Məhkəmə qərarları › İş №2-1(102)-886/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-886/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-886/2023 11.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin So sial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 dekabr 2022-ci il tarixli, 2-1(103)-2410/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İT-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: - xx.xx.1977-ci il tarixdə “Neftçalasmentorq” təmir briqadasına fəhlə qismində təyin edilmiş,xx.xx.1979-cu il tarixdə təhsili ilə bağlı işdən azad edilmiş; - xx.xx.1979-cu il tarixdə Azərbaycan SSR ANN-nin Bakı Nəqliyyat Agentliyinin “Neftçala avtokol onuna” 1-ci dərəcəli çilingər qismində qəbul edilmiş, xx.xx.1980-ci il tarixdə öz istəyinə əsasən işdən azad edilmiş; - xx.xx.1980-ci il tarixdə “Bakı-Komvol Kombinatı”nın qatışıqların hazırlanması sexinə 2-ci dərəcəli emulsiya hazırlayan qismində qəbul edilmiş; - xx.xx.1986-cı il tarixdə qatışıqların hazırlanması sexinə nəqliyyat ilə mal nəql edən vəzifəsinə keçirilmiş; - xx.xx.1988-ci il tarixdə Elektron sexinə 1-ci dərəcəli elektromontyor vəzifəsinə keçirilmiş; - xx.xx.1988-ci il tarixdə qatışıqların hazırlanması sexinə 3-cü dərəcəli nəqliyyat ilə mal nəql edən vəzifəsinə keçirilmiş; - xx.xx.1991-ci il tarixdə həmin sexdə 2-ci dərəcəli emulsiya hazırlayan vəzifəsinə keçirilmiş; - xx.xx.1992-ci il tarixdə həmin sexə 5-ci dərəcəli usta köməkçisi keçirilmiş; - xx.xx.2013-cü il tarixdə Azər baycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. 2. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 24 nömrəli “Güzəştli arayış”a əsasən iddiaçı həqiqətən xx.xx.1980-ci ildən (əmr № 68) xx.xx.2013-cü ilə kimi (əmr № 12) Bakı Komvol Kombinatında işləmişdir: - xx.xx.1980-ci il tarixdə qatışıqların hazırlanması sexinə (ağardıcı, buraxlama, boyama, boyaqbişirmə, karbonlaşdırma avadanlığının və texniki mahudun bəzəkvurma istehsalının xidməti və sazlanması) 2-ci dərəcə ilə emulsiya tərtibatçısı qəbul edilmiş (əmr № 68, xx.xx.1980, Yüngül sənaye. ******* – 9 bölmə. 2211000a-18711 kodu); - xx.xx.1986-cı il tarixdə həmin sexə daşıyıcı (nəqledici) keçirilmiş (əmr № 133, xx.xx.1986, İslatmakülləmə, aşılama-boyama-yağlaşdırma sexlərində (sahə lərində), dəri xəz xammalının ilkin emalı sexlərində (sahələrində) xammalı, yarımfabrikatları, kimya materiallarını və istehsal tullantılarını daşıyanlar – 2210800a – 16746 kodu); - xx.xx.1986-cı il tarixdə həmin sexə 3-cü dərəcə ilə emulsiya tərtibatçısı keçirilmiş (əmr № 167, xx.xx.1991, yüngül sənaye, 22111000a-18711a kodu; xx.xx.1992-ci il tarixdə həmin sexə 5-ci dərəcəli usta köməkçisi keçirilmiş (əmr № 37, xx.xx.1992, ağardıcı, buxarlama, boyama, boyaqbişirmə, karbonlaşdırma avadanlığının və texniki mahudun bəzəkvurma istehsalının xidməti və sazlanması ilə məşğul olan ustaların köməkçiləri, toxuculuq sənayesi, XX yüngül sənaye,

1. Toxuculuq sənayesi – 2200200a – 16848); - xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən öz xahişi il işdən az ad edilmişdir (əmr № 12, xx.xx.2013). İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın XX. Yüngül sənaye – toxuculuq sənayesinin 1-ci bölməsində 2200200a-16848 kodu üzrə usta köməkçisi, yüngül sənaye 210800a-16746 kodu üzrə daşıyıcı, yüngül sənaye bölməsinin 2211000a-18711 kod üzrə emulsiya tərtibatçısı peşələrində işləməklə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 931 saylı sərəncamına əsasən 27 oktyabr 1997-ci ildən Bakı Komvol Kombinatı "xxxx" ASC adlandırılmışdır.

3. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cava bdehə müraciət etmiş, cavabdeh isə iddiaçıya müvafiq olaraq 27 aprel 2021-ci il tarixli, **********7 nömrəli məktub ünvanlayaraq ona pensiya təyin edilməsindən imtina etmişdir.

4. Cavabdeh imtinasını belə əsaslandırmışdır ki, təqdim edilən "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 077 nömrəli arayışında xx.xx.1986-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində “Bakı-Komvol Kombinatı”nın Qarışdırıcı sexində işlədiyi daşıyıcı vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrə li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Yüngül sənaye bölməsinin (26) Kətan və kəndir-cüt istehsalı bəndinin (26.3) fəhlələr yarımbəndində darama avadanlığına, kətandarama maşınlarına və yaş (sulu) toxumaya xidmət ilə məşğul olan usta köməkçiləri vəzifəsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd edilən arayışda onun xx.xx.1992-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində Qarışdırıcı sexdə usta köməkçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifə yuxarıda qeyd olunan darama avadanlığına, kətandarama maşınlarına və yaş (sulu) toxumaya xidmət ilə məşğul olan usta köməkçiləri vəzifəsinə uyğun deyil. Qeyd olunan səbəblərdən də, güzəştli iş stajı 12 il 6 aydan az (6 il 8 ay 9 gün) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeyd alınan pensiya kapitalı cəmi 23456.27 manat təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona pensiya hüququ nun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etməzdən əvvəlki 3 il üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş və müraciətindən cavabdeh tərəfindən imtina edilmişdir. Halbuki, o, xx xxxxxxx 1960-cı il tarixdə anadan olmuşdur. xx.xx.1977-ci ildən əmək fəaliyyətinə başlamış, xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək olan müddət ərzində Neftçalasementorqda təmir briqadasında fəhlə işləmişdir (1 il 5 ay 29 gün). xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci i lədək Azərbaycan SSR ANN-nın Bakı Nəqliyyat Agentliyinin Neftçala avtokalonunda 1-ci dərəcəli çilingər qismində işləmişdir (4 ay 27 gün). xx.xx.1980-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Bakı Kamvol Kombinatında Qatışıqların hazırlanması sexində 2-ci dərəcəli emulsiya tərtibatçısı (hazırlayan) işləmişdir (6 il 3 ay 7 gün). xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci ilədək həmin sexdə daşıyıcı (nəqliyyat ilə mal nəql edən) işləmişdir (1 il 11 ay 22 gün). xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Elektrik sexində elektromontyor işləmişdir (5 gün). xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Qatışıqların hazırlanması sexində 3-cü dərəcəli daşıyıcı (nəqliyyat ilə mal nəql edən) işləmişdir (2 il 11 ay 27 gün). xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək həmin sex də emulsiya tərtibatçısı (hazırlayan) işləmişdir (5 ay 3 gün). xx.xx.1992-ci il tarixdən xx.xx.2013-cü il tarixədək həmin sexdə usta köməkçisi işləmişdir (21 il 7 ay 14 gün). Beləliklə, 35 il 2 ay 14 gün ümumi və 33 il 3 ay 13 gün xüsusi iş stajına malikdir. Onun çalışdığı peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”da öz əksini tapmışdır. O, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Toxuculuq sənayesi nin 26.1-ci bəndinə əsasən usta köməkçisi, 26.7-ci bəndinə əsasən daşıyıcı, Yüngül sənaye bölməsinin 26.9-cu bəndinə əsasən emulsiya tərtibatçısı peşələrində işləməklə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir.

7. Cavabdeh tərəfindən iddia tələbinə yazılı etiraz təqdim edilməmişdir.

8. Məhkəmə sorğusuna cavab olaraq "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 48 nömrəli məktubuna əsasən iddiaçı xx.xx.1980-ci il tarixdə “Qatışıqların hazırlanması” sexinə (ağardıcı, buxarlanma, boyama, boyaqbişirmə, karbonlaşdırma, avadanlığın və texniki mahudun bəzəkvurma istehsalının xidməti və sazlanması) 2-ci dərəcə ilə emulsiya tərtibatçısı peşəsinə qəbul olunmuşdur. O, həmin sexdə müxtəlif kimyəvi maddələrdən kislota, xlor və sinkdən istifadə edərək yunun təmizlənməsi üçün 1.5 tonluq qazanlar da qatışıqların hazırlanması funksiyasını həyata keçirmişdir. xx.xx.1986-cı il tarixdə həmin sexə daşıyıcı (nəqledici) keçirilmişdir. Daşıyıcı peşəsini icra edən zaman o kimyəvi maddələrlə təmizlənmiş yunu sexin anbarından arabalarla digər sexə daşımışdır. İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.2013-cü il tarixədək həmin sexdə 5-ci dərəcə ilə usta köməkçisi kimi fəaliyyət göstərmişdir. Artıq o, usta köməkçisi funksiyasını yerinə yetirən zaman yunun həmin sexə daxil olduğu vaxtdan digər sexə daşınan vaxta qədər həyata keçirilməli olan proseslərin icrasını həyata keçirmişdir (digər usta köməkçiləri ilə birgə). Belə ki, yunun yuxarıda da, qeyd etdiyi 1.5 tonluq kimyəvi maddələrdən ibarət qatışıqların hazırlandığı qazanlara doldurulması, müəyyən müddət orada qaldıqdan sonra çıxarılaraq təmizl ənmək üçün aparatlara verilməsi, eləcə də, aparatlardan çıxarılan yunun sexin anbarında bir sutka saxlanıldıqdan sonra digər sexə arabalarla daşınaraq təhvil verilənədək bütün prosedurları həyata keçirmişdir. “Qatışıqların hazırlanması” sexi istehsal olunan bütün məhsullar üçün lazım olan kimyəvi maddələrdən ibarət qatışıqlar burada hazırlandığı üçün kombinatlarında ən zərərli sex hesab olunurdu.

9. Bakı İnzibati Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2-1(112)-1723/2022 nömrəli qərarı (hakim A.A.Abdullayeva) ilə iddia təmin edilmiş, iddiaçıya 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etməzdən əvvəlki 3 il üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

10. Bi rinci instansiya məhkəməsi qeyd etmişdir ki, "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 22 nömrəli güzəştli arayışa əsasən iddiaçının "xxxx" ASC-də xx.xx.1992-ci il tarixdən xx.xx.2013-cü il tarixədək Qatışıqların hazırlanması sexində işlədiyi usta köməkçisi peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda “26. Yüngül sənaye” bölməsində “ağardıcı, buxarlama, boyama, boyaqbişirmə, karbonlaşdırma avadanlığının və texniki mahudun bəzəkvurma istehsalının xidməti və sazlanması ilə məşğul olan ustaların köməkçiləri” peşəsi altında nəzərdə tutulmuşdur. İddiaçının həmin peşəsinin xarakteristikası, onun həqiqətən zərərli peşədə işləməsi məhkəmənin sorğusuna əsasən "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 48 nömrəli məktubla da təsdiq edilmişdir. İddiaçının işlədiyi həmin peşə eyni zamanda “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 saylı Qərarının XX. “Yüngül sənaye” bölməsində 2200200a— 16848 kodu (ağardıcı, buxarlama, boyama, boyaqbişirmə, karbonlaşdırma avadanlığının və texniki mahudun bəzək vurma istehsalının xidməti və sazlanması ilə məşğul olan ustaların köməkçiləri) altında öz əksini tapmışdır. İddiaçı xx.xx.2006-cı il tarixədək 12 il 6 ay güzəştli iş stajını toplamışdır.

11. Cavabdehin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi ilə bağlı dəlilinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iddiaçı 1 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” yarımbəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ qazandığından, ona münasibətdə xx.xx.2017ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinin, yəni fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməsi halının araşdırılmasına zərurət yo xdur.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 dekabr 2022-ci il tarixli, 2-1(103)-2410/2022 nömrəli qərarı (hakimlər: R.Ə.Eyvazov /sədrlik edən və məruzəçi/, Ş.A.Məmmədova və F.F.Babayev) ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 10 mart 2022-ci il tarixli, 2-1(112)-1723/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunma sını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdehin kassasiya şikayətinin dəlilləri imtina məktubunun dəlilləri ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8ci maddələrinin tələbləri nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 dekabr 2022-ci il tarixli, 2-1(103)-2410/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasın ın Qanunu: Maddə

9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək ş əraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.... Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.

19. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabi neti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.... 20. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: 22100000 - XX. Yüngül sənaye 22102000 -

1. Toxuculuq sənayesi 22102000 - Ümumi peşələr 2210200a - a) fəhlələr... 2200200a—16848 - ağardıcı, buxarlama, boyama, boyaqbişirmə, karbonlaşdırma avadanlığının və texniki mahudun bəzək vurma istehsalının xidməti və sazlanması ilə məşğul olan ustaların köməkçiləri... 22108000 -

7. Dəri və xəz istehsalatları, dəri-xəz xammalının ilkin emalı 2210800a - a) fəhlələr... 2210800a—16746 - çiy, aşılama, boyama və formalin sexlərində (sahələrində) və xammalın hazırlanması və ilkin emalı sexlərində (sahələrində) xammalı, yarımfabrikatları, kimya materialları və istehsalat tullantılarını daşıyanlar... 22110000 -

9. Yüngül və toxuculuq sənayesi sahələri ü çün kimya məhsulları və ondan məmulatlar istehsalı 2211000a - a) fəhlələr... 2211000a—18711 - appretura, emulsiya və lakların tərtibçiləri...

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

14. Sübut etmə vəzifəsi 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkə mə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... b) Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

23. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməs i tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

28. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya ş ikayətinin mahiyyətcə apellyasiya şikayəti ilə eyni olan dəlilləri üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək və onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşaraq həmin qərarın təsdiqi ilə kifayətlənmək mümkündür.

29. Belə ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır: 1) iddiaçının 57 yaşının tamam olması; 2) 25 il ümumi iş stajının mövcud olması; 3) 12 il 6 ay güzəştli iş stajının mövcud olması.

30. Hazırki iş üzrə müəyyən olunur ki, xx.xx.2017-ci il tarixdə iddiaçının 57 yaşı tamam olmuş, xx.xx.2006-cı il tarixə ümumi iş stajı 25 ildən artıq olmuşdur. Cavabdeh iddiaçının yaşı və ümumi stajı ilə bağlı mübahisə açmamış, kassasiya şikayətində də qeyd edilənlərlə razı olduğunu bildirmişdir.

31. Cavabdehin şikayətinin dəlillərinə görə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşədə 6 il 8 ay 9 gün işləmişdir. Onun xx.xx.1986-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində “Bakı-Komvol Kombinatı”nın Qarışdırıcı sexində işlədiyi daşıyıcı vəzifəsi və xx.xx.1992-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində Qarışdırıcı sexində işlədiyi usta köməkçisi vəzifəsi Siyahıda nəzərdə tutulmadığından həmin dövr güzəştli staj kimi qəbul edilə bilməz.

32. Məhkəmə kollegiyası qeyd edir ki, işdəki sübutlar və apellyasiya instansiyası məhkəməsinin araşdırması ilə müəyyən edilmişdir ki, iddiaçının xx.xx.1986-xx.xx.1991-ci il tarixləri arasındakı dövr ərzində “Bakı-Komvol Kombinatı”nın Qarışdırıcı sexində işlədiyi daşıyıcı vəzifəsi 2210800a—16746 kodu altın da, xx.xx.1992-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində Qarışdırıcı sexində işlədiyi usta köməkçisi vəzifəsi 2200200a— 16848 kodu altında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda “22100000 - XX. Yüngül sənaye” bölməsində zərərli iş kimi nəzərdə tutulmuşdur və iddiaçının xx.xx.2006-cı il tarixə güzəştli iş stajı 12 il 6 aydan çoxdur.

33. Odur ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşədə 12 il 6 aydan az işləməsi barədə cavabdehin şikayətinin dəlili əsaslı olmamışdır.

34. Məhkəmə kollegiyası be lə qənaətə gəlir ki, apellyasiya məhkəməsi prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla düzgün qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

35. Kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 dekabr 2022-ci il tarixli, 21(10 3)-2410/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar