Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-883/2025 02.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat X1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hesablanmış pensiya məbləğinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseyn Aida Əli qızı (məruzəçi), Kərimov Səyyad Əli oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat X1 qarşı “hesablanmış pensiya məbləğinin ödə nilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 noyabr 2024-cü il tarixli, 2-1(103)3848/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Naxçıvan MR Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş əmək pensiyası təminatı üçün hərbi qulluqçu (general-mayor) haqqında 07 noyabr 2019cu il tarixli məlumat vərəqindən görünür ki, Naxçıvan MR Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi işləmiş, 38 il 07 ay 19 gün təqvim üzrə xidmət ili, 06 il 06 ay 09 gün güzəştli xidmət illəri olmaqla, cəmi iş stajı və xidmət illəri 45 il 01 ay 25 gün, cəmi pul təminatı 2959,00 (iki min doqquz yüz əlli doqquz manat) təşkil etmişdir. xx.xx.2019-cu il tarixdə “Hərbi xidmət və hərbi vəzifə haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.2-ci maddəsinə uyğun olaraq hərbi rütbəsi general mayor rütbəsində tərxis olunmuşdur.
2. Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş bölməsinin əmək pensiyası təyin edən komissiyasının 29 noyabr 2019-cu il tarixli 2038 nömrəli Qərarından görünür ki, İddiaçı 22 yanvar 2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.5.1 və 20.14.1-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə müddətsiz 2959 manat məbləğində əmək pensiyası təyin edilmişdir.
3. Naxçıvan MR Dövlət Sosial Müdafiə X3 şəxsin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsi üzrə pensiya ödənişinin dürüstləşdirilmiş formada həyata keçirilməsi məqsədilə əmək pensiyaçısının aylar üzrə aldığı pensiyanın haqq-hesab cədvəlindən görünür ki, əmək pensiyaçısı İddiaçı 2019-cu ilin yanvar ayından həmin ilin noyabr ayınadək hesablanmış pensiya məbləği ödənilməmişdir. Cədvəldə ödənilməmiş məbləğin 32407,52 manat olduğu qeyd edilmişdir. Naxçıvan MR Dövlət Sosial Müdafiə X3 şəxsin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsinin müdiri tərəfindən cavabdeh DSMF-in Xüsusi Şərtlərlə Təyinat X1 ünvanlanmış məktubda qeyd olunur ki, “...Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən daxil olmuş İddiaçı (FİN: xxxxxxx) adına tərtib edilən 11 noyabr 2022-ci il tarixli 18 nömrəli məlumat vərəqi onun pensiyasında yenidən hesablama aparılması üçün Sizə göndərilir. Məlumat üçün “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsi tərəfindən İddiaçı ehtiyata buraxıldığı tarixdən 30 sentyabr 2020-ci il tarixədək (pensiya işinin Xüsusi Şərtlərlə Təyinat X2 köçürüldüyü tarix) olan dövr ərzində yuxarıda qeyd olunan məlumat vərəqinə əsasən ona aylar üzrə ödənilib və ödənilməli olan pensiya məbləği barədə cədvəl məktuba əlavə olunmuşdur. Cədvəldə qeyd olunan cəmi ödənilməyən pul vəsaitinin ona ödənilməsinə göstəriş verilməsi Sizdən xahiş olunur.”
4. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2-S132718/2023 nömrəli məktubundan görünür ki, 22 yanvar 2019-cu il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə ödənilib. Pensiya işinə d air sənədlərin köçürülməsi ilə əlaqədar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya 1 oktyabr 2020-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə uyğun olaraq təminat xərcliyinin 100 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti tərəfindən təqdim olunmuş 11 noyabr 2022-ci il tarixli 18 nömrəli yeni məlumat vərəqinə əsasən əmək pensiyasının təminat xərcliyinin (3580,00 manat) 100 faizi-3580,00 manat məbləğində müəyyən edilmiş və Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şə xslərlə iş şöbəsi tərəfindən təqdim edilmiş müvafiq “haqq-hesab cədvəli” nəzərə alınmaqla keçmiş üç il müddət üçün iddiaçıya ödənilməli olan 27026,60 manat pul vəsaiti hesablanıb. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 -ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının əmək pensiyası üzrə keçmiş üç il müddət üçün hesablanmış 27026,60 manat fərq məbləği cari ilin fevral ayından etibarən “Əmək pensiyala rı haqqında” Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada ötən dövrdəki ayların sayına bölünərək hissə-hissə (hər ay 444,48 manat) pensiyanın üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Eyni zamanda bildirilir ki, “Əmək pensiyaları haqqında” Qanunun 1 yanvar 2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyasının həmin tarixdən 3938,00 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 4516,89 manata artırılaraq ödənilir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat X1 qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona t əyin edilmiş və hesablanmış, lakin ödənilməmiş 32.407,52 (otuz iki min dörd yüz yeddi manat, əlli iki qəpik) manat pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona 25 noyabr 2019-cu il tarixli müraciəti və məlumat vərəqəsi əsasında Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun hərbi qulluqçular və xüsusi şərtlərlə iş bölməsi tərəfindən 22 yanvar 2019-cu il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş və pensiya məbləği hesablanaraq adına olan müvafiq karta köçürülmüşdür. Lakin sonradan pensiya kartı bloklanmış və pensiya məbləğini kartdan çıxara bilməmişdir. Səbəbini soruşduqda bildirilmişdir ki, pensiyanın təmin edilmə si və pensiya məbləğinin hesablanması yeni məlumat vərəqəsinə əsasən həyata keçiriləcəkdir. Lakin, 32.407,52 (otuz iki min dörd yüz yeddi manat, əlli iki qəpik) ödənilməmişdir. Sonradan iddiaçı yaşayış yerini Bakı şəhərinə dəyişməsilə əlaqədar olaraq pensiya işi Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun hərbi qulluqçular və xüsusi şərtlərlə iş bölməsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X1 göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun hərbi qulluqçular və xüsusi şərtlərlə iş bölməsi tərəfindən iddiaçıya 22 yanvar 2019-cu il tarixdən pensiyanın təyin edilməsi, hesablanması, lakin iddiaçının 32.407,52 (otuz iki min dörd yüz yeddi ma nat, əlli iki qəpik) manatı almaması təsdiq edilir. Belə ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun hərbi qulluqçular və xüsusi şərtlərlə iş şöbəsi tərəfindən pensiya ödənişinin dürüstləşmiş formada həyata keçirilməsi məqsədi ilə aylar üzrə pensiyanın haqq-hesab cədvəli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X1 göndərilmişdir. Buna dair müvafiq məktubda göstərilmişdir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun hərbi qulluqçular və xüsusi şərtlərlə iş şöbəsi tərəfindən İddiaçı ehtiyata buraxıldığı tarixdən 30 sentyabr 2020-ci il tarixədək (pensiya işinin Xüsusi Şərtlərlə Təyinat X2 köçürüldüyü tarix) olan dövr ərzində ona aylar üzrə ödənilib və ödənil məli olan pensiya məbləği barədə cədvəl məktuba əlavə olunmuş və cədvəldə qeyd olunan cəmi ödənilməyən pul vəsaitinin İddiaçı ödənilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. Haqq-hesab cədvəlində İddiaçı ödənilməyən məbləğ 32.407,52 (otuz iki min dörd yüz yeddi manat, əlli iki qəpik) manat göstərilmişdir. Həmçinin, o özü də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X1 müraciət edərək, ona ödənilməyən 32.407.52 manat pensiya məbləğinin ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən mənə ünvanlanmış 22 fevral 2023-cü il tarixli, məktubla bild irilmişdir ki, 25 noyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun hərbi qulluqçular və xüsusi şərtlərlə iş bölməsinə yaşa görə əmək pensiyasının təyin olunması üçün müraciət edilmiş, bununla əlaqədar olaraq sözügedən bölmə tərəfindən 22 yanvar 2019-cu il tarixdən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə ödənilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün əmək pensiyasının alınmamış məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əl avə edilməklə ödənilir”. Göstərilənlərə, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 və 37.7-ci maddələrinə əsaslanmaqla iddiaçıya hesablanmış, lakin ödənilməyən 32.407,52 (otuz iki min dörd yüz yeddi manat, əlli iki qəpik) manat pensiya məbləğinin ödənilməsinin təmin edilməməsi əsassızdır. Belə ki, 22 fevral 2023-cü il tarixli məktubdan da göründüyü kimi, iddiaçının əmək pensiyasının təyin edilməsinə dair müraciəti 25 noyabr 2019-cu il tarixdə olmuşdur. Odur ki, işin bu cür halında iddiaçıya ödənilməyən pensiyanın ödənilməsi tarixi hazırkı tarixdən deyil, müraciətinin edildiyi 25 noyabr 2019-cu il tarixdən hesablanmalıdır. Ödənilməyən pensiya məbləğinin ödənilməsini tələb etdiyi müddət isə müraciətinin edildiyi 25 noyabr 2019-cu il tarixdən üç il əvvəlki dövr ü keçmir. Lakin cavabdehin 09 iyun 2023-cü il tarixli məktubu ilə iddiaçının müraciətində göstərdiyi ödənilməmiş 32.407.52 (otuz iki min dörd yüz yeddi manat, əlli iki qəpik) manat pensiya məbləğinin ödənilməsi məsələsinə ümumiyyətlə münasibət bildirilmədən cavab verilmişdir. Beləliklə, cavabdeh inzibati orqan ona ödənilməmiş 32.407.52 (otuz iki min dörd yüz yeddi manat, əlli iki qəpik) manat pensiya məbləğinin ödənilməsini təmin etməmişdir. Buna görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
7. İddiaçı sonradan məhkəməyə yazılı izahat təqdim edərək bildirmişdir ki, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən ümumilikdə 59434 manat 12 qəpik ödənilməmişdir. Belə ki, iyul 2021-ci il tarixdə verilmiş təyinat vərəqəsi ilə 11 noyabr 2022ci ildə verilmiş təyinat vərəqəs i əsasında yaranmış fərq: 01 avqust 2021-ci ildən 31 dekabr 2021-ci ilədək aylar üzrə 933 manat, cəmi: 5x933=4665 manat, 01 yanvar 2022-ci ildən 31 dekabr 2022-ci ilədək aylar üzrə 1085 manat 96 qəpik, cəmi 12x1085,96=13031 manat 60 qəpik təşkil etmişdir. Bundan əlavə Naxçıvan MR DSMF publik hüquqi şəxsin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsinin xx.xx.2022-ci il ildə Mərkəzi filiala ünvanladığı məktuba əlavə edilən haqq-hesab cədvəlində ona ödənilməyən məbləğin cəmi 41737 manat 12 qəpik təşkil etdiyi öz əksini tapır və həmin məbləğin ona ödənilməsi xahiş olunur. Ödənilməyən məbləğin açıqlaması aşağıdakı kimidir: İddiaçıya pensiya təyin olunduğu 22 yanvar 2019-cu ildən 31 yanvar 2019-cu ilədək 954 manat 52 qəpik, 01 fevral 2019-cu ildən 31 avqust 2019-cu ilədək hər ay üçün 2959 manat, cəmi 7x2959=20713 manat, 01 sentyabr 2019-cu ildən 30 noyabr 2019-cu ilədək ay üçün 3580 manat, cəmi 3x3580=10740 manat təşkil etmişdir. Ümumilikdə 32407 manat 52 qəpik ödənilməmişdir. Bundan əlavə iddiaçı tərəfindən fondun büdcəsinə 9330 manat geri qaytarılmışdır. Bütün bunlar haqq-hesab cədvəlində öz əksini tapır. 32.407,52+9330=41737,52 manat. Fond tərəfindən iddiaçıya 2023-cü ilin fevral ayından iki təyinat vərəqi arasında yaranan fərq, yəni 17696 manat 60 qəpik və iddiaçı tərəfindən fondun büdcəsinə qaytarılmış haqqhesab cədvəlində əksini tapan 9330 manat hissə-hissə müvafiq kart hesabına köçürülür. Haqq-hesab cədvəlində qeyd olunan 2019-cu il üçün almadığı 32407 manat 52 qəpik isə ona ödənilmir. Nəyə görə haqq-hesab cədvəlində göstərilən və iddiaçıya ödənilməsi xahiş o lunan 41737 manat 52 qəpiyin iddiaçı tərəfindən fondun büdcəsinə geri qaytarılan 9330 manat hissə-hissə ödənilir, qalan 32407 manat 52 manat isə ödənilmir. Qeyd olunanları nəzərə alaraq iddiaçı Fond tərəfindən iddiaçıya ödənilməmiş 32407 manat 52 qəpiyin ödənilməsini xahiş etmişdir.
8. Cavabdehin etirazın dəlilləri imtinanın dəlilləri ilə üst-üstə düşür.
9. Bakı İnzibati Məhkəməsinin (hakim T.R.Məlikov) 5 iyul 2024-cü il tarixli, 2-1(112)1471/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı hesablanmış, lakin ödənilməmiş 32.407,52 (otuz iki min dörd yüz yeddi manat, əlli iki qəpik) manat pensiya məbləğinin ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat X1 həvalə ed ilməsi qərara alınmışdır.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırda iddiaçı tərəfindən əvvəlki 3 il üçün ödənilməli olan pensiya məbləği mübahisələndirilmir. Belə ki, ƏPQ-nin 32.1-1-ci maddəsinin məzmunu pensiya hüququ yaranan lakin bu hüququ hər hansı bir səbəbdən realizə edə bilməyən şəxsə münasibətdə şamil edilir. Halbuki, hazırkı mübahisənin mahiyyətindən görünür ki, iddiaçı pensiya hüququnun yarandığı tarixdən, yəni 2019-cu ilin 25 noyabr tarixində müraciətini etmiş və onun müraciəti təmin edilərək 29 noyabr 2019-cu il tarixli qərarla 22 yanvar 2019-cu il tarixdən hesablanmaqla ona pensiya təyin edilmişdir. İddiaçının tələb etdiyi məbləğ Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş əmək pensiyası təminatı üçün hərbi qulluqçu (general mayor) haqqında 07 noyabr 2019-cu il tarixli məlumat vərəqinə əsasən pensiya orqanı tərəfindən ona hüququ yarandığı 22 yanvar 2019-cu il tarixdən təyin olunan, lakin 8 ay ərzində ödənilməyən (2019-cu ilin yanvar ayı üçün 954 manat 52 qəpik, 01 fevral 2019-cu ildən 31 avqust 2019cu ilədək hər ay üçün 2959 manat, cəmi 7x2959=20713 manat, 01 sentyabr 2019-cu ildən 30 noyabr 2019-cu ilədək ay üçün 3580 manat, cəmi 3x3580=10740 manat) ümumilikdə 32.407,52 manat məbləğin ödənilməsi ilə bağlıdır. Cavabdeh tərəfindən həmin məbləğin düzgün hesablanmaması, yaxud tələb olunan məbləğin iddiaçıya ödənilməsi ilə bağlı hər hansı dəlil təqdim edilməmişdir. Ona görə də, cavabdeh tərəfindən 11 noyabr 2022-ci il tarixli məlumat vərəqəsinə istinad etməklə münas ibətlər düzgün araşdırılmamış, qanunvericiliyin normaları düzgün tətbiq edilməmişdir
11. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 noyabr 2024-cü il tarixli, 2-1(103)-3848/2024 nömrəli qərarı ilə (sədrlik edən və məruzəçi hakim-C.A.Yusifov, hakimlər A.P.Oruczadə və G.M.Abbasova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğ v edilməsini və iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi tam araşdırmamış və düzgün əsaslandırma aparmadan qərar çıxarmış, bununla da pozuntuya yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı)- hərbi qulluqçuları n hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir. 9.5.1. Hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər hesab edilir. 20.14. Bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqç ulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə – 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla (01 yanvar 2024-cü il tarixədək olan redaksiya).
18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçü n əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim ol unmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassa siya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərar ı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Məhkə mə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtinanın, apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
24. İddiaçının hüquqi marağı hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə 22 yanvar 2019-cu il tarixdən təyin edilmiş, lakin həmin ilin noyabr ayınadək ödənilməmiş 32407,52 manat pensiya məbl əğinin ödənilməsindən ibarətdir.
25. Hazırkı işin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş bölməsi tərəfindən hərbi qulluqçu kimi 22 yanvar 2019-cu il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.5.1 və 20.14.1-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə müddətsiz 2959 manat məbləğində əmək pensiyası təyin edilmiş, sonradan iddiaçı yaşayış yerini Bakı şəhərinə dəyişdiyindən onun pensiya işi 30 sentyabr 2020-ci ildə DSMF-in Xüsusi Şərtlərlə Təyinat X1 göndərilmiş və ödənilməli olan pensiya məbləği barədə cədvəl məktuba əlavə olunaraq cəmi ödənilməyən pul vəsaitinin iddiaçıya ödənilməsinə göstəriş verilmiş, cav abdeh pensiya qurumu tərəfindən iddiaçının Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidməti tərəfindən təqdim olunmuş 11 noyabr 2022-ci il tarixli 18 nömrəli yeni məlumat vərəqinə əsasən əmək pensiyası yenidən hesablanaraq Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsi tərəfindən təqdim edilmiş “haqq-hesab cədvəli” nəzərə alınmaqla keçmiş üç il müddət üçün iddiaçıya ödənilməli olan 27026,60 manat pul vəsaiti hesablanmış və ödənilməsinə başlanılmışdır. Lakin cavabdeh tərəfindən iddiaçıya 2019-cu ilin yanvar-noyabr aylarında hesablanmış 32407,52 manat pensiya məbləğinin ödənilməsi həyata keçirilməmişdir.
26. Naxçıvan Muxtar Respubli kası Dövlət Sosial Müdafiə X3 şəxsin Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsi üzrə pensiya ödənişinin dürüstləşdirilmiş formada həyata keçirilməsi məqsədilə əmək pensiyaçısının aylar üzrə aldığı pensiyanın haqqhesab cədvəlindən görünür ki, əmək pensiyaçısı İddiaçı 2019-cu ilin yanvar ayından həmin ilin noyabr ayınadək hesablanmış pensiya məbləği ödənilməmişdir. Cədvəldə ödənilməmiş məbləğin 32407,52 manat olduğu qeyd edilmişdir.
27. Odur ki, 22 yanvar 2019-cu il tarixdən təyin olunan, lakin 8 ay ərzində ödənilməyən (2019-cu ilin yanvar ayı üçün 954 manat 52 qəpik, 01 fevral 2019-cu ildən 31 avqust 2019-cu ilədək hər ay üçün 2959 manat, cəmi 7x2959=20713 manat, 01 sentyabr 2019-cu ildən 30 noyabr 2019-cu ilədək ay üçün 3580 manat, cəmi 3x3580=10740 manat) ümumilikdə 32.407,52 manat məbləğin ödənilməsi ilə bağlı iddiaçının tələbi qanunidir.
28. Cavabdeh tərəfindən həmin məbləğin düzgün hesablanmaması, yaxud tələb olunan məbləğin iddiaçıya ödənilməsi ilə bağlı hər hansı sübut məhkəmələrə təqdim edilməmişdir.
29. Beləliklə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Cavabdehin kassasiya şikayətinin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 noyabr 2024-cü il tarixli, 21(103)-3848/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.