Məhkəmə qərarları › İş №2-1(102)-884/2021

Ali Məhkəmə Qərar — İş №2-1(102)-884/2021

05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-884/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Oğuz rayon Bəldiyyəsinə (üçüncü şəxs-X5 iştirakı ilə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: (qərarın ləğv edilməsi) Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, İspəndiyar Şəfiyevdən ibarət tərkibdə, məhkəmə iclas katibi Gülarə İmanovanın katibliyi, İddiaçı cavabdeh Oğuz rayon Bəldiyyəsinə (üçüncü şəxs-X5 iştirakı ilə) qarşı qərarın ləğv edilməsi tələbinə dair Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)21/2021 nömrəli iş üzrə 12.03.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 05 m ay 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı cavabdeh Oğuz rayon Bəldiyyəsinə (üçüncü şəxs-X5 iştirakı ilə) qarşı “Oğuz bələdiyyəsinin 29 iyul 2015-ci il tarixli 09 saylı qərarının ləğv edilməsi” barədə iddia ərizəsi ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir.

2. İddiaçının iddia tələbi onunla əsaslandırılmışdır ki, o ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı Markozoviçə məxsusdur. Həmin fərdi yaşayış evinin altında yerləşən 0.07 ha torpaq sahəsi İddiaçı Markozoviçin istifadəsindədir. Bu fakt daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarış və reyestr nömrəsi **********45- 10301 nömrəli fərdi yaşayış evinin texniki pasportunda öz əksini tapır. Həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evini X8, X4, X7, X9 həmin fərdi yaşayış evini zəbt edərək orada yaşayırlar. Oğuz rayon Məhkəməsinə müraciət edərək yuxarıda adları qeyd edilən şəxslərin fərdi yaşayış evindən çıxarılmaları xahiş edilmişdir. Oğuz rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlər Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermişlər. Şəki Apelyasiya Məhkəməsinin qətnaməsi ilə Oğuz rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin hazırkı iş üzrə cavabdeh X7 iddiaçıya məxsus torpaq sahəsinin 0.03 ha hissəsini qanunsuz olaraq bələdiyyədən almış və halhazırda orada tikinti işləri aparır. X7 iddiaçının ölkədə o lmamasından istifadə edərək qanunsuz yolla həmin torpaq sahəsini adına rəsmiləşdirmiş və bələdiyyə qərarı əsasında adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. Hesab edilir ki, cavabdehin imtina məktubu qeyri-qanunidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsindəki icraat

3. Şəki İnzibati Məhkəməsinin 10.09.2020-ci il tarixli, 2-1(116)-241/2020 nömrəli (sədrlik edən hakim İlqar Cabbarov) qərarı ilə İddiaçı Markozoviçin cavabdeh Oğuz rayon bələdiyyəsinə qarşı (üçüncü şəxs X6) “Oğuz rayonu Oğuz bələdiyyəsinin 29.02.2012-ci il tarixli 3 saylı qərarının ləğv edilməsi” tələbinə dair iddiasının rədd edilməsi qərara alınmışdır.

4. Birinci instansiya məhkəməsi həmin n əticəyə gələrkən Mülki Məcəllənin 153cü maddəsinə, Torpaq Məcəlləsinin 68-ci maddəsinə, “Torpaq islahatı haqqında” Qanunun 3, 4, 9, 10-cu maddələrinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 2.1, 2.2, 3, 4, 6.1-ci maddələrinə, “İnzibati icraat haqqında” Qanunun 11, 17, 24, 65-ci maddələrinə, İPM-nin 32.1, 52, 68.1, 68.2, 69.5-ci maddələrinə istinad edərək belə hesab etmişdir ki, iddiaçının iddiası qanunsuz və əsassızdır.

5. İddiaçı həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsindəki icraat

6. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 12.03.2021-ci il tarixli, 2-1(107)-21/2021 nömrəli (hakimlər Vəzirxan Məl ikov - sədrlik edən və məruzəçi, Rövşən Rəfiyev və İmanverdi Şükürov) qərarı ilə iddiaçının apelyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 10.09.2020-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin də əsaslandığı maddi və prosessual hüquq normalarını tətbiq etməklə belə hesab etmişdir ki, iddia mümkün olsa da, əsassızdır.

8. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda göstərilən normalarına istinad edərək qeyd edir ki, həqiqətəndə Azərbaycan Respublikası ərazisində torpaqlar əcnəbi vətəndaşa satıla bilməz (iddiaçı 2003-cü ildən Rusiya Federasiyasının vətəndaşıdır-qeyd Ali Məhkəmənindir). Torpaqların əcnəbi vətəndaşlara icarəyə verilməsi isə tərəflərin iradə ifadə si olaraq müqavilə əsasında həyata keçirilir. İddiaçı isə Cavabdehnə torpaq sahəsinin icarəyə götürülməsi barədə müraciət etməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Kasasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri

9. İddiaçının kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, fərdi yaşayış evi və onun altında yerləşən torpaq sahəsi İddiaçı məxsus olmaqla hasar daxilində yerləşir. Həmin torpaq sahəsi İddiaçı anasına məxsus olmuşdur. Lakin işə baxan hər iki instansiya məhkəməsi arxivə sorğu verərək həmin torpaq sahəsinin əvvələr hansı ölçüdə kimə məxsus olmasını tələb etməmişdir. Bundan əlavə apelyasiya məhkəməsində, üçüncü şəxslərə bələdiyyə qərarı əsasında satılmış t orpaq sahəsinin, İddiaçı istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi barədə vəsatət hakim tərəfindən təmin edilməmişdir. Buradan aydın olur ki, məhkəmə araşdırılması aparılmamış və nəticədə ədalətsiz qərar qəbul edilmişdir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında AR Qanununun 6.9-cu maddəsinə əsasən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. Mülki Məcəllənin 139.1 -ci maddəsinə əsasən isə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunverici likdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş MA seriyalı ******* nömrəli çıxarışdan görünür ki, mübahisəli 0,07 ha torpaq sahəsi hazırda İddiaçı istifadəsindədir. Belə olduğu halda sual yaranır ki, İddiaçı verilmiş istifadə hüququ ləğv edilmədən Oğuz bələdiyyəsi hansı əsasla 29.02.2012-ci il tarixli 3 saylı qərar qəbul edirdi.

10. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.03.2021-ci il tarixli, 2-l(107)-21/2021 nömrəli qərarının ləğv edilməsi və işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kasasiya şikayətinə qarşı cavabdeh və üçüncü şəxs tərəfindən etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

12. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlmədikləri üçün işə onların iştirakı olmadan baxılmışdır. Kasasiya şikayətinin mümkünlüyü, kasasiya baxışının hədləri

13. Kasasiya şikayəti vaxtında verilmişdir. Kasasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

14. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Əsaslandırıcı hissə:

15. Ali Məhkəmənin İnzibati Kollegiyası məruzəçi h akimin məruzəsini, dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə iddiaçının kasasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin 12.03.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasaiya instansiyası məhkəməsinə göndərilməlidir.

16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

17. Ali Məhkəmənin İnzibati Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilibedilməməsini də yoxlamalıdır.

18. Məhkəmə kollegiyası iddiaçının kasasiya şikayəti ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Markozoviç cavabdeh Oğuz rayon bələdiyyəsinə qarşı (üçüncü şəxs X7) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Oğuz bələdiyyəsinin 29 iyul 2015-ci il tarixli 09 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məlum olduğu kimi iddiaçının vəkili və nümayəndəsi X13 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “Oğuz rayonu Oğuz bələdiyyəsinin 29.02.2012-ci il tarixli 3 saylı qərarının ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxs ərizənin məhkəmənin icraatına qəbul edilməsinə etiraz etmədiklərini bildirmiş və məhkəmə iclasında ərizə protokol qərardadı ilə məhkəmənin icraatına qəbul edilmişdir.

19. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin, birinci instansiya məhkəməsinin iddiaçının iddiasının rədd edilməsi barədə 10.09.2020-ci il tarixli, 2-1(116)-241/2020 nömrəli qərarının dəyişirilmədən qüvvədə saxlanılmasına dair gəldiyi nəticə yalnız onunla əssslandırılmışdır ki, iddiaçı 2003-cü ildən əcnəbi vətəndaşdır, Azərbaycan Respublikası ərazisində isə torpaqlar əcnəbi vətəndaşa satıla bilməz. Torpaqların əcnəbi vətəndaşlara icarəyə verilməsi isə tərəflərin iradə ifadəsi olaraq müqavilə əsasında həyata keçirilir. İddiaçı isə bu barədə cavabdehə müraciət etməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir.

20. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, işin 7-ci səhifəsində olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MA-0104957 saylı çıxarışdan görünür ki, Oğuz şəhəri, S.Qazıyev küçəsi, dalan 2, ev № 6 İddiaçı Markozoviçin xüsusi mülkiyyətindədir, 0,07 hektar torpaq sahəsi isə Bələdiyyənin mülkiyyətində olmaqla İddiaçı istifadəsinə verilmiş və belə də hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestr ində 23.11.2010-cu il tarixdə qeydiyyata alınmışdır.

21. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh 29.07.2015-ci il tarixli 09 saylı iclas protokolunun qərarına əsasən müəyyən edilmişdir ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” 29.06.2001-ci il tarixli Azərbaycan Respublikası Qanununun (28.10.2008-ci il tarixli 709-İİİ QD saylı Azərbaycan Respublikası Qanunu ilə edilmiş dəyişikliklə) 9-cu maddəsinin 9-1-ci bəndinə və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları” haqqında Əsasnamənin 10-cu maddəsinə uyğun olaraq ünvan 2 ünvanında yaşayan X3 – Reyestr nömrəsi **********47 Dövlət Reyestrindən Çıxarışa və 10.07.2015-ci il tarixli A seriyalı 001454 saylı torpaq sahəsinin planı və ölçü sü sənədlərinə əsasən S.Qazıyev küçəsi dalan 2, ev 6A ünvanında yerləşən 300 (üç yüz) kv.m ölçüdə Oğuz bələdiyyəsinin mülkiyyətinə aid alqı-satqı predmeti olan yaşayış məntəqələri torpaqlarından fərdi yaşayış evi tikmək məqsədi ilə torpaq sahəsi hər 0.01 hektarın qiyməti 266.50 manat olmaqla satılmışdır.

22. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, **********85 reyestr nömrəli 04.06.2019-cu il tarixli çıxarışın surətindən müəyyən edilir ki, ünvan 4 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi X2 mülkiyyətindədir.

23. Bununla yanaşı apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ******* nömrəli, 11.08.2015-ci il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0.03 ha olan torpaq sahəsi Oğu z rayon bələdiyyəsi tərəfindən X1.

24. Bununla əlaqədar məhkəmə kollegiyası xüsusi olaraq qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya verilmiş sözügedən seriya MA-0104957 saylı çıxarışa əsasən Bələdiyyənin mülkiyyətində olsa da belə, 0,07 hektar torpaq sahəsi iddiaçının istifadəsində Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrində 23.11.2010-cu ildən qeydiyyatda olduğu ( yəni torpaq sahəsinin yüklülüyü olduğu) halda sözügedən torpaq sahəsinin yüklülüyünə rəsmi qaydada xitam verilməyincə, başqa şəxsə satılması yolverilməzdir.

25. Eyni zamanda qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin üçüncü şəxsə satmış olduğu torpaq sahəsinin iddiaçıya istifadə hüququ əsasında məxsus torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi məsələsi ekspertiza təyin edilməsi yolu ilə ümumiyyətlə araşdırılmamışdır ki, məhkəmə kollegiyası bunu apelyasiya məhkəməsi tərəfindən İPM-nin 12.1, 58.7, 68.2-ci maddələrinin pozulması kimi qiymətləndirilir.

26. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməli, apelyasiya instasniyası məhkəməsinin 12.03.2021-ci il tarixli qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə:

27. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68, 69, 96.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: İddiaçının kasasiya şikayəti təmin edilsin. Şəki Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 12.03.2021-ci il tarixli, 21(107)-21/2021 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyas

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar