Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-887/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü; 2011-ci ildən əvvəlki münasibətlər) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “Oğuz rayonunun Filfilli kəndində yerləşən 0,21 ha torpaq sahəsində X17 ilə bərabər X6 ümumbirgə mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-388/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Oğuz rayon AİK-nın xx.xx.1998-ci il tarixli, 65 saylı qərarı ilə 0,21 ha həyətyanı torpaq sahəsi X14 verilmişdir.
2. Plan-ölçü sənədinin surətindən görünür ki, 0,21 ha həyətyanı torpaq sahəsi X14 veri lmişdir. 3. xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışın surətinə əsasən, 0,21 ha həyətyanı torpaq sahəsi X11 xüsusi mülkiyyətində olmuşdur.
4. Oğuz RİH başçısının Sərəncamının surətindən görünür ki, X3 Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli 2(054)-13/2019 nömrəli qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş 13 avqust 1967-ci il təvəllüdlü qardaşı X17 üzərində qəyyum təyin edilmişdir.
5. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X12 (qardaşı X11 əvəzinə) 0,21 ha torpaq sahəsini Cabbarov Elşən Qafər oğluna satmışdır. Oğuz rayonu Filfilli kəndində yerləşən 0,21 ha torpaq sahəsi Cabbarov Elşən Qafər oğlunun xüsusi mülkiyyətindədir.
6. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı1, İddiaçı4 Məmməd qızı və İddiaçı2 xx.xx.2015-ci ildə vəfat etmiş X7 vərəsələridirlər. Miras əmlak 9 saylı Qəbələ ərazi idarəsi tərəfindən X9 xx.xx.2020-ci il tarixdə verilmiş **********18 və **********19 reyestr nömrəli çıxarışlara əsasən ümumi sahələri müvafiq olaraq 0,5443 ha və 0,2288 ha olan torpaq sahələrinin mərhuma məxsus hissəsindən ibarətdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz Rayon Aqrar İslahat Komissiyasının 26 may 1998-ci il tarixli 65 saylı qərarına əsasən JN092F saylı torpağın mülkiyyətə verilməsinə dair X1 adının daxil edilməsi, Oğuz rayonu Filfilli kəndində yerləşən X6 təsərrüfatında olan 78 kv.m yaşayış sahəsinin X6 adına mülkiyyət hüquqları əsasında qeydiyyata alınma sı öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişlər.
8. İddiaçıların etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil1 “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək “Oğuz rayonunun Filfilli kəndində yerləşən 0,21 ha torpaq sahəsində X17 ilə bərabər X6 ümumibirgə mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının qərardadı ilə ərizə icraata qəbul olunmuşdur.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 xx.xx.1989-cu ildə X15 ilə ailə qurub onların yaşadığı Oğuz rayonu Filfilli kəndinə yerləşən evlərinə gəlin köçmüşdür. Bu evlilikdən iddiaçının xx.xx.1990-cı il təvəllüdlü Zahidə, xx.xx.1992-ci təvəllüdlü Orxan, xx.xx.2000-ci il təvəllüdlü Mərziyə, xx.xx.2001-ci il təvəllüdlü İbrahim adlı uşaqları olmuşdur. Həmin evdə iddiaçı, iddiaçının qayınatası Abdulhəşim Dursunov, onun ikinci qeyri-rəsmi arvadı Almarə Dursunova və iddiaçının qayını Dursun Dursunovla birgə yaşamışdır. İddiaçının qayınanası İddiaçı4 xx.xx.1984-cü ildə vəfat etmişdir. İddiaçının qayınatası X16 xx.xx.2000-ci ildə, iddiaçının əri X15 isə xx.xx.2015-ci ildə vəfat etmişdir. İddiaçının qayınatası ilə qayınanası arasında rəsmi nikah bağlanmışdır. Onların birgə evliliyindən 1955-ci il təvəllüdlü Yazgül, 1958-ci il təvəllüdlü Sadəgül, 1959-cu il təvəllüdlü Səməngül, 1963-cü il təvəllüdlü Məhəmməd, 1967-ci il təvəllüdlü Dursun adlı uşaqları olmuşdur. Sadəgül Dursunova 2018-ci ildə, Yazgül Dursunova 2015-ci ildə vəfat etdiyindən iddiaçı X25 və X26 onla rın vərəsələri olaraq iddia ərizəsində qeyd etmişdir. İddiaçının qayınatası X16 vəfat edənə qədər Oğuz rayonu Filfilli kəndində yaşamışdır. O, vəfat etdikdən sonra Filfilli kəndində yerləşən ümumbirgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı 0,51 ha torpaq sahəsi, fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi miras qalmışdır. İddiaçının qayınatası və qayınanasından miras qalmış əmlakı onun mərhum əri X15 qəbul etmiş, həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hazırda iddiaçıların istifadəsindədir.
10. Oğuz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 65 saylı qərarı ilə X16, X17 və X5 təsərrüfatı təyinatlı 0,51 ha torpaq sahəsi verilmişdir. Eyni tarixli qərar əsasında tərtib olunmuş JN-092F saylı torpağın mülkiyyətə verilməsinə dair X8 təsərrüfatı yalnız X11 adına qeyd iyyata alınmışdır. Halbuki, Aqrar İslahat Komissiyasının qərarında X6 adı olmasına baxmayaraq şəhadətnaməni tərtib etmiş DTXK-nın Oğuz rayon şöbəsi iddiaçılara məlum olmayan səbəbdən JN-092F saylı X1 adını daxil etməmiş, cavabdeh orqan isə 1958-ci ildə inşa edilmiş 78 kv.m yaşayış sahəsinə Daşdəmir Dursunovun hüquqlarını qeydiyyata almaqdan imtina etmişdir.
11. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, JN-092 F saylı Torpağın mülkiyyətə verilməsinə dair X1 adının daxil edilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsinin səlahiyyətləri daxilində deyil. Qeyd edilən torpaq sahəsində yerləşən fərdi yaşayış evi yaşayış üçün yararsız olduğundan qeydiyyata alınması mümkün olmamışdır. JN-092 F saylı Torpağın mülkiyyətə veri lməsinə dair Şəhadətnamə əsasında 0,21 ha torpaq sahəsinə X11 adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. X17 xx.xx.2020-ci il tarixli, 4Ə 236 saylı alqı-satqı müqaviləsi əsasında 0,21 ha torpaq sahəsini Cabbarov Elşən Qafər oğluna satmışdır. xx.xx.2020-ci il tarixli, 4Ə 236 saylı alqı-satqı müqaviləsi əsasında 0,21 ha torpaq sahəsinə Cabbarov Elşən Qafər oğlunun adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir.
12. Eyni zamanda qeyd edilmişdir ki, ərazi idarəsinin mütəxəssisləri tərəfindən ərazidə texniki inventarlaşdırma işləri aparılmış və əldə olunan məlumatlar ərazi idarəsində mövcud olan elektron kadastr məlumat bazası ilə müqayisə olunmuşdur. Bu zaman məlum olmuşdur ki, torpaq sahəsi yaşayış məntəqəsi torpaqlarına aiddir. İddia edilən torpaq sahəsi Cabbarov Elşən Qafər oğlunun mülkiyyətində və istifadəsindədir. Torpaq sahəsində yaşayış üçün yararsız fərdi yaşayış evi və digər həyət tikililəri mövcuddur.
13. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.
14. Şəki İnzibati Məhkəməsinin 2-1(116)-196/2022 nömrəli, 24 may 2022-ci il tarixli qərardadı ilə (hakim F.S.İsmayılzadə) iddia mümkün sayılmamışdır.
15. Məhkəmə qe yd etmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı nəzərə alınmalıdır. İş materiallarına əlavə edilən sənədlərdən göründüyü kimi iddiaçılara hüquqi yardım məktubu ünvanlanaraq X10 münasibətdə onun vərəsələri olmalarını təsdiq edən müvafiq sənədlərin məhkəməyə təqdim olunması xahiş edilmiş, lakin iddiaçılar X7 vərəsələri olmalarına dair sənədi məhkəməyə təqdim etsələr də, X10 münasibətdə onun vərəsələri olmalarını təsdiq edən heç bir sənəd məhkəməyə təqdim olunmamışdır.
16. İddiaçı1 həmin qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işin mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdirlər. b) apellyasiya instansiyası məhkəməsində icraat
17. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-388/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və G.İ.Cavadova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
19. İddiaçı1 həmin qərardaddan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və iddianı mümkün hesab edərək baxılması üçün geri göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı1 kassasiya şikayəti onun la əsaslandırılmışdır ki, qayınatası X16 10 yanvar 2000-ci ildə vəfat etmişdir. O vəfat edənə qədər Oğuz rayon Filfilli kəndində yaşamışdır. Vəfat etdikdən sonra ondan Oğuz rayon Filfilli kəndində yerləşən ümumibirgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı 0.51 ha torpaq sahəsi, fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi miras qalmışdır.
21. Qaynanası və qaynatasından miras qalmış əmlakı mərhum əri Məhəmməd Dursunov qəbul etmiş, həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsi hazırda da onların idarəçiliyindədir.
22. Hazırda məlum olmuşdur ki, qaynı Dursun Dursunov mərhum qayınatası Abdulhəşim Dursunovun və əri Məhəmməd Dursunovun mülkiyyət hüquqları olan evi də daxil olduğu həyətə hüquqlarını 19 may 2020-ci ildə qeydə aldırmış, 03 iyun 2020-ci ildə isə özgəninkiləşdirmişdir. Bu barədə 21 yanvar 2021-ci ildə xəbərdar olmuşlar. Hesab edir ki, vərəsəlik hüquqları olan yaşayış evinin cavabdeh Dursun Dursunov tərəfindən özgəninkiləşdirilməsi qanunsuzdur.
23. Qeyd edi ki, Dursun Dursunov ruhi xəstə olduğundan qayınatası vəfat edənə qədər ona iddiaçı, sonra 18 il baldızı Sadəgül Dursunova baxmışdır. 2018-ci ildə Sadəgül Dursunova vəfat etdikdən sonra ona baxan Səməngül Dursunova olsa da, o qısa bir müddət sonra həmin evin satılmasını təşkil etmişdir. 24. 1983-2005-ci illərə dair X6 təsərrüfatına dair təsərrüfatbaşına kitablardan çıxarışları almışdır.
25. İddiaçının əri X2 olması işin mübahisə doğurmayan halıdır. Miras əmlak bölgüsü tələbi ilə isə onların Oğuz rayon məhkəməsinin icraatında olan və bu inzibati işlə əlaqədar dayandırılmış mülki iş vardır.
26. Şikayətin hüquqi cəh ətdən əsaslandırılması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.8, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarı, «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007- ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarı və İPM-in 2, 12, 13, 34, 35, 48, 80, 82, 85, 87-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
27. Üçüncü şəxs Cabbarov Elşən Qafər oğlu kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayəti n təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
28. İnzibati Prosessual Məcəllə: Maddə
2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);... Maddə
32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddia çı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.... Maddə
35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə
38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər.... Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında ve rilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Şikayətdə fundamental vacib hüquq i məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
33. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia tələbinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktik i halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
34. Oğuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 65 saylı qərarı ilə 0,21 ha həyətyanı torpaq sahəsi iddiaçının qaynı X14 verilmiş, bununla bağlı 2006-cı ildə torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir.
35. İddiaçı1 Oğuz rayonunun Filfilli kəndində yerləşən 0,21 ha torpaq sahəsinə qaynı X17 ilə bərabər mərhum qayınatası X6 ümumibirgə mülkiyyət hüququnun qeydiyyata alınmasını məhkəmədən xahiş etmiş, iddiaçı subyektiv hüquqa malik olmadığına görə məhkəmə tərəfindən mümkün sayılmamışdır.
36. Hazırkı iş üzrə iddia tələbinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir
37. İşin hallarına görə İddiaçı1 1989-cu ildə X15 ilə ailə qurub ərinin yaşadığı Oğu z rayonu Filfilli kəndinə yerləşən evlərinə gəlin köçmüşdür. İddiaçının qayınatası X16 xx.xx.2000-ci ildə, iddiaçının əri X15 xx.xx.2015-ci ildə vəfat etmişdir. 2006-cı ildə isə iddiaçının mübahisə açdığı həyətyanı torpaq sahəsi ilə bağlı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmiş, şəhadətnamədə təkcə iddiaçının qaynının adı qeyd edilmiş, qayınatası A.Dursunovun adı qeyd edilməmişdir. İddiaçı hazırkı tələbi 2006cı ildə tərtib edilmiş torpağa mülkiyyət hüququna dair şəhadətnamədə qayınatası A.Dursunovun da adının əlavə edilməsi ilə bağlıdır.
38. Qeyd olunmalıdır ki, işə baxan məhkəmələr mübahisələndirmə haqqında iddia növü üçün ikinci xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verməmişlər. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə g örə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.
39. İddiaçı 2006-cı ildə torpağa mülkiyyət hüququna dair şəhadətnamə verilərkən qayınatasının adının şəhadətnamədə göstərilmədiyini bilmiş, lakin həmin vaxtdan bununla bağlı mübahisə açmamışdır.
40. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını v axtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. 41. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqla rı üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
42. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci ma ddəsi ilə tənzimlənir.
43. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.
44. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 2021).
45. Deryan Türkiyəyə qarşı iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33).
46. Beləliklə, hər bir halda iddiaçı hazırda mübahisələndirdiyi qərarın ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür.
47. İPM-in 96.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin qərardadının əsaslandı rma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərardad digər əsaslar üzrə düzgün olduğundan, Ali Məhkəmə şikayəti təmin etmədən, qərardadı dəyişdirmədən saxlayır.
48. Apelyasiya məhkəməsi iddiaçının subyektiv hüquqa malik olmaması əsası ilə iddianın qeyri-mümkün olması qənaətinə gəlsə də, iddia digər əsasa görə mümkün olmadığından kasasiya şikayəti təmin edilmədən, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(107)-388/2022 nömrəli, 30 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.