Məhkəmə qərarları › İş №2-1(102)-884/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-884/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-884/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1963-cü il təvəllüdlü, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üz rə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)2881/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1979-xx.xx.1980-ci illərdə 25 №-li texniki peşə məktəbində təhsil almış, xx.xx.1982-xx.xx.1984-cü illərdə Sovet ordusu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 1992-ci ilin aprel ayından fasiləsiz olaraq "xxxx"-da Heydər Əliyev adına X1 Neft məhsullarının qəbulu və göndərilməsi üzrə süzücü-tökücü vəzifəsində çalışır.

2. İddiaçı 17 fevral 2021-ci il tarixdə cavabdehə müraciət edərək, güzəştli şə rtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir.

3. Cavabdeh 28 aprel 2021-ci il tarixli imtina məktubu ilə iddiaçının müraciətini təmin etməmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi 5 avqust 1980-ci il tarixli əmək kitabçasında və SOCAR-ın 5 fevral 2021-ci il tarixli arayışında xx.xx.1992-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində “Heydər Əliyev adına X3”nun 6 saylı sexində süzücü-qablaşdırıcı vəzifəsində işlədiyi qeyd olunmuşdur. İddiaçının işlədiyi süzücü-qablaşdırıcı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulm amışdır. Bu səbəbdən də onun 1 yanvar 2006-cı il tarixinədək güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. 4. "xxxx" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Heydər Əliyev adına X3 tərəfindən təqdim edilmiş 30 iyul 2021-ci il tarixli arayışına əsasən, İddiaçı xx.xx.1992xx.xx.2006-cı illərdə zavodun 6 №-li (İƏK) sexində işlədiyi süzücü-qablaşdırıcı vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı (2-ci siyahı) şifrə 2130301a-17531, Xİİ bölmənin 3-cü yarımbölməsində, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5 (Neftin, qazın, qaz kond ensatının emalı (dəniz neftçilərindən başqa) kömürün və şistin emalı) bölməsində nəzərdə tutulmuşdur. Həmçinin, həmin arayışda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarının 10.5 bəndi ilə təsdiq olunmuş funksiyalar: xammalın, yarımfabrikatların və hazır məhsulun, reagentlərin, yanacağın doldurub-boşaldılması, qablaşdırılması ilə məşğul olan fəhlələr Heydər Əliyev adına X1 mövcud ştat cədvəlində olan süzücü-qablaşdırıcı və süzücü-tökücü (doldurucu) peşələri ilə eynilik təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 20 aprel 1992-ci ildən hal-hazıra kimi çal ışdığı süzücü - tökücü peşəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə kimi məhkəmə qaydasında təyin olunaraq, 57 yaşdan güzəştli pensiya hesablanması və həmin qərarın icrasının cavabdehə həvalə olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1963-cü ildə anadan olmuşdur. 1979-1980-ci illərdə texniki məktəbdə əyani oxuyaraq 30 iyul 1980-ci ildə həmin məktəbi bitirmişdir. 1992-ci ilin aprel ayından fasiləsiz olaraq "xxxx"-da Heydər Əliyev adına X1 Neft məhsullarının qəbulu və göndərilməsi üzrə süzücü-tökücü vəzifəsində çalışır. Hal-hazırda da həmin vəzifədə çalışır. Güzəştli şərtlərlə əmək pensiyası almaq üçün müraciət etsə də, 28 aprel 2021-ci il tarixli məktubla müraciətindən imtina edilmişdir.

7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazın əsasını iddiaçının müraciətinə cavab olaraq verilən imtina məktubunda qeyd olunanlar təşkil edir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim H.A.Ağalarov) 05 may 2022-ci il tarixli, 21(112)-1225/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının xx.xx.1992-ci ildən işlədiyi “süzücü-qablaşdırıcı” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə “2130301a-17531” kod ilə nəzərdə tutulan “xammalın, yarımfabrikatların və hazır məhsulun, reagentlərin, absorbentlərin, katalizatorların və yanacağın, neft tələlərinin və quruducu kameraların doldurub-boşaldılmasında, doğranmasında, yarılmasında, qablaşdırılmasında və nəql edilməsində məşğul olan fəhlələr” bənd ilə uyğunluq təşkil etməsi "xxxx" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Heydər Əliyev adına X2 30 iyul 2021-ci il tarixli arayışı ilə öz təsdiqini tapmışdır.

10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilm əsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Ə. Hüseyn -sədrlik edən, S.İ.Bəktaşi və A.H.Hüseynov) xx.xx.2022-ci il tarixli, 2-1(103)2881/2022 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 05 may 2022-ci il tarixli, 21(112)-1225/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

13. Cavabdeh kassasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

14. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məkt ubunda göstərilənlər təşkil edir. b. kassasiya şikayətinə etirazın dəlilləri

15. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır.... Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 18. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;... “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddinin 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.

19. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar g östərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələ bləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

21. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

24. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşm aq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

25. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.

27. Apellyasiya məhkəməsi iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunun ümumi və xüsusi stajın mövcudluğu ilə bağ lı tam və hərtərəfli araşdırmanın aparılmasını təmin etmişdir.

28. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə müvafiq olaraq 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının xx.xx.2006-cı il tarixə az 25 il ümumi və həmin müddət daxilində azı12 il 06 ay xüsusi (güzəştli) iş stajı olmalıdır.

29. Cavabdeh iddiaçının ümumi iş stajının mövcudluğunu mübahisələndirmir. Lakin cavabdeh bildirir ki, iddiaçının xx.xx.1980-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində “Heydər Əliyev adına X3”nun 6 saylı sexində süzücü-qablaşdırıcı vəzifəsində işlədiyi müddət güzəştli staj hesab edilməməlidir (iddiaçının işlədiyi bu peşənin Siyahıda nəzərdə tutulmadığına görə).

30. Məhkəmə kollegiyası kassasiya şikayətinin sözügedən dəlilini əsassız hesab edir. Belə ki, Ali Məhkəmənin oxşar işlər üzrə artıq formalaşmış hüquqi mövqeyinə görə, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. 31. "xxxx" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Heydər Əliyev adına X3 tərəfindən təqdim edilmiş 30 iyul 2021-ci il tarixli arayışda iddiaçının xx.xx.1992xx.xx.2006-cı illərdə 6 №-li (İƏK) sexdə süzücü-qablaşdırıcı peşəsində işlədiyi, onun işlədiyi süzücü-qablaşdırıcı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli siyahısında “2130301a-17531” kod ilə nəzərdə tutulan “xammalın, yarımfabrikatların və hazır məhsulun, reagent lərin, absorbentlərin, katalizatorların və yanacağın, neft tələlərinin və quruducu kameraların doldurub-boşaldılmasında, doğranmasında, yarılmasında, qablaşdırılmasında və nəql edilməsi” peşəsinə uyğun olduğu bildirilmişdir. 32. "xxxx" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Heydər Əliyev adına X3 tərəfindən təqdim edilmiş İddiaçı xx.xx.1992- xx.xx.2008-ci illərdə çalışdığı süzücüqablaşdırıcı peşəsi üzrə yerinə yetirilməsi həvalə edilən funksiyalarla bağlı izahlı arayışda, o cümlədən faktiki olaraq müəssisədə gördüyü işlər barədə 06 avqust 2021ci il tarixli arayışda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin “Fəhlə peşələri və işlərin vahid tarif-ixtisas sorğu kitabça”sında qeyd olunduğu kimi Neft məhsullarının qəbulu və yüklənməsi sah əsində, neft məhsullarının qəbulu və göndərilməsi üzrə istehsalatın qaz doldurma estakadasında və hazır neft məhsulunun doldurub-boşaldılması ilə məşğul olan süzücü-qablaşdırıcı peşəsində işləyən müddətdə İddiaçı aşağıdakı funksiyaları həyata keçirir: Benzin, kerosin, asfalt-bitum yağlarının və digər neft məhsullarının, yağlı antiseptiklərin, müxtəlif qatı maddələrin əriyən kaustikin, maye ammiakın, xlorun, paraxlorbenzol-sulfit turşusunun, akril emusiyasının, piyli spirtlərin, heksaxlorun, perhidrolun, xlorofosun, zəhərli kimyəvi emulsiyaların parohitpoxlorbenzolun, dihitroxlorbenzolun müxtəlif anbarlara qəbulu; məhsulun avtomatik və yarımavtomat maşınlardan müxtəlif taraya süzülməsini; vaqon-çənlərin dəmiryolu estakadalarının süzücü dayanacaqlarının altında düzülməsi; süzücü şlanqların a ğzına keçirilməsi; sürgülərin açılması və bağlanması, vaqon-çənlərinin məhsul artığından təmizlənməsi; çən və kommunikasiyaların qızdırılması işini icra edir, süzülən və doldurulan məhsulların uçotunu aparır.

33. Beləliklə, iddiaçının xx.xx.1992-ci ildən işlədiyi “süzücü-qablaşdırıcı” vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə “2130301a-17531” kod ilə nəzərdə tutulan “xammalın, yarımfabrikatların və hazır məhsulun, reagentlərin, absorbentlərin, katalizatorların və yanacağın, neft tələlərinin və quruducu kameral arın doldurub-boşaldılmasında, doğranmasında, yarılmasında, qablaşdırılmasında və nəql edilməsində məşğul olan fəhlələr” bənd ilə uyğunluq təşkil etməsi "xxxx" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Heydər Əliyev adına X2 30 iyul 2021-ci il tarixli arayışı ilə öz təsdiqini tapmışdır.

34. Beləliklə, iddiaçı 2006-cı ilin yanvar ayının 1-dək azı 25 ümumi iş stajına, o cümlədən azı 12 il 6 ay “əmək şəraiti zərərli və ağır olan” güzəştli iş stajına malik olduğundan, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən onun 57 yaşdan (xx.xx.2020-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.

35. Məhkəmə kollegiyası h esab edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.

36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-2881/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar