Məhkəmə qərarları › İş №2-1(102)-887/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-887/2024

18.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-887/2024 18.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarış verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə çıxarışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzi bati Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 2-1(103)-1260/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 18 sentyabr 2003-cü il tarixli 466 saylı Sərəncamı əsasında "xxxx" Holdinq Kompaniyasının müraciəti və Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 179 saylı razılıq məktubu nəzərə alınmaqla Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi, 945 saylı məhəllədə 0,08 ha torpaq sahəsi yaşayış binasının layihələndirilməsi və tikintisi üçün icarə əsasında "xxxx" Holdinq Kompaniyasının istifadəsinə verilmişdir.

2. Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən həmin ünvanda yerləşən binada iddiaçı və onu n ailə üzvlərinə 6-cı mərtəbədə 1-ci girişdə yerləşən 61,41kv.m. olan mənzilə 14 iyun 2002-ci il tarixli 000795 nömrəli order verilmiş, iddiaçı həmin mənzilə köçmüş və 20 ilə yaxın həmin mənzildə yaşayır.

3. İddiaçı cavabdeh orqana müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi ev 33, 10 saylı mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, cavabdeh 3 mart 2021-ci il tarixli **********96 nömrəli imtina məktubu ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2, 8.0.10.1 və 15-ci maddələrinə istinad edilərək qeyd olunan daşınmaz əmlakın yerləşən yaşayış binasının istismarına icazə sənədlərinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmədiyi bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiyası məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi ev 33, 10 saylı mənzil üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin üçüncü hissəsinə, 71-ci maddəsinin birinci hissəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1, 12.1, 15-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3-cü bəndinə, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2.0.2, 2.0.4, 2.0.6, 15.1, 15.2, 19.1, 19.2-ci, İnzibati Prosessual Məcəllənin 2.2.2, 14.3, 33.1, 33.2, 34.1, 35.1, 38.2, 73.1-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, inzibati orqanın imtinası əsassızdır. Belə ki, "xxxx" MMC tərəfindən inşa edilmiş yaşayış binasında 4 otaqlı mənzil iddiaçı tərəfindən müvafiq qaydada ödəniş edilərək əldə edilmişdir. Yaşayış binası 15 ildən artıqdır ki, istifadəyə verilmişdir, tam yaşayışlıdır və bir çox sakinlərin hüquqları qeydiyyata alınaraq çıxarışlar verilmişdir.

6. Cavabdeh iddiaya qarşı imtina məktubuna uyğun etiraz təqdim e dərək iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5183/2021 nömrəli, 29 mart 2021-ci il tarixli qərardadı ilə (hakim G.A.Sevdimalıyeva) "xxxx" MTK inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-773/2022 nömrəli, 04 mart 2022-ci il tarixli qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia təmin edilmiş, iddiaçının Bakı şəhəri, Ak.H.Əliyev küçəsi ev 33, mənzil 10 üzərində xüsusi mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qeyd edilən mənzilə dair iddiaçıya müvafiq order Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən 2002-ci ildə verilmiş, həmin o rder hazırda qüvvədədir, ləğv və ya etibarsız hesab edilməmişdir. Mənzil 20 ildir ki, iddiaçının qanuni sahibliyindədir. İş materiallarına əsasən müəyyən edilir ki, qeyd edilən bina Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yaranmamışdan əvvəl inşa edilmiş və bu səbəbdən onun tikintisinə dövlət nəzarəti həmin qurum tərəfindən həyata keçirilməmiş, həmin bina istismara icazə alınmadan sakinlər tərəfindən istismar olunur (qeyd edilən hallar Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən məhkəmə sorğusuna verilmiş cavaba əsasən müəyyən olunur). Bina özbaşına inşa edilməmiş, səlahiyyətli qurum tərəfindən müvafiq torpaqayırma qərarı, tikintiyə icazə sənədi və layihə sənədləri təsdiq olunmuşdur. İddiaçı binanın sifarişçisi olmamışdır, odur ki, istismara icazə sənədlə rinin təqdim edilməsi iddiaçı tərəfindən təmin oluna bilməz. Məhkəmə eyni zamanda nəzərə almışdır ki, hazırda binanın müvafiq tikinti norma və qaydalarına əsasən inşa olunmaması və ya istismara icazə sənədi mövcud olmadığına görə sökülməsi ilə bağlı hər hansı inzibati icraat aparılmır və ya aidiyyəti dövlət orqanı tərəfindən qaldırılmış iddia yoxdur.

10. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qəbul edilməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2146/2022 nömrəli, 22 avqust 2022-ci il tarixli qərardadı ilə (hakimlər M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.P.Oruczadə) "xxxx" MTK-nın üçüncü şəxs qismində cəlb edilməsinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5183/2021 nömrəli, 29 mart 2021-ci il tarixli qərardadı ləğv olunmuşdur.

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2146/2022 nömrəli, 22 avqust 2022-ci il tarixli qərarı ilə (hakimlər M.N.Tağızadə /sədrlik edən və məruzəçi/, A.S.Hüseynov və A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-773/2022 nömrəli, 04 mart 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi iddianı rədd edərkən qeyd etmişdir ki, istər 01 yanvar 2013-cü il tarixinə qədər, istərsə də 01 yanvar 2013-cü ildən sonra qüvvədə olan qanunvericilik çoxmənzilli binalarda yaşayış evləri üzərində mülkiyyət hüququnun qeydə alınması üçün hüquqları qeydiyyat a alan orqana təqdim edilməli olan sənədlər sırasında binanın istismara qəbul aktı və ya tikinti obyektinin istismarına icazəni nəzərdə tutmuşdur. Göründüyü kimi, tikintisi başa çatmış obyektlər mövcud qanunvericiliyə uyğun olaraq istismara qəbul edilməli və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı zamanı obyektin istismara qəbul aktı qeydiyyat orqanına təqdim edilməlidir. Cavabdeh inzibati orqan mənzilin yerləşdiyi yüksəkmərtəbəli yaşayış binasının istismara qəbul aktını tələb etməkdə haqlı olmaqla iddiaçı tərəfındən cavabdeh inzibati orqana müvafiq mənzilə dair yaşayış binasının istismara qəbul aktı təqdim edilmədiyindən, iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasından cavabdehin imtinası qanunvericiliyin müddəalarına uyğun olub, qanunazidd və iddiaçının hüquqlarının pozul masına səbəb olan hal kimi qiymətləndirilə bilməz.

14. İddiaçı kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. c. kassasiya instansiyası məhkəməsində icraat

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 7 dekabr 2022-ci il tarixli, 2-1(102)-2232/2022 nömrəli qərarı ilə (hakimlər: Z.Quliyev - sədrlik edən və məruzəçi, R.Nəbizadə və S.Kərimov) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2146/2022 nömrəli, 22 avqust 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

16. İşə baxan məhkəmə kollegiyası aşağıdakı qeyd edilən səbəblərdən apellyasiya məhkəməsinin qərarını ləğvini şərtlə ndirmişdir:  Məhkəmə qərarlarında adı keçən sərəncamların iş materiallarında mövcud olmaması;  Sözügedən sərəncamlarda Bakı şəhəri, İnqilab küçəsi (indiki Ak. H.Əliyev), ev 33 və ünvan 2 ünvanların eyni olub-olmamasının aydınlaşdırlmaması;  İddiaçıya mənzil satılarkən müqavilə, maliyyə arayışları kimi sənədlərin mövcud olub-olmaması;  Mənzilin iddiaçıya dövlət fondundan verilib-verilməməsi halının araşdırılması. ç. apellyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 2-1(103)-1260/2023 nömrəli qərarı ilə (hakimlər C.Yusifov /sədrlik edən və məruzəçi/, P.Hüseynov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-773/2022 nömrəli, 4 mart 2022-ci il tarixli qərar ı dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “...iddia tələbinin qanuni əsası kimi - iddiaçıya «mübahisəli mənzilə dair» order verilərkən Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanununun 8-ci maddəsinin qüvvədə olan redaksıyası tətbiq olunmalıdır. Belə ki, qeyd olunan Qanunun 8-ci maddəsinin sonuncu (4-cü) hissəsinin qeyd olunan imperativ tələbindən göründüyü kimi, mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Eyni zamanda, qeyd edilmişdir ki, 2006-cı ildən qüvvəyə minmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-6-cı maddəsinin tələbinə görə də mənziltikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənz iltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçıya yerli icra hakimiyyəti tərəfindən order verilməsi özü onu ehtiva edir ki, iddiaçı tərəfindən MTK-nın qərarı ilə kooperativin üzvlüyünə qəbul olunmuş və tərəfindən mübahisəli mənzilə dair pay haqqı tam ödənilmişdir ki, ona yerli icra hakimiyyəti (Bakı şəhər İH) tərəfindən mübahisəli order verilmişdir.”

19. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri

20. Kassator Daşınmaz əmlakın dövlət rey estri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9.2-ci, 8.0.10.1-ci və 11-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, müvafiq mənzilin yerləşdiyi çoxmərtəbəli yaşayış binasının istismara icazə sənədi (istismara qəbul aktı) İdarəyə təqdim edilməmişdir. b. kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 25.Bərabərlik hüququ... V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. 23. “İnzibati icraat haqqında” Qanun Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 24. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.... Maddə 8.Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təş kilatıbeşgündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədəmüvafiq icra hakimiyyəti orqanınaverdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti bar ədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderivə ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. 25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qey ri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə);... 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; Maddə 15.Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzm unu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

26. Mənzil Məcəlləsi: (Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli 845İİİQ nömrəli Qanunu ilə qüvvədən qusmuşdur) Maddə 4.Mənzil fondu Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış ev ləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir:... mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu);... Maddə 48.Yaşayış sahəsi orderi Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.

27. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidm əti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul e də bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

28. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020-ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

32. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

33. Məhkəmə ko llegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Bununla belə, cavabdehin kassasiya şikayətinə münasibətdə məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

34. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı yaşadığı mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına yönəlmişdir.

35. İşin araşdırılmış hallarından müəyyən olunur ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kooperativ Təsərrüfatı İdarəsi tərəfindən iddiaçının adına xx.xx.2002-ci il tarixli, 000795 nömrəli order verilmiş, həmin orderə əsasən, Bakı şəhəri, İnqilab küçəsi ev 33, mənzil 10-da İddiaçı 4 nəfər ailə tərkibi ilə birlikdə yaşamaq hüququ təsbit olunmuş və həmin orderin verilməsinə əsas kimi BŞİH-nin xx.xx.2002-ci il tarixli №372 sərəncamı göstərilmişdir.

36. Bundan əlavə işdən görünür ki, binanı inşa etmiş Şirkət tikinti işlərinin layihələndirilməsi və aparılması üçün müvafiq qaydada Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmiş, Müraciət əsasında şirkətə torpaq sahəsi icarə əsasları ilə ayrılmış və layihəsi təsdiqlənmişdir. İddiaçı mənzili aldıqdan sonra o vaxtın qanunvericiliyinə uyğun olaraq Bakı şəhər İcra Hakimiyyəti Aparatı tərəfindən order verilmişdir. Həmin order müvafiq qaydalara uyğun rəsmiləşdirilmişdir.

37. Qeyd edilən orderin verildiyi tarixdə qüvvədə olan hazırkı qərarın 24-cü bəndində göstərilən mənzil qanunvericiliyinə əsasən: mənzi li (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: - mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; - mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); - mənzil sahəsinin orderi və ya mənzil ki rayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam.

38. Bundan əlavə 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 4cü maddəsinə əsasən Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir və mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu) mənzil fonduna daxildir.

39. Eyni zamanda, 2006-cı ildən qüvvəyə minmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-6-cı maddəsinin tələbinə görə də mənziltikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənziltikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qe ydiyyatı üçün əsas hesab olunur. İddiaçıya yerli icra hakimiyyəti tərəfindən order verilməsi özü onu ehtiva edir ki, iddiaçı tərəfindən MTK-nın qərarı ilə kooperativin üzvlüyünə qəbul olunmuş və tərəfindən mübahisəli mənzilə dair pay haqqı tam ödənilmişdir ki, ona yerli icra hakimiyyəti (Bakı şəhər İH) tərəfindən mübahisəli order verilmişdir.

40. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, işdə olan iddiaçı X1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə qarşı olan 2-1(82)-3713/2018 saylı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarından görünür ki, ünvan 3 ünvanında (hazırkı mübahisələndirilən mənzilin yerləşdiyi binada) yerləşən qeyri yaşayış sahəsinə çıxarışın verilməsi ilə bağlı iddia tələbi t əmin edilmiş, həmin qərardan cavabdeh tərəfindən şikayət verilməmiş və qərar qanuni qüvvəyə minmişdir.

41. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya münasibətdə hüququn qeydiyyata alınmasından və çıxarışın verilməsindən cavabdeh tərəfindən imtina olunması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 5-ci hissəsinin tələbinin pozulması kimi qiymətləndirilməlidir. Həmin normaya əsasən, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. 42. “İnzibati icraat haqqında” Qanunun həmin konstitusion normaya əsaslanan və onu daha da konkretləşdirən 12-ci maddəsinə görə, inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə fərqli qərarların qəbul edilməsi qadağandır.

43. Bu tənzimləmə müxtəlif vaxtlarda və müxtəlif şəxslərə münasibətdə analoji xüsusiyyətlərə malik işlər üzrə fərqli qərarların qəbul olunmasının qarşısının alınması məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, bərabərlik prinsipi diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı xüsusi əhəmiyyət daşıyır. Belə ki, həmin prinsiplə ehtiva olunan bərabər yanaşma tələbi diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin ilkin şərti kimi çıxış edir. Belə ki, inzibati orqan diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı vətəndaş qarşısında bərabər yanaşma prinsipini təmin etmək öhdəliyi daşıyır.

44. Bundan başqa, inzibati orqan tərəfindən hazırkı mübahisəyə münasibətdə eyni zamanda istinad olunan Qanunun 13-cü maddəsind ə təsbit edilmiş etimadın qorunması prinsipi də pozulmuşdur. Həmin prinsipə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin normaya görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun davranmağa borcludur.

45. Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə, fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır.

46. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, publik hüquq sahəsində həyata keçirilən idarəçilik fəaliyyəti zamanı inzibati orqanların konstitusion prinsipləri, o cümlədən bərabər yanaşma və hüquqi dövlət prinsipindən irəli gələn etimadın qorunması prinsiplərini birbaşa tə tbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.

47. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları göstərilmişdir. Kollegiya nəzərə alır ki, hazırkı iş üzrə iddiaçının mübahisəli mənzilə dair mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola biləcək həmin əsaslardan hər hansı birinin mövcudluğu da müəyyən edilməmişdir.

48. Beləliklə, apellyasiya məhkəməsinin qərarı hazırkı qərarın 22-27a bəndlərində qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğundur.

49. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanı lmalıdır.

50. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 oktyabr 2023-cü il tarixli, 21(103)-1260/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar