Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-886/2022 22.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı işi üzrə Açar sözlər: (iddianın mümkünlük şərtləri) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu-sədrlik edən və məruzəçi, Nəbizadə Rahib Sahib oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X4) “bağ sahəsi nə dair çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2342/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.2020-ci il tarixində ərizə ilə cavabdehə müraciət edərək, 2035В nömrəli torpaq sahəsinin planı və ölçüsünün verilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
2. Cavabdeh müraciətin təmin olunmasından imtina edərək bildirmişdir ki, torpaq sahəsinin ona istifadəyə verilməsi haqqında müqavilə idarənin arxivində mövcuddur, lakin torpaq sahəsinin plan-ölçü sənədi aşkar edilməmiş, bu səbəbdən yoxlama-ölçü işlərinin aparılması və ərizənin icrası mü mkün olunmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 2035B nömrəli bağ sahəsinə dair plan-ölçü sənədinin verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2-1(112)-4051/2020 saylı qərardadı ilə X4 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.
5. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 2035B nömrəli bağ sahəsinə dair bölgü sxeminin, plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qarabağ müharibəsinin veteranı kimi, “Veteranlar haqqında” Qanuna müvafiq olaraq, bağ sahəsinin ayrılması barədə Bakı şəhər İcra Hakimiyyəti Başçısının 10 noyabr 2005-ci il tarixli, 289 saylı sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının inkişafı Departamenti, Bağlar Təsərrüfatının inkişafı və istismarı Birliyi tərəfindən Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən, sahəsi 0,12 ha (25m x 48m) olan 2035B nömrəli bağ sahəsi onun istifadəsinə verilmiş və bu barədə 36449 saylı müqavilə 06 fevral 2006-c ı il tarixində rəsmi qaydada ona təqdim edilmişdir. 2035В nömrəli torpaq sahəsinin planı və ölçüsünün verilməsinə köməklik göstərilməsi barədə xx.xx.2020-ci il tarixində cavabdehə müraciət etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********51 saylı cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.2006-cı il tarixli, 36449 saylı müqavilə idarənin arxivində mövcud olsa da, torpaq sahəsinin plan-ölçü sənədi arxivdə aşkar edilməmişdir. Cavabdehin təqdim olunmuş digər cavab məktubunda da yoxlama-ölçü işlərinin aparılmasının və ərizənin icrasının mümkün olmadığı göstərilmiş, məsələnin məhkəmə qaydasında həll edilməli olduğu bildirilmişdir. Buna səbəb isə ona qanuni yolla verilmiş torpaq sahəsinin digər şəxs tərəfindən tutulm asıdır. Həmin sahə X3 üçün ayrılmış dövlət mülkiyyətində olan torpaqdır. Torpaq sahəsinin ona ayrıldığı 06 fevral 2006-cı il tarixdən dəfələrlə X2 müraciətlərinə baxmayaraq, cavabdeh şəxslər torpaq sahəsinin plan-ölçü sənədinin, bölgü sxeminin ona təqdim edilməsinə təşəbbüs göstərməmişdir. Hər dəfə etdiyi müraciətlər nəticəsiz qalırdı. Həmin torpaq sahəsini ölçüb ona təqdim edən mühəndislər fərqli cavablar verirdilər. X1 DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə birləşdirilməsindən sonra da, 2035B nömrəli bağ sahəsi ilə bağlı dəfələrlə cavabdehə rəsmi qaydada müraciət etmişdir. Təəssüf ki, cavabdeh 2035B nömrəli torpaq sahəsinin sxeminin və plan-ölçüsünün verilməsindən imtina etmişdir. Maştağa Bələdiyyəsinin və Bakı şəhər Ərazi İdarəsinin bəzi məsul şəxslərinin mənfi fəaliyyəti nəticəsində ona məxsus torpaq sahəsinin digər şəxsə ayrılması qanunsuzdur. Odur ki, iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş edir.
7. Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 14 mart 2019-cu il tarixli, 2-1(82)-231/2019 saylı qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı qeyd olunan bağ sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası rədd edilmişdir. xx.xx.2006-cı il tarixli müqavilə əsasında iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin ayrıc aktının, sahənin bölgü sxeminin, plan-ölçü sənədinin və digər sənədlərin iddiaçıda olmaması və arxivə təhvil verilməməsi, iddiaçının iddia etdiyi sahənin xx.xx.2006-cı il tarixli, 36449 nömrəli müqavilə ilə onun qanuni istifadəsinə ayrılmış sahə olduğunu müəyyənləşdirməyin mümkün olmaması səbəbindən Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2019-cu il tarixli, 2-1(103)-1475/2019 saylı qərarı ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-231/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2-1(102)-35/2020 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 iyul 2019-cu il tarixli, 2-1(103)-1475/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan əvvəl isə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyest ri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində 06 fevral 2006-cı il tarixli, 36449 nömrəli müqaviləyə əsasən ona ayrılmış 2035B saylı, 0,12 ha bağ sahəsinin plan-ölçü sənədinin hazırlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3191/2013 saylı, 19 dekabr 2013-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-822/2021 saylı, 6 iyul 2021-ci il tarixli qərardadı ilə (hakim A.Oruczadə) iddia mümkün sayılmamışdır.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən 36449 nömrəli müqaviləyə əsasən ona ayrılmış Bakı şəhər i, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən, sahəsi 0,12 ha olan 2035B saylı bağ torpaq sahəsi ilə bağlı qaldırılmış iddia üzrə məhkəmə qərarı olmuş, həmin qarardan verilmiş apelyasiya şikayəti, daha sonra isə kassasiya şikayəti təmin edilməmiş və həmin məhkəmə qərarları qanuni qüvvəsini almışdır. Hazırda iddiaçı yenə də eyni tərəfə qarşı eyni tələblə iddia qaldırmışdır. iddiaçının hazırda qaldırdığı iddianın predmeti və əsasları ilə eyni olan eyni tərəflər arasında iddia üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olduğundan, əvvəllər mövcud olmuş əsaslar aradan qalxmadığından, yeni əsaslar yaranmadığından iddia tələbi mümkün sayılmamalıdır.
10. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. apellyasiya inst ansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2342/2021 nömrəli, 10 dekabr 2021-ci il tarixli qərardadı ilə (hakimlər S.Bəktaşi - sədrlik edən və məruzəçi, A.Hüseynov və A.Hüseyn) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-822/2021 saylı, 6 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. İddiaçı kassasiya şikayəti verərək həmin qərardadın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayəti məzmun baxımından iddia ərizəsinə və apelyasiya şikayətinə uyğundur. Ş ikayətdə əlavə olaraq qeyd edilmişdir ki, iddianın predmeti və əsasları ilə eyni tərəflər arasında eyni iddia tələbinin olması halı inzibati iddia tələbinin mümkün sayılmamasının əsası ola bilməz. İPM-in 35-ci maddəsi iddianın mümkünlüyünü tənzimləyir və yuxarıda qeyd olunan hal maddədə təsbit edilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 94.1. Kassasiy a şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansi yası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
17. Mülki prosessual Məcəllə Maddə
153. İddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina 153.1. Məhkəməyə daxil olan ərizə hökmən daxil olduğu gün qeydiyyatdan keçməlidir. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1. ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilmə si və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 153.2.3. məhkəmə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair münsiflər məhkəməsi qətnaməsinin məcburi icra edilməsi üçün icra vərəqəsi verməkdən imtina etdiyi və ya iş yenidən baxılmaq üçün qətnamə qəbul etmiş münsiflər məhkəməsinə qaytarıldığı, lakin işin həmin münsiflər məhkəməsində baxılması mümkün olmadığı hallar istisna edilməklə, münsiflər məhkəməsinin qəbul etdiyi, qanuni qüvvəyə minmiş qətnaməsi olarsa; KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
19. Apelyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Bu səbəbdən kassasiya şikayəti təmin edilməməli, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
21. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələ rinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin, şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
22. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia ərizəsinin dəlilləri ilə mahiyyətcə eyni olan apelyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddianın mümkünlük şərtlərinin mövcudluğu ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən hərtərəfli və lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
24. Apellyasiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü ilə bağlı müəyyən olunmuş hallara hüquq normaları da düzgün tətbiq edilmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.
25. Məhkəmə kollegiyası qeyd edir ki, Avr opa İnsan hüquqları Məhkəməsinin yuxarıda istinad edilən mövqeyinə uyğun olaraq kassasiya şikayətinin mahiyyətcə apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək və onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq həmin qərarın təsdiqi ilə kifayətlənmək mümkündür.
26. Bununla belə, apelyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
27. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənm əyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
28. Məhkəmə kollegiyası qeyd edir ki, mümkünlük şərtlərinin yoxlanılması baxımından, ilk növbədə, iddianın növü ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Hazırkı mübahisə üzrə iddia tələbi mahiyyət etibarı ilə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları ərazisində yerləşən 2035B nömrəli bağ sahə sinə dair bölgü sxeminin, plan-ölçü sənədinin və çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Başqa sözlə, qaldırılan iddia iddiaçının tələbinin məzmunu və xarakteri baxımından torpaq sahəsi üzərində hüququn rəsmiləşdirilməsinə yönəlmiş öhdəliyin icrası haqqında iddia növünə aiddir.
29. İnzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
30. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə t abedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş ümumi və xüsusi şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
31. Qeyd olunmalıdır ki, iddianın mümkünlük şərtlərinin müəyyən olunduğu normalar, kassasiya şikayətində istinad edildiyinin əksinə olaraq, İPM-in yalnız 35-ci maddəsi ilə məhdudlaşmır. İddianın mümkünlük şərtləri İPM-in müxtəlif maddələrində, o cümlədən 1.1 -ci (mübahisənin inzibati hüquq mübahisəsi olması), 35-ci (iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulması ehtimalı və hüquqi müdafiə marağının mövcud olması), 36-cı (xüsusi hüquqi müdafiə marağı), 38-ci (iddia müddəti) maddələrində də təsbit olunmuşdur.
32. Bundan əlavə, Mülki Prosessual Məcəlləsinin bu qərarın 18-ci bəndində istinad olunan normasına görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olduğu hallarda, məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Bu qərarın 1718-ci bəndlərin də istinad olunan normalara görə, İnzibati Prosessual Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
33. Bu baxımdan Mülki prosessual qanunvericiliyin həmin tələbi inzibati məhkəmə icraatı üçün də keçərlidir. Başqa sözlə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iddianın mümkünlük şərtlərinə aiddir və belə qərarın mövcud olması preyudisial anlamda iddianın mümkünlüyünü istisna edən şərt kimi qiymətləndirilir.
34. Mübahisəyə dair işin apelyasiya m əhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mübahisə predmeti olan bağ sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 mart 2019-cu il tarixli qərarı ilə təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin 18 iyul 2019-cu il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 iyul 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlan ılmışdır. Məhkəmələr həmin iş üzrə gəldikləri nəticəni onunla əsaslandırmışlar ki, 6 fevral 2006-cı il tarixli müqavilə ilə iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin ayrıc aktı, sahənin bölgü sxemi, plan-ölçü sənədi və digər sənədlər iddiaçıda və arxivdə olmadığından, iddiaçının iddia etdiyi sahənin 6 fevral 2006-cı il tarixli, 36449 nömrəli müqavilə ilə onun qanuni istifadəsinə ayrılmış sahə olduğunu müəyyənləşdirmək mümkün olmamışdır. Bundan əlavə, iddia olunan torpaq sahəsinin iddiaçının faktiki sahibliyində və istifadəsində olmadığı da işin mübahisəsiz halı kimi qəbul edilmiş, iddiaçı özü də bunu etiraf etmişdir.
35. Bundan başqa, iş üzrə materiallardan iddiaçının bağ sahəsinə dair bölgü sxeminin, plan-ölçü sənədinin verilməsi barədə əvvəllər qaldırdığı iddiaların da məhkəmə ba xışının predmeti olduğu və həmin tələblər üzrə qüvvədə olan məhkəmə aktlarının mövcud olduğu görünür. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə baxan məhkəmə analoji iddia tələbi üzrə qanuni qüvvəsini almış məhkəmə aktları ilə müəyyən edilmiş hallara və həmin aktların preyudisial təsirinə bağlıdır.
36. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, 6 fevral 2006-cı il tarixli, 36449 nömrəli müqaviləyə əsasən mübahisə predmeti olan torpaq sahəsi iddiaçıya müddətli, yəni 10 il müddətinə istifadəyə verilmişdir. Həmin müqavilənin 6 fevral 2006-cı il tarixdə bağlandığı və müqavilənin müddətinin uzadılmadığı, bu səbəbdən də qeyd olunan torpaq sahəsinin istifadəyə verildiyi müddətin başa çatdığı da nəzərə alınmalıdır. Belə olan halda iddiaçının irəli sürdüyü tələb hüququna artıq malik olmadığı da diqqətə alınmalıdır. Nəzərə almaq lazımdır ki, iddiaçının hazırkı mübahisə üzrə tələb hüququ məhz qeyd olunan müqaviləyə əsaslanır və ondan irəli gəlir.
37. Beləliklə, apellyasiya məhkəməsi mübahisənin mümkünlüyü ilə bağlı müəyyən olunmuş hallara hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
38. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçının kassasiya şikayəti əsassız sayılmalı, şikayət təmin olunmamalı və apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməs inin İnzibati Kollegiyasının 10 dekabr 2021-ci il tarixli, 21(103)-2342/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır.