Məhkəmə qərarları › İş №2-1(102)-884/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-884/2022

25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-884/2022 25.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosia l Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 2-1(103)-409/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı (Ş/V: AZE ********, FİN: xxxxxxx) xx.xx.1962-ci il tarixdə Zəngilan rayonu, Keçikli kəndində anadan olub. Bakı şəh., Xətai RPİ-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayır. 2. Н/З ******* nömrəli hərbi biletə əsasən 22 aprel 1981-ci il tarixdən 17 may 1983-cü i tarixədək iddiaçı hərbi xidmətdə olmuşdur.

3. İddiaçıya məxs us İT-İ ******* nömrəli əmək kitabçasına əsasən 27.06.1983cü il tarixdən 27.08.1983-cü il tarixədək 6 nömrəli Azkəndtikintinin 65 saylı təsərrüfat hesablı tikinti montaj İdarəsinə İİ dərəcəli fəhlə, 11.03.1985-ci il tarixdən 15.07.1985-ci il tarixədək İstehsalat təcrübəsində 2-ci dərəcəli çilingər, 01.04.1986-cı il tarixdən 11.04.1988-ci il tarixədək Zəngilan rayonlararası ixtisaslaşdırılmış şöbədə mühəndis, 01.06.1988-ci il tarixdən 24.03.1989-cu il tarixədək Zəngilan şəhər Birləşmiş Qazanxana və İstilik Şəbəkələri sahəsində mühəndis, 24.03.1989-cu ildə X1 Donanmasının “STB-1” gəmisinə şagird matros peşəsinə işə qəbul edilmiş, 10.05.1989-cu ildə k/s “Titan-4” gəmisinə 2-ci dərəcəli matros, 01.07.1992-ci ildə d/e “M.Əliyev” gəmisinə 1-ci dərəcəli matros, 14.07.1993-cü ildə “Nefteqaz-58" gə misinə kapitanın 3-cü köməkçisi vəzifəsinə, 11.01.1995-ci ildə həmin gəmiyə kapitanın 2-ci köməkçisi keçirilmişdir. 21.01.2002-ci ildə “Gen.Əsədov" gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə, 27.06.2003-cü ildən 14.12.2007-ci ilədək “Şirvan-2” gəmisində kapitanın 3-cü köməkçisi işləmişdir.

4. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci tərəfindən verilmiş 01 sentyabr 2020-ci il tarixli, 451 saylı Arxiv Arayışının notarial qaydada təsdiq edilmiş surətinə əsasən, iddiaçı 23 avqust 1980-ci il tarixində 227 saylı əmrlə Bakı Baza Energetika Texnikumunun əyani şöbəsinə qəbul olunmuşdur. 16 aprel 1981-ci il tarixdə 73 saylı əmrlə hərbi xidmətə getdiyinə görə akademik məzuniyyət verilmişdir. 02 iyun 1983-cü il t arixdə 97 saylı əmrlə hərbi xidmətdən gəldiyi üçün öz ixtisası üzrə əyani şöbəyə bərpa edilmişdir. 04 mart 1986-cı il tarixdə 43 saylı əmrlə “Buxar generatorlu və turbin qurğulu İES” ixtisası üzrə tam kursu bitirdiyinə görə ona “istilik texnikası üzrə texnik” ixtisas dərəcəsi ИT 027809 saylı diplom verilmişdir.

5. Bakı Baza Energetika texnikumu tərəfindən verilmiş ИT 027809 saylı diplomun surətindən görünür ki, iddiaçı 1981-ci il tarixdə həmin texnikuma daxil olmuş və 28 fevral 1986-cı il tarixdə “Buxar generatorlu və turbin qurğulu İES” ixtisası üzrə texniki məktəbin tam kursunu bitirmiş, “texnik” ixtisası əldə etmişdir.

6. Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci tərəfindən verilmiş 01 sentyabr 2020-ci il tarixli, 451 saylı Arxiv Arayışının notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, arayış İddiaçı ona görə verilmişdir ki, o həqiqətən, 23 avqust 1980-ci il tarixində 227 saylı əmrlə Bakı Baza Energetika Texnikumunun əyani şöbəsinə qəbul olunmuşdur. 16 aprel 1981-ci il tarixdə 73 saylı əmrlə hərbi xidmətə getdiyinə görə akademik məzuniyyət verilmişdir. 02 iyun 1983-cü il tarixdə 97 saylı əmrlə hərbi xidmətdən gəldiyi üçün öz ixtisası üzrə əyani şöbəyə bərpa edilmişdir. 7. "xxxx" QSC tərəfindən verilmiş EN01/02-779 saylı 20 dekabr 2020-ci il tarixli Arxiv Arayışına əsasən iddiaçı 24.03.1989-cu ildə X1 Donanmasının “STB1” gəmisinə şagird matros peşəsinə (24.03.1989-cu il tarixli 61-k nömrəli əmr) işə qəbul edilmişdir. 10.05.1989-cu ildə k/s “Titan-4” gəmisinə 2-ci dərəcəli matros (10.05.1989-cu il tarixli 91-k nömrəli əmr), 01.07.1992-ci ildə d/e “M.Əliyev” gəmisinə 1-ci dərəcəli matros (01.07.1992ci il tarixli 219-k nömrəli əmr), 14.07.1993-cü ildə “Nefteqaz-58" gəmisinə kapitanın 3-cü köməkçisi vəzifəsinə (14.07.1993-cü il tarixli 135-k nömrəli əmr), 11.01.1995-ci ildə həmin gəmiyə kapitanın 2-ci köməkçisi (11.01.1995-ci il tarixli 11-k nömrəli əmr) keçirilmişdir. 21.01.2002-ci ildə “Gen.Əsədov" gəmisinə kapitanın böyük köməkçisi vəzifəsinə (21.01.2002-ci il tarixli 14-k nömrəli əmr), 27.06.2003-cü ildə “Atlet24" gəmisinə kapitan (27.06.2003-cü il tarixli 152-k nömrəli əmr), 14.12.2007-ci ildə “Şirvan-2” gəmisinə kapitanın 3-cü köməkçisi (14.12.2007-ci il tarixli 297-k nömrəli əmr), 20.05.2009-cu ildə “Nefteqaz-10" gəmisinə kapitan (20.05.2009-cu il tar ixli 149-k nömrəli əmr), 16.05.2011-ci ildə “Nefteqaz-58" gəmisinə kapitan vəzifəsinə (16.05.2011-ci il tarixli 948-k nömrəli əmr) keçirilmişdir. 18.05.2012-ci ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması) (18.05.2012-ci il tarixli 156-k nömrəli əmr) əmək müqaviləsinə xitam verilmişdir. 25.05.2012-ci ildə “S.Quliyev” gəmisinə kapitan vəzifəsinə (25.05.2012-ci il tarixli 165-k nömrəli əmr) işə qəbul edilmişdir. Hal-hazırda “Lütoqa" gəmisində kapitan vəzifəsində çalışır.

8. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdehə müraciət etmiş, cavabdeh 8 dekabr 2021-ci il tarixli məktub ünvanlayaraq ona pensiya təyin edilməsindən imtina etmişdir.

9. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 027809 nömrəli diplomun surətində Bakı Baza Energetika Texnikumuna 1981-ci ildə daxil olunduğu göstərildiyi halda, Bakı NeftEnergetika Kollecinin 01.09.2020-ci il tarixli 451 nömrəli arayışında 23.08.1980-cı il tarixində yuxarıda adıçəkilən texnikuma qəbul olunduğu qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlarda uyğunsuzluq mövcuddur. Bu səbəbdən də onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 9 ay 2 gün) təşkil edir. Ona görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkə məyə müraciət edərək ona 04 noyabr 2019-cu il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunaraq, yaranmış fərqin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 27.06.1983-cü il tarixdən əmək fəaliyyətinə başlamış, 01.01.2006-ci il tarixə kimi onun 25 ildən artıq ümumi stajı, 12 il 6 aydan artıq zərərli əmək stajı olmuşdur.

12. Cavabdeh imtina məktubuna uyğun etiraz məhkəməyə təqdim edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Bakı İnzibati Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2-1(112)-3432/2021 nömrəli, qərarı ilə (hakim Fərid Mədətli) iddia təmin edilmiş, iddiaçıya 57 yaşı tamam olduğu 04 noyabr 2019-cu il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi, ödənilməmiş fərqin verilməsi vəzifəsi cavabdehə həvalə edilməsi qərara alınmışdır.

14. Məhkəmə hesab etmişdir ki, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 16 il 9 ay 7 gün müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə nəzərdə tutulan sahədə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.1 və 9.8-ci maddələrinə əsasə n güzəştli şərtlərlə yaşa görə pensiyası hüququ yaranmışdır.

15. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək iddia tələbinin rədd edilməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 2-1(103)-409/2022 nömrəli qərarı ilə (hakimlər Həmid Həmidov -sədrlik edən və məruzəçi, Elmira Nağıyeva və Cahangir Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2-1(112)-3432/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

18. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apel lyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

19. Cavabdehin kassasiya şikayəti imtina məktubu və iddia ərizəsinə verilmiş etirazın mətninə uyğun tərtib olunmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 21. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan s iyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

22. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun -13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə ça lışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd: “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdi q edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: XXVİİİ. Nəqliyyat bölməsi 23003010 Üzən heyət

24. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat (-). Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. A li Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə m übahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

28. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır.

31. Cavabdeh şikayətində bildirmişdir ki, iddiaçının diplomuna görə o, 1981-ci ilin avqust ayında texnikuma qəbul edildiyindən onun ümumi iş stajı 24 il 9 ay 2 gün olmuş, nəticədə “Əmək pensiyaları haqqında” Qanunda nəzərdə tutulan 25 il ümumi sığorta stajını toplamamışdır.

32. Məhkəmə kollegiyası qeyd edir ki, işdəki sübutlar və apellyasiya instansiyası məhkəməsinin araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçı 1980-ci ilin avqust ayında Bakı Baza Energetika Texnikumunun əyani şöbəsinə qəbul olunmuş, 16 aprel 1981-ci ildə hərbi xidmətə getmiş, 25 may 1983-cü ildə hərbi xidmətdən qayıtmış, 2 iyun 1983-cü ildə texnikuma öz ixtisası üzrə əyani şöbəyə bərpa olunmuş və 1986-cı ilin mart ayında texnikumu bitirmişdir. Göründüyü kimi, 1981-ci ilin aprel ayından hərbi xidmətə çağırılan və 1983-cü ilin may ayına qədər hərbi xidmətdə olan iddiaçının 1981-ci ilin avqust ayında (hərbi xidmət dövründə) texnikumun əyani şöbəsinə qəbul olunması və təhsil alması mümkün deyildir. Odur ki, iddiaçıya məxsus diplomda onun texnikuma 1981-ci ildə qəbul edilməsi barədə məlumat həqiqətə uyğun olmadığından idd iaçının 25 ildən az sığorta stajı olması barədə cavabdehin şikayətinin dəlili əsaslı olmamışdır.

33. Apellyasiya şikayətinin təhsil müddəti ilə bağlı dəlillərini əsassız sayan apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı 1980-cı ilin avqust ayından 1986-cı ilin mart ayınadək (hərbi xidmət dövrü istisna olmaqla) texnikumda əyani formada təhsil aldığından, həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən təhsil müddəti iş stajına daxil edilməlidir.

34. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla düzgün qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi müba hisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 yanvar 2022-ci il tarixli, 21(103)-409/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar