Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-889/2021 25.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: təminat xərcliyi barədə məlumat vərəqəsinə əsasən əmək pensiyasının yenidən hesablanması; işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili (nümayəndəsi) X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsus i Şərtlərlə Təyinat İdarəsinə (hazırda Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına) qarşı “2012-ci il 12 aprel tarixdən 2016-cı il 01 noyabr tarixədək olan dövr üzrə yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 27 yanvar tarixli, 2-1(103)-354/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək pensiyanın yenidən hesablanmasını xahiş etmişdir.
2. Cavabdeh 2020-ci il 01 may tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir k i, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən İdarəyə daxil olmuş 07 oktyabr 2019-cu il tarixli 43/2019 nömrəli yeni məlumat vərəqəsinə əsasən əmək pensiyası keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Göründüyü kimi, qanunvericilikdə keçmiş dövr üzrə hesablanmış fərq məbləğinin ən çoxu üç il üçün hesablanması nəzərdə tutulmuşdur. Qeyd olunanları nəzərə alaraq, əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 8661,66 manat məbləğində fərq 2019-cu ilin noyabr ayından etibarən həmin Qanunun 32.1-1-ci maddəsinin ikinci cümləsinə uyğun qaydada hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürülür. Əlavə olaraq bildirilmişdir ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 6 fevral 2018-ci il tarixli 2-1 (103)-298/2018 nömrəli məhkəmə qərarında İdarənin üzərinə hər hansı bir öhdəlik qoyulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2020-cu il 17 mart tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018ci il 6 fevral tarixli, 2-1(103)-298/20 18 saylı qərarı əsasında 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsi tərəfindən verilmiş 2018-ci il 26 noyabr tarixli, 2-1(81)-1009/2018 saylı icra sənədinin tam şəkildə icra edilərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2019-cu il 07 oktyabr tarixli, 43/2019 saylı yeni məlumat vərəqəsinə əsasən pensiyanın Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” 388 nömrəli Fərmanının qəbul edildiyi 2011-ci il 25 fevral tarixdən yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərə k Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 06 fevral tarixli, 2-1(103)-298/2018 saylı qərarı əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 2018-ci il 26 noyabr tarixli, 2-1(81)-1009/2018 saylı icra sənədi üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2019-cu il 07 oktyabr tarixli, 43/2019 saylı yeni məlumat vərəqəsi nəzərə alınmaqla 2012-ci il 12 aprel tarixdən 2016-cı il 01 noyabr tarixədək olan dövr ərzində yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 11 sentyabr tarixli, 2-1(112)-4103/2020 nömrəli qərardadı iddiaçı tərəfindən verilmiş iddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması:
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)1009/2018 nömrəli 2018-ci il 26 noyabr tarixli icra sənədinə əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təminat xərcliyi barədə 2019-cu il 07 oktyabr tarixli, 43/2019 saylı yeni məlumat vərəqəsi tərtib edilmiş, 1000-180/00324/021800 nömrəli 2019-cu il 08 oktyabr tarixli məktubla cavabdehə göndərilmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4009/2018 nömrəli, 2018-ci il 26 noyabr tarixli icra sənədi yalnız Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində proseduraların sadələşdirilməsi və şəffaflığın artırı lması ilə əlaqədar bəzi tədbirlər haqqında” 2011-ci il 25 fevral tarixli, 388 nömrəli Fərmanı dair hissədə icra edilmiş, həmin Fərmanda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2019-cı il 29 fevral tarixli, 810 saylı və 2017-ci il 24 yanvar tarixli, 1207 saylı Fərmanlarına dair hissələrdə isə icra edilməmişdir. Həmçinin məhkəmənin qanuni qüvvəsini almış qərarı əsasında verilmiş icra sənədində artımın 2011-ci il tarixdən hesablanması barədə birbaşa göstəriş olmasına baxmayaraq, cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1.1-ci maddəsinə istinad etməklə artımı yalnız əvvəlki 3 il üçün hesablamışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən təqdim olunmuş məlumat vərəqəsinə əsasən Dövlət Sosial Müdafiə Fondu tərəfindən 20 12-ci il 12 aprel tarixdən ona pensiya təyin edilmişdir. Həmçinin pensiyanın yenidən hesablanması ilə əlaqədar olaraq ərizə ilə aidiyyəti qurumlara 2014-cü ilin sonunda, iddia ərizəsi ilə 2015-ci ilin əvvəlində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Cavabdehin etirazları:
7. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli, 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqus t tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Yuxarıda qeyd olunan Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə mə lumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. İddiaçının adına pensiya təyinatı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən “məlumat vərəqi” İdarəyə daxil olmuş və 2009-cu il 24 oktyabr tarixdən əmək pensiyası təyin edilmişdir. Qeyd edilənlərin əsasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən iddiaçının adına yenidən “məlumat vərəqi”ndə qeyd edilmiş təminat xərcliyinə digər növ əlavələr əlavə edilərək 2019-cu il 10 oktyabr tarixdə İdarəyə göndərilmişdir. İddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 və 37.7-ci maddələrinə uyğun olaraq əmək pensiyası yenidən hesablanmış və ödənilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Qanunun 32.1-1-ci maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. Yuxarıda qeyd edilən maddənin və onun yer aldığı fəslin adından da göründüyü kimi həmin müddəa “əmək pensiyasının təyin edilməsi” ilə əlaqədardır. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən “keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1 maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir”. İddiaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq son 3 il olmaqla əmək pensiyası tərəflərindən ödənilmişdir. b irinci instansiya məhkəməsinin gəldiyi nəticə:
8. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 11 sentyabr tarixli, 2-1(112)-4103/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2018-ci il 06 fevral tarixli, 2-1(103)-298/2018 saylı qərarı əsasında 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş 2018-ci il 26 noyabr tarixli, 2-1(81)-1009/2018 saylı icra sənədi üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2019-cu il 07 oktyabr tarixli, 43/2019 saylı yeni məlumat vərəqəsi nəzərə alınmaqla 2012-ci il 12 aprel tarixdən 2016-cı il 01 noyabr tarixədək olan dövr ərzində yaranmış fərqin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh yeni mə lumat vərəqəsinə əsasən iddiaçının pensiyasını yenidən hesablayarkən «Əmək pensiyaları haqqında» Qanununun 2017-ci il 01 iyul tarixdən qüvvədə olan 32.1-1 və 37.7-ci maddələrinə istinad etmişdir. Halbuki, iddiaçının yeni məlumat vərəqəsinə əsasən pensiya almaq hüququ 2017-ci il 01 iyul tarixdən əvvəl yaranmışdır. 2017-ci il 01 iyul tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanununun 32.1-ci maddəsinə əsasən isə yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. 2017-ci il 01 iyul tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği ödənilir. Beləliklə, iddiaçı ya 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin tərəfindən verilmiş 2018-ci il 26 noyabr tarixli, 2-1(81)1009/2018 saylı icra sənədi üzrə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 2019-cu il 07 oktyabr tarixli, 43/2019 saylı yeni məlumat vərəqəsi nəzərə alınmaqla 2012-ci il 12 aprel tarixdən 2016-cı il 01 noyabr tarixədək olan dövr ərzində yaranmış fərqin hesablanmasına hər hansı məhdudiyyət nəzərdə tutulmadığından cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı hesab edilə bilməz.
10. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 27 yanvar tarixli, 2-1(103)-354/2021 nömrəli qər arı ilə Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məhkəmə kollegiyası iddiaçının pensiya hüququnun 2017-ci il 01 iyul tarixədək yaranıb, əmək pensiyasının yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etdiyini, buna görə də “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin müddəalarının ona da tətbiq edilməli olmasını, buna müvafiq olaraq cavabdeh inzibati orqan tərəfindən ötən dövr üzrə alınmamış pensiya məbləğlərinin - 2016-cı il 01 noyabr - 2019-cu il 01 noyabr tarixlər üzrə fərq məbləğinin hesablanaraq hissə-hissə iddiaçının pensiyasının üzərinə əlavə olunmaqla ödənildiyini nəzərə alaraq hesab etmişdir ki, hazırki vəziyyətdə iddiaçının 2012-ci il 12 aprel tarixdən 2 016-cı il 01 noyabr tarixədək olan dövr üzrə də (ötən dövr üzrə ikinci üç il üçün) yaranmış fərqin hesablanaraq ödənilməsi barədə tələbi əsassızdır və təmin oluna bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Bu baxımdan məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinin təmin edilməsi qənaətinə gələrkən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.
13. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZA HATLARİ a. kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, Belə ki, 2012-ci il 12 aprel tarixdə "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında" 2011-ci il 25 fevral tarixli, 388 nömrəli fərmanına, 2011-ci il 25 fevral tarixli, 388 nömrəli Fərmanda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 fevral tarixli, 810 saylı və 2017-ci il 24 yanvar tarixli, 1207 saylı Fərmanlarına müvafiq olaraq aylıq vəzifə maaşlarına edilən əlavələrin təmi nat xərcliyinə (pul təminatına) hesablanmaqla iddiaçı barəsində yeni məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə təqdim edilməsi barədə cavabdeh Gömrük Komitəsinə müraciət edilməsinə baxmayaraq, cavabdehin iddia tələbinə əsassız və qanunsuz etirazları nəticəsində, yalnız 2018-ci ildə iddia təmin edilmiş, bundan sonra da, cavabdehlərin qanunsuz və özbaşına hərəkətləri nəticəsində yalnız 2019-cu il 08 oktyabr tarixdə qismən icra olunmuşdur. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında verilmiş icra sənədində artımın 2011-ci il tarixdən hesablanması barədə birbaşa göstəriş olmasına baxmayaraq, cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə istinad etməklə artımı yalnız əvvəlki 3 i l üçün hesablamışdır. Cavabdeh "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə istinad etməklə yanlış qərar qəbul etmiş, bununla da Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin məhkəmənin qəbul etdiyi qərarların dövlətin adından çıxarılmasına və onların icrasının məcburiliyinə dair tələbini pozmuşdur. b. məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinə etiraz edərək şikayətin təmin olunmadan, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etdi.
16. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından, çıxışlarda iştirak etmədi. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Qanun (01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyada): Maddə 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;... Maddə 31.1. Əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Maddə 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən a sılı olmayaraq ödənilir. 18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 10 mart 2017-ci il tarixli 543-VDQ №-li Qanunu: Maddə 1. (...) 1.93. 31.1-ci maddədən “heç bir müddət məhdudiyyəti olmadan” sözləri çıxarılsın; 1.94. 32.1-ci maddədən “əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla” sözləri çıxarılsın; 1.95. Aşağıdakı məzmunda 32.1-1-ci maddə əlavə edilsin: “32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir.”;... 1.103. 37.7-ci maddədə “müddətindən asılı olmayaraq” sözləri “bu Q anunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla” sözləri ilə əvəz edilsin; Maddə
2. Bu Qanun 2017-ci il iyulun 1-dən qüvvəyə minir.
19. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci madd əsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissə sində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Şikayət qərarın ləğv edilməsinə aid hissədə əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
23. Cavabdeh iddiaçının əmək pensiyası hüququnun 2017-ci il 1 iyul tarixdən əvvəl yarandığını və bu səbəbdən də təyin edilmiş pensiyanın son üç ilə görə ödənildiyini təsdiq edir. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il 1 iyul tarixdən qüvvəyə minmiş müddəalarına istinadla hesab edir ki, təyin edilmiş pensiyanın son üç ildən əvvəlki dövr üçün ödənilməsi həmin normaların tələbinə ziddir.
24. Məhkəmə kollegiyası cavabdehin qeyd olunan mövqeyini iddiaçıya münasibətdə əsaslı hesab etmir. Belə ki, iddiaçının əmək pens iyası hüququ 2017-ci il 1 iyul tarixdən əvvəl yaranmaqla yanaşı, o, bu hüququn reallaşdırılması üçün də həmin tarixdən əvvəl inzibati orqana müraciət etmişdir.
25. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət təkcə bilavasitə pensiya təyin edən orqana deyil, həm də əmək pensiyası hüququnun reallaşdırılması (pensiyanın təyin edilməsi və ya təyin edilmiş pensiyanın yenidən hesablanması) prosesində buna səlahiyyətli olan digər inzibati orqana – hazırkı halda, təminat xərcliyinə dair məlumatın verilməsi üçün qulluq etdiyi orqanın müvafiq qurumuna müraciətdən gedir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunma sı” Qaydalarının 3-cü bəndinə əsasən, bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir.
26. Normanın məzmunundan göründüyü kimi, təminat xərcliyinə dair məlumatlar əmək pensiyası hüququ yara nmış şəxslərin, həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında təqdim edilir.
27. İddiaçı bəyan edir ki, ona əmək pensiyası təyin edilməsi məqsədi ilə təminat xərcliyi barədə məlumatın verilməsi üçün xidmət etdiyi orqanın müvafiq qurumuna 2017-ci il 1 iyul tarixdən əvvəl müraciət etmiş, onun müraciəti təmin olunmadığından həmin orqana qarşı məhkəmədə iddia qaldırmış, məhkəmənin qərarı ilə iddia təmin edilmiş, iddiaçıya pensiya təyin edilməsi üçün hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqəsinin Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş Departamentinə göndərməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
28. Beləliklə, iddiaçı 2017-ci il 1 iyul tarixdən əv vəl inzibati orqana müraciət etmişdir. Həmin müraciət isə öz mahiyyətinə görə bilavasitə əmək pensiyası hüququnun reallaşdırılmasının tərkibi hissəsi olduğundan və iddiaçının sosial təminat hüququna təminat verən Dövlətin səlahiyyətli orqanına edildiyindən iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyasının ödənilməsi şərtlərini müəyyən edən müddəaları 2017-ci il 1 iyul tarixədək qüvvədə olmuş redaksiyada tətbiq olunmalıdır.
29. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticənin əsası kimi qeyd etmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 8 oktyabr tarixli ““Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tətbiqinə dair” qərardadında məhkəmənin gəldiyi nəticə belə olmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbayc an Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını tam və hər tərəfli araşdırmadan həmin qərardada istinad etməkdə haqlı olmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının əmək pensiyası hüququnun 2017-ci il 1 iyul tarixədək yaranması ilə yanaşı, həm də onun pensiya hüququnun reallaşdırılması üçün səlahiyyətli orqana həmin tarixədək müraciət etdiyinə dair dəlillərini də nəzərə almalı idi.
31. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 58.7, 82ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apellyasiya baxışına göndərilməlidir.
32. Apellyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apellyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.
33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 27 yanvar tarixli, 2-1(103)-354/2021 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün hə min məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir.