Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-889/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Allahverdiyev İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğvi ) 19.04.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Allahverdiyev İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “Cavabdehn Akademiyasının Şərəf Məhkəməsinin qərarının və əmrin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 dekabr 2022-ci il tarixli, 2-1(103)-3270/2022 n ömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı Allahverdiyev İddiaçı Cavabdeh Akademiyasının Tədris şöbəsinin Metodiki bölməsinin rəisi vəzifəsində xidmət etmişdir.
2. Azərbaycan Respublikası Cavabdeh xx.xx.2018-ci il tarixli 0274/ş nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e” bəndinə əsasən iddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Allahverdiyev İddiaçın cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Akademiyanın Şərəf Məhkəməsinin çıxardığı 11 yanvar 2018-ci il tarixli qərarı və onun əsasında “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluq) əsasən xidmətdən ehtiyyata buraxılması haqqında 19 fevral 2018-ci il tarixli 0274/ş saylı əmrin qeyri qanuni və qərəzli olduğu üçün ləğv edilməsi, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin “f” bəndinə əsasən (öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrindən təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər) tərxis olunması üçün zabit kimi xidmətinin 10 ilinin tamam olması üçün çatışmayan 4 ay 20 günün bərpa olunması və öz ərizəsi ilə xidmətdən tərxis olunmasının təmin edilməsi ilə pozulmuş hüquqlarının bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Akademiyanın Şər əf Məhkəməsinin çıxardığı 11 yanvar 2018-ci il tarixli qərarı və onun əsasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluq) əsasən xidmətdən ehtiyata buraxılması haqqında 19 fevral 2018-ci il tarixli 0274/ş saylı əmrin qeyri-qanuni və qərəzli olduğu üçün ləğv edilməsi və tutduğu vəzifəyə işə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əmək fəaliyyətinə 2001-ci ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində müəllim kimi başlamışdır. Ali təhsillidir. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və X6 Siyasətin Fəlsəfəsi şöbəsinin dissertantıdır, ailəlidir, 2 azyaşlı övladı var. O, 2004- 2006-cı illərdə zabit kimi cəbhə bölgəsində, düşmənlə bilavasitə təmas xəttində ( Tərtər rayonunda yerləşən N saylı hərbi hissə) hərbi xidmətdə olmuşdur. 2006- 2010-cu illərdə yenidən Ali Hərbi Məktəbdə müəllim kimi işini davam etdirmişdir. 2010-cu ildə o, Cavabdeh Akademiyasında Tədris şöbəsinin Metodiki bölməsinə böyük metodist hərbi vəzifəsinə zabit təyin edilmişdir. Eyni zamanda Akademiyada Konstitusiya və Hüququn əsasları, Peşə Etikası fənlərini saathesabı tədris etmiş, 2012-2015-ci illərdə X5 Elmi katib vəzifəsini də icra etmişdir. O, xidmət zamanı göstərdiyi nailiyyətlərə görə 2014-cü ildə işlədiyi şöbədə, bölmə rəisi vəzifəsinə irəli çəkilmişdir. Adlarını çəkdiyi bu ali təhsil müəsissələrində tədris prosesində təhsilin Baloniya və Avropa kredit sisteminə transfer prinsiplərinin Azərbaycan təhsilində kosmetik deyil, fundamental tətbiq olunmasını əsas götürmüşdü r. Kredit sisteminin müasir təlim metodlarının tətbiqi ilə bağlı təqdimatlar hazırlamışdır. Xüsusi təyinatlı təhsil müəsisələrindəki təlim-tədrisin demokratiya, humanizm, fərdi yanaşma prinsiplərinə və kursantların şəxsiyyətinə hörmət meyarlarının əsas götürülməsinin vacib olduğunu təbliğ etmişdir. Gələcəkdə məmur olacaq tələbə və kursantlara hər zaman insan hüquqlarının qorunması prinsiplərini təbliğ etmiş və bu sahədə onları daim maarifləndirmişdir. Amma buna görə o, hər zaman rəhbərlik tərəfindən təzyiqlərə məruz qalmışdır. Onun 2010-cu ildən 2018-ci ilədək xidmət etdiyi dövrdə heç bir nöqsanı və qüsuru olmamışdır. Hər zaman nümunəvi zabit olmuşdur. Elmə olan marağına görə AMEA-nın Dokturanturasında müsabiqəyə təqdim etmək üçün ona Akademiya rəhbərliyi tərəfindən müsbət xasiyyətnamə də verilmişdir. Cavabdehndən ilk zabit olaraq “Hərbi Bilik” jurnalında (20166 sayı) “Azərbaycan Respublikasının Hərbi strategiyası və Milli təhlükəsizliyin təmin edilməsinin siyasi məsələləri” adlı məqaləsi dərc olunmuşdur. Bundan əlavə o, 7 elmi məqalə, 1 kitab və 1 proqram müəllifidir. Onun zabit kimi xidmət etdiyi 9 il 6 ay (1 il 6 ay 26 gün düşmənlə bilavasitə təmas xəttində, Tərtər rayonu N saylı hərbi hissəsi, N il N gün Cavabdeh Akademiyası) müddətində hər zaman məsuliyyətli olmuş, verilmiş əmr və göstərişləri sözsüz, müzakirəsiz və vaxtından əvvəl yerinə yetirmişdir. Heydər Əliyev adına Ali Hərbi Məktəbdə işlədiyi, düşmənlə bilavasitə təmas xəttində olduğu, həmçinin FHN-nin Akademiyasında xidmət etdiyi hər zaman tabeçiliyində olanlara qarşı hərbi intizamın tələblərinə ciddi riayət etm iş, bununla yanaşı, gündəlik xidmətində hərbi qulluqçuların şəxsiyyətinə hörmət, qayğı və humanizm prinsiplərini daim üstün tutmuşdur. Onun 2018-ci ilin oktyabr-noyabr aylarında səhhəti ilə ciddi problemlər yaranmağa başlamışdır. Bununla bağlı dəfələrlə evə təcili-tibbi yardım çağırılmışdır. O, Akademiya rəhbərliyinə bu barədə dəfələrlə müraciət etsə də, ona FHN-nin Tibb mərkəzində müayinədən keçmək üçün göndəriş verilməmişdir. Akademiya rəhbərliyi tərəfindən ona qarşı olan bu münasibət ona çox pis təsir göstərmiş, onu sarsıtmışdır, dekabr ayının 12-si və dekabr ayının 25-i tarixlərində 2 dəfə ardıcıl töhmətlər verilmişdir. Bu barədə o, sonradan xəbər tutmuşdur. Araşdırma və izahat töhmətlərdən 1 ay sonra aparılmışdır. Ondan bir neçə gün işə gəlməməsi ilə bağlı 10 fevral 2010-cu ildə izaha t alınmışdır. İzahatda səhhətində problem olduğu üçün nə yazdığının fərqinə varmamışdır. O, izahatı təsir altında yazmışdır. Bu izahatda da ən çox guya onun intizamsız olması qabardılmışdır. Daha sonra onun xidmətdən uzaqlaşdırılması ilə bağlı tabeçiliyində olduğu Akademiyanın Tədris şöbəsinin rəisi tərəfindən Şərəf məhkəməsinə verilməsi üçün təcili olaraq Akademiyanın yuxarı rəhbərliyinə təqdimat verilmişdir. Həmin vaxt o, rəhbərliyə bildirmişdir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “f” bəndinə əsasən (Öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrindən təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər) onun zabit kimi 10 il xidmətinin tamam olmasına 4-5 ay vaxt qalır. O, 4-5 aydan sonra özü ərizə yazıb ehtiyata tərxis ola bilər və xahiş etmişdir ki, buna görə onu n əziyyətlə xidmət etdiyi bu qədər illəri ləkələməsinlər. Lakin onlar onun sözlərinə məhəl qoymamışlar. Həmin ərəfədə o, psixoloji gərgin vəziyyətdə idi. Öncə qeyd etdiyi kimi səhhətində problemlər var idi. Əsəb sarsıntısı keçirmişdir. Nəhayət 11 yanvar 2018-ci il tarixdə həmin dövrə qədər Akademiyada heç vaxt mövcud olmayan Şərəf Məhkəməsi tələsik yaradılmışdır. Həmin gün də onun məsələsi məhkəməyə çıxardılmışdır. Məhkəmədə əsəbləri yerində deyildi. O, məhkəmədəki çıxışlar və çıxarılan qərardan heç bir şey anlamamışdır. Həmin ərəfələrdə onun səhhətinə görə evə X7 gəlmişdir. Xüsusi təyinatlı hərbi təhsil müəsisəsi olan Cavabdeh Akademiyasının keçmiş rəisinin göstərişlərini yerinə yetirən Şərəf Məhkəməsinin qeyri-qanuni və ədalətsiz qərarı əsasında onun xidmətdən “xidməti uyğunsuzluqla” eht iyata tərxis olunması nəticəsində hüquqları kobudcasına pozulmuşdur. Buna əsas olaraq onun bir neçə gün işə gəlməməsinin səbəbi fevral ayının 10-da araşdırılmışdır. Birinci töhmət isə ona 12 dekabr 2017-ci il tarixində intizam qaydasında verilmişdir. Bundan əvvəl ona heç bir şifahi və yazılı xəbərdarlıq olunmamışdır. Lakin onun hərbi qulluqçu kimi Şərəf Məhkəməsinə çıxarılması üçün bu, kifayət etmədiyindən xidməti vərəqəsinə töhmətləri saxta olaraq yazaraq əlavə etmişlər. Belə ki, 12 dekabr 2017-ci il (xidmətə vaxtında çıxmamağa görə) və 25 dekabr 2017-ci il tarixlərində (Funksional vəzifələrinin icrasına məsuliyyətsiz yanaşdığına görə) xidməti vərəqəsində sonradan qeyriqanuni yazılan, guya ona verilmiş töhmət və şiddətli töhmətlərlə bağlı Akademiyada heç bir təqrir və raport olmayıb. Hə r iki töhmətlə bağlı heç bir araşdırma da aparılmamış, heç kim tərəfindən izahat vermək üçün çağırılmamışdır, onun yazılı izahatı da yoxdur. Ona göstərilən tarixlərdə nə şifahi, nə də yazılı şəkildə töhmət elan olunmamış və heç bir əmrlə tanış olub imzalamamışdır. Onun xidməti vərəqəsində qeyd edilən töhmətlərin heç birində şifahi sözü də qeyd edilməmişdir. Onun psixoloji gərginliyindən məharətlə istifadə edərək barəsində intizamsızlıq və işə məsuliyyətsizlik motivində yazılan təqdimatı, məsələ kimi Şərəf Məhkəməsinə çıxararaq müzakirə etmişlər və qərara alınmışdır ki, onun “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən (Xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılması ilə bağlı yuxarı rəhbərliyə təqdimat göndərilsin. O, buna etiraz etsə də, Şərəf Məhkəməsinin qərarına əsasən hazırlanmış təqdimat Nazirliyə göndərilmiş və o, xidməti uyğunsuzluqla 19 fevral 2018-ci il tarixli 0274/ş saylı əmrlə ehtiyata buraxılmışdır. Akademiya rəisinin müavininin rəhbərliyi ilə yaradılan Şərəf Məhkəməsinin tələsik seçilən sədri də, onun birbaşa rəisi olmuşdur. Hansı ki, onun vəzifəsindən uzaqlaşdırılması barədə Akademiyanın yuxarı rəhbərliyinə təqdimat da onun tərəfindən təşəbbüs göstərilib yazılmışdır. Cavabdeh Akademiyasında yaradılan Şərəf Məhkəməsinin onun barəsində çıxardığı qeyri-qanuni və qərəzli qərarı əsas götürməklə xidməti uyğunsuzluqla xidmətdən uzaqlaşdırılması ədalətsizlikdir. Bu hal da onun hüquqlarını ciddi olaraq pozmuş, onun zabit hərbi qulluqçu və eyni zamanda müəllim kimi nüfuzuna ciddi xələl gətirmişdir. Məhz bu ciddi səbəb hazırda onun hər hansı bir təhsil müəsisəsində əmək fəaliyyəti ilə məşğul olmasına maneçilik yaratmaqdadır. O, Akademiyadakı xidmət yerinə 2 gün gəlməmişdir. Bu hal ilk dəfə baş vermişdir və üzürlü səbəbdən idi. Sonradan buna görə onun Şərəf Məhkəməsinə verilməsi və xidməti uyğunsuzluqla xidmət yerindən uzaqlaşdırılması tamamilə qanunsuzdur. Azərbaycan Respublikasının Silahlı X1 44-cü bəndində göstərilmişdir ki, “Zabitlərin, gizirlərin, miçmanların və müddətdən artıq hərbi xidmət qulluqçularının nalayiq hərəkətlərinə hərbi qulluqçuların şərəf məhkəmələrində baxıla bilər. Hərbi qulluqçuların nalayiq hərəkətlərinin şərəf məhkəmələrində baxılması haqqındakı qərar tərkibində məhkəmələr yaradılmış hissələrin (idarələrin, müəsisələrin) komandirləri (rəisləri), həmçinin onların böyük rəisləri tərəfindən qəbul edi lir”. Onun hərbi qulluqçu kimi bir neçə gün xidmət yerinə gəlməməsi, hətta işinə məsuliyyətsiz yanaşması nalayiq hərəkət deyil. Təhsil müəsisəsi olan FHN Akademiyasının daxili intizam qaydalarında belə, bu, “nalayiq hərəkət”, yaxud davranış kriteriyasına aid edilməmişdir. Onun iki gün işə gəlməməsinin nalayiq hərəkət kimi qiymətləndirilməsi qanunsuzdur və onun xidməti uyğunsuzluqla tərxis edilməsi, xidmətdəki əvvəlki davranışı, nailiyyətləri, törətdiyi hərəkətin ağırlığına və təqsirinin dərəcəsinə müvafiq deyildir. 12 dekabr və 25 dekabr 2017-ci il tarixlərində ona verilmiş şiddətli töhmət intizam cəzaları saxtadır və onun xidməti vərəqəsinə sonradan əlavə edilmişdir. Bu intizam cəzası şəxsən ona nə yazılı, nə də şifahi olaraq elan edilməmişdir. Töhmət şifahi verildikdə xidməti vərəqədə şi fahi olması qeyd edilməlidir. O, əmrlərlə tanış olması ilə bağlı heç bir yerə imza etməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 121/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı (hakim P.Hüseynov) ilə iddiaçı Allahverdiyev İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “qərarın və əmrin ləğv edilməsi” tələbinə dair iddiasının “Azərbaycan Respublikası Cavabdeh Akademiyasının Şərəf Məhkəməsinin qərarının ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 121/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı (hakim P.Hüseynov) ilə iddia qalan hissədə təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı Allahverdiyev İddiaçı Cav abdeh Akademiyasının Tədris şöbəsinin Metodiki bölməsinin rəisi vəzifəsində xidmət etmişdir. İddiaçı vəzifə borclarına məsuliyyətsiz yanaşaraq bir neçə dəfə xidmətə çıxmamış, tutduğu vəzifəsinə səhlənkar yanaşmış, verilən tapşırıqları vaxtında icra etməmiş, rəhbərlik etdiyi bölmənin fəaliyyətinə zəif nəzarət etmiş, xidmətdən kənar vaxtlarda hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol verərək bir neçə mülki şəxsdən borc pul almış və geri qaytarmamışdır, bununla əlaqədar iddiaçıya Akademiyanın rəhbərliyi tərəfindən bir neçə dəfə xəbərdarlıq edilmişdir. İddiaçıya xidmətə vaxtında çıxmadığına görə xx.xx.2017-ci ildə töhmət, öz funksional vəzifələrinin icrasına məsuliyyətsiz yanaşdığına görə xx.xx.2017-ci ildə şiddətli töhmət elan edilmişdir. Qeyd olunanlarla əlaqədar iddiaçının izahatı alınmış və iddiaçının xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması məqsədəmüvafiq hesab edilərək Akademiyanın rəisi tərəfindən Azərbaycan Respublikası fövqəladə hallar nazirinə təqdimatla müraciət edilmiş və Azərbaycan Respublikası Cavabdeh xx.xx.2018-ci il tarixli 0274/ş nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e” bəndinə əsasən iddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır..
9. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 02 dekabr 2022-ci il tarixli, 21(103)-3270/2022 saylı, (hakimlər M.Tağızadə-sədr/məruzəçi, X.Cəm ilova və A.Oruczadə ) qərarla apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 29 mart 2022-ci il tarixli, 2-1(112)-121/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır..
12. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
13. İddiaçı ona verilən hər iki töhmətin (xx.xx.2017-ci il və xx.xx.2017-ci il) 2018-cin ilin yanvar ayında rəhbərliyin göstərişi ilə şərəf məhkəməsinə çıxarılması üçün əvvəlki tarixə xidməti vərəqəyə saxta qeyd olunmasını bildirmiş və bu faktla bağlı hə qiqəti üzə çıxarmaq üçün Akademiyada onun barəsində aparılan daxili araşdırmalar, izahatları, xidməti vərəqədə bu töhmətlərlə bağlı tanış olma imzaları və eləcə də töhmətlərin qeyd olunduğu əmrlərin nömrələri, əmrlər kitabından çıxarışların birinci instansiya məhkəməsi tərəfindən məhkəmə materiallarına sorğu ilə əlavə olunmaması üçün vəsatət qaldırmışdır. Qarşı tərəf araşdırma üçün əhəmiyyətli olan sənədləri, məhkəmənin tələb etməsinə baxmayaraq təmin etməmişdir. Ədalətli araşdırma üçün dəlillər olmadan birinci instansiya məhkəməsinin qərar çıxarması prosesual pozuntudur və Apellyasiya məhkəməsinin inzibati kollegiyası bu pozuntuya qiymət verməmişdir.
14. Məhkəmə iş materiallarında iddiaçı tərəfindən təqdim edilmiş aşağıdakı sübutlara qiymət vermədən cavabdehin öz fərziyyəsi ilə rəsmi sənə dlərlə ziddiyyət daşıyan sübutlarına əsaslanmışdır. Belə ki, İddiaçı X4 rəisi vəzifəsinə məhz yüksək peşəkar xidməti nəticəsində irəli çəkilməsini, müsbət xasiyyətnamə ilə AMEA ya dissertantura təhsili almağa göndərilməsini, xidməti vərəqəsində göstərilən iki töhmətdən əvvəl heç bir intizam cəzasının olmaması, Silahlı Qüvvələrin ön xəttində düşmənlə bilavasitə təmas xəttində Azərbaycanın torpaqları uğrunda gedən döyüşlərdə qüsursuz iştirakı(Səfərbərlik xidmətində olan şəxsi işində qeyd olunub), təhsilə marağı, elmi-pedaqoji fəaliyyəti və.s. kimi müsbət xüsusiyyətlərinin onun barəsində ədalətli qərar qəbul edilməsində rolu olacağı təqdirdə bu halların birinci instansiya məhkəməsinin nəzərə almaması, kollegiya tərəfindən ədalətli şəkildə araşdırılmamışdır.
15. İddiaçının hərbi qulluqçu kim i döyüş bölgəsində 2004-2006-cı illərdəki və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindəki fəaliyyəti və 2010-cu ilin fevral ayından 2017-ci ilin dekabr ayınadək FHN Akademiyasında hərbi qulluqçu kimi qüsursuz xidmət illəri nəzərə alınmamış və verilmiş iki töhmət əsasında Şərəf Məhkəməsinə çıxarılması, nəticədə xidməti uyğunsuzluğa görə hərbi xidmətdən tərxis edilməsi barədə yuxarı rəhbərliyə təqdimat göndərilməsi və bunun nəticəsində xidmətdən tərxis edilməsi ilə nəticələnmişdir ki, bu da, onun törətdiyi əmələ adekvat cəza tədbiri deyildir. Silahlı Qüvvələrin İntizam Nizamnaməsi və Hərbi Qulluqçuların Statusu haqqında qanunun tələblərinə əsasən bu cür hallarda hərbi qulluqçunun əvvəlki qüsursuz xidməti illəri nəzərə alınmalı, ən pis halda bir rütbə aşağı salınma, yaxud bir pillə aşağı vəzifəyə keçirdilməklə cəzalandırıla bilər.(SQ İntizam Nizamnaməsi 67-ci maddənin ğ) d) e) bəndləri)Hərbi qulluqçu şərəf məhkəməsi vasitəsilə yalnız nalayiq hərəkətlərə görə xidməti uyğunsuzluqla tərxis edilə bilər.
16. İddiaçı barədə iki intizam cəzasına görə şərəf məhkəməsinin keçirilməsi əsas kimi götürülməsi SQ İntizam Nizamnaməsinin tələblərinə ziddir. Şərəf məhkəməsi yalnız xidməti illərində barəsində dəfələrlə xidməti araşdırmaları, izahatları, intizam cəzaları olan və nalayiq hərəkətlər edən hərbi qulluqçulara tətbiq edilə bilər. İddiaçının xidmətində nalayiq hərəkətlərin olmaması, habelə izahatlar, tənbehlər və intizam cəzalarının kifayət qədər olmaması, əksinə əvvəlki illərin qüsursuz xidməti illərinin olması, onun barəsində şərəf məhkəməsinin keçirilmsinə əsas vermir. Kifa yət qədər əsas olmadan keçirilən Şərəf məhkəməsinin qərarı əsasında İddiaçının xidməti uyğunsuzluqla tərxis olunması üçün təqdimatın verilməsi nizamnaməyə qeyri qanunidir. Silahlı Qüvvələrin intizam nizamnaməsinə və Hərbi Qulluqçuların statusu haqqında qanunun müddəalarına görə kifayət qədər əsas olmadan keçirilmiş Şərəf məhkəməsinin qərarı əsassız olduğu üçün, bu qərarın əsasında iddiaçı barədə yazılmış təqdimat və xidməti uyğunsuzluğla 156 “e” bəndi - xidmətdən tərxis olmaq üçün verilmiş əmr qeyri qanunidir və ləğv edilməlidir.
17. Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kassasiya şikayətində Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-3270/2022 saylı xx.xx.2022-ci il tarixli Qərarını ləğv edərək, iddia tələbinin tam təmin olunması barədə yekun qərar qəbul edilməsini xahiş etmişdir. b) Ka ssasiya şikayətinə qarşı etirazın dəlilləri:
18. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir.
19. TƏTBİQ EDİLƏN HÜQUQ “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: 2.0.1. hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir. 2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericilik lə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir; 2.0.3. ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir. 2.0.4. hərbi uçot – Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədilə çağırışçıların və hərbi vəzifəlilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada siyahıya alınmasıdır; 2.0.5. hərbi qeydiyyat – Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yara dılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə bütün çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmasıdır. Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; [4] 2.0.9. hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar; [6] 2.0.10. hərbi vəzifəlilər – ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşları. 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyat a buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğu n olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X3”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla);
20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə
91. Mübahisə ilə bağl ı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi gö stərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu aşağıdakı hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır: 96.5.1. apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş cidd i prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur.... 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məlum olduğu kimi iddiaçı Allahverdiyev İddiaçın cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Akademiyanın Şərəf Məhkəməsinin çıxardığı 11 yanvar 2018-ci il tarixli qərarı və onun əsasında “Hərbi Xidmətkeçmə haqqın da” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluq) əsasən xidmətdən ehtiyyata buraxılması haqqında 19 fevral 2018-ci il tarixli 0274/ş saylı əmrin qeyri qanuni və qərəzli olduğu üçün ləğv edilməsi, “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin “f” bəndinə əsasən (öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrindən təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər) tərxis olunması üçün zabit kimi xidmətinin 10 ilinin tamam olması üçün çatışmayan 4 ay 20 günün bərpa olunması və öz ərizəsi ilə xidmətdən tərxis olunmasının təmin edilməsi ilə pozulmuş hüquqlarının bərpa olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
24. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Akademiyanın Şərəf Məhkəməsinin çıxardığı 11 yanvar 2018-ci il t arixli qərarı və onun əsasında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluq) əsasən xidmətdən ehtiyata buraxılması haqqında 19 fevral 2018-ci il tarixli 0274/ş saylı əmrin qeyri-qanuni və qərəzli olduğu üçün ləğv edilməsi və tutduğu vəzifəyə işə bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Bir sıra prosessual hərəkətlər edildikdən sonra Bakı İnzibati Məhkəməsinin 21(112)- 121/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı (hakim P.Hüseynov) ilə iddiaçı Allahverdiyev İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “qərarın və əmrin ləğv edilməsi” tələbinə dair iddiasının “Azərbaycan Respublikası Cavabdeh Akademiyasının Şərəf Məhkəməsinin qərarının ləğv edilməsi” hissəsində mümkün sayılmamış, qalan hissədə iddia xx.x x.2022-ci il tarixli, eyni saylı qərarı ilə təmin edilməmişdir.
26. Apelyasiya şikayətinin qərardadla bağlı olan hissəsinə Bakı Apellyasiya Məhkəməsində baxılmış və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2613/2022 il saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə apelyasiya şikayəti təmin olunmayaraq qərardad qüvvədə saxlanılmışdır.
27. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 02 dekabr 2022-ci il tarixli, 21(103)-3270/2022 saylı, qərarı ilə iddiaçı Allahverdiyev İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-121/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
28. Apellyasiya instansiyası məhkəməsi iş üzrə yuxarıda göstərilmiş nəticəyə gələrkən müəyyən etmişdir ki, iddiaçı Allahverdiyev İddiaçı Cavabdeh Akademiy asının Tədris şöbəsinin Metodiki bölməsinin rəisi vəzifəsində xidmət etmişdir. Azərbaycan Respublikası Cavabdeh xx.xx.2018-ci il tarixli 0274/ş nömrəli əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e” bəndinə əsasən iddiaçı xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır.
29. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh Akademiyasının Xidmət Vərəqəsinə Allahverdiyev İddiaçı xidmətə vaxtında çıxmadığına görə xx.xx.2017-ci ildə töhmət; öz funksional vəzifələrinin icrasına məsuliyyətsiz yanaşdığına görə xx.xx.2017-ci ildə şiddətli töhmət elan edilmişdir.
30. İddiaçı kassasiya şikayətində göstərmişdir ki, sözügedən töhmətlərlə bağlı müvafiq araşdırma sənədləri təqdim edilməmiş, onun bu barədə vəsatəti təmin edilməmişdir.
31. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəlili əsassızdır, belə ki, həmin töhmətlərin verilməsini iddiaçıda etiraf edir, cavabdehin xidmət vərəqəsi mötəbər sübutlar həmin töhmət haqqında əmrlər iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
32. Eyni zamanda apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin xx.xx.2018-ci il tarixli və Bakı şəhəri Suraxanı Rayon Prokurorluğunun xx.xx.2018-ci il tarixli məktublarına əsasən Allahverdiyev İddiaçı barəsində ayrı-ayrı şəxslərin şikayət ərizələri üzrə araşdırmalar aparılır.
33. Bununla yanaşı apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğu Bakı Hərbi Prokurorluğu tərəfindən Cavabdeh Akademiyasının rəisinə ünvanlanmış xx.xx.2018-ci il tarixli təqdimatına əsasən törətdiyi cinayət əməlinə görə Cavabdeh sabiq hərbi qulluqçusu mayor Allahverdiyev İddiaçı Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələri ilə ittiham elan olunaraq barəsində olan cinayət işinin istintanqı tamamlanmaqla baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilmişdir.
34. İddiaçı kassasiya şikayətində göstərmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlara qiymət verməmiş, yəni iddiaçının müsbət xasiyyətnamə ilə AMEA-ya dissertasiya təhsil almağa göndərilməsini, Azərbaycanın torpaqları uğrunda gedən döyüşlərdə qüsursuz iştirakını, təhsilə marağı, elmi-pedaqoji fəaliyyəti və və.s kimi müsbət xüsusiyyətlərini araşdırmamış, onları nəzərə almamışdır.
35. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu dəli lidə əsassızdır, belə ki, İş materiallarında olan xidməti xasiyyətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1977-ci il təvəllüdlü, azərbaycanlı, ali təhsilli, evli, 2010-cu il tarixdən Cavabdeh Akademiyasında Tədris şöbəsinin Metodiki bölməsində xidmət edən mayor İddiaçı X2 şöbəsinin Metodiki bölməsinin rəisi vəzifəsinə 2014-cü ildən təyin edilmişdir. Xidməti fəaliyyətinin əvvəlki mərhələsində yüksək səviyyəli peşəkar kadr kimi özünü göstərməmiş, işinə münasibəti nisbətən zəif olmuşdur. Xidmət etdiyi dövrdə Metodiki bölmənin fəaliyyətinə rəhbərlikdə zəiflik göstərmiş, bir çox hallarda bölmənin fəaliyyəti ilə bağlı ona verilən bəzi tapşırıqlar tələb olunan səviyyədə icra olunmadığından, həmin tapşırıqların tamamlanması daha hazırlıqlı digər əməkdaşlara yenidən həvalə olunmuşdu r. Fəaliyyətində dönüş yaratması barədə ona bir neçə dəfə irad və xəbərdarlıqlar edilmişdir. Qeyd olunanlardan fərqli olaraq son dövrlərdə isə onun xidmətə münasibəti daha da zəifdir, işinə səhlənkar yanaşır, bir sıra hallarda müxtəlif səbəblər göstərməklə işdən yayınır. Mayor İddiaçı Allahverdiyevin son dövrlərdə xidmətə münasibəti onun gələcəkdə fəaliyyətinin davam etdirməsinə zəmanət verməyə imkan vermir.
36. Bundan başqa apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cavabdeh Akademiyada baş zabitlərin şərəf məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarının təsdiq edilmiş surətindən görünür ki, Mayor İddiaçı X2 şöbəsinin Metodiki bölməsinin rəisi vəzifəsinə 2010-cü ildən təyin edilmişdir. Xidməti fəaliyyətinin əvvəlki mərhələsində yüksək səviy yəli peşəkar kadr kimi özünü göstərməmiş, işinə münasibəti nisbətən zəif olmuşdur. Xidmət etdiyi dövrdə Metodiki bölmənin fəaliyyətinə rəhbərlikdə zəiflik göstərmiş, bir çox hallarda bölmənin fəaliyyəti ilə bağlı ona verilən bəzi tapşırıqlar tələb olunan səviyyədə icra olunmadığından, həmin tapşırıqların tamamlanması daha hazırlıqlı digər əməkdaşlara yenidən həvalə olunmuşdur. Fəaliyyətində dönüş yaratması barədə ona bir neçə dəfə irad və xəbərdarlıqlar edilmişdir. Qeyd olunanlardan fərqli olaraq son dövrlərdə isə onun xidmətə münasibəti daha da zəifdir, işinə səhlənkar yanaşır, bir sıra hallarda müxtəlif səbəblər göstərməklə işdən yayınır. Mayor İddiaçı Allahverdiyevin son dövrlərdə xidmətə münasibəti onun gələcəkdə fəaliyyətinin davam etdirməsinə zəmanət verməyə imkan vermir. Həmin qərar ilə Akademiyanın Tədris şöbəsinin Metodiki bölməsinin rəisi mayor İddiaçı Allahverdiyevin xidməti vəzifələrini yerinə yetirməsinə laqeyid yanaşmasını, son zamanlar xidmətə çıxmamasını, Metodiki bölmənin işinin zəif təşkil olunmasını, gələcək perspektivinin olmadığını və özünün şəxsi keyfiyyətlərinin qənaətbəxş olmamasını nəzərə alaraq “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156 “e” bəndinə (xidmət uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrdən ehtiyyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatətin qaldırlması qərara alınmışdır.
37. Belə olan halda, iddiaçının kassasiya şikayətində “Şərəf” məhkəməsinin qərarına tənqidi yanaşması, onun qanuna zidd olması barədə dəlili əsassızdır.
38. Həmçinin apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh Akademiyasının rəisin in Allahverdiyev İddiaçı barəsində xx.xx.2018-ci il tarixli təqdimatına əsasən Cavabdeh Akademiyasının Tədris şöbəsinin Metodiki bölməsinin rəisi mayor İddiaçı Allahverdiyev "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılması üçün təqdim olunmuşdur. Mayor İddiaçı Allahverdiyev son zamanlar vəzifə borclarına məsuliyyətsiz yanaşaraq bir neçə dəfə xidmətə çıxmamış, tutduğu vəzifəsinə səhlənkar yanaşmış, verilən tapşırıqları vaxtında icra etməmiş, rəhbərlik etdiyi bölmənin fəaliyyətinə zəif nəzarət etmişdir. Xidmətdən kənar vaxtlarda hərbi qulluqçuya yaraşmayan hərəkətlərə yol verərək bir neçə mülki şəxslərin etıbarından istifadə edərək borc pul almış və geri qaytarmamışdır. Həmin şəxslər dəfələ rlə Akademiyanın rəhbərliyinə şikayət formasında müraciət etmişlər. Mayor İddiaçı Allahverdiyevə Akademiyanın rəhbərliyi tərəfindən bir neçə dəfə xəbərdarlıq olunmuş və intizam cəzaları verilmişdir. Verilmiş intizam cəzalarından nəticə çıxarmadığına görə mayor İddiaçı Allahverdiyevin işinə şərəf məhkəməsində baxılmış və onu xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. Göstərilənlər nəzərə alınaraq mayor İddiaçı Allahverdiyevin xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması məqsədəmüvafiqdir.
39. Eyni zamanda apelyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cavabdeh Akademiyasının rəisi tərəfindən Azərbaycan Respublikası fövqəladə hallar nazirinə ünvanlanmış xx.xx.2018-ci il tarixli xx/xx-00034 nömrəli mək tubuna əsasən Cavabdeh Akademiyasının Tədris şöbəsinin Metodiki bölməsinin rəisi mayor İddiaçı Allahverdiyevin xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə göstəriş verilməsi xahiş edilmişdir.
40. Bununla yanaşı apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cavabdeh xx.xx.2018-ci il tarixli 0274/ş nömrəli əmrə əsasən “Nazirliyin Akademiyasının Tədris şöbəsinin Metodiki bölməsinin rəisi mayor İddiaçı Allahverdiyevin xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinə göndərilmişdir. Əmrin verilməsinə əsas Akademiyanın rəisi general-mayor Pənah Süleymanovun 15 yanvar 2018-ci il tarixli xx/xx-00034 №-li məktubu və təqdimatı olmuşdur.
41. Hərbi vəzifə və hərbi xidmət haqqında Azərbaycan Respublikasinin Qanunu: 2.0.1. hərbi vəzifə - qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası vətəndaşlarının hərbi qeydiyyatı, çağırışaqədərki hazırlığı, hərbi xidmətə çağırışı, çağırış üzrə və könüllü hərbi xidmətkeçməsi, ehtiyatda olması, toplanışlara çağırışı və toplanış keçməsi, səfərbərlik üzrə vəzifələrin yerinə yetirilməsidir. 2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, ə cnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir; 2.0.3. ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir. 2.0.4. hərbi uçot – Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədilə çağırışçıların və hərbi vəzifəlilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada siyahıya alınmasıdır; 2.0.5. hərbi qeydiyyat – Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə bütün çağ ırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmasıdır. Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; [4] 2.0.9. hərbi qulluqçular – həqiqi hərbi xidmətdə olan şəxslər. Həqiqi hərbi xidmətə çağırılmış və ya könüllü daxil olmuş şəxs hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi müvafiq icra hakimiyyəti orqanında xüsusi qeydiyyata alınırlar; [6] 2.0.10. hərbi vəzifəlilər – ehtiyata keçirilmiş Azərbaycan Respublikasının vətəndaşları. 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olm aqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə;
42. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 43. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 41.0, 41.0.6-cı maddələrinə müvafiq olaraq məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsi yuxarıda göstərilmiş işin hallarını nəzərə alıb hazırkı inzibati mübahisəni həll edərkən maddi hüquq normasını düzgün tətbiq etmişdir.
44. Belə ki, bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin inzibati kollegiyasının 02 dekabr 2022-ci il tarixli, 2-1(103)-3270/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
45. Şərh edilənləri və Azərbaycan Respublikası İPM-nin 96.8 və 98-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası: Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 dekabr 2022-ci il tarixli, 21(103) -3270/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar qətidir.