Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-889/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2316/2021 saylı, 17 dekabr 2021-ci il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında (şifahi dinləmələr keçirmədən) baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1992-ci il tarixində Qaradağ Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış və Badamdar qəsəbəsindəki hərbi hissəyə göndərilmişdir.
2. İddiaçı hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 242 №-li əmrilə xx.xx.1994-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Hərbi xidmətini dava m etdirmək üçün N №-li hərbi hissədən gəlmiş, Qaradağ RHK-dan çağırılmış, 1974-cü il təvəllüdlü, baş tuşlayıcı, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 177 №-li əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli müvafiq əmrinə əsasən, ehtiyata tərxis olunduğu üçün manqa komandiri, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 299 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, qeydiyyata düşmək üçün Qaradağ RHK-nın sərəncamına göndərilmişdir.
3. İddiaçı cavabdehə müraciət edərək ona veteran adı və vəsiqəsinin verilməsini xahiş etmişdir.
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəf indən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubla bildirilmişdir ki, iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2019-cu il tarixli iclasında baxılmış və iddiaçı barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. 1992-1993-cü il tarixli nizami hissə üzrə əmrləri Mərkəzi Arxivə daxil olmadığına və yanvar-iyun 1994-cü il tarixlərdə arxiv sənədlərində xidməti barədə məlumat olmadığına görə iddiaçıya "Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı iddia ərizəsi, son radan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə cavabdehə qarşı məhkəməyə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1992-ci il tarixində Qaradağ Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış və Badamdar qəsəbəsindəki hərbi hissəyə göndərilmişdir. Bir necə gün təlim keçəndən sonra həyəcan siqnalı ilə qaldırılaraq Tərtər istiqamətində döyüşlərə qatılmışdır. Onun xidmət yeri düşmənlə üzbəüz olan düşmən səngərləri olmuşdur. O, hərbi xidmət dövrü hər an döyüş tapşırığını yerinə yetirməyə hazır vəziyyətdə tağıma təhkim edilmişdir. O, oradakılarla birlikdə daim səngərlərdə idilər və döyüş tapşırığını yerində yerinə yetirirdilər. O, vətən qarşısında borcunu layiqincə yerinə yetirmək üçün gecə-gündüz, yağış, şaxta, qar, istisoyuq bilmədən daim xidmət vəzifələrini icra etmişdir. Hərbi xidməti dövründə dələlərlə komandanlıq tərəfindən mükafatlandırılmış və hərbi xidmət dövründə baş çavuş hərbi rütbəsinədək yüksəlmişdir. Hərbi xidməti N və N nömrəli hərbi hissələrdə olmuşdur: xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək N nömrəli hərbi hissədə, təşkilati tədbirlərlə əlaqədar olaraq xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək N nömrəli hərbi hissədə onun hərbi xidməti Tərtər və Goranboy rayonları ərazisində döyüş mövqeyində düşmənlə təmas xəttində müharibə şəraitində keçmişdir. O, da xx.xx.1992-ci il tarixdən döyüş əməliyyatları dayananadək N nömrəli hərbi hissənin tərkibində döyüş lərdə iştirak etmişdir. Onun müharibədə iştirakı ilə əlaqəli qeyd edilən faktlar mübahisə predmeti deyil. O, qanuni olaraq hərbi xidmətə çağırılmış və ehtiyata buraxılmışdır. Barəsində fərariliklə bağlı hərbi hissə komandirlərinin heç bir əmri yoxdur. Azərbaycan Respublikası Hərbi Prokurorluğundan verilən cavab məktubundan görünür ki, onun barəsində hərbi cinayət olmamış, təqsirləndirici material toplanılmamışdır. Cavabdehin əməkdaşları tərəfindən onun N nömrəli hərbi hissədəki hərbi xidmətinin şübhə altına alınması, belə bir fərziyyənin irəli sürülməsi ona qarşı ədalətsizlik və inzibati orqan olaraq cavabdeh tərəfindən kobud qanun pozuntusudur. Belə hərəkətlər onun Vətən qarşısındakı xidmətlərini qiymətləndirməmək kimi qəbul edilir. Onu sübut olunmayan hərbi cinayətdə ittiham etmək qanunl a yol verilməzdir. O, sübut edir ki, N nömrəli hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Onun hərbi xidməti və döyüşlərdə iştirakı hərbi biletindəki mötəbər qeydlər və möhürlərlə təsdiq edilir. Döyüş əməliyyatları dayanandan sonra da xx.xx.1996-cı il tarixədək ön səngərlərdə döyüş növbətçiliyi apararaq düşmən təxribatlarının qarşısını almaqda Vətən yolunda xidmət etmiş, həmişə döyüş tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirmiş, daim komandanlıq tərəfindən təşəkkürlərə layiq görülmüş, baş çavuş hərbi rütbəsinədək yüksəlmişdir. Hazırda o, Qarabağ müharibəsi veteranı vəsiqəsini və statusunu almaq istəyir. Digər döyüş yoldaşlarından fərqli olaraq o, bu günədək müxtəlif səbəblərdən müharibə veteranı adı və statusunu ala bilmir. Əsas maneə ondan ibarətdir ki, onun N saylı hərbi hissədə xidm əti ilə əlaqədar Müdafiə Nazirliyi Mərkəzi Arxivində məlumat yoxdur. O, xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək N saylı hərbi hissə və xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmiş, N saylı hərbi hissəsinin müdafiə zolağının möhkəmləndirilməsi keçirilən təşkilati tədbirlərlə əlaqədar olaraq, onun xidmət etdiyi artilleriya batareyası yuxarı rəhbərliyin əmrinə əsasən həmin hərbi hissəyə keçirilmişdir. Müdafiə Nazirliyi bu günədək onun N nömrəli hərbi hissədəki hərbi xidməti haqqında arayış verə bilmir. Bu səbəbdən də bu günədək digər döyüşçü yoldaşlarından fərqli olaraq müxtəlif səbəblərdən Qarabağ müharibəsi veteranı adı və statusunu ala bilməmişdir.
7. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək mümkün sayılmamasını xahi ş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin (hakim X4, 2-1(112)-1635/2021 saylı iş) 27 may 2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının 1994, 1996-cı illərdə müvafiq hərbi hissələrdə, o cümlədən döyüş əməliyyatları aparan hissələrdə xidməti və şəxsi heyətin sıralarından çıxarılması barədə müvafiq əmrlər mövcud olsa da, onun 1992-ci ildə N saylı hərbi hissədə xidməti barədə əmrlər aidiyyəti qurum kimi AR Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Hansı ki, mövcud qanunvericilik aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və hərbi biletlərin veteran adı verilməsi üçün əsas kimi müəyyən edərkən onların hərbi xidmət keçməni sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsi ilə şərtləndirir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfin də bildirdiyi kimi (iddiaçı bu halı təkzib etməmişdir), iddiaçının 1992-ci ildə həmin hərbi hissədə xidməti barədə məhkəmə icraatında da yetərli sübutlar təqdim edilməmiş, eləcə də belə sübutların əldə olunması ilə bağlı vəsatət verilməmişdir. Belə olan halda isə məhkəmə hesab etmişdir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı İnzibati Məhkəməsinin mövqeyi il ə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər X2-məruzəçi, X1 və X7, 2-1(103)2316/2021 saylı iş) 17 dekabr 2021-ci il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinci instansiya məhkəməsinin 27 may 2021-ci il tarixli qərarını dəyişdirmədən saxlamışdır.
12. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin 2-ci abzasına əsasən Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlar ında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Hər bir hərbi hissədə şəxsi heyətin qeydiyyatının aparılması üçün daim saxlanılan “şəxsi heyətin əlifba qeydiyyati kitabi” və əmrlər kitabi var. Hər iki sənəd N nömrəli hərbi hissədə aparılıb və həmin kitablar hərbi hissədə mövcuddurlar. Həmin kitabların əsasında iddiaçıya N nömrəli hərbi hissədə hərbi xidməti haqqında arayış verilməsi tam qanuna uyğundur.
14. İddiaçı hesab edir ki, məhkəmə Müdafiə Nazirliyini məcbur edərək, N nömrəli hərbi hissədən iddiaçının 1992-1994-cü illərdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində hərbi xidməti barədə arayış verilməsini məcbur edə bilərdi. Lakin, nədənsə bu tədbir görülməmişdir.
15. İddiaçının bərabərlik hüququ pozulmuşdur. Vətəndaş cəmiyyətinin təməl prinsiplərindən biri də hamının qan un və ədalət qarşısında bərabərliyidir. Hansı ki, Azərbaycan Respublikasının Konstitusiyasında da əksini tapıb. Ali qanunun “Bərabərlik hüququ” adlanan 25-ci maddəsində göstərilir ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. 25 dekabr 1991-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanun: Maddə
3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları kündən hərbi qulluqçu statusu əldə edir və Azə rbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər.
18. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: Maddə
20. Bilavasitə hərbi hissədən buraxılan hərbi qulluqçular üçün-onların hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarıldığı gün hərbi xidmətin sonu sayılır. 19. “Veteranlar haqqında” Qanun: Maddə
3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birlə şmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;..... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərarili yə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.
20. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə 1-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir:..... 7-ci yarımbənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya or qanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Döv lət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrd ə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasın ın Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. 3-cü bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Res publikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası nın Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir...
21. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur..... Maddə
58. Sübutların araşdırılması qaydası 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər..... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir..... Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu günd ən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. ap elyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.5.2. apelyasiya instansiyası məhkəməsi mahiyyəti üzrə qərar qəbul etmədikdə..... Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər..... 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəməni n inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Cavabdehin kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
23. Cavabdeh apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
25. İdd iaçı xx.xx.1992-ci il tarixində Qaradağ Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmasını və Badamdar qəsəbəsindəki hərbi hissəyə göndərildiyini, bir necə gün təlim keçəndən sonra həyəcan siqnalı ilə qaldırılaraq Tərtər istiqamətində döyüşlərə qatıldığını, xx.xx.1996-cı il tarixədək ön səngərlərdə döyüş növbətçiliyi apararaq düşmən təxribatlarının qarşısını almaqda Vətən yolunda xidmət etdiyini, qanuni əsasla ehtiyata buraxıldığını bildirib “Müharibə veteranı” adı və vəsiqəsi verilməsini xahiş etmişdir.
26. Cavabdehin mövqeyinə görə 1992-1993-cü il tarixli nizami hissə üzrə N nömrəli hərbi hissə komandirinin əmrləri Arxivə daxil olmadığına, habelə 1994-cü ilin yanvar-iyun aylarında arxiv sənədlərində xidməti barədə məlumat aşkar olunmadığına, 1992-1994-cü illərin pul təminatı cədvəllərini Mərkəzi Arxivə daxil olmadığına görə döyüş əməliyyatları aparılan dövrdə xidməti və döyüşlərdə iştirak etməsi müəyyən olunmadığına görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir.
27. İddiaçının kassasiya şikayətinin əsaslarına görə hər bir hərbi hissədə şəxsi heyətin qeydiyyatının aparılması üçün daim saxlanılan “şəxsi heyətin əlifba qeydiyyati kitabi” və əmrlər kitabi var. Hər iki sənəd N nömrəli hərbi hissədə aparılıb və həmin kitablar hərbi hissədə mövcuddurlar. Həmin kitabların əsasında iddiaçıya N nömrəli hərbi hissədə hərbi xidməti haqqında arayış verilmişdir.
28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
29. İddiaçının hərbi biletinin 24-cü səhifəsindəki qeydə əsasən o, 1 oktyabr 1992-ci il tarixli, 33 nömrəli əmrlə N nömrəli hərbi hissəyə qəbul olunub, N sentyabr 1994cü il tarixli, N nömrəli əmrlə həmin hərbi hissədən çıxmışdır. Bundan başqa hərbi biletinin 23-cü səhifəsindəki qeydə əsasən 2 avqust 1994-cü il tarixli qeydə əsasən Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Bakı şəhəri, Qaradağ rayon Şöbəsi tərəfindən ona özəlləşdirmə payı verilib. Bu isə o deməkdir ki, iddiaçı fərarı olmamış, hərbi hissəni özbaşına tərk etməmiş, cavabdehin mübahisələndirdiyi dövrdə də hərbi xidmətini davam etdirmişdir.
30. Bundan başqa Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli arxiv arayışına əsasən iddiaçı hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 242 №-li əmrilə x x.xx.1994-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 177 №-li əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1996-cı il tarixli müvafiq əmrinə əsasən, ehtiyata tərxis olunduğu üçün manqa komandiri, sıravi İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 299 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, qeydiyyata düşmək üçün Qaradağ RHK-nın sərəncamına göndərilmişdir. 31. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə Azərbaycan Resp ublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) əsasında, 1994-cü il 12 may tarixindən sonra isə döyüş zonasında hərbi xidmət keçərkən bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayış əsasında müharibə veteranı adı və vəsiqəsi verilir.
32. Apellyasiya məhkəməsi iddiaçının hərbi biletində olan məlumatların hərbi hi ssələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq edilməsini ətraflı araşdırmamışdır.
33. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan, təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar apelyasiya baxışına göndərilməlidir.
34. Apelyasiya instansiyası məhkəməsinin qərarı prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyindən və iş həmin normaların tələblərinin təmin olunması üçün təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi hissəsində təmin oluna bilməz.
35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kasasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2316/ 2021 nömrəli, 17 dekabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Kasasiya şikayəti qalan hissədə təmin olunmasın. Qərar qətidir.