Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-888/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: 52 yaşdan güzəştli şərtlərlə pensiyanın təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə F ondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “52 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 2-1(103)-662/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (AZE *******, FİN kod: xxxxxxx) xx xxxxxxxx 1960-cı ildə Laçın rayonunda anadan olmuş, Bakı şəhəri, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır.
2. NZ ******* nömrəli hərbi biletə əsasən, iddiaçı 22 oktyabr 1978-ci ildən 21 oktyabr 1980-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur.
3. İT-İ ******* nömrəli əmək kitabçası na əsasən, iddiaçı: - 4 mart 1981-ci il tarixdə Azərbaycan SSR DİN tikinti idarəsinin 2 nömrəli tikinti idarəsinə 2-ci dərəcəli fəhlə təyin edilmiş; - 1 aprel 1982-ci il tarixdə 3-cü dərəcəli bənna təyin edilmiş; - 1 oktyabr 1984-cü il tarixdə 4-cü dərəcəli bənna təyin edilmiş; - 28 iyun 1985-ci il tarixdə öz istəyi ilə işdən azad edilmiş; - 16 dekabr 1985-ci il tarixdən 27 yanvar 1986-cı il tarixədək Oktyabr rayonu 64 saylı mənzil-istismar sahəsində çilingər-qaz qaynaqçısı işləmiş; - 25 mart 1987-ci il tarixdən Bakı şəhəri Bünyad Sərdarov adına maşınqayırma zavodunda 3 saylı metal konstruksiyalar sexində mexaniki yığma işləri üzrə çilingər şagirdi təyin edilmiş; - 1 iyun 1987-ci ildən 3 saylı metal konstruksiyalar sexində mexaniki yığma işləri üzrə 2-ci dərəcəli çilingər təyin edilmiş; - 2 iyul 1987-ci ildən 1 saylı metal konstruksiyalar sexində mexaniki yığma işləri üzrə 2-ci dərəcəli çilingər təyin edilmiş; - 24 aprel 1989-cu ildən həmin sexdə mexaniki yığma işləri üzrə 3-cü dərəcəli çilingər təyin edilmiş; - 23 mart 1990-cı ildən 1 saylı sexə 2-ci dərəcəli elektrik-qaz qaynaqçısı təyin edilmiş; - 16 may 1991-ci ildən həmin sexə 3-cü dərəcəli elektrik qaynaqçısı təyin edilmiş; - 01 noyabr 1991-ci il tarixdən Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən “Aqreqat” kiçik müəssisəsinə keçirilmiş; - 3 fevral 1992-ci il tarixdən Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən “Ulduz-2” kiçik müəssisəsinə keçirilmiş və 3-cü dərəcəli elektrik-qaz qaynaqçısı təyin edilmiş; - 01 fevral 1993-cü il tarixdən Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən B.Sərdarov adına maşınqayırma zavoduna keçirilmiş və zavodun 1 nömrəli metal konstruksiya yığma qaynaqlama sexinə 3-cü dərəcəli elektrik-qaz qaynaqçısı təyin edilmiş; - 1 yanvar 2003-cü il tarixdən 1 saylı metal konstruksiya və mexaniki yığma sexində 3-cü dərəcəli elektrik-qaz qaynaqçısı təyin edilmiş; - 1 yanvar 2005-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir.
4. Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamədən görünür ki, iddiaçı 16 yanvar 2012-ci il tarixdə qeydə alınmış, ona ********** VÖEN verilmişdir. 5. "xxxx" ASC-nin "xxxx" X1 Cəmiyyətinin 12 may 2016-cı il tarixli, 01/082 nömrəli arxiv arayışına əsasən, İddiaçı 25 mart 1987-ci ildən 1 iyun 1987-ci ilədək Bakı şəhəri Bü nyad Sərdarov adına maşınqayırma zavodunda 3 saylı metal konstruksiyalar sexində mexaniki yığma işləri üzrə çilingər şagirdi, 1 iyun 1987-ci ildən 23 mart 1990-cı ilədək Metal konstruksiyalar sexində mexaniki yığma işləri üzrə çilingər, 23 mart 1990-cı ildən 16 may 1990-cı ilədək 1 saylı sexdə 2-ci dərəcəli elektrik-qaz qaynaqçısı, 16 may 1991-ci ildən 1 fevral 1993-cü ilə qədər həmin sexdə 3-cü dərəcəli elektrik qaynaqçısı, 1 fevral 1993-cü ildən 1 yanvar 2003-cü ilə qədər Bünyad Sərdarov adına maşınqayırma zavodunun 1 nömrəli metal konstruksiya yığma qaynaqlama sexində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı, 1 yanvar 2003-cü ildən 1 yanvar 2005-ci ilə qədər mexaniki yığma sexində elektrik qaz qaynaqçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarın 1 nömrəli Siyahısının Xİ “Metal emalı” hissəsinin 11.5 Metal emalı bölməsinə əsasən, qaynaq işlərini yerinə yetirən əllə qaynaq edən elektrik qaynaqçıları (elektrik-qaz qaynaqçıları) güzəştli şərtlə pensiya hüququna malikdir.
6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qaradağ rayon şöbəsinin 6 aprel 2018-ci il tarixli, 10/152 nömrəli məktubunda qeyd edilir ki, İddiaçı 60 yaşı olmadığı üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmamışdır.
7. Cavabdehin 22 yanvar 2021-ci il tarixli, **********3 nömrəli məktubuna əsasən, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Ə mək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40798,41 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20811,27 manat təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 57 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qə dər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı ildə Laçın rayonunda doğulmuşdur. xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilə qədər Azərbaycan SSR DİN Tikinti İdarəsinin 2 nömrəli tikinti idarəsində 2-ci dərəcəli fəhlə, xx.xx.1982-ci ildən xx.xx.1985-ci ilə qədər həmin idarədə bənna, xx.xx.1985-ci ildən xx.xx.1986-cı ilə qədər Bakı şəhəri keçmiş Oktyabr rayonu, 64 saylı mənzil istismar sahəsində çilingər-qaz qaynaqçısı, xx.xx.1987-ci ildən xx.xx.1987-ci ilədək Bakı şəhəri Bünyad Sərdarov adına maşınqayırma zavodunda 3 saylı metal konstruksiyalar sexində mexaniki yığma işlə ri üzrə çilingər şagirdi, xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilədək Metal konstruksiyalar sexində mexaniki yığma işləri üzrə çilingər, xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilədək 1 saylı sexdə 2ci dərəcəli elektrik-qaz qaynaqçısı,xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilə qədər həmin sexdə 3-cü dərəcəli elektrik qaynaqçısı, xx.xx.1992-ci ildən xx.xx.1993-cü ilədək köçürmə yolu ilə “Ulduz-2” Kiçik müəssisəsində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı, xx.xx.1993-cü ildən xx.xx.2003-cü ilə qədər Bünyad Sərdarov adına maşınqayırma zavodunun 1 nömrəli metal konstruksiya yığma qaynaqlama sexində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı, xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilə qədər "xxxx" TASC-də 1 saylı metal konstruksiya və mexaniki yığma sexində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsində işləmişdir. Bir müddət əmək fəaliyyətinə fasilə vermiş və 16 yanvar 2012-ci ildən fərdi sahibkar kimi fəaliyyət göstərməkdədir. Qarabağ müharibəsi veteranıdır. Yuxarıda sadalanan əmək fəaliyyətləri ona məxsus əmək kitabçası ilə yanaşı iş yerindən verilmiş arxiv arayışı ilə öz təsdiqini tapmışdır. O, ilk dəfə xx.xx.2018-ci il tarixdə DSMF-nin Qaradağ rayon şöbəsinə müraciət etmiş, lakin ona pensiya təyin olunmasından imtina edilmişdir. Daha sonra xx.xx.2020-ci ildə cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə 57 yaşdan pensiya təyin olunmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli cavab məktubu ilə onun müraciətini təmin etməmişdir. İmtinanın əsası kimi onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının m inimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi qeyd olunmuşdur. Cavabdeh inzibati orqanın imtinası əsassızdır. Hazırkı mübahisə üzrə cavabdeh inzibati orqanın imtinasına görə ona 60 yaşı tamam olan tarixdən pensiya təyin edilməli olduğu qənaətinə gəlinmiş və hazırda qüvvədə olan qanunvericiliyə istinad edilərək minimum pensiya kapitalı normasına riayət edilməməsi əsas göstərilmişdir. Halbuki, cavabdeh inzibati orqan iddiaçıya 60 yaşdan deyil, 57 yaşdan və həmin dövrdə qüvvədə olan qanunvericilik normalarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməli idi. Ona 57 yaşdan pensiya təyin edilməsi üçün 2 hal mövcud olmalı idi: xx.xx.2006-cı ilə qədər 25 il ümumi iş stajını və həmin tarixədək 12 il 6 ay güzəştli iş stajını tamamlaması. Onun xx.xx.2006-cı i lə qədər 26 il 2 ay 10 gün ümumi iş stajı və B.Sərdarov adına maşınqayırma zavodu tərəfindən verilmiş arxiv arayışına əsasən, 15 il 09 ay 0 gün güzəştli iş stajı mövcuddur. İddiaçının zavodda işlədiyi “elektrik qaynaqçısı” və “elektrik qaz qaynaqçısı” vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının “Metal emalı” adlanan 11-ci bölməsinin 5-ci yarımbölməsinin “qaynaq işlərini yerinə yetirən, əllə qaynaq edən elektrik qaynaqçıları (elektrik-qaz qaynaqçıları)” peşəsinə uyğundur.
10. Bundan sonra, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 16 iyun 2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2012-ci ildən güzəşt li şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrə qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmiş, məhkəmənin 10 avqust 2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
11. İddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinə təqdim edilən "xxxx" ASC "xxxx" X1 Cəmiyyətinin 5 iyul 2021-ci il tarixli, 7 nömrəli Arxiv arayışına əsasən, İddiaçı xx.xx.1987-ci ildən xx.xx.1987-ci ilədək Bakı şəhəri, Bünyad Sərdarov adına maşınqayırma zavodunda 3 saylı metal konstruksiyalar sexində mexaniki yığma işləri üzrə çilingər şagirdi, xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilədək metal konstruksiyalar sexində mexaniki yığma işləri üzrə çilingər, xx.xx.1990-cı ildən xx.xx.1991-ci ilədək 1 saylı sexdə 2ci dərəcəli elektrik qaynaqçısı, xx.xx.1991-ci ildən xx.xx.1991-ci ilədək 3-cü dərəcəli elektrik qaynaqçısı, xx.xx.1991-ci ildən xx.xx.1993-cü ilədək Azərbaycan Respublikası Əmək Qanunları Məcəlləsinə əsasən "xxxx" nəzində “Aqreqat” kiçik müəssisəsində 3-cü dərəcəli elektrik qaynaqçısı, xx.xx.1993-cü ildən xx.xx.2003-cü ilə qədər Bünyad Sərdarov adına maşınqayırma zavodunun metal konstruksiyalar sexində 3-cü dərəcəli elektrik qaynaqçısı, xx.xx.2003-cü ildən xx.xx.2005-ci ilə qədər "xxxx" TASC-də mexaniki yığma sexində 3-cü dərəcəli elektrik qaynaqçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarının 1 nömrəli Siyahısının “Metal emalı” adlanan Xİ Bölməsinin “Metal emalı üzrə sair peşələr” adlanan yarımbölməsinin (1110400-19906) məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən qaynaq ilə elektrik qaynaqçıları (elektrik qaz qaynaqçıları) güzəştli şərtlə pensiya hüququna malikdir.
12. Cavabdehin iddiaya etirazında göstərilmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40798,41 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20811,27 manat təşkil edir. 1 iyul 2017-ci il tarixindən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt vacibdir: 1) qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) ümumi və xüsusi iş stajının olması; 3) fərdi hesabın sığorta hissəsindən qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi.
13. Bakı İnzibati Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2-1(112)-4061/2021 nömrəli qərarı ilə (hakim F.Mədətli) iddia qismən təmin edilmiş, İddiaçı 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdehə müraciət etdiyi vaxtdan (xx.xx.2020-ci il tarixdən) 3 il əvvəlki dövr üzrə pensiyanın ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüs usi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 1 yanvar 2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu qüvvədə olmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün vacib olan iki şərt (xx.xx.2006-cı ilə qədər 25 il ümumi iş stajını və həmin tarixədək 12 il 6 ay güzəştli iş stajını tamamlama) tam ödənilir. Belə ki, iddiaçının 01 yanvar 2006-cı ilə qədər hərbi xidmət dövrü də daxil olmaqla 26 il 2 ay 10 gün ümum i və 15 il 9 ay 0 gün güzəştli iş stajı mövcuddur.
15. Məhkəmə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə istinad edərək göstərmişdir ki, iddiaçıya 52 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli və müraciət edildiyi tarixdən 3 il əvvəlki dövr üzrə pensiyanın ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.
16. İddiaçının nümayəndəsi və vəkili həmin qərardan apellyasiya şikayəti verərək qərarın qismən, yəni iddianın təmin edilməyən hissədə ləğv edilməsi və iddia tələbinin təmin edilməyən hissədə təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
17. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar çı xarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 2-1(103)-662/2022 nömrəli qərarı (hakimlər: S.Bəktaşi- sədrlik edən və məruzəçi, A.Hüseynov və A.Hüseyn) ilə apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının 52 yaşı xx.xx.2012-ci il tarixdə tamam olmuşdur və o, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cı il tarixədək (1 il 11 ay 29 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmiş, əmək kitabçasına əsasən xx.xx.1981-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Azərbaycan SSR DİN Tikinti İdarəsi nin 2 nömrəli tikinti idarəsində 2-ci dərəcəli fəhlə, bənna (4 il 3 ay 24 gün), xx.xx.1985-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Bakı şəhəri, keçmiş Oktyabr rayonu 64 saylı mənzil istismar sahəsində çilingər-qaz qaynaqçısı (1 ay 11 gün), xx.xx.1987-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Bakı şəhəri Bünyad Sərdarov adına maşınqayırma zavodunda 3 saylı metal konstruksiyalar sexində mexaniki yığma işləri üzrə çilingər şagirdi, çilingər, 1 saylı sexdə 2ci dərəcəli elektrik-qaz qaynaqçısı, həmin sexdə 3-cü dərəcəli elektrik qaynaqçısı, köçürmə yolu ilə “Ulduz-2” kiçik müəssisəsində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı (5 il 10 ay 6 gün), xx.xx.1993-cü il tarixdən xx.xx.2005-ci il tarixədək Bünyad Sərdaraov adına maşınqayırma zavodunun 1 nömrəli metal konstruksiya yığma qaynaqlama sexind ə 3-cü dərəcəli elektrik qaz qaynaqçısı, həmin zavodda TASC-nin 1 saylı metal konstruksiya və mexaniki yığma sexində 3-cü dərəcəli elektrik qaz qaynaqçısı vəzifəsində işləmişdir (11 il 11 ay). İddiaçının hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla, onun xx.xx.2006-cı il tarixədək 24 il 02 ay 10 gün ümumi iş stajının mövcud olması işin materialları ilə öz təsdiqini tapmışdır. İşə götürən tərəfindən verilmiş arayışa əsasən, iddiaçının xx.xx.2006cı il tarixədək 13 il 9 ay 9 gün güzəştli iş stajı olmuşdur. İddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 il ümumi əmək stajının olması və onun 10 ildən artıq müddətini 1 nömrəli Siyahı üzrə nəzərdə tutulmuş sahədə (kod-1110400-19906) işləməsi tam sübuta yetirildiyindən, onun «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 və 9.8-ci maddələrinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Lakin cavabdeh göstərilənləri nəzərə almayaraq qanunvericiliyin tələblərini pozmuş, iddiaçının tələbini təmin etməkdən əsassız olaraq imtina etmişdir.
20. Apellyasiya instansiya məhkəməsi onu da qeyd etmişdir ki, cavabdehin iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsinə dair irəli sürüdüyü dəlili də əsassızdır. Çünki, "Əmək pensiyaları haqqında” Qanunun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması şərtlərini müəyyən edən maddəsinin 9.8-ci bəndində qeyd edilir ki, Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçı xx.xx.2006cı ilədək qüvvədə olmuş qanunvericiliyin tələbləri üzrə ümumi və xüsusi stajı toplamışdır. xx.xx.2006-cı ilədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun müddəalarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün pensiya kapitalının olması tələb olunmurdu. Yuxarıda qeyd edilən hər iki şərt - ümumi və xüsusi iş stajı iddiaçıya münasibətdə ödənildiyindən "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və "Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununun 13-cü maddəsinə əsasən iddiaçıya 52 yaşı tamam olduğu tarixdən, yəni xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi.
21. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:
22. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçı ya münasibətdə 40798,41 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20811,27 manat təşkil edir.
23. Həmçinin, məhkəmə iddiaçının güzəştli stajının müəyyən edilməsində də düzgün nəticəyə gəlməmişdir. Məhkəmənin gəldiyi qənaətə görə, iddiaçının xx.xx.1981-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrdə Bakı şəhəri Bünyad Sərdarov adına maşınqayırma zavodunda işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 nömrəli siyahının “Metal emalı” adlanan Xİ bölməsinin "Metal emalı üzrə sair peşələr” adlanan yarımbölməsinin (1110400-19906) məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən qaynaq ilə elektrik qaynaqçıları (elektrik qaz qaynaqçıları ) vəzifəsinə uyğundur və həmin dövrə güzəştli iş stajı 15 il 9 ay 0 gün təşkil etmişdir. Buna baxmayaraq, elektrik qaynaqçıları və elektrik qaz qaynaqçıları vəzifələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 nömrəli siyahıda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda da öz əksini tapmışdır. İşəgötürən tərəfindən təqdim edilən arayışlarda həmin vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 nömrəli siyahıda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-сi il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahıda öz əksini tapdığı qeyd edilir. Məhkəmə t ərəfindən bu ziddiyyətli məsələyə qiymət verilməmiş, elektrik qaynaqçıları və elektrik qaz qaynaqçıları vəzifələrinin hansı halda 1 nömrəli siyahı ilə, hansı halda 2 nömrəli siyahı ilə tənzimləndiyi araşdırılmamış, vəzifə funksiyalarının nədən ibarət olduğu aydınlaşdırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
24. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarand ığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.
26. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 13-cü maddənin “a” bəndi: yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinet i tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. 27. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ v erən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”: 11100000 – Xİ. Metal emalı bölməsinin 1110400a-19906 kodu - məmulatları qızdırmaqla elektrik qaynaq işlərini yerinə yetirən əllə qaynaq ilə elektrik qaynaqçıları (elektrik qaz qaynaqçıları).
29. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 16.3. Bu Məcəllənin 96.4-cü maddəsində nəzərdə tutulmuş halda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası (şifahi məhkəmə baxışı) keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları da yazılı icraat qaydasında qəbul edilə bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etd ikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
30. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
31. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırk ı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
34. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
35. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu i lə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
36. Belə ki, məhkəmə araşdırmaları zamanı iddiaçının xx.xx.2006-cı il tarixədək 20 il ümumi və həmin tarixədək 10 il güzətli (1 saylı Siyahı üzrə) iş stajı şərtini tam ödəməsi və 52 yaşını tamamlaması öz təsdiqini tapmışdır ki, bu da ona 52 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün əsasdır.
37. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq norma larının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
38. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 21(103)-662/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.