Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-885/2023 26.04.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi şərtlərləTəyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz tutulmuş pensiyanın geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X5 şəxsin Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “məbləğin pensiya məbləğinə bərpa edilərək iddiaçıya ödənilməsi (qaytarılması) vəzifəsinin cavabdehin üzərinə qoyulması” t ələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli, 2-1(103)2999/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Dövlət Sosial Müdafiəsi Fondunun Zərdab rayon şöbəsi tərəfindən iddiaçının mərhum əri X3 xx.xx.2015-ci il tarixdən dövlət qulluqçusu kimi pensiya təyin edilmişdir.
2. X4 xx.xx.2016-cı ildə vəfat etmiş, iddiaçıya ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş, iddiaçının pensiyasının məbləği xx.xx.2021-ci il tarixə qədər 553,81 manat təşkil etmişdir.
3. Cavabdehin xx.xx.2021-ci il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə iddiaçının əmək pensiyasının məbləği 519,42 qəpik müəy yən edilmiş, Sonradan xx.xx.2021-ci il tarixli qərarla pensiya yenidən hesablanaraq 259,71 qəpik müəyyən edilmişdir.
4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdeh 27 may 2021-ci il tarixli **********7 nömrəli imtina məktubu ilə bildirmişdir ki, xx.xx.2018-xx.xx.2019-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 6768,72 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 9179,45 manat ödənilmiş, xx.xx.2019-xx.xx.2020-ci illər arasındakı dövr ərzində ümumilikdə 5191,20 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 6923,02 manat ödənilmiş, xx.xx.2018-xx.xx.2020-ci illər arasındakı dövr ərzində ümumilikdə 4139,55 manat artıq pensiya məbləği ödənilmişdir, odur ki, iddiaçının o ğlu X1 təhsil müəsissəsində əyani təhsil alması ilə bağlı Mərkəzi Filiala xx.xx.2021-ci ildə daxil olmuş sənədlərə əsasən ona görə ödənilməli olan pensiya məbləğinin 2236,60 manat müəyyən edərək xx.xx.2018-xx.xx.2020-ci illər arasındakı dövr ərzində artıq ödənilmiş 1902,95 manat pul vəsaitinin büdcəyə qaytarılması məqsədilə xx.xx.2021-ci ildən etibarən iddiaçının əmək pensiyasından hər ay 36,92 manat tutulma həyata keçirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddianın dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, 4139,55 AZN məbləğin pensiya məbləğinə bərpa edilərək iddiaçıya ödənilməsi (qaytarılması) vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
6. İddiaçı təl əbini onunla əsaslandırmışdır ki, onun həyat yoldaşı X4 dövlət qulluğunda 20 il 6 ay 29 gün iş stajina malik olmaqla xx.xx.2016-cı ildə vəfat etmişdir. Onun vaxtı ilə qulluq keçdiyi dövlət orqanında vəzifə maaşı 295 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 88,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65 manat, mükafat və müavinətlərlə cəminə görə əlavəsi 98,33 manat olmaqla orta aylıq əmək haqqı 546,83 manat müəyyən edilmişdir. Orta aylıq əmək haqqının 80 faizi miqdarında 437,47 manat pensiya hesablanmış, vəfat etdiyi üçün ailə başçısını itirməyə görə pensiya almaq hüququ olan həyat yoldaşı kimi ona və 2 övladına pensiyanın 80 faizi miqdarında 349,97 manat müəyyən edilmişdir. xx.xx.2018-ci ildən 381,33 manat məbləğində ailə başçısını itirməyə görə pensiya müəy yən edilmişdir. Beləliklə, cavabdeh tərəfindən heç bir əsas olmadan iddiaçının pensiyası azaldılmış və pensiyasından tutulmalar həyata keçirilmişdir.
7. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, 27 aprel 2016-cı ildə mərhum X2 vaxtilə qulluq keçdiyi vəzifə maaşı 295,0 manat, qulluq stajına görə vəzifə maaşının 30 faiz miqdarında əlavəsi 88,50 manat, ixtisas dərəcəsinə görə əlavəsi 65,0 manat, mükafat və müavinətlərlə cəminə görə əlavəsi 98,33 manat olmaqla orta aylıq əmək haqqı 546,83 manat təşkil etmişdir. Bununla əlaqədar mərhuma ödənilməli olan əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixinə qədər qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 20 il 6 ay 9 gün qulluq stajına uyğun olaraq orta a ylıq əmək haqqının 80 faizi kimi 437,47 manat məbləğində hesablanmışdır. Həmin Qanunun 20.13-cü maddəsinə əsasən əmək pensiyası mərhuma ödənilməli olan əmək pensiyasının 80%-i – 349,97 manat məbləğində müəyyən edilərək ödənilmişdir. İddiaçıya xx.xx.2018-xx.xx.2020-ci il tarixləri arasında olan dövr ərzində ümumilikdə 4139,55 manat artıq pensiya ödənilmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(112)-2041/2022 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilərək iddiaçıya xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövrdə cavabdeh tərəfindən 4139,55 manat məbləğinin artıq ödənilmiş pensiya məbləği kimi göstərilməsi əsassız hesab edilərək 4139,55 manat məbləğinin pensiya məbləğinə bərpa edilərək iddiaçıya ödənilməsi (qaytarılması) vəzifəsi cavabd ehin üzərinə qoyulmuşdur.
9. Məhkəmə hesab etmişdir ki, iddiaçıya münasibətdə mövcud olan, ona ailə başçısının itirilməsinə görə pensiya təyin edilməsi üçün əsas olan hallar hal-hazırda da mövcuddur, yəni iddiaçı ikinci dərəcə əlilliyi olan şəxsdir, habelə təhsil müəssisənin əyani şöbəsində təhsil alan övladı vardır. Yəni iddiaçıya 4139,55 manat məbləğinin artıq ödənilmiş pensiya məbləği kimi göstərilməsinin və ailə başçısının itirilməsinə görə pensiya ödənilməməsi (azaldılması) üçün əsaslar mövcud deyildir.
10. Məhkəmə həmçinin qeyd etmişdir ki, qanunvericiliyə uyğun olaraq pensiyaçının razılığı olmadan yalnız məhkəmə qaydasında pensiyadan tutmalara yol verilməsini nəzərdə tutulmuşdur, halbuki iddiaçının iddia ərizəsində ifadə olunan mövqeyinə görə iddiaçı pensiyasından tutmaların aparılm asına razılıq verməmişdir, digər tərəfdən cavabdeh iddiaçının əmək pensiyasından tutmaların aparılmasını inkar etməmiş, lakin buna əsas verə bilən məhkəmə aktını məhkəməyə təqdim etməmiş, həmin tutmaların qanuni və əsaslı olmasına dair sübutlar barədə məhkəməyə məlumat verməmiş, belə sübutları məhkəməyə təqdim etməmişdir.
11. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2999/2022 nömrəli qərarı ilə (hakimlər M.Tağızadə – sədrlik edən və məruzəçi, X.Cəmilova və A.Oruczadə) apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş pensiya ödənişinin hansı səbəbdən azaldıldığı və pensiyasından tutulmanın hansı səbəblə aparıldığı əsaslandırılmamışdır. Hətta qeyd edilən hərəkətlərin əsaslı səbəbləri olsa belə həmin hallar müvafiq əlverişli aktın ləğv və ya etibarsız hesab edilmədən vətəndaşın xeyrinə ödənilmiş pensiya məbləğinin onun razılığı olmadan tutulması üçün əsas ola bilməz.
14. Həmçinin qeyd edilmişdir ki, cavabdeh daxili araşdırma əsasında pensiyanın artıq ödənildiyini bildirərək əlverişli inzibati aktı ləğv etmədən, əmək pensiyasının yenidən hesablanması barədə iki dəfə qərar qəb ul etmiş və iddiaçının pensiyasından artıq ödənildiyini hesab etdikləri məbləği tutmuşdur. Nəticədə qanuni qüvvəsini saxlamaqda olan aktı ləğv etmədən, həmin qərarın icrası nəticəsində ödənilmiş məbləğin geri alınmasını təmin etmək üçün iddiaçının razılığı olmadığı halda məhkəmənin səlahiyyətinə aid edilmiş məsələ ilə bağlı qanunsuz inzibati icraat aparılmışdır.
15. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
16. Cavabdehin kassasiya şikayəti mahiyyət etibarilə imtina məktubu ilə oxşar məzmunda tərtib edilmiş və əlavə olaraq qeyd edilmişdir ki, iddianın təmin edilməsi üçün faktiki və hüquqi əs aslar mövcud olmamışdır.
17. Cabahdeh öz mövqeyini əsaslandırmaq üçün “İnzibati İcraat haqqında” Azərbaycan Respiblikası qanununun 64 və 67-ci maddələrinə istinad etmişdir. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. İddiaçı kassasiya şikayətinə etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 19. “Əmək Pensiyaları haqqında” Qanun: Maddə
39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması. 39.1. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.... 20. “İnzibati icraat haqqında” Qanun: Maddə
1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv ed ilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.... Maddə
2. Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir:... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;... 2.0.6. inzibati icraat - fiziki və ya hüq uqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət;... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam;... Maddə
13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.... Maddə
21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barə də maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.... Maddə
24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı iş in bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.... Maddə
64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxla yır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.... Maddə
67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırs a, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarm aq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs x ərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9 Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir.
21. İnzibati Prosessual Məcə llə a) Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. b) Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
22. Avropa İnsa n hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
27. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Bununla b elə məhkəmə kollegiyası aşağıdakıları nəzərə alır.
28. İş materialları ilə müəyyən edilir ki, cavabdeh iddiaçıya ailə başçısını itirdiyinə görə pensiya təyin etmiş, daha sonra iki dəfə xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarları ilə pensiyanı azaltmış və bundan sonra hər ay artıq ödənilmiş hesab etdiyi məbləği pensiyadan tutmağa başlamışdır.
29. Qeyd edilməlidir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtid arında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı.
30. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvv əlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır.
31. Eyni zamanda təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəf indən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.
32. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibat i orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır.
33. Həmçinin qeyd edilməlidir ki, iddiaçıdan asılı olmayan hallar nəticəsində cavabdehin səhv etməsi iddiaçıdan artıq ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəmə araşdırması nəticəsində rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçının öz pensiya məbləğinə müdaxilə etməsi müəyyən edilməmişdir. Eləcə də, işin hallarına görə, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar.
34. Bu baxımdan, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsiiddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən, məzmununa etimad göstərdiyi pensiya təyinatı ilə bağlı inzibati aktı ləğv etmədən, həmin inzibati akt qüvvədə ola-ola hüquq normalarını pozaraq faktiki xarakterli hərəkətlər etməklə onun əmək pensiyasından tutulmalar etmiş, bu barədə iddiaçıya sadəcə olaraq, “pensiya məbləğindən tutulma haqqında” məktub ünvanlayaraq məlumat verməklə kifayətlənmiş, bununla da hazırkı qərarın 20-ci bəndində qeyd olunan normaların tələblərini pozmuşdur.
35. Həmçinin qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması əsaslarını müəyyən edir. Belə ki, artıq ödənilən əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
36. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh tərəfindən iddiaçının razılığı alınaraq artıq ödənilmiş əmək pensiya məbləğinin ge ri qaytarılması barədə qərar qəbul edilməmişdir.
37. Beləliklə qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından qanunsuz tutulmuş pensiya məbləği ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
38. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 30 sentyabr 2022-ci il tarixli, 2-1(103)-2999/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.