Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-888/2023 02.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı işi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın mümkünlüyü; prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğvi, əvvəlki vəzifəsinə bərpa edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2022-ci il tarixli, 2-1(105)-726/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş kasasiyanın mümkünl üyünə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Cavabdehnə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin həcmini artıraraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 109 saylı Ordu Korpusu komandirinin şəxsi heyət üzrə müavinin köməkçisi polkovnik leytenant Kamal Əliyevin xx.xx.2017-ci il tarixli, 40KK-051/ƏÇ nömrəli əmrinin ləğv edilməsi, iddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə və öz əvvəlki vəzifəsinə bərpa edilməsi, qanunsuz əmrin verildiyi gündən-xx.xx.2017-ci ildən məhkəmə qərarı çıxanadək olan müddətin onun xidməti illərinə hesablanmasına, həmin müddət ərzində iddiaçıya ödənilməli olan əmək haqqının hesablanaraq ona ödənilməsinə dair qərar qəbul edilməsini məhkəmədən x ahiş etmişdir.
2. Sumqayıt İnzibati Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli 2-1(118)-1215/2021 nömrəli qərarı ilə iddianın təmin edilərək Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 109 saylı Ordu Korpusu komandirinin şəxsi heyət üzrə müavinin köməkçisi polkovnik leytenant Kamal Əliyevin xx.xx.2017-ci il tarixli, 40KK-051/ƏÇ nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə və öz əvvəlki vəzifəsinə bərpa edilməsi, qanunsuz əmrin verildiyi gündən-xx.xx.2017-ci ildən məhkəmə qərarı çıxanadək olan müddətin onun xidməti illərinə hesablanması, həmin müddət ərzində iddiaçıya ödənilməli olan əmək haqqının hesablanaraq ona ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması qərara alınmışdır.
3. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddianın təmin olunmamasını xahiş etmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2022-ci il tarixli, 2-1(105)-726/2022 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 03 dekabr 2021-ci il tarixli 2-1(118)-1215/2021 nömrəli qərarından apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmiş, apellyasiya şikayəti mümkün sayılmayaraq, onun qəbulundan imtina edilmişdir.
5. Cavabdeh həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işin təkrar baxılması və müvafiq prosessual tədbirin görülməsi üçün apellyasiya instansiyası məhkəməsinə barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Kassasiya icraatı zamanı iş materialları araşdırılarkən müəyyən edi lmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2022-ci il tarixli 21(105)-726/2022 saylı qərardadı 26 dekabr 2022-ci il tarixdə təqdim olunmuşdur. Lakin həmin qərardaddan kassasiya şikayəti 19 yanvar 2022-ci il tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra apelyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdur.
7. Məhkəmə bildirişi ilə cavabdehə göstərilən çatışmazlığın aradan qaldırılması təklif olunmuş, cavabdeh ərizə ilə müraciət edərək ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinə, eyni zamanda ərizəyə əlavə edilmiş 16 dekabr 2022-ci il tarix li, 2-1(105)-726/2022 saylı məktub üzərində qeyd olunmuş dərkənardan da göründüyü kimi Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-l(105)-726/2022 saylı, 8 dekabr 2022-ci il tarixli qərardadı rəsmi qaydada cavabdehə xx.xx.2023-cü il tarixdə təqdim olunmuş kassasiya şikayəti isə xx.xx.2023-cü il tarixdə göndərilmişdir. Cavabdehə qərardadın xx.xx.2023-cü il tarixdə təqdim olunduğunu nəzərə alsaq qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə
135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” A zərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.... 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
10. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 20.
3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 23.1. Məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti b ərpa etməlidir. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayə tin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. KASSASİYANİN MÜMKÜNLÜYÜ
11. Ərizə təmin edilməməli, şikayət üzrə kassasiya mümkün sayılmamalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2022-ci il tarixli 2-1(105)-726/2022 saylı qərardadı poçt rabitəsi vasitəsi ilə 26 dekabr 2022-ci il tarixdə təqdim olunmuşdur.
13. Bundan başqa poçt göndərişlərinin izlənməsi barədə portalda qərardadın təqdim edilməsi 26 dekabr 2022-ci il tarix qeyd edilmişdir.
14. Bununla da, müəyyən olunur ki, məhkəmə qərarı cavabdehə hazırkı qərarın 9 və 10-cu bəndlərində qeyd olunan prosessual hüquq normalarının tələbləri baxımından rəsmi olaraq çatdırılmışdır.
15. Cavabdeh h əmin qərardaddan kassasiya şikayətini 19 yanvar 2022-ci il tarixdə vermişdir.
16. Cavabdeh qərardaddan kassasiya şikayətini 19 yanvar 2022-ci il tarixdə, yəni qərardaddan kassasiya şikayəti verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 94.1-ci maddəsi ilə müəyyən edilmiş 10 günlük müddət keçdikdən sonra apellyasiya instansiyası məhkəməsinə təqdim olunmuşdur.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkəti n yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır.
18. Beləliklə, məhkəmə kollegiyası cavabdehin dəlilini ötürülmüş müddətin bərpa edilməsi üçün üzrlü və yetərli səbəb hesab etmir. Müddətin ötürülməsində cavabdeh təqsirsiz olmamışdır.
19. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Prosessual müddətin bərpasına dair ərizə rədd edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 dekabr 2022-ci il tarixli, 2-1(105)-726/2022 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmasın və kassasiya şikayətinin qəbulundan imtina edilsin.