının sökülməsi, yığılması, mərkəzləşdirilməsi, nasazlıqların aradan qaldırılması və tənzimlənməsi. Ballast sisteminin bütün nasoslarını və klapanlarını yerli və uzaqdan idarə edilməsi. Soyutma, yağlama və yanacaq vermə sistemlərinin, turbotransformatorların, turbomuftaların, güc aqreqatlarının avtomatik qoruyucu sistemlərinin tənzim edilməsi və saz hala salınması. Qazıma və güc avadanlığına xidmət edən fəhlələrə rəhbərlik edilməsi aiddir ki, bu d a VTİSK-da neft və qaz üzrə qazma qurğusunun maşinisti peşəsinə identikdir və Siyahıda 1100000a—13590 şifrəsi ilə qeyd edilmişdir.
6. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
7. Cavabdeh 27 sentyabr 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, filiala təqdim edilmiş iddiaçıya məxsus əmək kitabçasında və “X6 LTD”-nin xx.xx.2021-ci il tarixli arayışında xx.xx.1998-xx.xx.2003-cü il tarixləri arasında dövr ərzində portalda fəhlə, xx.xx.2003xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində isə balast üzrə operatorun köməkçisi peşələrində işlədiyi qeyd edilmişdir. Onun işlədiyi peşələr 1100000a11297 kodu üzrə neft və qaz üçün istismar və kəşfiyyat qazma qurğularının qazmaçıları və 1100000a13590 kodu üzrə qazma qurğularının maşinistləri peşələrinə uyğun deyil. Bu səbəbdən də onun 1 yanvar 2006-cı il tarixədək 10 ildən az, yəni 4 il 10 ay 25 gün (xx.xx.1993-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
8. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona 52 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hazırki vaxta kimi yaranmış fərqin hesablanaraq ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
9. İddiaçı tələbini onun la əsaslandırmışdır ki, onun ümumi iş stajı 20 ildən, güzəştli iş stajının isə 10 ildən çox olmasına baxmayaraq cavabdeh əsassız imtina verərək onun güzəştli iş stajının qanunvericilikdə nəzərdə tutulmuş həddən aşağı olduğunu qeyd etmişdir. Halbuki, onun əmək stajını təsdiq edən əmək kitabçası və güzəştli arayışları mövcuddur.
10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçının güzəştli iş stajı 1 yanvar 2006-cı il tarixədək 10 ildən az, yəni 4 il 10 ay 25 gün (xx.xx.1993-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Azərbaycan Respublikası “X6 LTD”-nin xx.xx.2021-cil il tarixli arayışında İddiaçı xx.xx.1998-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində portalda fəhlə, xx.xx.2003- xx.xx.2006-cı il tarixləri arasındakı d övr ərzində isə balast üzrə operatorun köməkçisi vəzifələrində işlədiyi, ümumilikdə 22 il 02 ay 09 gün güzəştli pensiya üçün stajı olduğu həmçinin həmin vəzifələrin “Güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №li Qərarının 1 nömrəli siyahısının X bölməsinin “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şiştin emalı” nın 1100000a-11297 1100000a13590 saylı şifrəsinə uyğun olduğu göstərilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçası və Azərbaycan Respublikası “X6 LTD”-nin arayışından görünür ki, iddiaçının işlədiyi vəzifələr istinad olunan siyahıda öz əksini tapmamış, həmin arayışd a istinad olunan siyahının müvafiq bəndi ilə iddiaçının işlədiyi vəzifələr arasında hər hansı uyğunluq mövcud deyildir.
11. Bakı İnzibati Məhkəməsinin 18 aprel 2022-ci il tarixli, 2-1(112)-3995/2022 nömrəli qərarı (hakim: X5) ilə iddia təmin edilmiş, iddiaçıya 52 yaşdan, yəni xx.xx.2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının X7 Ltd MMC-də işlədiyi portalda fəhlə və ballast üzrə operatorun köməkçisi peşəsi – Siyahıda 1100000a—11297 şifrəsi altında nəzərdə tutulmuş neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları peşəsinə, ballast üzrə operatorun köməkçisi peşəsi isə hə min bölmədə 1100000a—13590 şifrəsi ilə qeyd edilmiş qazma qurğularının maşinistləri peşəsi ilə eyni funksional xarakter daşıyır ki, bu da məhkəmə sorğusuna cavab məktubunda əks olunmuşdur. Müvafiq dövr üzrə iş stajı iddiaçıya məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. İnzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia t ələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2022-ci il tarixli, 2-1(103)-2807/2022 nömrəli qərarı (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X1 və X4) ilə Bakı İnzibati Məhkəməsinin 18 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göst ərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaş a görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1 Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. 20. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qan unu: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.
21. Azərbayca n Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı 1100000a—11297 “qazma quyularının qazmaçıları” 1100000a— 13590 “neft və qaz üzrə qazma qurğusunun maşinisti”
22. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
24. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prose ssual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kas sasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
28. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
29. Həmçinin cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 4-5-ci bəndlərində qeyd olunmuş faktiki hallara əsasən “Xüsusiləşdirilmiş Texniki Vasitələrinə” X8 İdarəsində xx.xx.1993-cü il tarixdən xx.xx.1998-ci il tarixədək qazmaçı köməkçisi, xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Xəzər Qazma Şirkətində portalda fəhlə peşəsində və xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək balast üzrə operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş, Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısında 1100000a—11297 və 1100000a— 13590 kodları altında nəzərdə tutulan “qazma quyularının qazmaçıları” və “neft və qaz üzrə qazma qurğusunun maşinisti” peşələrinin funksiyaları ilə eynilik təşkil etmiş, yəni həmin peşələrə uyğun olmaqla, zərərli peşə kimi qəbul edilir və bu sahədə onun xüsusi iş stajı 10 ildən artıq təşkil edir.
30. Beləliklə, yuxarıda istin ad olunan normalara əsasən 01 yanvar 2006-cı ilədək 20 ildən çox ümumi iş stajının və 10 ildən çox xüsusi iş stajının mövcud olmasına görə iddiaçının 52 yaşda güzəştli şərtlərlə yaşa görə əmək almaq hüququ yaranmış və İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinin tələbinə uyğun olaraq sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya pensiya təyin edilməsini istisna edən faktiki halların mövcudluğunu sübut edə bilməmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır.
31. Odur ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kolleg iyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 dekabr 2022-ci il tarixli, 2-1(103)-2807/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.