Məhkəmə qərarları › İş №2-1(102)-885/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-885/2022

22.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-885/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 22.06.2022 Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi, Zakir Quliyev, Rahib Nəbizadədən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, xidmətə bərpa olunması və buraxılmış iş günlərinə görə əmək haqqı ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 2-1(103)-214/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə ə sasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.2002-ci ildən xx.xx.2020-ci il tarixə qədər Azərbaycan Respublikası Cavabdehndə xidmət etmişdir.

2. İddiaçı Fövqəladə Hallar Nazirinin xx.xx.2020-ci il tarixli,1036/ş nömrəli əmri ilə fövqəladə hallar orqanlarından xaric olunmuşdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

3. İddiаçı Bаkı İnzibаti Məhkəməsinə iddiа ərizəsi ilə mürаciət еdərək, cavabdeh Аzərbаycаn Rеspublikаsı Cavabdeh xx.xx.2020-ci il tarixli,1036/ş nömrəli əmrinin ləğv edilməsi, xidmətə bərpa olunması və buraxılmış iş günlərinə görə əmək haqqı ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını хаhiş еtmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2002-ci il tarixdən y anğından mühafizə orqanlarında işə qəbul olunmuşdur. xx.xx.2020-ci ilədək daxili xidmət mayoru xüsusi rütbəsində Cavabdeh X1 Xidmətinin 1-ci Ərazi X1 İdarəsinin X1 şöbəsinin böyük inspektoru vəzifəsində işləmişdir. xx.xx.2020-ci il tarixli,1036/ş nömrəli əmrlə fövqəladə hallar orqanından xaric edilmişdir. Hesab edir ki, həmin əmr (inzibati akt) qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, əmrdə normativ əsaslandırma kimi “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun 31.1.2, 31.1.8, 31.4, 31.5 və 33.1.12-ci maddələrinə istinad olunsa da, iddiaçının hərəkətlərində həmin halların mövcudluğuna dair hər hansı fakt mövcud olmamışdır. İddiaçı öz iradəsindən asılı olmayan səbəbdən, inzibati orqanın qanunsuz əmri nəticəsində iş buraxdığına görə, ona xidmət dən xaric olunduğu gündən xidmətə bərpa olunacağı günədək əmək haqqı ödənilməlidir.

5. Cavabdeh iddia ərizəsinə etirazında iddiaçının xidməti fəaliyyətinin yoxlanıldığını, yoxlamanın nəticəsi ilə əlaqədar akt tərtib edildiyini və bu barədə ondan izahat alındığını, həmin izahatda iddiaçının kobud pozuntulara yol verməsinin səbəbi qismində tutarlı bir əsas göstərilmədiyini qeyd etmişdir. Bununla əlaqədar iddianın rədd olunmasını xahiş etmişdir.

6. Bakı İnzibati Məhkəməsinin (hakim M. Hacıbəyova) 2-1(112)-1919/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı təhkim olunduğu ərazidə yerləşən obyektlər barədə zəruri sənədləri toplayıb nəzarət-baxış qovluqlarına əlavə etməmiş, yanğın-texniki müayinə keçirdiyi obyektl ərdə yanğın təhlükəsizliyi qaydalarının pozulması faktlarının aşkar edilməsinə baxmayaraq, əksəriyyət hallarda onların aradan qaldırılması üçün müvafiq tədbirlər görməmiş və bəzi obyektləri dislokasiya üzrə qeydiyyata almamışdır, həmçinin nəzarət-baxış qovluqları tərtib etməmişdir. İddiaçı həmin nöqsanları cavabdehin adına verdiyi izahatında da etiraf etmişdir.

8. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 13 yanvar 2022-ci il tarixli, 2-1(103)-214/2022 nömrəli qərarı (hakimlər C.Yusifov-sədrlik edən və məruzəçi, H.Həmidov və E.Nağıyeva) ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1919/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddia təmin edilmiş, cavabdeh Аzərbаycаn Rеspublikаsının Cavabdeh xx.xx.2020-ci il tarixli, 1036/ş №-li əmri iddiаçı İddiaçı xidmətdən xaric edilməsi hissəsində ləğv edilmiş, İddiaçı xidmətə bərpa olunması və buraxılmış iş günlərinə görə ona əmək haqqının ödənilməsi Cavabdehnə həvalə edilmişdir.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçının fəaliyyəti ilə bağlı tərtib olunmuş yoxlama aktına, mübahisələndirilən əmrin məzmununa, işdə iştirak edən şəxslərin izahatlarına və şahid ifadələrinə, tədqiq olunan digər sübutlara əsasən müəyyən olunmuşdur ki, iddiaçı barəsində inzibati icraat cavabdeh t ərəfindən inzibati icraat haqqında hüquq normalarına uyğun aparılmamış, onun xidmətdən xaric edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilməmişdir.

11. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

12. Kassasiya şikayətinin dəlillərinə əsasən, Cavabdeh İddiaçı fövqəladə hallar orqanlarından xaric edilməsi ilə bağlı tələb edilən bütün sübutları təqdim etsə də, onlara apelyasiya məhkəməsi tərəfindən obyektiv qiymət verilməmişdir. Belə ki, Cavabdeh xx.xx.2020-ci il tarixli, 1036/ş nömrəli əmrində İddiaçı «Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında» Azərbaycan Respublikası Qanununun 10.0. 1-ci maddəsinin tələblərini pozduğuna dair zəruri faktiki şərtlər sadalanmış, həmin faktlar 28 avqust 2020-ci il tarixdə keçirilən yoxlamaya dair tərtib edilmiş yoxlama aktı ilə və elə həmin gün İddiaçı verdiyi izahatla tamamilə sübuta yetirilmişdir. Bakı Apelyasiya Məhkəməsi İddiaçı tərəfindən “Fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında” Qanunun tələblərinin pozulmadığı qənaətinə gəlmiş və xx.xx.2022-ci il tarixli, 2-l(103)-214/2022 saylı qərarı ilə iddianı təmin etmişdir. Apelyasiya məhkəməsi bu zaman İddiaçı tərəfindən qanunvericiliyin tələblərinin pozulmasını göstərən sübutların kifayət qədər olmadığına, tərtib edilmiş yoxlama aktının şahid ifadələri ilə təsdiq edilmədiyinə, pozuntu hallarının ümumi şəkildə qeyd olunduğuna istinad etmiş və hansı sənədlərin mövcudluğunun tələb edildiyinin, hansı sənədlərin toplanmalı olduğunun bilinmədiyini, “kobud pozuntuların” hansı normativ hüquqi akta əsaslandığının bəlli olmadığını qeyd etmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixli, 1036/ş nömrəli əmrində İddiaçı: 1) təhkim olunduğu ərazidə yerləşən obyektlər barədə zəruri sənədləri toplamadığı, onları nəzarət-baxış qovluqlarına əlavə etmədiyi; 2) yanğıntexniki müayinə keçirdiyi obyektlərdə yanğın təhlükəsizliyi qaydalarının pozulması faktlarının aşkar edilməsinə baxmayaraq, onların aradan qaldırılması üçün tədbir görmədiyi; 3) bəzi obyektləri dislokasiya üzrə qeydiyyata almadığı; 4) nəzarət-baxış qovluqları tərtib etmədiyi qeyd olunmuşdur. Göstərilən nöqsanlar iddiaçı tərəfindən «Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci, 31. 1.8-ci və digər maddələrinin pozulmasını göstərir. Yəni, iddiaçı tərəfindən yol verilmiş kobud pozuntular əmrdə kifayət qədər geniş şəkildə işıqlandırılmışdır. Odur ki, kassasiya şikayətinin təmin edilməsi və iddianın rədd edilməsi xahiş olunur. kassasiya şikayətinə etirazın dəlilləri

13. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, şikayətin təmin olunmamasını və apelyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “İnzibati icraat haqqında” Qanun Maddə 22.1 inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. Maddə 24.1 inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.2 in zibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 47.1 inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Maddə 47.2 maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur..

15. İnzibati Prosessual Məcəllə Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkə məsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

17. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğvi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEY İ

18. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə əməl edilməmiş, iş üzrə tam və hərtərəfli araşdırılma aparılması təmin olunmamışdır. Bu səbəbdən şikayət qismən təmin edilməli, apelyasiya məhkəməsinin qərarı ləğv edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qərarının ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir.

19. Nəzərə almaq lazımdır ki, kassasiya məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində baxır və apelyasiya instansiyası məhkəməsi tərəfindən madd i və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, hazırkı icraat çərçivəsində müvafiq maddi normanın dispozisiya şərtləri baxımından işin faktiki hallarının apelyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli və tam müəyyən olunması da yoxlanılmalıdır.

20. Obyektiv araşdırma prinsipinin tələbinə görə, məhkəmə mübahisənin düzgün həlli və obyektiv qanunauyğun qərarın qəbulu üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Bu onun xidməti vəzifəsindən irəli gəlir.

21. Nəzərə almaq lazımdır ki, obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə iddiaçının funksional vəzifə səlahiyyətlərinə aid müvafiq sənədlərin, vəzifə bölgüsünün təsbit edildiyi normativ bazanın, yoxlama ilə müəyyən olunmuş faktların və digər mübahisəli faktiki halların tədqiq olunmasına yönəlmiş və işin müəyyən olunmuş hallarına uyğun obyektiv qərarın qəbuluna imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Bu prosessual məhkəmə qənaəti prinsipinin tələblərindən və məhkəmə mübahisəsinin uzanmasının qarşısının alınması məqsədlərindən də irəli gəlir. Lakin apelyasiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən həcmdə araşdırılma aparılmamışdır.

22. Belə ki, ca vabdehin işə əlavə olunmuş, “X1 Xidmətinin bəzi əməkdaşları barədə intizam tənbehinin tətbiq edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, 1036/ş nömrəli əmrində yoxlama akında göstərilənlərə uyğun olaraq, iddiaçı C Musayevin xidməti vəzifələrini kobud şəkildə pozaraq təhkim olunduğu ərazidə yerləşən obyektlər barədə zəruri sənədləri toplayaraq nəzarət-baxış qovluqlarına əlavə etmədiyi, yanğıntexniki müayinə keçirdiyi obyektlərdə yanğın təhlükəsizliyi qaydalarının pozulması faktlarının aşkar edilməsinə baxmayaraq, əksəriyyətində onların aradan qaldırılması üçün müvafiq tədbirləri görmədiyi, bəzi obyektləri dislokasiya üzrə qeydiyyata almadığı, nəzarət-baxış qovluqlarını tərtib etmədiyi və bununla da “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanunun 10.0.1- ci maddəsinin tələblərini pozduğu qeyd olunmuşdur.

23. Əmrdə istinad olunan nöqsanlar cavabdeh tərəfindən xidməti vəzifələrin kobud şəkildə pozulması kimi qiymətləndirilmiş və iddiaçı barəsində xidmətdən xaric etmə növündə intizam tənbehi tədbiri tətbiq olunmuşdur.

24. Nəzərə almaq lazımdır ki, “kobud” pozuntu anlayışı qeyri-müəyyən anlayışlar kateqoriyasına aiddir. Belə anlayışlar tam aydın olmayan, qeyri-dəqiq və qeyri-müəyyən məzmuna malikdirlər. Bununla belə, qanunun tətbiqi zamanı inzibati orqanlar təcrübədə həmin anlayışlara əməl etməyə və onların müəyyən təfsiri və ya interpretasiyası əsasında qərar qəbul etməyə məhkumdurlar. Bu kateqoriyadan olan anlayışlar qiymətləndirmə tələb edir və qiymətləndirilmə zamanı inzibati orqanlar (o cümlədən caabdeh) müəyyən hədlərdə qiymətləndirmə az adlığına malikdirlər. Buna rəğmən, işin faktiki hallarına münasibətdə qeyri-müəyyən (hazırkı mübahisədə “kobud”) anlayışlardan istifadə olunduğu hallarda, məhkəmə qiymətləndirmə azadlığından istifadə zamanı inzibati orqanın hansı obyektiv meyarlara əsaslandığını, həmin meyarların yolverilənliyini və yararlığını, inzibati orqanın inzibati praktikasına uyğunluğunu yoxlamağa və bunun üzərindən qiymətləndirmənin düzgünlüyünü müəyyən etməyə haqlıdır.

25. Bu baxımdan apelyasiya məhkəməsi tərəfindən mübahisəyə dair iş üzrə araşdırma istinad olunan pozuntuların iddiaçının xidməti vəzifələrinə bağlı və onun məsuliyyət sferasına aid olduğunun müəyyən edilməsi, habelə həmin pozuntuların kobud pozuntu kimi qiymətləndirilməsi əsaslarının və kriteriyalarının müəyyən olunması istiqamətində aparılmalı i di. Bu məqsədlə apelyasiya məhkəməsi pozulması iddia edilən xidməti vəzifələrin iddiaçının funksional vəzifələrinə aid olduğunu təsbit edən müvafiq normativ sənədləri, o cümlədən iddiaçının xidmət keçdiyi şöbə üzrə vəzifəli şəxslərin vəzifə bölgüsü haqqında təlimatı, əmri və ya hər hansı digər sənədi tələb edərək araşdırmağa, bunun üzərindən həmin sənədlərə əsasən iddiaçının xidməti vəzifələrinin dairəsini (məsələn, yoxlamanın reyestrdə qeydiyyatdan keçirilməsinin, eyni zamanda müayinənin keçirildiyi obyektlərdə aşkar olunmuş pozuntu faktları üzrə müvafiq qərarların, o cümlədən məsuliyyətə cəlb olunma barədə qərarın qəbul edilməsinin iddiaçının funksional vəzifəsinə aid olub-olmamasını) müəyyən etməyə və yalnız bundan sonra iddiaçı tərəfindən onun xidməti vəzifələrinə aid hansı vəzifələri hansı şəkildə pozulduğunu yoxlamağa borcludur. Bundan əlavə, iddiaçının xidməti vəzifələrinin cavabdeh tərəfindən iddia olunan pozuntusunun baş verib-vermədiyi və həmin pozuntuların kobud pozuntu kimi qiymətləndirilməsi üçün cavabdehin əsaslandığı meyarlar, eləcə də cavabdehin qiymətləndirməsinin həmin kriteriyalara uyğunluğu da apelyasiya məhkəməsi tərəfindən qeyd edilən ardıcıllıqla araşdırılmalıdır.

26. Bundan başqa, iddiaçı tərəfindən ona təhkim edilmiş hansı obyektə münasibətdə hansı pozuntuya yol verildiyi, pozuntunun yol verildiyinin müəyyən olunduğu halda onun xarakteri və məzmunu ümumi şəkildə deyil, konkret şəkildə müəyyən olunmalı, pozuntunun nədən ibarət olduğu, konkret nədə ifadə olunduğu, hansı normativ əsasları pozduğu aydın göstərilməlidir. Nəzərə alınmalıdır ki, qeyd edilə n xüsusatların araşdırılması iş üzrə obyektiv qərarın qəbulu üçün xüsusi əhəmiyyət daşıyır.

27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə əsaslıdır və təmin edilməlidir. İşə təkrar baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən, bu qərarın əsaslandırma hissəsində qeyd olunan hallar, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir.

28. Yuxarıda şərh edilənlərə və İPM-in 96 və 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti qismən təmin edilir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 21(103)-214/2022 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar